Məhkəmə qərarları › İş №2(102)-4627/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4627/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4627/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, Cavxxxxdehlər Cavxxxxdeh1, Cavxxxxdeh3 vəkili Vnun və cavxxxxdeh Cavxxxxdeh2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(106)-169/2020 nömrəli qətnaməsindən cavxxxxdehlər Cavxxxxdeh1 və Cavxxxxdeh3 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sxxxxirxxxxad r ayon Məhkəməsinin (hakim F.Pənahov) xx.xx.2019-cu il tarixli 2(056)05/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” QSC-nin cavxxxxdehlər Cavxxxxdeh1, Cavxxxxdeh2 və Cavxxxxdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavxxxxdehlər Cavxxxxdeh1, Cavxxxxdeh2 və Cavxxxxdeh3 bərxxxxər qaydada ödənilən zaman Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq 37R000003198 saylı kredit razılaşması üzrə 33553,23 xxxxŞ Dolları kredit borcu, 7966,10 xxxxŞ Dolları faiz borcu və 200 xxxxŞ Dolları cərimə olmaqla, cəmi 41719,33 xxxxŞ Dolları borcun tutularaq iddiaçı «xxxx» QSC-yə verilməsi, ipoteka bildirişinin AR ƏMDK yanında DƏDRX-nin 13 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün ödənilmiş 10 m anat dövlət rüsumunun və 20 manat xidmət haqqının cavxxxxdehlərdən alınıb iddiaçı «xxxx» QSC-nin xeyrinə ödənilməsi, tutmanın Sxxxxirxxxxad şəhəri, Q.Mənsimov küçəsi, 2-ci döngədə yerləşən, Cavxxxxdeh3 mülkiyyətindəki 19 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesxxxxına cavxxxxdehlərin banka olan borcunun ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra həmin mənzildə qeydiyyatda olan Cavxxxxdeh3 mənzildən çıxarılmaqla mənzilin boşaldılması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22 manat 50 qəpik pulun cavxxxxdehlərdən tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun cavxxxxdehlərdən birgə qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesxxxxına ödənilməsiqət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Z.Zeynalov, M.Həsənov, İ.Əsədov) xx.xx.2020-ci il tarixli 2(106)-169/2020 nömrəli qətnaməsi ilə cavxxxxdehlər tərəfindən birgə verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Sxxxxirxxxxad rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(056)-05/2019 nömrəli qətnaməsinin ipoteka predmeti olan Sxxxxirxxxxad şəhəri, Q.Mənsimov küçəsi, 2-ci döngədə yerləşən, Cavxxxxdeh3 mülkiyyətindəki 19 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 100000 manat müəyyən edilməklə dəyişdirilməsi, qətnamənin qalan hissədə apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanması, iş üzrə ekspertiza xərci olan 145 manatın cavxxxxdehlərdən müştərək qaydada alınıb dövlət büdcəsinə, qiymətləndirmə xərci 300 manatın cavxxxxdehlərdən müştə rək qaydada alınıb VÖEN**********, «xxxx» ASC Əməliyyat filialı VÖEN: **********, M/h:AZ89NxxxxZ**********00000028944, Kodu: 503314, SFİFTBİKAMRAAZ22, h/h: AZ40AMRA********************nömrəli hesxxxxa keçirilməsi qət edilmişdir. Cavxxxxdehlər Cavxxxxdeh1 və Cavxxxxdeh3 iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən birgə kasasiya şikayəti vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı “xxxx” QSC cavxxxxdehlər Cavxxxxdeh1, Cavxxxxdeh2 və Cavxxxxdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavxxxxdehlər Cavxxxxdeh1, Cavxxxxdeh2 və Cavxxxxdeh3 müştərək qaydada iddiaçı «xxxx» QSC-nin xeyrinə 37R000003198 saylı kredit razılaşması üzrə 33755.99 xxxxŞ Dolları məbləğində kredit borcu, 8184.53 xxxxŞ Dolları məbləğində faiz borcu və 13591.97 xxxxŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 55532,49 xxxxŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması və tələbin Sxxxxirxxxxad şəhəri, Q.Mənsimov küçəsi, 2-ci döngədə yerləşən, Cavxxxxdeh3 mülkiyyətindəki 19 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 55532,49 xxxxŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesxxxxına “xxxx” QSC-yə ödənilməsi, hərracda satışdan olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavxxxxdeh1, Cavxxxxdeh2 və Cavxxxxdeh3 müştərək qaydada tutulması, Sxxxxirxxxxad şəhəri, Q.Mənsimov küçəsi, 2-ci döngədə yerləşən, Cavxxxxdeh3 mülkiyyətindəki 19 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavxxxxdeh3 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsin i xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavxxxxdehlər Cavxxxxdeh1, Cavxxxxdeh3 və onların vəkili V kasasiya şikayətini onunla əsaslandırmışlar ki, cavxxxxdehlərin kredit borcu düzgün hesxxxxlanmamışdır. Ekspert rəyində cavxxxxdehə cərimə hesxxxxalnmadığı halda birinci instansiya məhkəməsi cərimə borcu hesxxxxlamışdır. Göstərilənlərə əsasən onlariş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(106)-169/2020 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edil mişlər. Lakin iddiaçı “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi, cavxxxxdehlər Cavxxxxdeh1 və Cavxxxxdeh3 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesxxxx edir. Məhkəmə iclasında iştirak edən cavxxxxdehlər Cavxxxxdeh1 və Cavxxxxdeh3 vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Cavxxxxdeh Cavxxxxdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi ape lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının iclasında cavxxxxdeh Cavxxxxdeh1 yazılı vəsatət verərək izahatında ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin müəyyən olunması üçün qiymətləndirmə rəyinin alınması və banka olan əsas borcun, faiz borcunun və cərimənin düzgün hesxxxxlanması üçün iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etdiyi üçün məhkəmə kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(106)3109/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, müstəqil qiymətləndirici dəvət edilərək məhkəmə mühasibatlıq ekspertizası qarşısında aşağıdakı suallar qoyu lmuşdur, iddiaçı «xxxx» QSC-nin cavxxxxdeh Cavxxxxdeh1 ilə37R000003198 saylı, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2017-ci il tarixə əsas məbləğ üzrə borcu, faiz üzrə borcu, cərimə borcu nə qədərdir; Cavxxxxdeh1 ilə37R000003198 saylı, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2017-ci il tarixə əsas məbləğ üzrə 33755.99 xxxxŞ dolları borcu, faiz üzrə 8184.53 xxxxŞ dolları borcu, cərimə borcu 13591.97 xxxxŞ dolları, cəmi borc 55532.49 xxxxŞ dolları düzgün hesxxxxlanmışdırmı; cərimə hesxxxxlanmış 13591.97 xxxxŞ dolları gecikdirilən 388 günə görə hesxxxxlanmışdırmı və düzgün olaraq hesxxxxlanmışdırmı; Cavxxxxdeh1 ilə37R000003198 saylı, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2015-ci il tarixə Ödəniş planına əsasən (bax iş.vər.11) xx.xx.2015-ci il t arixdən xx xxxxxxx 2019-cu il tarixə kimi aylıq ödənişi, əsas məbləği, faiz borcu nə qədər təşkil edir. Qiymətləndiricinin qarşısında aşağıdakı suallar qoyulmuşdur, ipoteka predmeti olan Sxxxxirxxxxad şəhəri, Q.Mənsimov küçəsi, 2-ci döngədə yerləşən Cavxxxxdeh3 mülkiyyətindəki 19 nömrəli fərdi yaşayış evinin (0.06 ha torpaq sahəsi ilə birlikdə hazırki bazar dəyəri nə qədərdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirilyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 28107 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavxxxxdeh1 xx.xx.2014-cü il tarixli 37R000003198 saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2015-ci il tarixə əsas borc üzrə 33.553,23 xxxxŞ dolları; faiz borcu üz rə 430,60 xxxxŞ dolları, xx.xx.2017-ci il tarixə əsas borc üzrə 33.553,23 xxxxŞ dolları; faiz borcu üzrə 7.966,10 xxxxŞ dolları.xx.xx.2019-cu il tarixə əsas borc üzrə 33.553,23 xxxxŞ dolları; faiz borcu üzrə 28.145,57 xxxxŞ dolları. Məhkəmə mühasibatlıq ekspertizasının rəyindən göründüyü kimi iddia qaldırılan dövrə xx.xx.2017-ci il tarixə əsas borc 33.553,23 xxxxŞ dolları, faiz borcu 7.966,10 xxxxŞ dolları təşkil etmişdir. Azərbaycan Respublikası «xxxx» X1 Cəmiyyətinin xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesxxxxatından görünür ki, Sxxxxirxxxxad şəhəri, Q.Mənsimov küçəsi, 2-ci döngədə yerləşən Cavxxxxdeh3 mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 19 nömrəli fərdi yaşayış evinin hazırki bazar qiyməti 100.000 manat təşkil edir. Apelyasiya kollegiyası Azərbaycan Respublikası «xx xx» X1 Cəmiyyətinin xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesxxxxatını tədqiq edərək digər sübutlarla yanaşı qiymətləndirib ipoteka predmeti olan Sxxxxirxxxxad şəhəri, Q.Mənsimov küçəsi, 2-ci döngədə yerləşən Cavxxxxdeh3 mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 19 nömrəli fərdi yaşayış evinin hazırki bazar qiymətinin 100.000 manat məbləğində müəyyən edilməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini qanuni və əsaslı hesxxxx etmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavxxxxdeh kasasiya şikayətini formal olaraq əsaslandırmağa çalışmışdır. Belə ki, cavxxxxdeh kasasiya şikayətində apelyasiya kollegiyasının hansı maddi və prosessual hüquq normal arının pozuntusuna yol verməsini əsaslandıra bilməmiş, yalnız borc məbləğinin düzgün hesxxxxlanmadığını, ekspert rəyində cərimə borcu müəyyən edilmədiyi halda cərimə borcunun tutulmasını qət edildiyini bildirmiş, ekspert rəyinin qeyri-mötəbərliyi barədə hər hansı sübuta istinad edə bilməmişdir. Cərimə borcunun tutulmasının qət edilməsinə gəldikdə isə, qeyd edilməlidir ki, cərimə borcunun hesxxxxlanması cavxxxxdehlərin müqavilə üzrə üzərlərinə götürmüş olduqları öhdəlikdir və məhkəmə cərimə məbləğinin tənasübsüz təyin edildiyini müəyyən etdikdə, cərimə məbləğini silməyə deyil, ağlxxxxatan həddə azaltmaqda haqlıdır. Ümumilikdə kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı da müəyyən edilməmişdir. O dur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesxxxx edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavxxxx dehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə v ə ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul ed ir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləs i üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavxxxxdehlər Cavxxxxdeh1 və Cavxxxxdeh3 tərəfindən birgə tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki xx.xx.2020-ci il tarixli 2(106)-169/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar