Məhkəmə qərarları › İş №2(102)-4628/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4628/2021

14.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4628/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh, İddiaçı2 və X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tutulması ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh, İddiaçı2 və X2 qarşı “mənzildən çıxarılma” və İddiaçı2 Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər İddiaçı1, Cavabdeh və "xxxx" mənzil tikinti koperativinə qarşı “ müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2892/2021 nömrəli, 11 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Müxtəlif vaxtlarda qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə cavabdehlərin iddiaçıya borcu olmuşdur. Qətnamənin icrası zamanı Cavabdeh adına olan bir otaqlı kooperativ mənzil icra icraatı qadasında iddiaçıya təhvil verilmiş və onun mülkiyyətinə keçmişdir. İddiaçı isə borcun məbləğini çıxdıqdan sonra mənzilin dəyərindən qalan 14000 manat məbləği cavabdehlərə ödəmişdir. İddiaçı2 ilə Cavabdeh ər-arvaddırlar. İddiaçı2 qardaşıdır. Hazırki, mübahisələr mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, eləcə də cavabdehin onun arvadı ilə qardaşı arasında bağlanmış əqdin etibarsızlığı ilə bağlıdır.

1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı1 cavabdehlər Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbi ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərqi Bünyadzadə küçəsi ev 12, 257 saylı mənzildən istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra İddiaçı1 02.11.2020-ci il tarixdə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Şərqi Bünyadzadə küçəsi ev 12, 257 saylı mənzildən istifadə etməsinə cavabdehlər Cavabdeh Keykavuz qızı, İddiaçı2 və X1 yaratdığı maneənin aradan qaldırılması və onlar çıxarılmaqla mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli (2004) - 13886/2016 saylı qərarı ilə onun cavabdehlər X4, Cavabdeh Keykavuz qızı və X9 oğluna qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Cavabdeh Keykavuz qızının 28.03.2018-ci il tarixli icra sənədinə əsasən 24000 manat və qardaşı X5 ilə müştərək borc götürdüyü 50000 dollar (əlli min dollar) günün məzənnəsi ilə 85150 manatdan qardaşı X5 58150 manat ödəniş, qalan 27000 manat borc bacısının payına düşmüşdür. Ümumilikdə bacısı Cavabdeh 51000 manat borcu olmuşdur. Cavabdeh Keykavuz qızı borcunu ödəmədiyi üçün icra məmu ru Əsgərov Ruslan tərəfindən borcunun məcburi götürülməsi barədə təqdimat verilmişdir. 14.06.2019-cu il borclunun məcburi götürülməsi üçün qərardad çıxarılmışdır. Sonradan borclu Cavabdeh ona olan 51000 manat borcunu öz adına olan Şərqi Bünyadzadə küçəsi ev 12, mənzil 257-də olan bir otaqlı, sahəsi 51 kv.m olan yaşayış evini onun adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Həmin evin bazar qiyməti 65000 manat olduğu üçün Cavabdeh 14000 manat pul ödəmişdir. Sonradan həmin mənzil "xxxx" MTK tərəfindən 177 nömrəli müqavilə ilə 18.12.2019-ci il tarixdə onun adına rəsmiləşdirilib. Bakı şəhəi Yasamal Rayon Məhkəməsi tərəfindən 27.01.2020-ci il tarixli qərardadı ilə qadağa götürülmüşdür. ünvan 1 ünvanında yerləşən yaşayış evi Dövlət Əmlak Komitəsi, Bakı şəhəri Yasamal rayon icra və propasiya şöb əsinin 11.03.2020-ci il tarixdə göndərdiyi 17/72- 15D46/18 nömrəli məktubun əsasında adına rəsmiləşdirilib və **********38-05301093125 nömrəli çıxarış ona təqdim edilmişdir. Lakin cavabdeh onun qanuni mülkiyyətindən istifadəyə mane yaradaraq, mənzili boşaltmır. Mənzilin açarlarını ona təhvil vermir. Mənzildə anası və qardaşının yaşamasına icazə verərək, onun mülkiyyət hüququnu kobud şkildə pozur. Bununla əlaqədar həmin mənzilin boşaldılması və ona təhvil verilməsi ilə bağlı tərəfindən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.

5. İkinci iş üzrə İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazİdarəsini cəlb etməklə cavabdehlər İddiaçı1, Cavabdeh və "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərə k, Bakı şəhəri, Yasamal rayonu, Ş. Bünyadzadə küçəsi, ev 12, mənzil 257ə dair cavabdehlər İddiaçı1 ilə "xxxx" MTK arasında bağlanmış 18.12.2019-cu il tarixli, 177 saylı "Kooperativ mənzil tikinti “haqqında" müqavilə və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı1 adına verilmiş 12.06.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı2 cavabehlərdən Cavabdeh ilə 1989-cu ildə rəsmi nikaha daxil olmuş və bu nikahdan 1 övladlar doğulmuşdur. Birgə nikah dövründə cavabdeh "xxxx" mənzil tikinti kooperativi ilə bağlanan 177 saylı 05.10.2005-ci il tarixli "Kooperativ mənzi l tikinti haqqında" müqaviləyə əsasən Cavabdeh ilə ümumi gəliri hesabına əldə etdikləri kooperativ mənzil olan Bakı şəhəri, Yasamal rayonu, Ş. Bünyadzadə küçəsi, ev 12, mənzil 257-yə dair Cavabdeh adına 20.07.2007-ci il tarixli 021731 saylı order alınmışdır. 10.12.2019-cu ildə xəbəri və heç bir razılığı olmadan Cavabdeh Bakı şəhər 19 saylı notariat ofisində təsdiq etdirdiyi **********378 saylı ərizə ilə həmin mənzili cavabdeh İddiaçı1 adına keçirilməsi barədə cavabdeh "xxxx" mənzil tikinti kooperativinə müraciət etmiş və həmin ərizə əsasında "xxxx" mənzil tikinti kooperativi ilə cavabdeh İddiaçı1 arasında mənzilin İddiaçı1 adına keçməsi barədə 18.12.2019-cu il tarixli 177 saylı "Kooperativ mənzil tikintisi haqqında" müqavilə bağlanmışdır. Cavabdeh İddiaçı1 isə buna qədər Yasamal rayon İcra və Probasiya şöbəsinin rəisi 18.10.2019 və 13.11.2019-cu il tarixli ərizələrlə müraciət edərək məhkəmə icra sənədinə əsasən Cavabdeh ona olan borcu əsasında mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Ş. Bünyadzadə küçəsi ev 12, mənzil 257-ni borc qismində qəbul etdiyini və əgər həmin mənzilin onun adına rəsmiləşərsə Dilşadın anası X1 ölənədək bu evdə yaşamasına və heç bir iddia qaldırmayacağını qeyd etmişdir. Həmin ərizələrin surətlərini iddia ərizəsinə əlavə etmişdir. Mübahisəli mənzilə "xxxx" mənzil tikinti kooperativi ilə müqavilə bağladıqdan sonra İddiaçı1 həmin müqaviləni maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edərək mənzilə öz adına 12.06.2020-ci il tarixli çıxarış almışdır. Cavabdeh tərəfindən mənzilin cavabdeh İddiaçı1 adına keçirilməsi barədə ərizə yazmasına səbəb Yasamal rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında Dilşadın Rafiqə pul borcu olması və həmin qətnamə əsasında verilmiş icra sənədi olmuşdur. Belə ki, Cavabdeh deməsinə görə həmin məhkəmə sənədləri əsasında İddiaçı1 həm özü, həmdə ki, Yasamal rayon İcra və Probasiya şöbəsi vasitəsi ilə ona təzyiqlər göstərməyə başlamış, pulu qaytarmadığı və ya mənzili onun adına keçirmədiyi tədbirdə Dilşadı həbs etdirəcəyi ilə hədələmişdir. Bunun da nəticəsində Dilşad ona xəbər vermədən birgə nikah dövründə əldə edilən mənzili Rafiqin adına keçirməyə məcbur olmuşdur. Bütün bunlar barəsində isə o 2020-ci ilin iyul ayında xəbər tutmuşdur. Belə ki, Yasamal rayon məhkəməsindən Cavabdeh məktub gəlmiş və məktubun içərisindəki, iddia ərizəsində cavab deh İddiaçı1 mübahisəli mənzili boşaltmaq və ona təhvil vermək barədə Cavabdeh qarşı iddia qaldırdığı qeyd olunmuşdur. Cavabdeh mübahisəli mənzili Rafiqin qorxuları nəticəsində onun adına keçirilməsinə razılıq vermişdir. Həmin mənzil onunla Cavabdeh birgə nikahı dövründə alındığından cavabdeh "xxxx" mənzil tikinti kooperativi onun razılığı olmadan cavabdeh İddiaçı1la müqavilə bağlaya bilməzdir. Kooperativ mənzil addan ada keçərkən bu barədə kooperativ üzvlərinin əvvəlcə ümumi yığıncağının protokolu və qərarı olmalıdır. Lakin cavabdeh "xxxx" mənzil tikinti kooperativindən bildirilmişdir ki, onlarda cavabdeh İddiaçı1la bağladıqları müqavilədən və həmin müqavilə əsasında Rafiqin öz adına aldığı çıxarışdan başqa heç bir protokol və qərar yoxdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-4103/2020 sa ylı, 17.09.2020-ci il tarixli qərardadı ilə İddiaçı2 cavabdehlər İddiaçı1, Cavabdeh, "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi cəlb olunmaqla “kooperativ mənzil tikinti haqqında müqavilənin və mənzilə dair dövlət reystrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair 2(004)-4103/2020 saylı mülki iş, Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı1 Cavabdeh qarşı “mənzildən çıxarma” tələbinə dair 2(004)-3627/2020 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

8. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3627/20 saylı 19.11.2020ci il tarixli qətnaməsi ilə (hakim. G.Axundova) birinci iş üzrə İddiaçı1 cavabdehlər Cavabdeh, İddiaçı2 və X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Şərqi Bünyadzadə küçəsi, ev 12, 257 saylı mənzildən İddiaçı1 istifadəsinə cavabdehlər Cavabdeh və İddiaçı2 yaratdıqları maneənin aradan qaldırılması, cavabdehlər Cavabdeh və İddiaçı2 mənzildən çıxarılmaları və mənzili boşaldılaraq İddiaçı1 təhvil verilməsi qət edilmişdir. İddia tələbi cavabdeh X1 Yasamal rayonu, Şərqi Bünyadzadə küçəsi, ev 12, 257 saylı mənzildən çıxarılması hissəsində rədd edilmişdir. İkinci iş üzrə İddiaçı2 Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə cavabdehlər İddiaçı1, Cavabdeh və "xxxx" mənzil tikinti koperativinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Ş.Bünyadzadə küçəsi, ev 12, 257 saylı mənzilə dair cavabdehlər İddiaçı1 ilə "xxxx" mənzil tikinti koperativi arasında bağlanmış 18.12.2019-cu il tarixli, 177 saylı “Kooperativ mənzil tikinti haqqında” müqavilə və həmin müqavilə əsasında Daşınamz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı1 adına verilmiş 12.06.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

9. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 152.5, 158.4, 255.8, 560.3.4-cü maddələrinə istinad edilmişdir.

10. İkinci iş üzrə İddiaçı2 qətnamədən apellyasiya şikayəti vermişdir.

7. Apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsi MK-nın 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- T.Səmədov (sərlik edən və məruzəçi), İ.Şirinov və A. Tanrıverdivev) ikinci iş üzrə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş; Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

13. Cavabdeh İddiaçı2 qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı2 kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işə yenidən baxılması üç ün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. 14. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı2 məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır.

17. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlum atlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

16. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

19. Maddə. 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxsləri n hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. Maddə. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə m üəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

25. Maddə. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

21. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.

29. Məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı1 olan 51 min manat borcu ödəmək məqsədilə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 1 otaqlı mənzili İddiaçı1 14000 manat müqabilində verilməsinə dair notariat qaydada təsdiq edilmiş ərizə vermiş və nəticədə mənzilə dair "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış 18.12.2019-cu il tarixli, 177 saylı kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmış və mənzil İddiaçı1 adına tam mülkiyyət hüququ üzrə 12.06.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. İddiaçı1 mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarına istinad etməklə cavabdehlər Cavabdeh Kəkavuz qızı, İddiaçı2 və X1 onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 1 otaqlı mənzildən çıxarılmalarını tələb etmişdir.

30. İddiaçı2 cavabdehlər İddiaçı1 ilə "xxxx" MTK arasında bağlanmış 18.12.2019-cu il tarixli, 177 saylı "Kooperativ mənzil tikinti “haqqında" müqavilə və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı1 adına verilmiş 12.06.2020-ci il tarixli, ********** qeydiyyat nö mrəli çıxarışın etibarsız hesab edilməsini tələb edir. İddia tələbini onunla əsaslandırır ki, onun birgə nikah dövründə əldə edilmiş mənzilin başqa şəxsin adına rəsmiləşdirilməsindən xəbəri olmamış, onun buna razılığı olmamışdır.

31. Apellyasiya instansiya məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, İddiaçı2 əmlakın onun qardaşının adına rəsmiləşdirilməsindən xəbəri olmuşdur. Mübahisəli mənzilə dair müqavilə "xxxx" MTK ilə Cavabdeh arasında bağlandığından, Cavabdeh və həmin mənzilə dair verilmiş orderdə adları olan şəxslərin həmin mənzilin İddiaçı1 adına rəsmiləşdirilməsinə dair yazılı razılığı alınmışdır. Belə ki, İş materiallarında olan Yasamal rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Rəşad Abbasov tərəfindən ünvanlanmış 12.10.2020-ci il tarixli, 17/72- 48111/18 saylı məktubla və şahid ifadəsi ilə sübut olunur ki, sözügedən mənzilin İddiaçı1 adına rəsmiləşdirilməsi prosesindən İddiaçı2 məlumatlı olmuş və buna öz razılığını ifadə etmişdir.

32. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Yalnız birinci və apellyasiya instansiyası məhkəmələri işin faktiki hallarını müəyyən etmək səlahiyyətinə malikd ir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

34. Hazırkı işin faktiki halları ondan ibarətdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə cavabdehin iddiaçıya borcu olmuş, həmin iş üzrə icra sənədinin icrası zamanı borclu özünə məxsus olan mənzili borcun əvəzi olaraq tələbkara güzəştə getmiş və borcun məbləğini çıxdıqdan sonra mənzilin dəyərindən artıq qalmış vəsait cavabdehlərə verilmişdir. İş üçün əhəmiyət kəsb edən həmin faktiki halları mübahisə ilə bağlı yekun nəticəyə gəlməyə əsaslar vermişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

36. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi mün asibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

37. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPMnin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

39. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur.

40. Kollegiya hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

35. Qərara aldı: Cavabdeh İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2892/2021 nömrəli, 11 mart 2021-ci il tarixli qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar