Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4629/2020 28.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2020-ci il tarixli X5 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddi açı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus İsmayıllı rayonu, Qalınçaq kəndi ərazisində yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək İsmayıllı rayon Qalınçaq kəndi ərazisində yerləşən ona məxsus fərdi yaşayış evindən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 25 sentyabr 2019-cu il tarixli, X5 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin (hakimlər Mahir Əsədli-sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Ayaz Mahmudov) 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilərək, iş üzrə İsmayıll ı Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, X5 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Cavabdeh, ailə üzvləri ilə birlikdə İddiaçı məxsus İsmayıllı rayon Qalınçaq kəndi ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2020-ci il tarixli X5 nömrəli qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə işə cəlb olunmalı olan, hüquqlarına toxunan cavabdehləri işə cəlb etmədən qanunsuz, əsassız bir qətnamə qəbul etmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 39 saylı qərarı əsasında JN-036A KOD 40712028 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən, İsmayıllı rayonu Mücühəftəran kəndi ərazisindən 0.14 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Ümumi sahəsi 118.8 kv.m bir mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi MənzilTəsərrüfatı Komitəsinin “Azərtexinvertarlaşdırma” İB-nin İsmayıllı rayonu üzrə dövlət texniki invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 25.10.1998-ci il tarixli 07 saylı qərarı ilə əvəzsiz olaraq adına özəlləşdirmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində qeyd və tələb etdiyi kimi İsmayıllı rayonun Qalınçaq k əndində ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılmasını qət etmişdir. Bunlar ayrı-ayrı kəndlərdir, hər biri ayrı inzibati ərazi vahididir. Onları məcburi köçkün olduglarından məskunlaşdıqları yaşayış sahəsi ilə bağlı məhkəmə mübahisəsi olduqda hüquqlarının qorunması AR Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi işə cəlb olunmalı idi. Onların iştirakı ilə işə baxılmalı idi. Bundan başqa, tərəflərindən İsmayıllı rayon məhkəməsində cavabdeh İddiaçı qarşı sənədlərin etibarsız hesab olunmasına dair iddia ərizəsinin surətini məhkəmə kollegiyasına təqdim edərək İsmayıllı rayon məhkəməsindəhəmin işə baxılıb qurtarana kimi bu iş üzrə apelyasiya baxışının dayandırılmasına dair vəsatətləri əsassız olaraq təmin edilmədi. Apelyasiya məhkəməsi instansiyası hüququn tətbiqind ə səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, maddi hüquq normalarını səhv təsvir etmişdir. Prossesual hüquq normalarını pozmuş, tərəfindən təqdim edilmiş sübutları faktiki qəbul etsə belə tədqiq etməmiş, çəkişmə prinsipini pozmuş, işə birtərəfli yanaşmışdır. Məhkəmə prosesi həqiqətin müəyyən edilməsi üçün deyil, sifarişli qətnamə qəbul edilməsi üçün qurulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPMnin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər tərəflərə işə baxılmasının vaxtı v ə yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 39 saylı qərarı əsasında JN-036A KOD 40712028 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən İsmayıllı rayonu Mücühəftəran kəndi əra zisindən 0.14 hektar torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 118.8 kv.m olan bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin “Azərtexinventarlaşdırma” X1 rayonu üzrə dövlət texnikainventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 25 oktyabr 1999-cu il tarixli 07 saylı qərarı ilə əvəzsiz olaraq adına özəlləşdirilmişdir. 2012-ci ildə cavabdeh həmin kəndə gəlmiş, ailəsi ilə birlikdə yaşadığı kənddə qalması üçün kəndin bələdiyyə sədrinə müraciət etmişdir. Bələdiyyə sədri iddiaçıya mülkiyyətində olan fərdi yaşayış evinin boş olduğundan müvəqqəti olaraq cavabdehə verməsini bildirmiş, iddiaçı da cavabdehin ailəsi ilə birlikdə müvəqqəti olaraq mülkiyyətində olan fərdi yaşayış evində qalmasına razılıq vermişdir. Cavabdeh ailəsi ilə birlikdə bir neçə ay ona məxsus fərdi yaşayış evində qaldıqdan sonra həmin evdən çıxmaqdan, iddiaçıya məxsus evi boşaltmaqdan imtina etmişdir. İmtinanın əsası kimi qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə o və ailə üzvlərinin evlə təmin edilməməsi, iddiaçı ilə aralarında dövlət tərəfindən evlə təmin edilənədək mübahisəli evdə müvəqqəti yaşamağa dair yazılı razılaşma olması, iddiaçının isə razılaşmaya əməl etməyərək ona qarşı ərizə ilə məhkəməyə müraciət etməsi olmuşdur. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,157.2, 158.4-cü maddələrinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, cavabdeh tərəfin mübahisəli evdə nə m ülkiyyətçi kimi, nə icarəçi kimi, nə də ki, məcburi köçkün kimi yaşamasına hər hansı bir hüquqi əsası yoxdur. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticələr ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbində iddiaçı İsmayıllı rayon Qalınçaq kəndi ərazisində yerləşən ona məxsus fərdi yaşayış evindən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılmasını xahiş etsə də, iş materiallarında olan Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin “Azərtexinventarlaşdırma” İstehsalat İdarəsinin 1999-cu il tarixli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu və qeydiyyat vəsiqəsində Mənzil Kommunal Təsərrüfatı Komitəsinin “Azərtexinventarlaşdırma” X1 rayonu üzrə Dövlət Texnikainventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin 25 oktyabr 1999-cu il tarixli 07 saylı qərarı ilə İsmayıllı rayonu, Mücühəftəran kəndi ərazisində yerləşən ümumi sahəsi 118.8 kv.m olan bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi İddiaçı adına özəlləşdirilməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının Mücühəftəran kəndində evi olduğu halda, cavabdehin ailə üzvləri ilə iddiaçıya məxsus İsmayıllı rayon Qalınçaq kəndi ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılmalı olması nəticəsinə gəlmiş, bu zaman bu kəndlərin ayrı-ayrı kəndlər olmasına diqqət yetirməm iş, onların hər birinin ayrı inzibati ərazi vahidinə və ya eyni inzibati vahidə aid olub-olmamalarını aydınlaşdırmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh ailə üzvləri ilə birlikdə İddiaçı məxsus İsmayıllı rayonu, Qalınçaq kəndi ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılmalı olması nəticəsinə gələrkən ailə üzvlərinin dairəsini müəyyənləşdirməmiş, onlardan yetkinlik yaşına çatan şəxslərin olub-olmamasını aydınlaşdırmadan, olduqları halda hazırki iş üzrə cəlb edilməli olmalarına qiymət verməmişdir. Digər tərəfdən işin materiallarından görünür ki, cavabdeh iddiaya olan etirazı ilə bağlı verdiyi izahatında dövlət tərəfindən evlə təmin olunması üçün müxtəlif dövlət orqanlarına müraciət etsə də, evlə təmin olunmamasını göstərmiş dir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Şuşa rayonundan məcburi köçkün kimi ailəsi ilə məskunlaşdıqları yaşayış sahəsi ilə bağlı məhkəmə mübahisəsi olduğu halda apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin hazırki iş üzrə işə cəlb olunmalı olmasının zəruriliyini də müzakirə etməmişdir. Kollegiya qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir v ə nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdi r və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilmişdir. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə u yğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə, eləcə də araşdırılan sübutlara, Azərbaycan Respublikası MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2020-ci il tarixli X5 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4629/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4629/2020
28.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver