Məhkəmə qərarları › İş №2(102)-463/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-463/2020

27.01.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-463/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı, cavabdeh X5nin vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X5nə qarşı “çıxarışa əsasən mənzil sahəsinin naturada bölünməsi və əlavə tikililərə dair istifadə qaydalarının müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)11279/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsində n cavabdeh X5nin rəisi X5 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X5nə qarşı “çıxarışa əsasən mənzil sahəsinin naturada bölünməsi və əlavə tikililərə dair istifadə qaydalarının müəyyən olunması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə edilmiş ünvan 2 mənzilin çıxarışa əsasən mülkiyyətçisi olduğu ikidə bir hissənin naturada bölünməsi, bölünmüş sahəyə dair çıxarışın verilməsi, eləcə də əlavə tikililərə (əlavə tikililərə aid sahəsinə) istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Səlimə Miriyeva) 2(010)264/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ünvan 1 ünvanda yerləşən evin birinci mərtəbəsinin bütünlüklə ikidə bir payı müəyyən edilən İddiaçı, ikinci mərtəbəyə çöl eyvan tərəfdən cavabdehin vəsaiti hesabına pilləkən qoymaqla həmin mərtəbənin bütünlüklə ikidə bir payı müəyyən edilmiş Cavabdeh1 istifadəsinə verilməklə natura bölgüsünün müəyyən edilməsi, iddianın əlavə tikililərə istifadə qaydasının müəyyən edilməsi hissəsində təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev və Raqib Qurbanov) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmi n edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-264/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə X5nə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. X5nin rəisi X5 və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi evin naturada ayrılması mümkün deyil. Məhkəmələr tərəfindən iş tam və ətraflı araşdırılmamış, hər hansı qanuna uyğun sübuta və ya sənədə əsaslanmamış, nəticədə qanunsuz qətnamə qəbul edilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublika sı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə tərəfindən müvafiq mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilməlidir. İlkin ekspertiza düzgün keçirilməmişdir. Prosessual məsələlər: Cavabdeh X5nin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı və Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlə t reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X5 saylı mənzilin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 33943 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin əlavə tikililərlə birlikdə ümumi sahəsi 595,3 kv.m, həyətyanı torpaq sahəsi isə 658,00 kv.m müəyyən edilməklə tətqiq olunan ünvanda yerləşən torpaq sahəsinin üzərində tikilmiş yaşayış evinin, əlavə tikililərin və torpaq sahəsinin faktiki ölçüləri və tərəflərin payları nəzərə alınmaqla naturada bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün təklif olunan variant rəyin tədqiqat hissəsində və rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Birin ci instansiya məhkəməsi mübahisəli evə yerli baxış zamanı evin hər iki mərtəbəsində ayrıca hər mərtəbəyə məxsus yataq və qonaq otaqlarının, həmçinin mətbəx, hamam və sanuzel otaqlarının olduğunu, hər iki mərtəbəyə ayrıca giriş-çıxış qapısının, eyni zamanda həyət sahəsinin olmasını nəzərə alaraq - ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılmasının açıq-aşkar məqsədəuyğun olduğu qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə X5nə münasibətdə ləğvi üçün əsas ola bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiy ası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin payı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 220.1-220.6-cı maddələrini tətbiq etməklə və iş üzrə xx xxxx 2019-cu il tarixli, 33943 saylı ekspert rəyini nəzərə alınaraq apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ümumi əmlakın naturada bölünməsi mümkün olduğundan iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, məhkəmə tərəfindən qeyd edilən ünvandakı əlavə tikililərə hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən həmin tikililərdən istifadə qaydası müəyyən edilməmiş, yalnız mülkiyyətdə olan 2 mərtəbəli yaşayış evinin tərəflərin payına uyğun olaraq naturada bölünməsi ekspertiza ilə müəyyən edildiyindən, ekspert rəyində göstərilən sxem üzrə evin birinci mərtəbəsinin iddiaçıya, 2-ci mərtəbəsinin isə cavabdehin istifadəsinə verilməsi qət edilmişdir. Qeyd edilən qaydada bölgü ilə tərəflər razılaşmış və qətnamədən apellyasiya şikayəti verməmişdirlər. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilən maddi hüquq normalarının pozulması iş üzrə müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi v ə prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edərək iddianın qismən edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh X5nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11279/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar