Məhkəmə qərarları › İş №2(102)-463/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-463/2023

25.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-463/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac) X6rşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac) X6rşı “işə bərpa və məcburi çıxarılmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 2(103)-6175/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac) X11 kassasiya şikayətinə 25 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri X4 ilə İddiaçı arasında 24 oktyabr 2019-cu ildə əmək müqaviləsi bağlanmış və İddiaçı xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsində İtaliya (Malta, Serbiya, Monteneqro, Bosniya və Herseqovina) üzrə müxbir vəzifəsinə təyin edilmişdir.

2. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun 324 saylı, 19 sentyabr 2020ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış X8 Məcəlləsinin 70-ci maddəsinin “ç” bənd inə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasına) əsasən xx.xx.2020-ci ildən xitam verilmişdir.

3. Mübahisə həmin əmrin qanuniliyi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdeh Azərbaycan X1rşı (bundan sonra “cavabdeh” və ya “AZƏRTAC”) iddia ərizəsi (sonradan iddianını dəqiqləşdirilməsi barədə ərizə) ilə Səbail rayon Məhkəmədsinə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli, 321 saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin vəzifəyə bərpa olunması, işsizlik müddəti ərzində olan əmək haqqının və digər xərclərin ödənilməsi barədə qətna mə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2001-ci ildən AZƏRTAC-da əmək fəaliyyətinə başlamışdır. xx.xx.2013-cü il tarixdən AZƏRTAC-ın mərkəzi Roma şəhəri olmaqla İtaliya müxbir məntəqəsinə xüsusi müxbir təyin edilmişdir. 2019-cu ildən başlayaraq iddiaçıya qarşı rəhbərlik tərəfindən əsassız olaraq təzyiqlər başlamış və ona işdən öz xahişi ilə getməyi barədə ərizə yazmaq təklif olunmuşdur. İddiaçı imtina etdikdən sonra AZƏRTAC-ın İdarə Heyətinin sədri xx.xx.2020-ci il tarixdə əmri imzalayaraq iddiaçını işdən azad etmişdir.

6. Əmr belə məzmunda olub: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş AZƏRTAC-ın Nizamna məsinin 4.6.7-ci bəndi rəhbər tutulmaqla əmr edilir: İddiaçı AZƏRTAC-ın mərkəzi Roma şəhəri olmaqla İtaliya (Malta, Serbiya, Montoneqro, Bosniya, Herseqovina) üzrə müxbiri ilə bağlanmış X8 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması) əsasən xx.xx.2020-ci ildən xitam verilsin. Maliyyə və uçot şöbəsi bu əmrin 1-ci bəndindən irəli gələn məsələləri həll etsin və onunla son haqq-hesab aparılsın. Bu əmrin məzmunu imza etdirməklə İddiaçı elan olunsun.

7. Həmçinin əmrin təsviri hissəsində hər hansı fakta, müqavilə öhdəliklərinə əsaslanmayan, iddiaçının guya əmək müqaviləsinin tələblərini pozmağına dair rəsmi olmaya n fikirlər yazılır, hətta iddiaçı dövlətin siyasətinə qarşı çıxmaqda günahlandırılır.

8. Cavabdeh tərəfin mövqeyinə görə guya xx.xx.2020-ci il tarixdə iddiaçı agentliyə dəvət edilərək kobud səhvlərə yol verdiyi onun diqqətinə çatdırılmış və iddiaçıya izahat yazma təklif olunsa da, o, imtina etmişdir. Lakin belə bir hal olmamışdır. Sadəcə həmin akt sonradan cavabdeh tərəfindən arxa tarixə tərtib olunmuşdur. Cavabdehlə əmək müqaviləsi bağlasa da, həmin müqavilənin surəti rəsmi olaraq iddiaçıya təqdim olunmamışdır. Həmçinin iddiaçı İtaliyanın Roma şəhərində iş yerində olduğu halda, onu geri çağırmamış qanunsuz olaraq işdən azad etmişlər.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 71, 72, 79, 187 və 190-cı maddələrinə istinad etmişdir.

10. Cavabdeh iddiaya yazılı vermişdir. Eti razın dəlilləri: - iddia ərizəsində göstərilən hallar həqiqətə uyğun deyil. İddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında AZƏRTAC-ın xx.xx.2020-ci il tarixli əmrinin təsviri (giriş) hissəsində təsbit olunmuş hallarda iddiaçınln işdən çıxarılmasının qanunauyğunluğu geniş şəkildə əsaslandırılıb. Ancaq nədənsə, iddiaçının iddia ərizəsini tərtib edən nümayəndə və vəkil tərəfindən həmin əmrin iddiaçının əmək müqaviləsinə xitam verilməsinə səbəb olan halları və məlumatları göstərilən hissəsi deyil, yalnız son qərar (əmr) hissəsi ərizənin mətninə daxil edilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında AZƏRTAC-ın xx.xx.2020-ci il tarixli əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq tərtib edilmiş və bu baxımdan əmr əsaslı və qanun auyğundur; - iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsasını onun öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi barəsində yazılmış təqdimatlar, əmək müqaviləsi ilə müəyyən olunmuş vəzifə öhdəliyinə məsuliyyətsiz yanaşması (müxtəlif xəbər saytlarından köçürülmüş, ictimai əhəmiyyət və aktuallıq kəsb etməyən, kobud dil və üslub səhvləri olan materiallar təqdim etməsi), onun müxtəlif dövrlərdə (xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və s.) yazdığı “bir daha belə hallara yol verməyəcəm və bu halların təkrarlanacağı təqdirdə öz ərizəm ilə işdən gedəcəyəm” etirafını özündə əks etdirən izahatları, Azərbaycan Respublikası X9 müavininin məktubu ilə əsaslandırılan Barselona şəhərində ermənilərin ölkəyə qarşı təxribat xarakterli a ksiyasının qarşısının alınmasında Azərbaycanın İspaniyadakı səfirliyinin fəaliyyətinə, milli maraqların müdafiəsi istiqamətində görülmüş işlərə kölgə salmağa yönəlmiş fəaliyyəti, “Facebook” səhifəsində paylaşdığı jurnalist etikasına sığmayan statusları, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını və tövsiyyələrini lağa qoymaqla həmin qərarların əleyhinə çağırışlar etməsi və s. hallar təşkil etmişdir; - iddiaçının 2019-cu ildən etibarən ona qarşı rəhbərlik tərəfindən təzyiqlərin başlanmasına dair iddiasının əsassız olduğunu müxbirin AZƏRTAC-da çalışdığı müddətdə onun əmək funksiyasını lazımınca yerinə yetirə bilməməsi ilə bağlı müxtəlif dövrlərdə verilmiş təqdimatlar və iclaslarda edilmiş çıxışlar da təsdiq edir; - iddiaçının İspaniyadan Baltikyanı ölkələrə dəyişdirilməsinin səbəbi onun Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi ilə problem yaşaması, verilən tapşırıqları lazımi səviyyədə yerinə yetirməməsi olmuşdur; - iddiaçı belə problemləri Pribaltika ölkələrində və İtaliya çalışarkən də yaratmışdır; - iddia ərizəsində göstərilir ki, əmrin təsviri hissəsində hər hansı fakta, müqavilə öhdəliklərinə əsaslanmayan, guya əmək müqaviləsinin tələblərini pozmağa dair rəsmi olmayan fikirlər yazılır və hətta onu dövlətin siyasətinə qarşı çıxmaqda günahlandırırlar. Artıq qeyd edildiyi kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında AZƏRTAC-ın xx.xx.2020-ci il tarixli əmrinin təsviri (giriş) hissəsində onun əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməməsi barədə yazılmış təqdimatlar və onların məzmununa dair məlumatlar geniş şəkildə öz əksini tapmışdır.Təqdimatlarda aydın şəkildə göstərilir ki, iddiaçı tərəfindən mütəmadi olaraq müxtəlif xəbər saytlarından köçürülmüş, ictimai əhəmiyyəti olmayan və aktuallıq kəsb etməyən, kobud dil və üslub səhvləri olan materiallar təqdim edilir və bu nöqsanlar dəfələrlə onun nəzərinə çatdırılsa da, heç bir nəticə çıxarmamış, öz fəaliyyətində əsaslı dönüş yarada bilməmişdir. İddiaçının təqdim etdiyi materiallar buraxılış redaktoru tərəfindən yenidən işlənilir ki, bu da iddiaçının əmək funksiyasını yerinə yetirə bilməməsini göstərir; - ərizədə göstərilən həmin iradın ikinci hissəsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı hansısa özəl mətbuat orqanlarında deyil, Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC-da) müxbir vəzifəsində işləyirdi. Azərbaycan Respublikası Prezid entinin xx.xx.2017-ci il tarixli,1740 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) Nizamnaməsinə görə AZƏRTAC dövlətin və cəmiyyətin həyatının müxtəlif sahələrinə aid informasiya toplayan, onu yerli və xarici kütləvi informasiya vasitələrinə, Azərbaycan Respublikasının dövlət orqanlarına, fiziki və hüquqi şəxslərinə operativ surətdə çatdıran, Azərbaycan Respublikasını regional və beynəlxalq media qurumlarında təmsil edən X12 olmaqla ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. AZƏRTAC-ın fəaliyyətinə nəzarəti Azərbaycan Respublikası Prezidenti həyata keçirir və onun fəaliyyətinə dair illik hesabat da Azərbaycan Respublikası Prezidentinə təqdim edilir. Məhz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan AZƏRT AC-la əmək müqaviləsi bağlayan iddiaçının dövlətin milli maraqlarına uyğun siyasəti ilə ziddiyyət təşkil edən fəaliyyəti yolverilməzdir; - iddia ərizəsində xx.xx.2020-ci ildə iddiaçıya izahat yazmaq təklifi olunmaması və sadəcə olaraq sonradan arxa tarixə akt tərtib olunduğu bildirilir. Bu məlumat həqiqəti əks etdirmir və bu təkzib olunmaz faktlarla sübuta yetirilir. Belə ki, iddiaçı barəsində AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavinləri və üzvlərinin xx.xx.2020-ci il tarixli, Xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsi müdirinin xx.xx.2020-ci il tarixli təqdimatları ilə əlaqədar iddiaçı xx.xx.2020-ci ildə Agentliyə dəvət edilmiş və onun yol verdiyi kobud səhvlərin rəsmi səviyyədə ciddi narahatlıq doğurduğu və Əmək Məcəlləsinin 72-ci maddəsinin "e" bəndinin (əmək fəaliyyəti z amanı yol verdiyi kobud səhvləri nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) tələblərini pozduğu diqqətinə çatdırılmışdır. İddiaçının həmin gün AZƏRTAC-ın binasında və İdarə Heyətinin sədr müavini D.M.İsmayılovun iş otağında olması, həmçinin Agentliyin iclas zalında onunla söhbət barədə aktı imzalayan 6 rəhbər şəxs, mühafizə xidməti və onun gəlməsini görən digər işçilər tərəfindən də, hətta videogörüntülərlə də təsdiq edilə bilər. İddiaçı izahat yazmaqdan imtina etmiş və bununla bağlı müvafiq akt tərtib olunmuşdur. Aktda iddiaçının ondan izahat istənilən zamanı özünü necə aparması ətraflı şəkildə əks olunduğu və həmin aktın surəti etiraza əlavə edildiyi üçün digər məlumatların təkrar qeyd edilməsini məqsədəmüvafiq hesab etmirlər; - ərizədə Agentliklə əmək müqaviləsi ba ğlanılsa da, onun surətinin iddiaçıya təqdim edilməməsi göstərilir. Bu hal da həqiqəti əks etdirmir və iddiaçının əmək müqavilələrinin qeydiyyatı kitabında öz imzası ilə müqavilənin ikinci nüsxəsini götürməsi təsdiq edilir; - iddia ərizəsində göstərilir ki, iddiaçı İtaliyanın Roma şəhərində iş yerində olsa da, iddiaçını geri çağırmadan işdən qanunsuz azad etmişlər. Qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2020-ci ildən sentyabrın 4-dək öz ərizəsi ilə əmək məzuniyyətində olmuş və sentyabrın 4-də əmək məzuniyyəti zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair xəstəlik vərəqəsi gətirdiyinə görə onun məzuniyyəti xx.xx.2020-ci ilədək uzadılmışdır. Lakin iddiaçının xx.xx.2020-ci ildə Agentliyə təqdim etdiyi Sumqayıt şəhər səhiyyə şöbəsinin 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş SN00 006 seriyalı 725741 nömrəli X5 Vərəqəsinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 (TƏBİB) tərəfindən aparılmış araşdırma nəticəsində qanunsuz və əsassız verilməsi müəyyən edildiyinə görə iddiaçının məzuniyyət müddətinin uzadılmasına dair əmr ləğv edilmiş və onun işə başlamalı olduğu tarix sentyabrın 19-u müəyyən edilmişdir.

11. Birinci instansiya məhkəməsində şahid X3 göstərmişdir ki, İddiaçı uzun müddətdir ki, tanıyır, tədbirdə tanış olublar, həmin vaxt İddiaçı AZƏRTAC-ın müxbiri kimi işləyirdi. İddiaçı hətta uşaqlarını qoyub bütün günü tədbirlərdə və konfranslarda iştirak edib. İspaniya səfirliyinin İddiaçı günahlandırması ilə bağlı deyilənlər hamısı yalandır və İddiaçı atılan böhtandır

12. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(006)1158/2021 nömrə li qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Natəvan Tağıyeva)

13. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri X4 ilə İddiaçı arasında 24 oktyabr 2019-cu ildə əmək müqaviləsi bağlanmış və İddiaçı xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsi İtaliya (Malta, Serbiya, Monteneqro, Bosniya və Herseqovina) üzrə müxbir vəzifəsinə təyin edilmişdir. AZƏRTAC-ın İdarə Heyətinin sədri A.Aslanovun 324 saylı 19 sentyabr 2020-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış X8 Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması) əsasən xx.xx.2020-ci ildən xitam verilmişdir.

14. Birinci instansiya məhkəməsi iddia tələbinin cavabdehin xx.xx.2020-ci il tarixli 321 saylı əmrinin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəyə bərpa olunması hissəsi ilə bağlı qeyd edib ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədrinin 324 saylı, 19 sentyabr 2020-ci il tarixli əmri əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə verildiyindən, həmin əmrin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə heç bir əsas yoxdur.

15. Birinci instansiya məhkəməsi iddia tələbinin işsizlik müddəti ərzində olan əmək haqqının və digər xərclərin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madd ələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. İddia tələbi əmrin etibarsız sayılması və iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması hissəsində təmin olunmadığından, iddia tələbi işsizlik müddəti ərzində olan əmək haqqının və digər xərclərin ödənilməsi hissəsində də təmin edilə bilməz.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi, 68-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci hissəsi, 72 və 300-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətində əlavə olaraq iş üzrə sübutların düzgün araşdırılmamasına, işin hallarına səhv qiymət verilməməsinə, maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə istinad edilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6458/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməs i ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Vəfaddin İbayev, Rəşad Həsənov)

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərini əsassız saymışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2624/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6458/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

23. Kassasiya instansiya məhkəməsinin mövqeyi belə olub: - hazırkı işdə, həm tərəflərin istinad etdikləri faktiki hallar baxımından xeyli sayda mübahisəli məsələlər olmasına, həm də istinad etdikləri qanunvericilik normalarının necə tətbiq edilməli olması ilə bağlı izah verilməsinə zərurət olmasına baxmayaraq, işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi tərəflərin dəlillərinə heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə öz qətnaməsində mübahisəyə dair tərəflərin mövqeyini ümumi şəkildə əks etdirmiş, sonra iş materiallarında olan sənədləri və məlumatları sadalamış, davamında maddi və prosessual hüquq normalarını qeyd edərək mübahisəli əmrin qanunvericiliyin tələblərinə uyğun çıxarıldığını və iddiaçının işə bərpa edilməsinə əsas olmadığını bildirmişdir; - mübahisənin mahiyyətinə qiymət vermədən, sadəcə qanunvericilik normalarının sadalanması ilə iddianın əsassız olması barədə qənaəti əks etdirən, bir neçə cümlədən ibarət olan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir; - buna görə də təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, işin mübahisəli halları, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməli, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməklə, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(103)-6175/2022 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın qismən təmin olunması, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 324 saylı, 19 sentyabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxmaya görə aylıq əmək haqqının ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli, Elşən Kazımov)

25. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq göstərib ki, mübahisələndirilən əmrin məzmunundan göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən İdarə Heyəti sədrinin müavinlərinin və üzvlərinin 29 iyul 2020-ci il tarixli və Xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsi müdirinin 28 iyul 2020-ci il tarixli təqdimatları və həmin təqdimatlarda ifadə olunan aşağıdakı hallar əsas götürülmüşdür: 1) iddiaçı şəxsi “Fac ebook” səhifəsində dövlət orqanlarının qərarlarına və fəaliyyətinə kölgə salan, Agentliyin imicinə xələl gətirən, AZƏRTAC əməkdaşının davranış qaydalarına zidd olan yazılarla çıxış etmiş, barəsində 2018-ci ildə tətbiq olunmuş intizam tənbehindən nəticə çıxarmayaraq 2020-ci ilin yanvar ayında yenə də şəxsi “Facebook” səhifəsində Azərbaycanda keçirilən bələdiyyə və keçiriləcək parlament seçkiləri ilə əlaqədar siyasi cəhətdən zərərli paylaşımlar etmiş, 2020-ci ilin iyul ayında paylaşdığı statuslarda jurnalist etikasına sığmayan ifadələr işlətmişdir. 2) iddiaçı tərəfindən mütəmadi olaraq müxtəlif xəbər saytlarından köçürülmüş, ictimai əhəmiyyəti olmayan və aktuallıq kəsb etməyən, kobud dil və üslub səhvləri olan materiallar təqdim edilib, fərdi yanaşma əsasında seçilmiş və geniş oxucu kütləsi üçün maraq doğurmayan xəbərlər əksər hallarda yenidən işlənilib və bu, buraxılış redaktorlarının haqlı narazılığına səbəb olub.

26. İşəgötürən iddiaçının təqdimatlarda göstərilən bütün bu fəaliyyət və hərəkətlərini kobud səhv kimi qiymətləndirərək AZƏRTAC-ın İtaliya üzrə müxbir məntəqəsində işin, əmək və icra intizamının normal ahəngini pozduğu və nəticə etibarilə X8 Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas yaratdığı qənaətinə gəlmiş və 19 sentyabr 2020-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam vermişdir. Əmrdə həmçinin qeyd olunmuşdur ki, iddiaçı 03 avqust 2020-ci il tarixdə həmin kobud səhvlərlə bağlı izahat vermək üçün Agentliyə dəvət olunmuş, lakin o, izahat verməkdən imtina etmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur.

27. Apellyasiya instansiyası m əhkəməsi ilkin olaraq qeyd edib ki, 03 avqust 2020-ci il tarixli aktda iddiaçıya izahat verməsinin təklif olunması və onun izahat verməkdən imtina etməsinə dair hər hansı qeyd yoxdur (i.v.70-71). Aktda sadəcə olaraq yol verilmiş kobud səhvlərin iddiaçının diqqətinə çatdırıldığı və onun bu səhvlərlə razılaşmadığı qeyd olunmuşdur. Digər tərəfdən, həmin akt onu tərtib edən şəxslərin hamısı tərəfindən imzalanmamışdır. Belə ki, aktda Həmkarlar İttifaqı Komitəsinin sədri A.Əliyevin imzası yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, əmrdə əmək müqaviləsinə xitam verilərkən əsas kimi İdarə Heyəti sədrinin müavinlərinin və üzvlərinin 29 iyul 2020-ci il tarixli təqdimatına və Həmkarlar İttifaqı Komitəsinin razılıq protokoluna istinad olunsa da, həmin sənədlər iş materialları nda müəyyən olunmamışdır. 29 iyul 2020ci il tarixli təqdimat sonuncu apellyasiya baxışı zamanı təqdim edilsə də, Həmkarlar İttifaqı Komitəsinin əmək müqaviləsinin xitamına razılıq protokolu işə baxan məhkəməyə təqdim olunmamışdır.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən halı Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə əməl olunmaması kimi qiymətləndirmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, işdən nə işəgötürənin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi barədə Həmkarlar ittifaqı təşkilatına müraciət etməsi, nə də Həmkarlar ittifaqı təşkilatında belə bir müraciətə baxılması və razılıq verilməsi təsdiq olunmur. Həmkarlar ittifaqı komitəsinin sədri əmrdə istinad olunan 03 avqust 2020-ci il tarixli aktı da imzalamamışdır. Bundan da belə nət icə çıxır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır.

31. Apellyasiya instansiyası məhkəməsi iddiaçının şəxsi “Facebook” səhifəsində etdiyi paylaşımlarla bağlı qeyd etmişdir ki, bu paylaşımların məzmunu ilə bağlı iş materiallarına hər hansı sübut əlavə olunmamışdır. Birinci instansiya məhkəməsi həmin məlumatlarla tanış olmadan iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Cavabdeh tərəf bu məlumatları birinci instansiya məhkəməsinə təqdim etdiyini bildirsə də, bu hal iş materialları ilə təkzib olunur. Həmin paylaşımlar iş materiallarında mövcud olmuş olsaydı belə, bu, mübahisələndirilən əmrin əsaslı olduğunu sübut etmir.

32. Apellyasiya instansiyası məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırıması məqs ədilə həmin paylaşımlarla tanış olaraq vurğulayıb ki, əmrdə istinad olunan paylaşımlar Agentliyə məxsus internet səhifəsində deyil, iddiaçının başqa bir adla (Vento Favoravel) qeydiyyatdan keçmiş öz şəxsi səhifəsində edilmişdir. İddiaçı həmin paylaşımların heç birində özünü AZƏRTAC-ın əməkdaşı kimi təqdim etməmişdir. Digər tərəfdən, həmin paylaşımlarda istər Azərbaycanda keçirilən bələdiyyə və keçiriləcək parlament seçkilərinə, istərsə də bununla bağlı dövlət siyasətinə zidd hər hansı fikir səsləndirilməmişdir. İddiaçı şəxsi “Facebook” səhifəsində adi bir vətəndaş kimi həyatda, cəmiyyətdə, gündəlik həyatında baş verən hadisələrə öz tənqidi münasibətini bildirmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi iddiaçının sözügedən paylaşımları müxbir olaraq deyil, fərd olaraq paylaşdığını nəzərə alaraq onları subyektiv tənqidi fikirlər kimi qiymətləndirməklə, bu paylaşımları onun Konstitusiya və Konvensiyadan irəli dələn fikir azadlığının ifadəsi kimi səciyyələndirib.

34. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edib ki, əmrdə istinad olunan paylaşımlar 2019-cu ildə və 2020-ci ilin yanvar ayında edilmiş, həmin paylaşımlarla bağlı iddiaçı ilə müxtəlif vaxtlarda söhbət aparılmış, izahat alınmışdır. Hazırda həmin əməllərə görə onun barəsində intizam tənbehi tətbiq olunması isə Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbinə də zidd olardı. Çünki həmin maddəyə görə intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddət ə daxil edilmir

35. Həmçinin, işəgötürən əmri əsaslandırarkən iddiaçının barəsində əvvəllər 04 may 2018-ci il tarixli əmrlə intizam tənbehi tətbiq olunduğunu, lakin onun bu tənbehdən nəticə çıxarmadığına da istinad etmişdir. Lakin, əmək müqaviləsinə xitam verilərkən əsas götürülən bu hal Əmək Məcəlləsinin 72-ci maddəsinin ə) bəndində nəzərdə tutulmuşdur və yalnız intizam tənbehinin tətbiqindən sonra keçən 6 ay ərzində təkrarən əmək funksiyasının pozulması halında əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi götürülə bilər. Hazırkı işdə isə 04 may 2018-ci il tarixli əmrin verilməsindən 2 il 4 ay keçdikdən sonra iddiaçı 19 sentyabr 2020-ci il tarixli əmrlə işdən azad edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi əmək müqaviləsinə xitam verilərkən əsas götürülən ikinci hal – iddiaçın ın bilavasitə əmək funksiyalarının pozulması halı ilə bağlı qeyd etmişdir ki, cavabdeh bunun təsdiqi olaraq redaktorların müxtəlif illərdə, o cümlədən 2008-ci ildə təqdim etdikləri bir neçə yazını təqdim etmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə həmin yazılar ayrılıqda əmək və icra intizamının kobud şəkildə pozulması kimi qiymətləndirilə və əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. İşəgötürən bunu əsas kimi qəbul etmiş olsaydı belə, yuxarıda qeyd olunduğu kimi, iddiaçı barəsində yalnız həmin pozuntunu aşkar etdiyi gündən bir ay ərzində ölçü götürə bilərdi (Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsi). Digər tərəfdən, yazılarda olan eyni xarakterli səhvlər əvvəlki illərdə də aşkar edilmiş olsa da, işəgötürənin bu pozuntulara görə nəyə görə məhz in di intizam tənbehi tətbiq etmək qənaətinə gəldiyi işdən aydın deyil.

38. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, apellyasiya baxışı zamanı cavabdehin nümayəndələri iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə əsas verən hallardan biri kimi iddiaçının nəzərdə tutulduğundan daha az məlumat (xəbərlər) göndərdiyinə də istinad etsələr də, əmrdə bu halın əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi götürüldüyü müəyyən edilməmişdir, buna görə də həmin dəlil üzrə hər hansı məhkəmə araşdırması aparılmasına lüzum yoxdur.

39. Apellyasiya instansiyası məhkəməsi yekun olaraq göstərib ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmrdə onun şəxsi “Facebook” səhifəsində müxtəlif paylaşımlar etməsi, habelə əmək funksiyasını, vəzifə borcunu (öhdəlikləri) yerinə yetirməməsi nəticəsində A ZƏRTAC-ın İtaliya üzrə müxbir məntəqəsində işin, əmək və icra intizamının normal ahənginin pozulduğu göstərilsə də, bu pozuntunun mahiyyəti, müəssisənin mənafeyinə nə kimi zərər vurması əsaslandırılmamışdır.

40. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edib ki, iddiaçının işi yarıtmaz olmuşdusa, belə olan halda, onun hansı səbəbdən daha məsuliyyətli işə keçirilməsini işəgötürən ağlabatan dəlillərlə əsaslandıra bilməmişdir. Bütün qeyd olunanlar isə iddiaçının işdən qanunsuz azad edilməsi barədə qənaətə gəlmək üçün birmənalı əsas verir.

41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 10-cu maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi, Əmək Məcəlləsinin 11, 68, 70, 71, 72, 80, 84, 187- ci, maddələri, Mülki Prosessual Məcəllənin 78.1, 384-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti belə əsaslandırılıb: - apellyasiya instansiyası məhkəməsi qətnamədə göstərib ki, 03 avqust 2020-ci il tarixli aktda iddiaçıya izahat verməsinin təklif olunması və onun izahat verməkdən imtina etməsinə dair hər hansı qeyd yoxdur. Aktda sadəcə olaraq yol verilmiş kobud səhvlərin iddiaçının diqqətinə çatdırıldığı və onun bu səhvlərlə razılaşmadığı qeyd olunmuşdur. Halbuki iddiaçının həmin gün AZƏRTAC-ın binasında və İdarə Heyətinin sədr müavini D.M İsmayılovun iş otağında olması, həmçinin Agentliyin iclas zalında onunla söhbət barədə aktı imzalayan 6 rəhbər şəxs, mühafizə xidməti və onun gəlməsini görən digər işçilər tərəfindən, hətta video görüntülərlə də təsdiq edilə bilər. İddiaçı həmin gün izahat yazmaqdan imtina etmiş və bununla bağlı müvafiq akt tərtib olunmuşdur. Aktda iddiaçının ondan izahat istənilən zamanı özünü necə aparması ətraflı şəkildə əks olunmuşdur; - bu məsələ birinci instansiya məhkəməsinə verilmiş etirazda ətraflı əks olunmuş, iddiaçının keçirilən iclası tərk etməsini təsdiq edən videogörüntülər məhkəmə baxışına təqdim edilmiş, məhkəmə baxışında tədqiq edilmiş və birinci instansiya qətnaməsinin 3-cü səhifəsində öz təsdiqini tapmışdır. Odur ki, bu hal işin mübahisəsiz halıdır; hesab edilməsinə əsas verir. - apely asiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi ilə bağlı qeyd edilməlidir ki, aktın sonunda iddiaçının onunla keçirilmiş iclası yarımçıq qoyaraq oranı tərk etməsi qeyd edilmişdir ki, bu hal da məntiqi baxımdan iddiaçının izahat verməkdən imtinası kimi qiymətləndirilməlidir; - bundan əlavə, iddiaçı özü də iddia ərizəsində AZƏRTAC-ın inzibati binasına gəlmədiyini və orada heç bir aktın tərtib edilmədiyini bildirsə də, məhkəmə prosesində onun həmin gün AZƏRTAC-ın inzibati binasına gəldiyi və izahat alınması üçün təşkil edilmiş iclasda iştirak etməsi məhkəmə baxışında sübut edilmişdir: - həmçinin, apellyasiya instansiyası məhkəməsi həmin akt onu tərtib edən şəxslərin hamısı tərəfindən imzalanmaması, belə ki, aktda Həmkarlar İttifaqı Komitəsinin sədri A.Əliyevin imzasının olmamasına istinad et sə də, qeyd edilməlidir ki, Həmkarlar İttifaqı Komitəsinin sədri A.Əliyev həmin gün keçirilən iclasda iştirak etmiş, aparılmış bütün danışıqların və aktda qeyd olunan halların şahidi olmuşdur. Sadəcə olaraq A.Əliyev həmin vaxt əmək məzuniyyətində olduğundan akta imza etməyinin gələcəkdə hüquq pozuntusu kimi qiymətləndirilməsini ehtimal edərək akta imza etməmişdir. A.Əliyevin həmin vaxtda rəsmi əmək məzuniyyətdə olmasını müvafiq məzuniyyət əmri sübut edir (əmrin surəti şikayətə əlavə olunur). İşin bu faktiki halı formal xarakter daşıyır və bu formal əsasa görə məhkəmə qətnaməsinin ləğvi yolverilməzdir; - apellyasiya instansiyası məhkəməsi göstərib ki, Həmkarlar İttifaqı Komitəsinin əmək müqaviləsinin xitamına razılıq protokolu işə baxan məhkəməyə təqdim olunmamışdır, eləcə də işəgötürə iddi açı ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi barədə Həmkarlar ittifaqı təşkilatına müraciət etməyib, nə də Həmkarlar ittifaqı təşkilatında belə bir müraciətə baxılması və razılıq verilməsi təsdiq olunmur. Bununla bağlı qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 80-cı maddəsinin İ hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İddiaçı xarici ölkəyə xüsusi müxbir təyin edildikdən sonra HİK-ə üzvlüyü dayandırılmış və onun əmək haqqından HİT-ə üzvlük haqqı tutulmamışdır. Belə olan halda HİK-ə üzv olmayan işçiyə münasibətdə onunla bağlanmış əmək müqaviləsinə xit am verilərkən HİK-in razılığı tələb edilmir. Bu səbəbdən də məhkəmənin bu mövqeyi tamamilə əsassızdır; (arayış əlavə edilir) - buna baxmayaraq iddiaçı ilə əmək münasibətlərinə xitam verməzdən əvvəl işəgötürən qəbul edəcəyi qərarın əsaslığını təmin etmək və əsassız işdən çıxarma hallarına yol verməmək üçün HİK-ə üzv olmasa da, əvvəllər üzv olmasını nəzərə alaraq yenə də iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq verməsi üçün xx.xx.2020ci il tarixli təqdimatla HİK-ə müraciət etmişdir. AZƏRTAC Həmkarlar İttifaqı Komitəsinin 2020-ci il 18 sentyabr tarixli 12 nömrəli iclasının (onlayn) protokolundan çıxarışda qeyd edilmişdir ki, müxbir İddiaçı xarici ölkədə çalışdığına görə Həmkarlar İttifaqı təşkilatının üzvü deyildir. Lakin onun fəaliyyətində yol verdiyi nöqsanlar nəticəsində işə götürənin qanuni mənafelərinə ciddi ziyan gətirdiyi, İdarə Heyəti sədrinin təqdimatı nəzərə alınaraq onun Əmək müqaviləsinə xitam verilməsinə qanuni əsaslar vardır; (HİK-in 2020-ci il 18 sentyabr tarixli 12 nömrəli iclasının (onlayn) protokolundan çıxarışın surəti əlavə edilir). - HİK tərəfindən də qeyd olunmuşdur ki, İddiaçı HİK-ə üzv olmasa da yol verdiyi pozuntulara görə onun işdən çıxarılmasına etiraz etmir. Nəzərə alınmalıdır ki, HİK müəssisədə çalışan işçilərin hüquqlarının müdafiəsini həyata keçirən və könüllü prinsipi əsasında yaradılan təşkilatdır. Əmək Məcəlləsinin 80-ci maddəsi yalnız HİK-ə üzv olan işçilərə münasibətdə HİT-in razılığının alınmasını tələb etsə də, işəgötürən yenə də üzv olmayan işçiyə münasibətdə də HİK-in razılığını almışdır. Bu hal qanun pozuntusu hesab edil ə bilməz, əksinə, qanunda nəzərdə tutulmasa da işəgötürən tərəfindən həyata keçirilmiş əlavə təminat tədbiri kimi qəbul edilməlidir; - iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsasını onun öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi barəsində yazılmış təqdimatlar, əmək müqaviləsi ilə müəyyən olunmuş vəzifə öhdəliyinə məsuliyyətsiz yanaşması (müxtəlif xəbər saytlarından köçürülmüş, ictimai əhəmiyyət və aktuallıq kəsb etməyən, kobud dil və üslub səhvləri olan materiallar təqdim etməsi), onun müxtəlif dövrlərdə (2019-cu il 26 aprel tarixli, 2020-ci il 4 yanvar tarixli və s.) yazdığı “bir daha belə hallara yol verməyəcəm və bu halların təkrarlanacağı təqdirdə öz ərizəm ilə işdən gedəcəyəm” etirafını özündə əks etdirən izahatlar, Azər baycan Respublikası X9 müavininin məktubu ilə əsaslandırılan Barselona şəhərində ermənilərin ölkəmizə qarşı təxribat xarakterli aksiyasının qarşısının alınmasında Azərbaycanın İspaniyadakı səfirliyinin fəaliyyətinə, milli maraqların müdafiəsi istiqamətində görülmüş işlərə kölgə salmağa yönəlmiş fəaliyyəti, “Facebook” sosial şəbəkəsində paylaşdığı jurnalist etikasına sığmayan statusları, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını və tövsiyələrini lağa qoymaqla həmin qərarların əleyhinə çağırışlar etməsi və s. hallar təşkil etmişdir; - birinci instansiya məhkəməsinə təqdim edilmiş və öz təsdiqini tapmış sübutlardan və müvafiq cədvəldən də göründüyü kimi iddiaçı tələb olunan normativləri ödəməməklə öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və bununla da onunla bağlanmış X8 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. AZƏRTAC-ın xarici ölkələrdəki xüsusi müxbirlərinin fəaliyyətinə dair Təlimatın 16-cı bəndinə əsasən xüsusi müxbirlərin aylıq informasiya normasının, yəni, 70-75 xəbərin təqdim edilməsi zərurəti qeyd olunsa da, iddiaçı bu göstəricinin 1/3-nə yaxın sayda material təqdim etmişdir. Bu halları təsdiq edən sübutlar da əmək müqaviləsinə xitam verilməsinə dair əmrə əlavə edilmiş təqdimatlarda ətraflı şəkildə təsbit edilmişdir; - iddiaçının işlədiyi struktur bölməsinin rəhbəri – AZƏRTAC-ın Xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsinin müdiri S.İbrahimovun təqdimatına əlavə edilmiş 01 yanvar-01 avqust 2020-ci il tarixləri üzrə iddiaçının fəaliyyətinə dair məlumat cədvəl ində göstərilmişdir ki, həmin dövrdə iddiaçı tərəfindən xarici saytlardan köçürülüb göndərilmiş 363 xəbərin cəmi 207-si buraxılıb. Əmrdə və ona əsas olmuş təqdimatlarda təsdiq edilir ki, iddiaçının verdiyi xəbərlər ictimai əhəmiyyət kəsb etməyən və ya aktual olmayan, digər xəbər saytlarından köçürülmüş məlumatlar olmuşdur; - AZƏRTAC-ın xarici ölkələrdəki xüsusi müxbirlərinin fəaliyyətinə dair Təlimatın 16-cı bəndinə əsasən xüsusi müxbirlər aylıq informasiya normasına uyğun olaraq 01 yanvar-01 avqust 2020-ci il tarixlərində təxminən minimum 490 xəbər təqdim etməli idi. Göründüyü kimi, iddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi öhdəlikərini davamlı olaraq yerinə yetirməmiş və bununla da AZƏRTAC-ın mərkəzi Roma şəhəri olmaqla İtaliya (Malta, Serbiya, Monteneqro, Bosniya və Herseqovin a) üzrə müxbir məntəqəsində işin, əmək və icra intizamının normal ahəngi pozulmuş, üzərinə düşən əmək funksiyasını lazımi qaydada icra etməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi işin bu faktiki halına heç bir hüquqi qiymət verməmişdir. Halbuki bu fakt əmrin verilməsinə əsas olmuş sənədlərdə bir başa göstərilmişdir; - bunlardan əlavə, Skype vasitəsi ilə keçirilən müxtəlif vıdeoiclaslarda iddiaçıya əmək funksiyasını yerinə yetirə bilməməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, iddiaçı həmin xəbərdarlıqlardan heç bir nəticə çıxarmamışdır. Qeyd edilməlidir ki, iddiaçının iştirakı ilə keçirilmiş videoiclasların səs yazısı və stenoqramı işin materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi bu sübutlara heç bir münasibət bildirməmişdir. Bu da öz növbəsi ndə işin məhkəmə baxışında obyektivlik, qərəzsizlik və çəkişmə prinsiplərinin tələblərinin kobud şəkildə pozulmasını göstərir; - iddiaçının 2019-cu ildən etibarən ona qarşı rəhbərlik tərəfindən təzyiqlərin başlanmasına dair iddiasının əsassız olduğunu müxbirin AZƏRTAC-da çalışdığı müddətdə onun əmək funksiyasını lazımınca yerinə yetirə bilməməsi ilə bağlı müxtəlif dövrlərdə verilmiş təqdimatlar və iclaslarda edilmiş çıxışlar da təsdiq edir; (təqdimatların və çıxışların surətləri işin materiallarına əlavə edilmişdir) - iddiaçının İspaniyadan Baltikyanı ölkələrə dəyişdirilməsinin səbəbi onun Azərbaycan Respublikasını bu ölkədəki səfirliyi ilə problem yaşaması, verilən tapşırıqları lazımı səviyyədə yerinə yetirməməsi olmuşdur. İddiaçı belə problemləri Pribaltika ölkələrində və İtaliyada çalış arkən də yaratmışdır. - nəzərə alınmalıdır ki, AZƏRTAC X2 və onun fəaliyyəti ilə əlaqədar spesifik təlimatlar mövcuddur. Onlardan biri də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) xarici ölkələrdəki xüsusi müxbirlərinin fəaliyyətinə dair Təlimatdır. Təlimatda xüsusi müxbirin vəzifə və funksiyalarından biri kımı "çalışdığı ölkədə Azərbaycan səfirliyi ilə sıx əlaqə yaradılması, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər qurulması, fəaliyyətin sərbəstlik prinsipini rəhbər tutmaqla respublikanın xarici siyasəti ilə bağlı mövzular işıqlandırılarkən səfirin rəyinin nəzərə alınması" qeyd olunmuşdur. Azərbaycan X9 müavininin 25.04 2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müvafiq məktublarında iddiaçı tərəfindən qeyd olunan vəzifələrin icra edilməməsi ətraflı şəkildə öz əksini tapmışdır. Nazirlikdən agentliyə bildirilmişdir ki, xüsusi müxbir İddiaçı sosial şəbəkələrdə paylaşdığı fikirlərə xüsusi diqqət yetirməsi labüd hesab edilir; - apellyasiya instansiyası məhkəməsinin başqa bir mövqeyi ilə qeyd edilməlidir ki, 19 sentyabr 2020-ci il tarixli əmrdə işçinin işdən çıxarılması əsası kimi AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə deyil (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması), həmin maddənin “e” bəndinə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) istinad edilmişdir. Bu hal ilə bağlı apellyasiya instansi yası məhkəməsinin mövqeyi, ümumiyyətlə, yanlışdır. Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin məzmununda işçinin əmək funksiyalarını icra etməməsi göstərilmiş və əsas kimi onun barəsində tərtib olunmuş müxtəlif tarixli təqdimatlar göstərilmişdir. Yəni, əmək müqaviləsinə xitam verilməsinin əsasında 04.05.018-ci il tarixli intizam tənbehi durmamışdır; - Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsində göstərilir kı, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Eyni zamanda, Əmək Məcəlləsinin 11-ci maddəsində göstərilir ki, işəgötürənin hüquqlarından biri də işçilər daxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəl b etməkdir; - işəgötürən Əmək Məcəlləsinin 11-ci maddəsində nəzərdə tutulan hüququndan istifadə edərək və Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə riayət edərək əmr verərkən həmin dörd meyarı (işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini) nəzərə almışdır. Belə ki, iddiaçı tərəfindən mütəmadı olaraq müxtəlif xəbər saytlarından köçürülmüş, ictimai əhəmiyyəti olmayan və aktuallıq kəsb etməyən, kobud dil və üslub səhvləri olan materialların təqdim edilməsini, bu halların dəfələrlə onun nəzərinə çatdırılmasından heç bir nəticə çıxarmamasını, onun tərəfindən təqdim edilən materialların buraxılış redaktorları tərəfindən yenidən işlənilməsini və s. - onun peşəkarlıq səviyyəsini xarakterizə edən mənfi hal kimi, onun bilavasitə tabe olduğu İdarə Heyətinin sədr müavini və struktur bölmənin rəhbəri - Xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsinin müdiri tərəfindən mənfi xarakterizə edilməsini - kollektivdə nüfuzunun aşağı olmasını göstərən hal kimi, əvvəllər oxşar pozuntulara görə intizam tənbehi almasını, bundan nəticə çıxarmamasını və təkrarən həmin hallara yol verməsini, digər dövlət orqanlarından (AR Xarici İşlər Nazirliyindən) barəsində mənfi təqdimatların daxil olmasını, eləcə də sosial şəbəkələrdə paylaşdığı jurnalist etikasına sığmayan, qeyri-etik ifadələrdən istifadə olunmuş statuslarını (iddiaçının qeyri-etik ifadələri və dövlətin siyasətinə qarşı çağırışları onun işdən azad olunması barədə 19 sentyabr 2020-ci il tarixli əmrin giriş hissəsində ətraflı qeyd edilmişdir) - onun şəxsiyyətini mənf i xarakterizə edən hal kimi qiymətləndirmiş, nəticədə intizam xətasının xarakterinə, yəni ağırlıq dərəcəsinə uyğun olan intizam tənbehi - X8 Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi növündə intizam tənbehi tətbiq etmişdir; - həmçinin qeyd olunmalıdır ki, iddiaçı 2020-ci ilin avqustun 6-dan sentyabrın 4-dək öz ərizəsi ilə əmək məzuniyyətində olmuş və sentyabrın 4-də əmək məzuniyyəti zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair xəstəlik vərəqəsi gətirdiyinə görə onun məzuniyyəti 2020-ci il sentyabrın 28-dək uzadılmışdır. Lakin onun 2020-ci il sentyabrın 4də Agentliyə təqdim etdiyi Sumqayıt şəhər səhiyyə şöbəsinin 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş SN00006 seriyalı 725741 nömrəli X5 Vərəqəsinin "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 (TƏBİB) t ərəfindən aparılmış araşdırma nəticəsində qanunsuz və əsassız verilməsi müəyyən edildiyinə görə iddiaçının məzuniyyət müddətinin uzadılmasına dair əmr ləğv edilmiş və onun işə başlamalı olduğu tarix sentyabrın 19-u müəyyən edilmişdir. Göstərilən bu fakt da iddiaçının şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. İddiaçı saxta sənədlər təqdim etməklə əmək funksiyalarının icrasından yayınmağa, süni şəkildə məzuniyyət müddətini uzatmağa cəhd etmişdir. Bu cür hüquqazidd əmələ cəhd edən şəxsin hərəkətləri onun şəxsiyyətim mənfi xarakterizə etməyə imkan verir. İşəgötürən də öz növbəsində həm iddiaçının qeyri-peşəkarlığını, həm də şəxsiyyətinin mənfi xarakterizə edilməsini nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir; b) Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri

44. Kassasiya şikayətinə qarşı iddiaçı yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - iş üzrə maddi hüquq normaları düzgün tətbiq edilib, məhkəmənin gəldiyi nəticə işin faktiki halları ilə uyğunluq təşkil edir. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsinə dair müddəlarına əməl edib; - X9 müavininin 23 aprel 2019-cu il tarixli məktubunu hazırki işə heç bir aidiyyəti yoxdur, çünki intizam tənbehi tətbiq etmə müddətləri ötdüyündən həmin məsələ üzrə hər hansı intizam tənbehi tətbiq edilə bilməz; - iddiaçının 04 yanvar 2020-ci il tarixli izahatı da yuxarıda göstərilən səbəblərdən (intizam tənbehi tətbiq etmə müddətləri ötdüyündən) 19 sentyabr 2020-ci il tarixli əmrin hüquqi əsası ola bilməz; - həmkarlar ittifaqına üzvlük və üzvlükdən çıxma yalnız ərizə əsasında olur. İddiaçı həmkarlar ittifaqından çıxma barədə ərizə verməyib. İddiaçının həmkar ittifaqının üzvü olmaması barədə arayış apellyasiya instansiyası məhkəməsini son qətnaməsindən sonradan tərtib edilib; - iddiaçının iclasda iştirak edib, iclası özbaşına tərk etməsi barədə videogörüntülər təqdim edilməsi barədə kassasiya şikayətinin dəlilə bağlı qeyd edilməlidir ki, iş materaillarında belə bir sübut yoxdur. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 11 “b” bəndi. Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70, “ç” bəndi. Əmək müqaviləsi işəgötürən tərəf indən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Maddə 71, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71, 3-cü hissə. İşəgötürən bu Məcəllənin 7 0-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72, “ə” bəndi. Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 187, 2-ci hissə. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 187, 3-cü hissə. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin aud itinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Maddə 300,1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsi nə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikay ətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsin ə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrə k, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

46. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

47. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.

49. Apellyasiya ins tansiyası məhkəməsi bu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 06 iyul 2022-ci il tarixli qərarında şərh edilən və hazırki qərarın 23-cü bəndində qeyd edilən göstərişlərə tam əməl etməmişdir. Halbuki Ali Məhkəmənin həmin göstərişləri iddia tələbi üzrə tərəflər arasındakı mübahisənin qanuni və ədalətli həlli üçün mühüm əhəmiyyət daşımışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə isə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

50. İddia tələbi işə bərpa barədədir. İddiaçı tələbinin əsası kimi cavabdeh tərəfindən verilən 19 sentyabr 2020-ci il tarixli əmrin qanunsuz olmasına istinad etmişdir. İddiaçı göstərib ki, guya 03 avqust 2020-ci ildə agentliyə dəvət edilərək kobud səhvlərə yol verməsinin onun diqqətinə çatdırılması və ona izahat yazması barədə təklif edilsə də, bundan imtina etməsi halı olmayıb, həmçinin Roma şəhərində iş yerində olduğu halda onu geri çağırmadan işdən azad ediblər.

51. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən mövqeyini hazırki qərarın 25-41-ci bəndlərində əks edilən dəlillərlə əsaslandırmışdır.

52. Məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, əmrdə istinad olunan paylaşımlar 2019-cu ildə və 2020-ci ilin yanvar ayında edilmiş, həmin paylaşımlarla bağlı iddiaçı ilə müxtəlif vaxtlarda söhbət aparılmış, izahat alınmışdır. Hazırda həmin əməllərə görə onun barəsində intizam tənbehi tətbiq olunması isə Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbinə də zidd olardı. Çünki həmin maddəyə görə intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.

53. Apellyasiya instansiyası məhkəməsi əmrdə istinad olunan paylaşımların 2019-cu ildə və 2020-ci ilin yanvar ayında edilməsi, həmin paylaşımlarla bağlı İddiaçı ilə müxtəlif vaxtlarda söhbət aparılaraq, izahat alınması, hazırda həmin əməllərə görə onun barəsində intizam tənbehinin tətbiq olunmasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbinə də zidd olmasını göstərsə də, əmrdə qeyd edilən bu halların İddiaçı öz əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirib-yetirməməsinə, bununla bağlı cavabdehin təqdim etdiyi çoxsaylı sübutlara (iddiaçı ilə “Skype” vasitəsilə aparılan danışıqların stenoqramlar ı, iddiaçının təqdim etdiyi materiallardakı peşəkar çatışmazlıqlarla bağlı arayışlar və s.), hətta əmək funksiyası ilə bağlı İddiaçı özünün yazdığı izahatlara, eləcə də, əmək müqaviləsinə xitam verilərkən qeyd edilən halların iddiaçının peşəkarlıq səviyyəsini xarakterizə edən hallar kimi nəzərə alınıb-alınmamalı olmasına qiymət verməmişdir.

54. Halbuki cavabdeh də iddiaya etirazında əmrdə sadalanan halları əmək müqaviləsinə xitam verilməsinin yeganə əsası kimi deyil, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsi baxımından İddiaçı peşəkarlıq səviyyəsini xarakterizə edən hallar kimi nəzərə alınaraq onunla ən son tədbir olan əmək müqaviləsinə xitam verilməsinin əsası kimi göstərmişdir.

55. Bundan başqa, işdən görünür ki, cavabdeh tərəf İddiaçı peşəkarlıq səviyyəsi, onun öz əmək funksiya sını və ya əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi, əmək müqaviləsi ilə müəyyən olunmuş vəzifə öhdəliyinə məsuliyyətsiz yanaşması ilə bağlı (müxtəlif xəbər saytlarından köçürülmüş, ictimai əhəmiyyət və aktuallıq kəsb etməyən, kobud dil və üslub səhvləri olan materiallar təqdim etməsi) sübutlar təqdim etsə də, apellyasiya instansiyası məhkəməsi nə həmin sübutlara qiymət vermiş, nə də həmin sübutların MPM-in 372.2-ci maddəsinin tələbləri baxımından qəbul edib-etməməsini qətnamədə göstərməmişdir.

56. Həmçinin işdən görünür ki, İddiaçı 2020-ci ilin avqustun 6-dan sentyabrın 4-dək öz ərizəsi ilə əmək məzuniyyətində olmuş və sentyabrın 4-də əmək məzuniyyəti zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair xəstəlik vərəqəsi gətirdiyinə görə onun məzuniyyəti 20 20-ci il sentyabrın 28-dək uzadılmışdır. İşdən o da görünür ki, İddiaçı 2020ci il sentyabrın 4-də Agentliyə (cavabdehə) təqdim etdiyi Sumqayıt şəhər səhiyyə şöbəsinin 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş SN00006 seriyalı 725741 nömrəli X5 Vərəqəsinin "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 (TƏBİB) tərəfindən aparılmış araşdırma nəticəsində qanunsuz və əsassız verilməsi müəyyən edilib. Bunun nəticəsi olaraq cavabdeh təşkilat tərəfindən İddiaçı məzuniyyət müddətinin uzadılmasına dair əmr ləğv edilmiş və onun işə başlamalı olduğu tarixin 2020-ci il sentyabrın 19-u olması göstərilib.

57. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi Sumqayıt şəhər səhiyyə şöbəsinin 3 nömrəli şəhər poliklinikası tərəfindən SN00006 seriyalı 725741 nömrəli X5 Vərəqəsinin "Tibbi Ərazi Bö lmələrini İdarəetmə Birliyi” X12 (TƏBİB) tərəfindən aparılmış araşdırma nəticəsində İddiaçı qanunsuz və əsassız verilməsi ilə bağlı məsələyə işin halları baxımdan hər hansı qiymət verməmişdir.

58. Göründüyü kimi, işdə İddiaçı öz əmək funksiyasını lazımi qaydada yerinə yetiribyetirməməsi, əmək müqaviləsi ilə müəyyən olunmuş vəzifə öhdəliyinə məsuliyyətli yanaşıb-yanaşmamasını müəyyən etmək və bununla da mübahisənin obyektiv, hərtərəfli və tam araşdırılması üçün çoxsaylı sübutlar olsa da, apellyasya instansiyası məhkəməsi həmin sübutları araşdırmadan kənarda saxlamış, həmin sübutlara münasibətini qətnamədə göstərməmişdir. Mülki prosessual qanunverciliyin tələbinə görə isə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərfəli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır, sübutlara obyektiv, qə rəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. (MPM, 14.1 və 88-ci maddələr)

59. Məhkəmə kollegiyası vurğulayır ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

60. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qism ən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı qərar qəbul etməlidir.

61. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) X11 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6175/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar