Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4630/2021 14.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər X, X, X olmaqla) ilk, Cavabdeh İddiaçı qarşı (üçüncü şəxslər X, X, X olmaqla) qarşılıqlı iddia tələbi barədə iş üzrə QƏRARİ Açar sözlər: servitut hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-769/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il ta rixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 14 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 0.1725 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası 20.05.2017-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Eyni zamanda xxx küçəsində yerləşən 0.04 ha torpaq sahəsi 31.05.2014-cü il tarixli çıxarışa əsasən mülkiyyət hüququ ilə Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən əmlaka aid 0,1725 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan xxxx küçəsində yerləşən 0,04 ha torpaq sahəsi bir-biri ilə qonşu ərazilərdə yerləşir. Həmin sahələr arasında bir tərəfi 0,70 m, digər tərəfi i sə 2,40 m olan torpaq sahəsindən ibarət zolaq vardır. İddiaçıya məxsus əmlakın əsas giriş-çıxış darvazası (texniki pasportda Vİİİ literi ilə göstərilmişdir) həmin torpaq zolağına açılır. İddiaçıya məxsus 0,1725 ha torpaq sahəsi daş hasara alınmaqla, bu əmlaka dair tərtib edilmiş texniki pasportun göstəricilərinə uyğun yerləşmişdir. Bu hallar həmin əmlaka dair ƏMDK yanında DƏDRX tərəfindən tərtib edilmiş əmlaka dair texniki pasportda da öz əksini tapmışdır. Qarşılıqlı iddiaçıya məxsus olan 0,04 ha torpaq sahəsinin üzərində hər hansı tikinti mövcud deyildir və həmin sahənin avtomobil yoluna tərəf olan hissəsi hasarla əhatə olunmamışdır, həmin hissədən yola sərbəst giriş-çıxışı mövcuddur. İlk iddiaçı uzun müddətdir ki, cavabdehin ərazisindən keçən yoldan giriş-çıxış yolu kimi istifadə edir. S on vaxtlar cavabdehin həmin torpaq sahəsini hasara alması və orada tikinti işləri aparması ilə bağlı iddiaçının həmişə istifadə etdiyi yolla bağlı mübahisə yaranmışdır. Ona görə iddiaçı hazırkı mübahisəni başladaraq həmişə istifadə etdiyi yolun servitut olaraq istifadə etməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh, üçüncü şəxslər X, X və X qarşı “servitut hüququnun təmin edilməsi” tələbinə dair ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan xxx küçəsindəki torpaq sahəsindən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda 0.1725 ha torpaq sahəsinə giriş-çıxış üçün eni 5 metr olan yolun servitut formasında İddiaçı xeyrinə yüklü edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaç ı tələbini onunla əsaslandırmışdır ki, X tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 4 ünvanda 0.1725 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binası onun mülkiyyətindədir. Həmin qeyri-yaşayış binasına 24.06.2017-ci il tarixdə X tərəfindən “Texniki Pasport” verilmişdir. Həmin sənədə əsasən onun mülkiyyətində olan torpaq sahəsindən 31.05.2014-cü il tarixli RX seriyalı, ******* saylı çıxarışa əsasən cavabdehin mülkiyyətində olan xxx küçəsində yerləşən 0.04 ha torpaq sahəsinə giriş-çıxış qapısı vardır. Lakin cavabdeh tərəfindən onun mülkiyyətində olan daşınmaz əmlaka giriş-çıxış beton bloklar qoyulmaqla məhdudlaşdırılmışdır.
4. Cavabdeh İddiaçı, üçüncü şəxslər X, X və X qarşı “servitut hüququnun təmin edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda 0.1725 ha torpaq sahəsindən Cavabdeh mülkiyyətində olan xxx küçəsindəki torpaq sahəsinə giriş-çıxış üçün eni 5 metr olan yolun servitut formasında Cavabdeh xeyrinə yüklü edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən xxx küçəsində yerləşən 0.04 ha torpaq sahəsi mülkiyyət hüququ ilə onun xüsusi mülkiyyətindədir. Torpaq sahəsinə 31.05.2014-cü il tarixdə X tərəfindən **********93 reyestr nömrəli “torpaq sahəsinin planı və ölçüsü” veri lmiş və həmin sənədə əsasən onun mülkiyyətində olan torpaq sahəsinin İddiaçı mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış qapısı vardır. İddiaçı tərəfindən onun mülkiyyətində olan torpaq sahəsindən qanunsuz olaraq avtodayanacaq kimi istifadə edildiyinə görə və Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən beton bloklar qoyulmaqla öz sərhədini müəyyən etmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim G.Abbasova) 24 avqust 2020ci il tarixli, 2(001)-104/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh, üçüncü şəxslər X, X və X qarşı “servitut hüququnun təmin edilməsi” tələbinə dair ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh mülkiyyətində olan xxx küçəsində yerləşən torpaq sahəsindən İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında 0, 1725 ha torpaq sahəsini əhatə edən daş hasarın üz ərində Texniki pasport üzrə “Vİİİ” kimi nəzərdə tutulmuş və faktiki olaraq 3.35 metr enində olan darvazanın öz konstruktiv quruluşuna və təyinatına görə, ərazinin əsas giriş-çıxış yolunun (nəqliyyat və piyada yolu) 5.0 (beş) metrə qədər (ən azı 4.5 metr olmaqla) genişləndirilməsi və İddiaçı xeyrinə servitut olaraq yüklü edilməsi, ilkin iddia tələbi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, Cavabdeh İddiaçı, üçüncü şəxslər X, X və X qarşı “servitut hüququnun təmin edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi, iş üzrə keçirilmiş 20.09.2019-cu il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat pulun Cavabdeh alınaraq, dövlət büdcəsinə keçirilməsi, iş üzr ə keçirilmiş 17.04.2020-ci il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat pulun Cavabdeh alınaraq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin 20.09.2019-cu il tarixli, 15784 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ünvan 6 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan 0.1725 ha topaq sahəsi hasara alınarkən müvafiq texniki pasportda olan göstəricilərə riayət olunduğu müəyyən edilir. İddiaçı və Cavabdeh ayrı-ayrılıqda mülkiyyətində olan topaq sahələrinin sərhədlərinin (hüdudların), müvafiq hüquqmüəyyənedici və texniki sənədlərə əsasən, birbirinə bitişik olmadığı, torpaq sahələri arasında bir tərəfdən təqribən 0,70 metr, digər tərəfdən isə təqribən 2,40 met r ara məsafəsi olduğu müəyyən edilir.İddiaçı mülkiyyətində olan torpaq sahəsinin əsas giriş darvazasından (hazırda fəaliyyət göstərən) obyektin ərazisinə piyadaların, nəqlıyyat vasitələrinin, eləcə də fövqəladə hallarda tətbiq olunan müvafiq (xüsusi) avtotexnikanın (ölçüləri nəzərə alınmaqla) sərbəst giriş-çıxışının təmin edilməsi üçün, Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsinin (baxış keçirilən dövrdə heç bir tikinti işi aparılmamışdır) bir hissəsindən «servitut» qaydasında (özgənin əmlakından, mülkündən müəyyən dərəcədə istifadə etmə hüququ) 5,0 metr enində keçid yolunun tələb olunduğu müəyyən edilir. İddiaçı məxsus torpaq sahəsini əhatə edən daş hasar üzərində texniki pasport üzrə «Vİİİ» literli dəmir darvaza və «İX» literli dəmir qapı nəzərdə tutulmuş, darvaza və qapının ölçülər i texniki pasportda əks olunmamışdır. Mövcud vəziyyətdə, iddiaçının torpaq sahəsinin «Vİİİ» literli darvazasının cavabdehin mülkiyyətində olan 0.04 ha torpaq sahəsi ilə həmsərhəddə olan keçid yoluna tərəf açıldığı, həmin darvazanın faktiki olaraq 3.35 metr enində olduğu müəyyən edilir. Texniki pasport üzrə nəzərdə tutulmuş «İX» literli qapının öz konstruktiv quruluşuna görə, ərazinin arxa ehtiyat qapısı olan piyada yolu kimi layihələndirildiyini və həmin qapının yerləşdiyi ərazinin (torpaq sahəsi) quruluşuna görə qapalı şəkildə olduğunu eləcə də həmin ərazidə yerləşən tikililərin planda yerləşməsini, yeraltı və yerüstü kommunikasiya xətlərinin mövcudluğunu və digər texniki göstəriciləri nəzərə alaraq texniki pasport üzrə və faktiki olaraq 3,35 metr enində olan darvazanın öz konstruktiv qur uluşuna və təyinatına görə, ərazinin əsas giriş çıxış yolu (nəqliyyat və piyada yolu) kimi layihələndirildiyini nəzərə alaraq, Azərbaycan Respublikasında qüvvədə olan Tikinti Norma və Qaydaları İİ-89-80* (CHиП) «Sənayə obyektlərinin baş planı» bölməsinin 5.38-ci bəndinin tələblərinə müvafiq olaraq, 5.0 metrə qədər (ən azı 4.5 metr olmalıdır) genişləndirilməsi mümkün deyildir. Lakin texniki pasport üzrə “Vİİİ” kimi nəzərdə tutulmuş və faktiki olaraq 3,35 metr enində olan darvazanın öz konstruktiv quruluşuna və təyinatına görə, ərazinin əsas giriş çıxış yolu (nəqliyyat və piyada yolu) kimi layihələndirildiyini nəzərə alaraq, Azərbaycan Respublikasında qüvvədə olan Tikinti Norma və Qaydaları İİ-89-80* (CHиП) «Sənayə obyektlərinin baş planı» bölməsinin 5.38-ci bəndinin tələblərinə müvafiq olar aq, 5.0 metrə qədər (ən azı 4.5 metr olmalıdır) genişləndirilməsi texniki cəhətdən mümkündür. Cavabdeh mülkiyyətində olan 0,04ha torpaqsahəsinin hüquqmüəyyənedici və texniki sənədlərə əsasən, torpaq sahəsindən avtomobil yoluna sərbəst çıxışı vardır.
8. Məhkəmə Cavabdeh qarşılıqlı iddia tələbinə münasibətdə hesab etmişdir ki, cavabdeh istinad etdiyi dəlilləri sübuta yetirə bilməmiş, məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin ekspert rəyindən də müəyyən edilir ki, Cavabdeh mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin hüquqmüəyyənedici və texniki sənədlərə əsasən, torpaq sahəsindən avtomobil yoluna sərbəst çıxışı vardır. Ona görə də qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 255, 256.1, 257-ci, Mülki Prossesu al Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-769/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(001)-104/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi üçün Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən eni 5 metr olan yolun servitut şəklində yüklü edilməsinə dair tələbi əsaslı olmuşdur. Bu qənaətə gələrkən məhkəmə kollegiyası ilk növbədə işin o halına əsaslanmışdır ki, iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən əmlaka aid 0,1725 ha torpaq sahəsinə dair ƏMDK yanında DƏDRX tərəfindən tərtib edilmiş texniki pasportda həmin torpaq sahəsinin əsas giriş-çıxış qapısının Vİİİ literli darvazadan olması göstərilmişdir və əmlak həmin vəziyyətdə daşınmaz əmlakın Dövlət reyetrində qeydiyyata alınmışdır. Qarşılıqlı iddiaçı həmin sənədlərin həqiqiliyini mübahisələndirməmişdir.
13. Bundan başqa müəyyən olunur ki, iddiaçıya məxsus torpaq sahəsinin daş hasarının bir tərəfindən avtomobil yolu istiqamətində piyada keçidi üçün quraşdırılmış 1 metr enində qapı mövcuddur. Qarşılıqlı iddiaçı həmin qapının genişləndirilərək iddiaçının yola giriş-çıxış darvazası quraşdıra bilməsini qeyd etmişdir. Lakin iş üzrə keçirilmiş ekpsert rəylərində göstərilənlərə əsasən bu qənaətə gəlmək olur ki, həmin qapının genişləndirilərək giriş-çıxış darvazasının quraşdırılması bu ərazidə olan çoxillik yaşıllıq zolağının məhv edilməsi, həmin qapıya yaxın inşa edilmiş tikililərin sökülməsi ilə nəticələnəcəkdir ki, bunlar da iddiaçının iqtisadi cəhətdən hədsiz yükə məruz qalmasına səbəb olacaqdır.
14. Eyni zamanda qarşılıqlı iddiaçının öz torpaq sahəsinin servitut ilə yüklü edilməsinə görə iddiaçıdan kompensasiya almaq və bununla da məruz qaldığı mülkiyyət hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasını əvəzləşdirmək hüququ vardır. Belə ki, Mülki Məcəllənin 261.1-ci maddəsinə görə əgər müqavilədə a yrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. Həmin Məcəllənin 261.2-ci maddəsinə görə haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir.
15. Qarşılıqlı iddiaçı apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, İddiaçı özünə məxsus olan torpaq sahəsinin hasarını onun torpaq sahəsi istiqamətində 1,30 metr qabağa çəkməklə, həmin ərazidə mövcud olmuş yolu daraltmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə İddiaçı istifadəsində olan torpaq sahəsinin DƏDRX tərəfindən tərtib edilmiş texniki pasporta uyğun olması müəyyən edilmişdir. Belə ol an halda, iddiaçının hasarı qabağa çəkməklə onların arasındakı torpaq zolağını daratlmasına dair dəlilini məhkəmə kollegiyası əsassız hesab etmişdir.
16. Bundan başqa, qarşılıqlı iddiaçı onun mülkiyyətində olan torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin mövcud olmasını, birinci instansiya məhkəməsi tərəfindən həmin qətnamələrin nəzərə alınmamasını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab etmişdir. Belə ki, qarşılıqlı iddiaçı Cavabdeh X qarşı sərəncamın verilməsi və maneələrin aradan qaldırılmasına dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 04.08.2015-ci il tarixli qərarından görünür ki, onun iddiası təmin edilmiş və X üzərinə Cavabdeh məxsus torpaq sahəsində qeyri-yaşayış bi nasının eskiz layihəsi əsasında inşa edilməsinə icazə verilməsi barədə sərəncam verilməsi və torpaq sahəsinin daş hasara alınmasına yaradılan maneələrin aradan qaldırılması cavabdehin üzərinə vəzifə kimi qoyulmuşdur. Göründüyü kimi, həmin məhkəmə qərarı Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə edilməsinə rayon icra orqanları tərəfindən yaradılan maneələrin aradan qaldırılması ilə bağlı olmuşdur və hazırkı iddia tələbi ilə hər hansı əlaqəsi olmamışdır.
17. Məhkəmə kollegiyası iş üzrə qarşılıqlı iddianın təmin edilməməsinin əsassız olması ilə bağlı apellyasiya şikayətinin dəlilini də əsassız hesab etmişdir. Belə ki, qarşılıqlı iddiaçı mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi məqsədi ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus torpaq sahəsini n 5 metr hissəsinin onun xeyrinə servitut ilə yüklü edilməsini xahiş etmişdir. Lakin işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində heç bir tikili mövcud deyildir və torpaq sahəsinin bir yanı avtomobil yolu boyunca yerləşməklə yola birbaşa çıxışa malikdir. Belə olan halda, qonşu torpaq sahəsindən giriş-çıxış yolunun tələb edilməsinə dair qarşılıqlı iddia Mülki Məcəllənin 255.4-cü maddəsinin tələblərinə cavab verməyən iddia kimi dəyərləndirilməlidir. Həmin maddənin tələbinə görə, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiy aclarının təmin edilməsi üçün təyin oluna bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.
20. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxi l olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
23. Cavabdeh və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxslər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
26. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
27. Qanunun tələbinə görə kassasiya inst ansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. (maddə 175.1)
30. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyat a keçirməyə icazə verilmir. (maddə 255.1)
31. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. (maddə255.2)
32. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. (maddə 255.4)
33. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. (maddə 255.6)
34. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilmə si və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. (maddə 256.1)
35. Servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın. (maddə 257.1)
36. Servitutla yüklü olan mülkiyyətçi servitutun həyata keçirilməsinin qarşısını alan və ya onu çətinləşdirən heç bir hərəkət etməməlidir. (maddə 257.2) Mülki Prossesual Məcəllə
37. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
38. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
39. Məhk əmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
40. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Beləki, cavabdeh iddiaçıya onun torpaq sahəsindən sevitut verilməsinə etiraz edir və eyni zamanda özü üçün iddiaçının torpaq s ahəsindən servitut tələb edir.
45. İlk növbədə qeyd olunur ki, cavabdehin özü üçün servitut tələb etməsinin əsassız olması açıq-aşkardır. Belə ki, məhkəmələr müəyyən etmişlər ki, qarşılıqlı iddiaçıya məxsus olan 0,04 ha torpaq sahəsinin üzərində hər hansı tikinti mövcud deyildir və həmin sahənin avtomobil yoluna tərəf olan hissəsi hasarla əhatə olunmamışdır, həmin hissədən yola sərbəst giriş-çıxış mövcuddur. Belə olan halda, qonşu torpaq sahəsindən giriş-çıxış yolunun tələb edilməsi Mülki Məcəllənin 255.4-cü maddəsinin dispozisiya şərtlərinə uyğun deyil. Həmin maddənin tələbinə görə, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Ona görə ilk növbədə qeyd edilir ki, qarşılqılı iddia ilə bağlı Apelyasiya Məhkəməsinin mövqeyi işin hallarına uyğun olmaqla qanuni və əsaslıdır.
46. İlk iddiaçının özü üçün servitut tələb etməsi isə əsaslı olmuşdur. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən 0.1725 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası 20.05.2017-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Eyni zamanda xxx küçəsində yerləşən 0.04 ha torpaq sahəsi 31.05.2014-cü il tarixli çıxarışa əsasən mülkiyyət hüququ ilə Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən əmlaka aid 0,1725 ha torpaq sahəsi ilə Cavabd eh mülkiyyətində olan xxx küçəsində yerləşən 0,04 ha torpaq sahəsi bir-biri ilə qonşu ərazilərdə yerləşir. Həmin sahələr arasında bir tərəfi 0,70 m, digər tərəfi isə 2,40 m olan torpaq sahəsindən ibarət zolaq vardır. İddiaçıya məxsus əmlakın əsas giriş-çıxış darvazası (texniki pasportda Vİİİ literi ilə göstərilmişdir) həmin torpaq zolağına açılır. İddiaçıya məxsus 0,1725 ha torpaq sahəsi daş hasara alınmaqla, bu əmlaka dair tərtib edilmiş texniki pasportun göstəricilərinə uyğun yerləşmişdir. Bu hallar həmin əmlaka dair ƏMDK yanında DƏDRX tərəfindən tərtib edilmiş əmlaka dair texniki pasportda da öz əksini tapmışdır.
47. Cavabdeh iddiaçının uzun illər istifadəsində olmuş yolu bağlamaqla ondan istifadə etməsinə mane olur və etirazını onunla əsaslandırır ki, iddiaçının başqa istiqamətdə özünə giriş-çıxış yolu açmağa imkanı var.
48. İddiaçının özünə məxsus olan sahədən başqa giriş-çıxış yolunun açılmasının mümkünlüyü məsələsini işə baxan məhkəmələr yoxlamışlar. Bununla bağlı müvafiq ekspertiza təyin edilərək mütəxəssis rəyi almışlar.
49. Məhkəmə Ekspertizası Mərkəzinin 17.04.2020-ci il tarixli, 31733 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışa (qeydiyyat tarixi 20.08.2017) əsasən İddiaçı məxsus obyektin yola tərəf sərbəst hasarının olduğu müəyyən edilmişdir. İddiaçı məxsus obyektin yola tərəf sərbəst hasa rından 1.0x2,3 m ölçüdə metal qapı mövcuddur. Həmin qapıdan ölçüləri və yerləşmə mövqeyinə görə obyektin əsas qapısı qismində (yük daşımaları, fövqəladə hallarla bağl yanğınsöndürən və digər böyük ölçülü avtomobillərin girişi üçün) istifadəsinin faktiki vəziyyət üzrə mümkün olmadığı müəyyən edilir. Tədqiq olunan obyektin yerləşmə planını, obyektin texniki pasporta tam uyğun olmasını, obyektin ərazisində yerləşən tikililərin və çoxillik yaşıllıq zolaqlarının faktiki yerləşmə vəziyyətlərini, yol boyunca yerləşən hasarın yolun bilavasitə kənarında yerləşdiyini və səkinin olmamasını, həmin hissədə yerləşən 1,0 m enində dəmir qapının birbaşa yola açıldığını və yuxarıda qeyd olunmuş normativ aktların tələblərini nəzərə aldıqda, yolun kənarı ilə çəkilmiş hasardan obyektin ərazisinə giriş darvazas ının açılmasının (torpaq sahəsindən küçəyə qapının açılması xəstəxanaya təcili giriş-çıxışla bağlı maneə yarada bilməyini nəzərə almaqla) mümkünlüyü, qeyd olunan hallarla bağlı müvafiq qurumlar tərəfindən (Azərbaycan Avtomobil Yollarının Dövlət Agentliyi, Yerli İcra Hakimiyyəti orqanları, Ekologiya və TS nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və s...) razılıqlar və texniki şərtlər aldıqdan sonra müəyyən oluna bilər.
50. Göründüyü kimi iddiaçının istifadəsində olan sahəyə başqa bir giriş qapısının açılmasının yeganə mümkün varinatı ilə bağlı sadalanan zəruri şərtlər həmin darvazanın açılması imkanlarını heçə endirir. O cümlədən, obyektin yerləşmə planı, obyektin texniki pasporta tam uyğun olmaqla obyektin ərazisində yerləşən tikililərin və çoxillik yaşıllıq zolaqlarının f aktiki olaraq həmin hissədə yerləşməsi, yol boyunca yerləşən hasarın mövcudluğu, hasarın bilavasitə yolun kənarında yerləşməsi və səkiyə çıxması həmin hissədə giriş-çıxış yolunun açılmasına icazə verilməsi imkanlarını mümkünsüz edir. Ona görə iddiaçının başqa qapı açmaq imkanlarının olması ehtimalını əsas tutaraq uzun illər istifadə etmiş olduğu yoldan məhrum edilməsi əsaslı hesab oluna bilməzdi.
51. Məhkəmə Ekspertizası Mərkəzinin 20.09.2019-cu il tarixli, 15784 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ünvan 7 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan 0.1725 ha topaq sahəsi hasara alınarkən müvafiq texniki pasportda olan göstəricilərə riayət olunmuşdur. İddiaçı və Cavabdeh ayrı-ayrılıqda mülkiyyətində olan topaq sahələrinin sərhədlərinin (hüdudların), müvafiq hüquqmüəyyənedici və tex niki sənədlərə əsasən birbirinə bitişik olmadığı, torpaq sahələri arasında bir tərəfdən təqribən 0,70 metr, digər tərəfdən isə təqribən 2,40 metr ara məsafəsi olduğu müəyyən edilir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin əsas giriş darvazasından (hazırda fəaliyyət göstərən) obyektin ərazisinə piyadaların, nəqlıyyat vasitələrinin, eləcə də fövqəladə hallarda tətbiq olunan müvafiq (xüsusi) avtotexnikanın (ölçüləri nəzərə alınmaqla) sərbəst giriş-çıxışının təmin edilməsi üçün Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsinin (baxış keçirilən dövrdə heç bir tikinti işi aparılmamışdır) bir hissəsindən «servitut» qaydasında (özgənin əmlakından, mülkündən müəyyən dərəcədə istifadə etmə hüququ) 5,0 metr enində keçid yolunun tələb olunduğu müəyyən edilir. İddiaçı məxsus torpaq sahəsini əhatə edə n daş hasar üzərində texniki pasport üzrə «Vİİİ» literli dəmir darvaza və «İX» literli dəmir qapı nəzərdə tutulmuş, darvaza və qapının ölçüləri texniki pasportda əks olunmamışdır. Mövcud vəziyyətdə, iddiaçının torpaq sahəsinin «Vİİİ» literli darvazasının cavabdehin mülkiyyətində olan 0.04 ha torpaq sahəsi ilə həmsərhəddə olan keçid yoluna tərəf açıldığı, həmin darvazanın faktiki olaraq 3.35 metr enində olduğu müəyyən edilir. Texniki pasport üzrə nəzərdə tutulmuş «İX» literli qapının öz konstruktv quruluşuna görə, ərazinin arxa ehtiyat qapısı olan piyada yolu kimi layihələndirildiyini və həmin qapının yerləşdiyi ərazinin (torpaq sahəsi) quruluşuna görə qapalı şəkildə olduğunu, eləcə də həmin ərazidə yerləşən tikililərin planda yerləşməsini, yeraltı və yerüstü kommunikasiya xətlərinin mövcud luğunu və digər texniki göstəriciləri nəzərə alaraq texniki pasport üzrə və faktiki olaraq 3,35 metr enində olan darvazanın öz konstruktv quruluşuna və təyinatına görə, ərazinin əsas giriş çıxış yolu (nəqliyyat və piyada yolu) kimi layihələndirildiyini nəzərə alaraq, Azərbaycan Respublikasında qüvvədə olan Tikinti Norma və Qaydaları İİ-89-80* (CHiP) «Sənayə obyektlərinin baş planı» bölməsinin 5.38 bəndinin tələblərinə müvafiq olaraq, 5.0 metrə qədər (ən azı 4.5 metr olmalıdır) genişləndirilməsi mümkün deyildir. Lakin texniki pasport üzrə “Vİİİ” kimi nəzərdə tutulmuş və faktiki olaraq 3,35 metr enində olan darvazanın öz konstruktv quruluşuna və təyinatına görə, ərazinin əsas giriş çıxış yolu (nəqliyyat və piyada yolu) kimi layihələndirildiyini nəzərə alaraq, Azərbaycan Respublikasında qüvvə də olan Tikinti Norma və Qaydaları İİ-89-80* (CHiP) «Sənayə obyektlərinin baş planı» bölməsinin 5.38 bəndinin tələblərinə müvafiq olaraq, 5.0 metrə qədər (ən azı 4.5 metr olmalıdır) genişləndirilməsi texniki cəhətdən mümkündür. Cavabdeh mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin hüquqmüəyyənedici və texniki sənədlərə əsasən, torpaq sahəsindən avtomobil yoluna sərbəst çıxışı vardır.
52. Göründüyü kimi müvafiq ekspert rəyi ilə cavabdehin digər etirazları ilə bağlı bütün suallara da aydınlıq gətirilmişdir.
53. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu apelyasiya baxışında sübut edilmişdir.
54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-769/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.