Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4631/2019 08.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.03.2019-cu il tarixli, 2(103)3242/2019 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxara q, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim G.Əsədova) 2(005)-5788/18 saylı, 12.12.2018-ci il tarixli qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilərək, onun 01 mart 1975-ci il tarixdən 01 iyun 1977-ci il tarixədək Ermənistanın “Ararat” Birliyinin “Lərvər” zavod sovxozunda fəhlə və 18 sentyabr 1981-ci il tarixdən 28 noyabr 1988-ci ilə kimi Noyemberyan rayonunun Ptqavan kənd məktəbində müəllimə işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.03.2019-cu il tarixli, 2 (103)3242/2019 saylı qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov, X.Cəmilova, İ.Ə.Kərimli) maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.12.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.03ş2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət So sial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1975-ci ilin sentyabr ayından 1988-ci ilin noyabr ayınadək Ermənistanın Noyemberyan rayonunda fəhlə və müəllimə işləməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizəyə dəqiqləşmə verərək, onun 01 mart 1975-ci il tarixdən 01 iyun 1977-ci il tarixədək Ermənistanın “Ararat” Birliyinin “Lərvər” zavod sovxozunda fəhlə və 18 sentyabr 1981-ci il tarixdən 28 noyabr 1988-ci ilə kimi Noyemberyan rayonunun Ptqavan kənd məktəbində müəllimə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kass asiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin vəkili R kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman işin faktiki halları düzgün araşdırılmamış, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, vətəndaş X1 pensiya hüququnun yarandığı 07.06.2018-ci il tarixdən qüvvədə olan mövcud qanunvericiliyə uyğun yaşa görə əmək pensiyası təyin edilmişdir. 01.01.2006-cı il tarixədək ümumi stajı-16 il 03 ay olmaqla 79,13 manat pensiyasının sığorta hissəsi və 58,68 manat yığım hissədən ibarətdir. 07.06.2018-ci il tarixə pensiyasının məbləği 137,81 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.03.2019-cu il tarixli, 2 (103)-3242/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından və iş materiallarında olan Nərimanov RPİ tərəfindən 24 iyun 2011-ci il tarixdə verilmiş 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1957-ci il tarixdə Ermənistanın Noyemberyan rayonunda anadan olmuş Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Əmək kitabçasının n otariat qaydada təsdiq edilmiş surətindən görünür ki, 24 fevral 1952-ci il təvəllüdlü X4 01 sentyabr 1979-cu ildən 28 noyabr 1988-ci ilə kimi Ptqavan kənd məktəbində müəllimə işləmişdir. İş materiallarında olan Əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətinə əsasən 20 fevral 1951-ci il təvəllüdlü X3 15 sentyabr 1976-cı ildən 05 oktyabr 1989-cu ilə kimi Ptqavan kənd məktəbində müəllimə işləmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasından çıxarışın surətindən görünür ki, Ərizəçi 01 mart 1975-ci ildən 01 iyun 1977ci ilədək Ermənistanın “Ararat” birliyinin “Lərvər” zavod savxozunda fəhlə və 18 sentyabr 1981-ci ildən 28 noyabr 1988-ci ildə kimi Noyemberyan rayonunun Ptqavan kənd məktəbində müəllimə işləmişdir. İşdə olan X3 və X2 tərəfindən Bakı şəhəri Nərimanov Rayon M əhkəməsinə ünvanladığı 28 noyabr 2018-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizənin məzmunundan görünür ki, xx xxxxxx 1957-ci il təvəllüdlü Ərizəçi həqiqətən onlarla birlikdə 1981-ci ildən 1988-ci ilədək Ermənistanın Noyemberyan rayonu, Ptqavan kəndində yerləşən orta məktəbdə müəllimə işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin Ərizəçi ünvanladığı 07 sentyabr 2018-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi Ərizəçi ünvanladığı 06 sentyabr 2018-ci il tarixli ərizəsinə əsasən bildirilmişdir ki, onun pensiya h üququ yarandığı 07 iyun 2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. 01 fevral 2006-cı il tarixdən 01 aprel 2018-ci il tarixədək 12 il sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 8.451,06 manat pensiya kapitalı vardır. 01 sentyabr 2018-ci il tarixə onun pensiyasının məbləği 137,81 manat təşkil edir. İş materiallarından görünür ki, ərizəçi təqaüdə çıxması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov Rayon Şöbəsinə müraciət etmiş, lakin sosial sığorta stajı hesablanarkən 01 sentyabr 1975-ci il tarixdən 28 noyabr 1988-ci il tarixədək olan dövr nəzərə alınmamışdır. Bu hal onunla əsaslanmışdır ki, həmin illərdəki fəaliyyəti əmək kitabçası ilə təsdiq olunmur. Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5. maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən ( təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, ərizəçinin istinad etdiyi hallar əmək kitabçasından çıxarışla, həmçinin Ermənistanın Noyemberyan rayonu, Ptqavan kəndində onunla birlikdə müəllim işləmiş X3 və X2 tərəfindən verilmiş ərizə ilə təsdiq olunduğundan birinci instansiya məhkəməsi Ərizəçi 01 mart 1975-ci il tarixdən 01 iyun 1977-ci il tarixədək Ermənistanın “Ararat” birliyinin “Lərvər” zavod savxozunda fəhlə və 18 sentyabr 1981-ci il tarixdən 28 noyabr 1988-ci il tarixə k imi Noyemberyan rayonunun Ptqavan kənd məktəbində müəllimə işləməsi faktını təsdiq etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, ərizəçinin təqdim etdiyi sübutlar həqiqətən istinad etdiyi illərdə əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq etdiyindən ərizəçinin işləməsi faktı təsdiq olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ərizəçi istinad etdiyi illərdə əmək fəaliyyəti ilə məşğul olduğunu sübut edə bilmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün araşdırılmadığını qeyd etsə də, bu halı tutarlı dəlillərlə əsaslandıra bilməmişdir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə raz ılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyas ı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.03.2019-cu il tarixli, 2(103)-3242/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4631/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4631/2019
08.07.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver