Məhkəmə qərarları › İş №2(102)-4632/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4632/2019

14.06.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4632/2019 14.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2(103)777/2019 saylı qətnaməsindən Cavabdeh1 və vəkili xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2(004)-4441/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.F.Babayev) İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “əşyaları ilə birlikdə mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” barədə iddiası təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 özlərinə məxsus olan əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 81 saylı evin, 42-ci mənzildən çıxarılmaları və mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2(103)777/2019 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və E.Y.Şamayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Tural Məmmədova qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “əşyaları ilə birlikdə mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” barədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 özlərinə məxsus olan əşyaları ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 81 saylı evin, 42-ci mənzildən çıxarılmaları və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prose ssual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı və Cavabdeh1 məhkəmə iclasında iştirak etsələr də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləməmişdir. Cavabdeh1 vəkili Tural Məmmədov və digər cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabde h3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisəli mənzilin iddiaçının mülkiyyətində olmasına, cavabdehlərin həmin mənzildən qanuni əsaslarla istifadə hüquqlarının əmələ gəlməməsinə, onların mənzili könüllü boşaltmamaqla iddiaçının qanunla qorunan mülkiyyət hüququnu pozmalarına, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kas sasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, mübahisəli mənzil Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 81 saylı evin, 42-ci mənzildən ibarətdir. Həmin mənzil 27 aprel 1965-ci il tarixli, 29823 saylı order əsasında X1 ailə üzvləri ilə birlikdə ayrılmışdır. Nəsir Yəhyay ev 1982-ci ildə ölüb. Bundan sonra mənzil 12 noyabr 2010-cu il tarixdə Yasamal rayon İcra Hakimiyyətinin 17 oktyabr 2005-ci il tarixli, 962 saylı sərəncamına, 27 aprel 1965-ci il tarixli, 29823 saylı orderə, 02 iyul 2010-cu il tarixli, 264 saylı forma 2 arayışına və İddiaçı razılıq ərizəsinə əsasən X2 adına ilkin qeydiyyatdan keçmişdir. 2017-ci ilin aprel ayında xxx ölüb və həmin mənzil 31 yanvar 2018-ci il tarixdən etibarən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. Cavabdeh1 1965-ci ildən 1985-ci ilədək həmin mənzildə qeydiyyatda olub və bu günə kimi ailə üzvləri ilə birlikdə qeydiyyatsız olaraq həmin mənzildə yaşayırlar. Bakı şəhəri, xxx rayonu, xxx prospekti, 57 saylı evin 22-ci mənzili 04 avqust 2000ci il tarixdən eti barən Cavabdeh1 mülkiyyətindədir. İddiaçı bildirir ki, mübahisəli mənzildə cavabdehlər 1990-cı ildən yaşayırlar, səbəb isə həmin vaxtlarda onun subay olmağı, cavabdeh olan əmisi Cavabdeh1 isə evli olması və onun mülkiyyətində olan xxx rayonu, xxx prospekti, 57 saylı evin, 1 otaqlı 22-ci mənzilində 4 nəfər ailə üzvünün normal yaşaması üçün şəraitin olmaması olmuşdur, Ona görə də, o, müvəqqəti olaraq cavabdehin mülkiyyətində olan 1 otaqlı mənzilinə köçmüş, cavabdeh isə müvəqqəti olaraq onun mülkiyyətində olan və hazırda mübahisə predmeti olan mənzilə köçmüş və belə razılaşmışlar ki, iddiaçı ailə qurduqdan sonra mənzili özünə geri qaytaracaqdır. Hazırda o, ailəlidir, ailə tərkibi 5 nəfərdən ibarətdir və cavabdehin mülkiyyətində olan 1 otaqlı mənzildə normal yaşamaq mümkün deyil. Bu səbəbdən d ə, dəfələrlə cavabdehlərə mənzili boşaldıb ona vermələri ilə bağlı müraciət etmiş, lakin cavabdehlər mənzili boşaldıb ona vermirlər. Bu səbəbdən də o, məcbur olaraq cavabdehlərin mənzildən çıxarılması üçün DİN-nin “102” zəng xidmətinə müraciət etmiş və Yasamal rayon Pİ-nin 29-cu PB-də araşdırma aparılaraq mənzildə qeydiyyat üzrə yaşamadıqları uçun cavabdehlərə İXM-nin 563.1-ci maddəsi ilə X5 protokol tərtib edərək xəbərdarlıq edilmişdir ki, cavabdehlər bu xəbərdarlığa məhəl qoymadan mənzildə yaşamağa davam edirlər. Bu isə onun mənzilindən sərbəst istifadə hüquqlarını kobud şəkildə pozur. Cavabdeh1 iddiaya etiraz edir və bildirir ki, o, 1965-ci ildən həmin mənzildə yaşayır və 1985-ci ildə həmin ünvandan qeydiyyatdan çıxsa da, faktiki həmin mənzildə yaşamağa davam etdi. 1986-cı ildə ailə həy atı qurmuş və hazıra qədər öz ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşayır. 1982-ci ildə atası vəfat etdikdən bir müddət sonra, təxminən 2009-2010-cu illərdə qardaşı xxx mübahisəli mənzili onun, bacısının və digər ailə üzvlərinin xəbəri və razılığı olmadan öz adına özəlləşdirmişdir. 2017-ci ilin aprel ayında qardaşı xxx öldükdən sonra oğlu İddiaçı 2018-ci ilin yanvar ayında sözügedən mənzili digər vərəsələrin razılıq ərizələri olmadan, onların pay hüququnu nəzərə almadan öz adına özəlləşdirib. Baş verən hüquq pozuntusu ilə əlaqədar o, İddiaçı və reyestr xidmətinə qarşı “özəlləşdirmənin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi, yaşayış sahəsinə hüququn itirilməsi və qeydiyyatın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya ins tansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər, hazırkı işdə də həmin şərtlər mövcuddur. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 81 saylı evin 42-ci mənzilinin iddiaçının mülkiyyətində olması və həmin mənzilin cavabdehlərin sahibliyində olması işin mübahisəsiz hallarıdır. Mübahisələndirilən məsələ isə həmin sahibliyin qanunsuz olubolmaması ilə bağlıdır. Həmin halı müəyyən etmək üçün cavabdehlərin mübahisəli evə istifadə hüququnun yaranıb-yaranmadığı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının tələblərini və cavabdehlərin 01 sentyabr 2000-ci il tarixdən əvvəl mübahisəli mənzildə yaşadıqlarını və həmin vaxt mənzilin dövlət mənzil fonduna aid olduğunu nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququnun yaranıbyaranmadığı məsələsi 01 oktyabr 2009-cu il t arixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. Həmin maddənin tələblərinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsində isə göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqla rı və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İşin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin mübahisəli evə istifadə hüquqları yaranmışdır. Belə ki, cavabdehlər icarədar ilə birlikdə həmin mənzildə yaşamış, birgə təsərrüfat aparmış və bərabər hüquqlar, o cümlədən istifadə hüququ əldə etmişlər. Eyni zamanda onlar daimi yaşamaq üçün həmin evdən köçüb getməmiş və hazıra kimi həmin evdə yaşamaqda davam edirlər. Bununla yanaşı işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli mənzil 12 noyabr 2010-cu il tarixdə xxx in mülkiyyətinə keçmiş, 31 yanvar 2018-ci il tarixdən isə iddiaçının mülkiyyətindədir. Eyni zamanda Bakı şəhəri, xxx rayonu, xxx prospekti, 57 saylı evin 22-ci mənzili 04 avqust 2000-ci il tarixdən etibarən Cavabdeh1 mülkiyyətindədir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı mübahisənin düzgün həlli üçün cavabdehlərin mübahisəli mənzilə əmələ gəlmiş istifadə hüququnun hüquqi mahiyyətinə, onun saxlanılıb-saxlanılmamasına, əgər bu hüquq saxlanılmışdırsa ona kompensasiya verilmədən xitam olunmasının mümkünlüyünə qiymət verilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Belə iradə ifadəsi olmadığı bir halda, yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsi məsələsinin həllinin istifadəçinin və ya məhkəmənin mülahizəsinə buraxılması təcrübədə müxtəlif yanaşmalara səbəb ola bilər... “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir....Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, həm Mənzil Məcəlləsinin 123-cü maddəsi, həm də Mülki Məcəllənin 228.5-ci maddəsi ilə yaranan istifadə hüququna kompensasiya verilməklə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbayc an Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edil məsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan “istifadə hüququ” Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “ istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktya br 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hü ququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar”. Hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, xxx rayonu, xxx prospekti, 57 saylı evin 22-ci mən zili Cavabdeh1 mülkiyyətindədir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ olsa belə, onun mülkiyyətində digər yaşayış sahəsinin olması ilə həmin istifadə hüququna kompensasiya verilmədən xitam verilmiş hesab olunur. Çünki həmin cavabdehin və onun ailə üzvləri olan digər cavabdehlərin yaşayış sahəsinə ehtiyacı aradan qalxmış olur. Ona görə də, cavabdehlərin mübahisəli mənzildən istifadəsi qanunsuzdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, əks yanaşma kompensasiya institutunun tətbiqini əhəmiyyətsiz edir və mülkiyyət hüququnun əsassız olaraq həddindən artıq məhdudlaşdırılmasına səbəb olur. Əlavə olaraq apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Konstitus iya Məhkəməsinin göstərilən qərarlarında əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu və Mülki Məcəllənin 228-ci maddəsinin şərh edilməsi ilə yanaşı cavabdehlərin istifadə hüquqlarının əvvəlki Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən yaranması halı maddi hüquq normalarının düzgün tətbiq edilməməsi kimi qiymətləndirilə bilməz. Çünki cavabdehlərin istifadə hüquqları yarandıqdan sonra mübahisəli mənzil ilk olaraq iddiaçının atasının, sonradan isə iddiaçının mülkiyyətinə keçib və hal hazıra kimi onun mülkiyyətindədir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı mülkiyyətində olan mənzildən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi düzgün olaraq iddi anın təmin edilməsi nəticəsinə gəlmişdir. Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata əsasən hazırda mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Eyni zamanda Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh1 və Elmira Ələkbərovanın cavabdehlər İddiaçı və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “özəlləşdirmənin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğvi və mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış və iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Hazırda cavabdehlər tərəfindən Bakı şəhəri, Yasamal rayon İcra Hakimiy yətinin 17 oktyabr 2005-ci il tarixli sərəncamının mübahisələndirilməsi isə mübahisənin həllinə təsir etmir. Çünki həmin sərəncamın ləğv olunması iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququnun itirilməsinə səbəb olmur. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayətinin dəlillərini araşdırıb, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. İşdən görünür ki, Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsini n işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, mübahisəli mənzildən qanuni əsaslarla istifadə hüququ əldə etməsini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini və işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir t ərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib h esab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyiş dirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 və vəkili xxx oğlunun kassasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2(103)-777/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar