Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4632/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh, AAAAAAAAAAoğluna, 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Nəsimi rayon İcra Hakimiyyətinin MKTB-nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X3 və vəkili Cavadov Habil Azad oğlunun iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh, AAAAAAAAAAoğluna, 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Nəsimi rayon İcra Hakimiyyətinin MKTB-nə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi, qeyri-yaşayış sahəsinə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı AAAAAAAAAAoğlunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-520/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 2-da yerləşən binanın zirzəmisinin 85,0 kv.metrdən ibarət olan hissəsi Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 28 fevral 1996-cı il tarixli sərəncamı ilə həmin binanın 5 saylı mənzilində yaşayan Cavabdeh, 13 saylı mənzilində yaşayan İddiaçı və 15 saylı mənzilində yaşayan X1 istifadəsinə təsərrüfat ehtiyacları üçün verilmişdir. Həmin sərəncama əsasən Cavabdeh faktiki istifadəsində olan 33,6 kv.metr sahə onun adına özəlləşdirilmiş və 16 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən AAAAAAAAAAoğluna satılmışdır. Göstərilən zirzəmidə yerləşən 122,6 kv.metr sahəyə dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə Fərəc Əhmədov arasında 03 dekabr 2018-ci il tarixdə icarə müqaviləsi bağlanmış, 11 dekabr 2018-ci il tarixli alqı- satqı müqaviləsinə əsasən həmin sahə Fərəc Əhmədova 80.000 manata satılmaqla 17 yanvar 2019-cu il tarixdə 122,6 metr qeyri-yaşayış sahəsinə onun mülkiyyət hüququna dair Dövlət Reyestrindən Çıxarış verilmişdir. İddiaçı onun istifadəsində olan zirzəminin əsassız olaraq satılmasına istinad edərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qıznın Vidadi küçəsi 96 saylı binanın zirzəmisinin onun istifadəsində olan hissəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə mübahisəli sahənin 122,6 kv.m ölçüs ünə dair cavabdeh AAAAAAAAAAoğlu arasında imzalanmış 03 dekabr 2018-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh və AAAAAAAAAAoğlu arasında Vidadi küçəsi 96 saylı binanın zirzəmisinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş ******* saylı, 29.05.2018-ci il tarixli, Vidadi küçəsi 96 ünvanında yerləşən 33,6 kv.m qeyri-yaşayış sahəsinə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş ******* saylı, 17.01.2019cu il tarixli, Vidadi küçəsi 96 ünvanında yerləşən 122,6 kv.m qeyri yaşayış sahəsinə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə q ətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir qeydiyyatda olduğu ünvanda yaşayır. 1996-cı ildə yaşayış sahəsi az olduğu üçün tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçı ilə birgə cavabdeh və digər qonşusu X4 da müraciət etmişdir. Nəsimi rayon İcra Hakimiyyəti 28 fevral 1996-cı il tarixli, 327 saylı Sərəncamı ilə binalarında yerləşən boş zirzəmini iddiaçının, cavabdehin və X2 istifadəsinə vermişdir. Zirzəminin ümumi sahəsi 85 kv.m-dir. Elə həmin dövrdən də zirzəmi onların istifadəsində olmuşdur. Hal-hazıradək də iddiaçı tərəfindən öz payına uyğun hissəyə dair icarə haqqı MİS-nə və Nəsimi Bələdiyyəsinə ödənilir. Bir müddət öncə Cavabdeh zirzəmidə təmir işlərinə başlamışdır. Təbii ki, özünün istifadə sində olan hissədə aparılan işlərin iddiaçıya aidiyyatı yox idi. Lakin cavabdeh artıq iddiaçının istifadəsində olan hissədə də söküntü işlərinə başlamışdır. Dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh iddiaçıya aid hissədə təmiri dayandırmır. Yəni faktiki olaraq, bütün zirzəmini zəbt etmişdir. Əlavə olaraq bildirdi ki, məhkəmə dövründə onlara məlum olmuşdur ki, Cavabdeh qanunsuz olaraq, mübahisəli əmlakı özəlləşdirmiş və 2-ci cavabdeh AAAAAAAAAAoğluna satmışdır. Həmçinin bildirir ki, qanuni qüvvəsini almış qərardadla həmin sahədə təmir işlərinin aparılması cavabdehə qadağan edilmişdir. Adıçəkilən qərardaddan verilmiş şikayət təmin edilməmişdir. Son məhkəmə iclasında qarşı tərəfin təqdim etdiyi sübutlardan müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin icraatında hazırki iş ola n zaman cavabdeh AAAAAAAAAAoğlu hazırda 3-cü şəxs qismində cəlb etməyi xahiş etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə mübahisəli sahənin 122,6 kv.m ölçüsünə dair icarə müqaviləsi imzalamışdır. Əlavə edir ki, adıçəkilən müqavilə 03 dekabr 2018-ci il tarixlidir. Habelə, 3-cü şəxs Nəsimi rayon İcra Hakimiyyətinin MKTB-nin verdiyi məlumata əsasən cavabdeh AAAAAAAAAAoğlu 25 sentyabr 2018-ci il tarixdə qeyd edilən təşkilata ərizə ilə müraciət edərək, bildirmişdir ki, mübahisəli sahə boş və yararsızdır. Həmçinin elə həmin ərizədə cavabdeh bu haqda ƏMDK-ya məlumat xarakterli məktubun verilməsini xahiş etmişdir. Həmin dövrdə MKTB-nin araşdırma aparmadan verdiyi razılıq məktubu əsasında ƏMDK mübahisəli sahənin 122,6 kv.m-lik hissəsinə dair cavabdehlə icarə müqaviləsi imzal amışdır. Adıçəkilən müqavilənin əsasında cavabdeh daha sonra 122,6 kv.m-lik qeyri-yaşayış sahəsini öz xüsusi mülkiyyətinə keçirmişdir. Müraciəti əsasında iş Nəsimi rayon İcra Hakimiyyətinin MKTB-sində araşdırılmış və iddiaçıya ƏMDK-ya məktub ünvanlanmışdır. 21 may 2019-cu il tarixli məktubda birbaşa qeyd edilir ki, mübahisəli sahənin 55 kv.m hissəsi 1996-cı ildən iddiaçının istifadəsindədir və razılıq məktubunda göstərilən 122,6 kv.m sahə sözü 102 kv.m hesab edilməlidir. Beləliklə yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, balans saxlayıcı cavabdehin məktubuna əsaslanaraq, əlavə araşdırma aparmadan texniki səhv edərək boş sahənin ölçüsünü çox göstərmiş bu səbəbdən də iddiaçının istifadəsində olmuş sahədə özəlləşdirilmişdir. Beləki cavabdeh ƏMDK ilə müqavilə şərtlərinə əməl etsəydi, 9.2- ci bəndə əsasən təhvil-təslim aktı imzalamalı idi və bu halda texniki səhvin baş verdiyi aydın olacaqdı. Bu öhdəlik icra edilmədiyi üçün də çıxarışa iddiaçıya aid sahədə daxil edilmişdir.
5. AAAAAAAAAAoğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən, sahəsi 156,2 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinə dair onun mülkiyyət hüququna cavabdeh İddiaçı tərəfindən edilən müdaxilənin, yəni onun həmin qeyri-yaşayış sahəsinə sahiblik və qeyri-yaşayış sahəsindən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 156,2 kv.m. olan qeyri-yaşayış sahəsi tamamilə iddiaçı AAAAAAAAAAoğlunun mülkiyyətindədir. Həmin q eyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq, o, cavabdeh İddiaçı hərəkətləri ucbatından oradan istifadə edə bilmir. Çünki, cavabdeh iddiaçının qeyriyaşayış sahəsinə sahiblik və oradan istifadə etməsinə müxtəlif şəkildə maneələr yaratmaqdadır (cavabdeh qeyri-yaşayış sahəsində aparılan təmir işlərinə mane olur, ustaların işinə maneçilik yaradır, hədələyir və s.). Hesab edir ki, ünvan 2 ünvanında yerləşən, sahəsi 156.2 kv.m. təşkil edən qeyriyaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının (sahiblik, istifadə) həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(006)2113/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh, AAAAAAAAAAoğluna, 3-cü şəxslər Əmlak Məs ələləri Dövlət Komitəsinə, Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı Əmlak Məsələləri Dövlət Komitəsi ilə mübahisəli sahənin 122,6 kv.metr ölçüsünə dair AAAAAAAAAAoğlu arasında imzalanmış 03 dekabr 2018- ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh və AAAAAAAAAAoğlu arasında Vidadi küçəsi, 96 saylı binanın zirzəmisinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 29 may 2018-ci il tarixli, Vidadi küçəsi 96 ünvanında yerləşən 33,6 kv.metr qeyri-yaşayış sahəsinə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 17 yanvar 2019-cu il tarixli həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair ilk iddia ərizəsi təmin edilməmişdir.
8. Məhkəmə qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 29; «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı; “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarı; Mülki Məcəlləsinin 178, 219.1, 331.1, 337.2, 337.4, 339.3; “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddələrinə istinad etmişdir.
9. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli, 2(103)-12167/2019 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi A.Hüseynov, hakimlər A.İmanov və V.Sadıqov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş; Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2113/2019 saylı iş üzrə 14 iyun 2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə AAAAAAAAAAoğlu arasın da 03.12.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin sahəyə dair ******* saylı, 17.01.2019- cu il tarixli çıxarışın ləğv edilməsi tələbinin təmin olunmaması və qarşılıqlı iddianın təmin olunması hissələrində ləğv edilmiş; İddiaçı 03.12.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə AAAAAAAAAAoğlu arasında 122,6 kv.m qeyri-yaşayış sahəsinə dair bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin sahəyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı, 17.01.2019-cu il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməmiş; AAAAAAAAAAoğlunun İddiaçı qarşı ünvan 3 ünvanında yerləşən, sahə si 156,2 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququna sonuncu tərəfindən edilən müdaxilənin, yəni onun həmin qeyri-yaşayış sahəsinə sahiblik və qeyri-yaşayış sahəsindən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qarşılıqlı iddiası təmin olunmamış; Qətnamə Cavabdeh ilə AAAAAAAAAAoğlu arasında 33,6 kv.m qeyri-yaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin sahəyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı, 29.05.2018-ci il tarixli çıxarışın ləğv edilməsi tələbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini belə əsaslandırmışdır: 33,6 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən özəlləşdirilməsi və onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mübahisələndirilmir. Həmin sənədlər mübahisələndirilmədiyi halda iddiaçının istinad etdiyi əsaslarla Cavabdeh mülkiyyətində olan daşınmaz əmlakı Fərəc Əhmədova satması barədə notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi etibarsız hesab oluna, habelə həmin əqd əsasında verilmiş çıxarış ləğv edilə bilməz. Çünki iş materiallarında əqdlərin etibarsızlığı ilə bağlı olaraq Mülki Məcəllənin 337-347-ci maddələrində müəyyən edilmiş hər hansı etibarsızlıq əsasları mövcud deyildir.
12. Birinci instansiya məhkəməsinin qətnaməsi 122,6 kv.m qeyri-yaşayış sahəsinin Komitə tərəfindən Fərəc Əhmədova icarəyə verilməsi barədə 03.12.2018-ci il tarixl i icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin sahəyə dair sonuncunun adına verilmiş 17.01.2019-cu il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinin təmin olunmaması hissəsində prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, mübahisələndirilən icarə müqaviləsinin tərəflərindən biri iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Komitədir. Lakin iddiaçı Komitəni cavabdeh qismində cəlb etmədən sözügedən əqdin etibarsızlığı və onun əsasında verilmiş hüquq müəyyənedici sənədlərin ləğvi tələbini irəli sürmüş, birinci instansiya məhkəməsi tələbi mahiyyəti üzrə əsassız hesab etməklə iddianı rədd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3). Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər (51.3). Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər (57.1). İşə birinci instansiya məhkəməsində baxılarkən Komitənin əlavə cavabdeh qismində cəlb olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır.
13. MPM nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). Mülki prosessual qanunvericiliyə əsasən şəxsin cavabdeh qismində cəlb edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün olmamışdır. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququnda məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apellyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yo xlanılması baxımından da yolverilməzdir. Ona görə də qətnamə 122,6 kv.m qeyri-yaşayış sahəsinin Komitə tərəfindən Fərəc Əhmədova icarəyə verilməsi barədə 03.12.2018-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin sahəyə dair sonuncunun adına verilmiş 17.01.2019-cu il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinin təmin olunmaması hissəsində ləğv edilməli və iddia həmin hissədə yuxarıda göstərilən əsaslarla təmin olunmamalıdır.
14. Birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin təmin olunması hissəsində də maddi hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir. X7rşılıqlı iddia ərizəsində mübahisəli ünvanda yerləşən sahəsi 156,2 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinə dair onun mülkiyyət hüququna İddiaçı tərəfindən e dilən müdaxilənin, yəni onun həmin qeyri-yaşayış sahəsinə sahiblik və qeyri-yaşayış sahəsindən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. Həmin tələbin qanuni əsasını Mülki Məcəllənin 157-ci maddəsi təşkil edir. Bu maddəyə müvafiq olaraq mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8). Sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinə əsasən hazırkı tələbin təmin olunması üçün iddiaçı tələb etdiyi əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak cavabdehin qanunsuz sahibliyində olmalıdır. Qarşılıqlı iddiaçının istinad etdiyi 156,2 kv.m sahənin onun mülkiyyətində old uğu işin mübahisəsiz halıdır. Lakin iş üzrə həmin sahəyə daxil olan və uzun illərdir iddiaçının da istifadə etdiyi 51,4 kv.m sahənin İddiaçı qanunsuz sahibliyində olduğu müəyyən edilmir. Belə ki, həmin sahə Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 327 saylı, 28.02.1996-cı il tarixli sərəncamına əsasən, bina sakinləri Cavabdeh, İddiaçı və İlqar Həsənovun təsərrüfat ehtiyacları üçün istifadə olunması məqsədilə onlara verilmişdir. Sərəncam hazırda da qüvvədədir, onun qüvvədən düşdüyü barədə iş materiallarında hər hansı məlumat və ya sübut yoxdur. Əksinə mübahisəli sahənin balans saxlayıcısı olan MKTB-nin işə əlavə edilmiş 21.05.2019-cu il tarixli məktubunda göstərilir ki, mübahisəli ünvanda İddiaçı istifadəsində olmuş və Fərəc Əhmədov tərəfindən icarəyə götürülməsinə və özəlləşdi rilməsinə etiraz edilməməsi haqqında 25.09.2018-ci il tarixli razılıq məktubunda göstərilən 122 kv.m olan qeyri-yaşayış sahəsinin birlikdə ümumi sahəsi 155,5 kv.m-dir. Həmin 155,5 kv.m olan sahədən 122 kv.m Fərəc Əhmədov tərəfindən icarəyə götürülməsinə və özəlləşdirilməsinə 1/170 saylı, 25.09.2018-ci il tarixli məktubla razılıq verilmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 327 saylı, 28.02.1996-cı il tarixli sərəncamı ilə İddiaçı istifadəsində olmuş 55 kv.m olan sahəyə isə razılıq məktubu verilməmişdir. Lakin sonradan məlum olmuşdur ki, göstərilən 55 kv.m sahəyə Fərəc Əhmədovun adına RX seriyalı, ******* saylı, 29.05.2018ci il tarixli çıxarış verilmişdir. X5 verilmiş 1/170 saylı, 25.09.2018-ci il tarixli razılıq məktubunda göstərilən sahənin 102 kv.m hesab edilməsi xahiş edilmiş, 55 kv.m qeyriyaşayış sahəsinin İddiaçı tərəfindən icarəyə götürülməsinə və ya özəlləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir. Həmçinin məhkəmə baxışı zamanı İddiaçı 51,4 kv.m sahədən kənar qeyri-yaşayış sahəsinə müdaxilə etmədiyini bildirmiş, X10 Həmidova tərəfindən 51,4 kv.m sahədən kənar onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə müdaxilə edildiyi barədə sübutlar təqdim etməmişdir.
15. İddiaçı və qarşılıqlı iddiaçı AAAAAAAAAAoğlu kassasiya şikayəti vermişlər. Kassasiya instansiyası məhkəməsindəki İ icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2050/2020 saylı 10.06.2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi İ.Xələfov, hakimlər G.Quliyev və Z.Əliyev) AAAAAAAAAAoğlunun kasasiya şikayəti təmin edilməməsi; İddiaçı kasasiya şikayəti təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qət edilmişdir. Kassasiya instansiyası məhkəməsi qərarını belə əsaslandırmışdır:
17. Apelyasiya instansiyası məhkəməsi 33,6 kv.metr sahənin Cavabdeh adına özəlləşdirilməsinin və onun əsasında verilmiş reyestrdən Çıxarışın qanuniliyinin mübahisələndirilməməsini iddianın rədd edilməsi üçün əsas kimi qəbul edərkən işdə olan Cavabdeh ilə Fərəc Əhmədov arasında bağlanmış 16 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanmışdır. İşin 47 və 74-cü səhifələrində olan həmin alqı-satqı müqaviləsi isə kserosurət olmaqla sənədin əsli və yaxud onun qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti d eyildir. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə görə yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası 33,6 kv.metr sahənin Cavabdeh mülkiyyətində olması barədə nəticəyə gələrkən məhz kserosurətdən ibarət olan həmin alqı-satqı müqaviləsində aparılmış qeydiyyata əsaslanmışdır. Həmin müqavilənin 2-ci bəndinə görə 33,6 kv.metr sahə Cavabdeh mülkiyyəti kimi 07 sentyabr 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, işdə mübahisəli sahənin Cavabdeh adına özəlləşdirilməsi və adına mülkiyyət hüququna dair sənədin verilməsi barədə mötəbər sübutlar yoxdur. Ümumiyyətlə işə əlavə edilmiş sübut əhəmiyyəti olan s ənədlərin əksəriyyəti, o cümlədən İcra Hakimiyyətinin sərəncamı, mübahisəli qeyri-yaşayış sahələrinə dair bağlanmış icarə və alqı-satqı müqavilələri MPM-nin 89.1-ci maddəsinin tələbi qaydasında alınıb işə əlavə edilməmişdir. İddiaçı məxsus sahənin hansı hissəsinin Cavabdeh tərəfindən, hansı hissəsinin isə Əmlak Komitəsi tərəfindən Fərəc Əhmədova satılması dəqiq müəyyən olunmamış və bununla əlaqədar müəyyənliyin yaranması təmin edilməmişdir.
18. İddiaçı Əmlak Komitəsi ilə Fərəc Əhmədov arasında bağlanmış icarə və alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi barədə tələb irəli sürsə də, Əmlak Komitəsini cavabdeh qismində göstərməmiş, apellyasiya instansiyası məhkəməsi isə Əmlak Komitəsi yalnız 3-cü şəxs qismində işə cəlb etməklə iddianı rədd etmiş və məhz bu əsasa söykənən apelyasiya instansiyası məhkəməsi iddianın həmin hissədə rədd edilməsini əsaslı saymışdır. Azərbaycan Respublikası MPM-nin 14.1-cü maddəsinə əsasın məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin işdən göründüyü kimi birinci instansiya məhkəməsi qanunun həmin tələbi baxımından iddiaçıya pozulmuş hesab etdiyi hüquqlarının bərpasına nail olmaqda müvafiq kömək göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 365-ci maddəsinə görə apelyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş ə baxan apelyasiya instansiyası məhkəməsi isə MPM-nin 372.1-ci maddəsinə əsasən tam hüquqlu məhkəmə kimi həmin Məcəllənin 14.1-ci maddəsinin göstərişinə əhəmiyyət verməmiş və Əmlak Komitəsinin cavabdeh qismində işə cəlb edilməsinin apelyasiya icraatı qaydasında mümkün olmaması barədə nəticəyə gəlmişdir.
19. Mübahisə predmeti olan sahələr təqdim olunmuş sənədlərdə qeyri-yaşayış sahəsi kimi göstərilsə də, işdən görünür ki, həmin sahələr yaşayış binasının zirzəmisidir və işin həmin halı inkar olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 04 sentyabr tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsini n tərtibatrçılarla və sənədləri təsdiq edən müvafiq İcra Hakimiyyəti orqanları ilə razılaşıdırılması Qaydaları”na görə ümumi istifadə sahələrinin, xüsusi zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasına yol verilmir. Göstərilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, zirzəmi binanın kommunikasiya xətlərinin keçdiyi texniki xidmət sahəsi olmaqla oradan hər hansı başqa məqsədlər üçün istifadə olunması yolverilməzdir. Baş verə biləcək qəza və nasazlıqların nəticələrinin aradan qaldırılması və təmir bərpa işlərinin aparılması üçün həmin sahə istifadəyə açıq olmalıdır. 20. 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Re spublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yer ləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Qanunun həmin normasına görə yaşayış binalarının zirzəmiləri ümumi paylı mülkiyyət hüququ əsasında mülkiyyətçilərə məxsus olduğundan göstərilən vəziyyətdə zirzəmilərin satılmasının mümkünlüyü məsələsinə qiymət verilməsi zəruridir Apelyasiya instansiyası məhkəməsindəki İİ icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2021-ci il t arixli, 2(103)-520/2021 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi E.Mehdiyev, hakimlər Ş.Məmmədova və X.Sarıyev) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş; Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2113/2019 saylı iş üzrə 14 iyun 2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə AAAAAAAAAAoğlu arasında 03.12.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin sahəyə dair 17.01.2019-cu il tarixli, ******* saylı çıxarışın ləğv edilməsi tələbinin təmin olunmaması və qarşılıqlı iddianın təmin olunması hissələrində ləğv edilmiş; İddiaçı 03.12.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə AAAAAAAAAAoğlu arasında 122,6 kv.m qeyri-yaşayış sahəsinə dair bağlanmış icarə müqaviləsin in etibarsız hesab edilməsi və həmin sahəyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 17.01.2019-cu il tarixli, ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməmiş; AAAAAAAAAAoğlunun İddiaçı qarşı ünvan 3 ünvanında yerləşən, sahəsi 156,2 kv.m. təşkil edən qeyri yaşayış sahəsinə dair mülkiyyət hüququna sonuncu tərəfindən edilən müdaxilənin, yəni onun həmin qeyri-yaşayış sahəsinə sahiblik və qeyri-yaşayış sahəsindən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qarşılıqlı iddiası təmin olunmamış, qətnamə Cavabdeh ilə AAAAAAAAAAoğlu arasında 33,6 kv.m qeyri-yaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin sa həyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı, 29.05.2018-ci il tarixli çıxarışın ləğv edilməsi tələbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
22. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini əvvəlki apelyasiya icraatının qətnaməsinə uyğun əsaslandırmışdır.
23. İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı kasasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti belə əsaslandır ılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Əlavə olaraq qeyd edilmişdir ki, qətnamə qəbul edilərkən Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 28 fevral 1996-cı il tarixli, «327» saylı sərəncamını nəzərə almamışdır. Həmçinin mübahisəli zirzəminin faktiki sahəsinin neçə kv.m olması barədə araşdırma aparılmasına dair, eləcə də Fərəc Əhmədovla Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbini rədd edərkən Əmlak Komitəsinin cavabdeh qismində cəlb edilməsi ilə bağlı kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə almamışdır.
26. Nəsimi rayon İcra Hakimiyyəti MKTB-nin Əmlak Komitəsinə 25.09.2018-ci il tarixli razılıq məktubunu göndərməsini öz ərizəsi ilə xahiş edən zaman F.Əhmədov həmin tarixlərdə respublikadan kənarda olmuşdur. Bu hala da məhkəmə qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. İddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 29. 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X6 və vəkili Cavadov Habil Azad oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Digər tərəflər məhkəmə icla sının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
31. Maddə. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
32. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Maddə. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
34. Maddə. 157.5. Mül kiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çı xan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 50.3. iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
38. Maddə 51.3. Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər.
39. Maddə 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarıla na qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.
40. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
44. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı icraatda apelyasiya məhkəməsinin qətnaməsi ilk İddiaçı tələblərinin təmin olunmaması ilə bağlı hissədə yoxlanılır. Çünki bundan əvvəlki kassasiya icraatında qarşılıqlı iddian ın rədd edilməsi ilə bağlı qətnamədən AAAAAAAAAAoğlunun vermiş olduğu kassasiya şikayəti təmin edilməmişdir.
45. Məhkəmələr müəyən etmişlər ki, Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 28.02.1996-cı il tarixli, 327 saylı sərəncamına əsasən, Vidadi küçəsi 96 saylı binanın (bundan sonra – mübahisəli ünvan) zirzəmisində yerləşən, sahəsi 85.0 kv.m olan boş qeyri-yaşayış sahəsi həmin binanın 5 saylı mənzilində yaşayan Cavabdeh, 13 saylı mənzilində yaşayan İddiaçı və 15 saylı mənzilində yaşayan X1 ailələrinə təsərrüfat ehtiyacları üçün istifadə olunması məqsədilə verilmişdir. Cavabdeh sərəncamla ayrılmış qeyri-yaşayış sahəsinin faktiki istifadəsində olan 33,6 kv.m hissəsini öz adına özəlləşdirmiş, 16.02.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, AAAAAAAAAAoğluna satmışdır. Hə min sahə 29.05.2018-ci il tarixdə sonuncunun adına xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Mənzil Kommunal Təsərrüfat Departamenti Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi (bundan sonra – MKTB) 25.09.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (bundan sonra - Komitə) 1/170 saylı məktub ünvanlayaraq mübahisəli ünvanda yerləşən 122 kv.m qeyri-yaşayış sahəsinin hazırda boş və istifadəsiz olduğunu bildirmişdir. 03.12.2018-ci il tarixli, 10747 saylı dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi ilə Komitənin 03.12.2018-ci il tarixli, 311 saylı sərəncamına əsasən, Komitə tərəfindən mübahisəli ünvanda yerləşən, ümumi sahəsi 122,6 kv.m olan və MKTB-nin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə Fə rəc Əhmədovun istifadəsinə verilmişdir. 11.12.2018-ci il tarixli, 7072 saylı icarəyə verilmiş əmlakın alqı-satqısına dair müqaviləyə əsasən, Komitə tərəfindən mübahisəli ünvanda yerləşən 122,6 kv.m qeyri-yaşayış sahəsi 80000 manata Fərəc Əhmədova satılmış, 17.01.2019-cu il tarixdə həmin sahə sonuncunun adına xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İddiaçı mübahisəli ünvanda 13 saylı mənzildə 1985-ci ildən qeydiyyatdadır, ona məxsus iki otaq 36,0 kv.m sahəyə və 33,6 kv.m təsərrüfat məqsədi kimi zirzəmidən istifadə olunan sahəyə görə xidmət haqqı ödənişlərini edir.
46. Apelyasiya Məhkəməsi hər iki tərəfin iddiasını rədd edərkən 1-ci apelyasiya icraatı zamanı çıxarılmış qətnaməyə uyğun əsaslandırma aparmışdır. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
47. Beləki, İddiaçı 33, 6 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən özəlləşdirilməsi və onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mübahisələndirmir. Həmin sənədlər mübahisələndirilmədiyi halda iddiaçının istinad etdiyi əsaslarla Cavabdeh mülkiyyətində olan daşınmaz əmlakı Fərəc Əhmədova satması barədə notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi etibarsız hesab oluna, habelə həmin əqd əsasında verilmiş çıxarış ləğv edilə bilməz. Çünki həmin əmlak dövlət proqramına uyğun olaraq özəlləşdirildikdən sonra satılmış və bu zamanı əqdin etibarsızlığına əsas olan hallar mövcud deyildir.
48. Apelyasiya Məhkəməsi 122,6 kv.m qeyri-yaşayış sahəsinin Komitə tərəfindən Fərəc Əhmədova icarəyə verilməsi barədə 03.12.2018-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin sahəyə dair sonuncunun adına verilmiş 17.01.2019-cu il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbini rədd edərkən də düzgün nəticəyə gəlmişdir.
49. Belə ki, mübahisələndirilən icarə müqaviləsinin tərəflərindən biri iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Komitədir. Lakin iddiaçı Komitəni cavabdeh qismində cəlb etmədən sözügedən əqdin etibarsızlığı və onun əsasında verilmiş hüquq müəyyənedici sənədlərin ləğvi tələbini irəli sürmüşdür.
50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3). Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər (51.3). Mübahisə predmeti barəsində müstəqil t ələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər (57.1). İşə birinci instansiya məhkəməsində baxılarkən Komitənin əlavə cavabdeh qismində cəlb olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır.
51. Mülki prosessual qanunvericiliyə əsasən şəxsin cavabdeh qismində cəlb edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan apelyasiya icraatı çərçivəsində həmin məsələnin müzakirəsi və həlli müm kün olmamışdır. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququnda məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apellyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir. Ona görə də qətnamə 122,6 kv.m qeyri-yaşayış sahəsinin Komitə tərəfindən Fərəc Əhmədova icarəyə verilməsi barədə 03.12.2018-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin sahəyə dair sonuncunun adına verilmiş 17.01.2019-cu il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinin təmin olunmaması hissəsində də əsaslıdır.
52. Bu yerdə, məhkə mə kollegiyası qeyd edir ki, apelyasiya icraatı zamanı cavabdehin cəlb edilməsinin mümkünlüyü ilə bağlı əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilənlərin işə baxan məhkəmə tərəfindən icra edilməməsi prosessual pozuntu kimi dəyərləndirilməməlidir. Ona görə ki, yuxarıda bununla bağlı verilmiş şərhdə qeyd olunduğu kimi həmin icraatda yeni cavabdehin cəlb edilməsi hüquqların pozulması ilə nəticələ bilərdi.
53. Bundan başqa, əvvəlki kassasiya icraatının qərarında yaşayış binasının zirzəmisinin hüquqi vəziyyətinə dair normaların düzgün tətbiq edilməməsi, həmin sahələrin qüvvədə olan Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsus olması ilə bağlı dəyərləndirmə aparılmalı olması ilə bağlı qeyd olunur ki, apelyasiya ins tansiyası məhkəməsi həmin göstərişi də icra edə bilməzdi. Çünki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə AAAAAAAAAAoğlu arasında 03.12.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin sahəyə dair 17.01.2019-cu il tarixli, ******* saylı çıxarışın ləğv edilməsi barədə ilk iddia tələbi ona görə təmin edilməmişdir ki, tələbə cavab verməli olan Komitə prosesə cavabdeh kimi cəlb edilməmişdir. Nə qədər ki, həmin tələbə cavab verən şəxs cəlb edilməmişdir, qərarda qeyd olunanlarla bağlı dəyərləndirmə aparılmasına zərurət olmamışdır.
54. İddiaçı şikayətini təmin edərkən mübahisəli zirzəminin hüquqi vəziyyəti, həmin əmlakın mənzil mülkiyyətçilərinə məxsus olması və.s ilə bağlı qeyd edilənlərin yoxlanılması ilk iddiaçının müvafiq iddianı əsl cava bdehə qarşı irəli sürməsi halında yoxlanıla bilərdi.
55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəyə qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə İddiaçı kassasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-520/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.