Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4638/2019 12.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının nümayəndəsi X4, vəkili X1 və X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bak ı şəhəri Qaradağ rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Füzuli küçəsi 46 saylı evin 1 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Həsənov, hakimlər Ş.Məmmədova və N.Cəfərov) Qaradağ rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansi yası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddia verərək, onun Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Füzuli küçəsi 46 saylı evin 1 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz halllarına görə ki, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Füzuli küçəsi 46 saylı evin 1 saylı mənzil dövlət mülkiyyətindədir, Həmin mənzilə dair dövlətin adında çıxış etmək səlahiyyətinə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti malikdir. İddiaçınin mənzil üzərində sahiblik və istifadəsini təmin etmək imkanı məhz həmin orqanla bağlanmış sosial kirayə müqaviləsi əsasında yarana bilərdi ki, işin araşdırılmış halları ilə belə müqavilənin mövcudluğu təsdiq olunmur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı mübahisəli mənzilə 07.04.2014-c ü il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli qətnaməsi ilə iddiaçılar-Cavabdeh1 oglunun, X və Cavabdeh3 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin 1 saylı mənzilinə istifadə hüquqları tanınmışdır. Bundan sonra İddiaçı Cavabdeh1 yazılı razılığı əsasında 10.08.2016-cı il tarixdən sözügedən mənzilə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Cavabdeh1 yazılı razılığının verilməsi yolu ilə qeydiyyata alınması onun mübahisəli mənzilə üzərində istifadə hüquq əldə etməsi demək deyildir. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh1 istifadə hüquqlarının tanınmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli qətnaməsiBakı Apellyasiya Məhkəməsinin 12 sentyabr 2 017-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və iddia təmin edilməmişdir. Eyni zamanda iddiaçının Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Füzuli küçəsi 46 saylı evin 1 saylı mənzildə yaşaması isə təsdiq edilməmişdir. Bundan başqa, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Füzuli küçəsi 46 saylı ev Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin balansında olduğu halda mənzilə üzərində hüquq müəyyən olmayan şəxslərə qarşı tələb irəli sürməsi düzgün olmamışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında qohumluq münasibətləri olmamışdır. Hətta onlar arasında qohumluq münasibəti olmuş olsa belə bu fakt iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranması əsası kimi qəbul edilə bilməz. İlkin olaraq ona görə ki, cavabdehlərin özləri müəyyən edi ldiyi kimi mənzil üzərində hər hansı hüquqa malik deyildirlər. Cavadehin mənzilə hüququ olmadığı halda iddiaçının cavabdehin razılıq verməsinə istinad edərək mənzil üzərində istifadə hüququnun yaranmasını göstərə bilməz. Mübahisəli mənzildə iddiaçının və ya cavabdehlərin birlikdə və ayrı-ayrı olaraq yaşayaraq təsərrüfat idarə etmələri də müəyyən edilməmişdir. İddiaçı ilkin olaraq sübut etməli idi ki, mənzil üzərində hər hansı hüquq malikdir və həmin hüquqa istinad edərək mənzilə köçürülməsi mütləqdir. Lakin iddiaçı mübahisəli mənzil üzərində hər hansı hüququnun olmasına dair sübutlara malik deyildir, belə hüququnun olması təsdiq olunmadığından o, mənzilə köçürülməyini tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Mənzil Məcləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kiray ə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası M PM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4638/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4638/2019
12.07.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver