Məhkəmə qərarları › İş №2(102)-4639/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4639/2020

05.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4639/2020 05.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yeni inşa olunan binada mənzilin təhvil verilməsi, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X7 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxx oğlunun, Üçüncü şəxslərin vəkili xxxr oğlunun iştirakları ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)4486/2019 nömrəli q ətnaməsindən üçüncü şəxslər Cavabdeh3 və “xxxx” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75,46 kv.m. olan 2 otaqlı 79 nömrəli mənzilin boşaldılaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(011)6609/2018 nömrəli qətnaməsi ilə (hakim İ.N.Abbasova) iddia təmin edilmiş, İddiaçı və Cavabdeh1 MMC arasında xx xxxxxx 2013-cü il tarixdə bağlanmış 47 saylı müqaviləyə əsasən ünvan 1A ünvanında yerləşən binanın 1-ci girişi nin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı 79 nömrəli mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MMC-yə həvalə edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-4486/2019 nömrəli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova – sədrlik edən və məruzəçi, V.T.Həsənov və X.Ə.Sarıyev) işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxslər qismində “xxxx” MMC-nin və Cavabdeh3 ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(011)- 6609/2018 nömrəli qətnaməsi həmin şəxslərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. “xxxx” MMC və Cavabdeh3 ayrı-ayrılıqda kasasi ya şikayətləri verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)4486/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən apelyasiya məhkəməsinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişlər. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Eyni məzmunlu olan kasasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını, o cümlədən iddiaçının tələb etdiyi mənzilin harada yerləşməsini araşdırmamış, iş üzrə ekspertizalar keçirməmişdir. Belə ki, Cavabdeh3 verilən mənzil binanın 13-cü mərtəbəsində, İddiaçı verilən mənzil isə – 12-ci mərtəbəsində yerləşsə də, iddiaçı faktiki olaraq 13-cü mərtəbədə yerləşən mənzilin ona təhvil verilməsini tələb edir. Məhkəmə iclasında kasatorların vəkili xxxr oğlu kasasiya şikayətlərinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili xxx oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfind ən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, üçüncü şəxslər apelyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmə tərəfindən qətnamə qəb ul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. İş materiallarında olan İddiaçı və Cavabdeh1 Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 47 saylı müqavilədən və həmin tarixli maliyyə arayışından müəyyən olunur ki, MMC tərəfindən inşa olunan ünvan 1 A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı 79 saylı mənzil 41503 manata İddiaçı satılmış və sonuncu mənzilin dəyərini tam ödəmişdir. İş üzrə həmçinin müəyyən olunur ki, iddiaçı X4 cavabdehlər Cavabdeh1 MMC, “xxxx” MMC və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı 79 saylı mənzilin İdd iaçı satılması barədə müqavilənin etibarsız hesab edilməsi, mənzilə onun sahiblik və istifadə hüququnun tanınması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı 79 saylı mənzilin İddiaçı satılması barədə müqavilənin etibarsız hesab edilməsi, mənzilə X1 və istifadə hüququnun tanınması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 47 saylı müqavilə X3 ünvan 1A ünvanında tikilən yüksəkmərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 kv.m olan mənzilinə aid hissədə etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmiş, İddiaçı onunla bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 17 saylı müqavilə üzrə öhdəliyin icra edilməsi, yəni həmin müqavilədə nəzərdə tutulmuş ölçülər daxilində mənzilin (cavabdehə məxsus həmin və ya başqa tikilidə) ona verilməsi tələbi ilə Cavabdeh1 MMC-yə qarşı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2017-ci il tarix li qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, X3 iddia tələbləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iş materiallarından müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli hökmü ilə Cavabdeh3 ünvan 2ünvanında yerləşən binanın 1- ci blok, 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 75,46 kv.m olan mənzilin və ya 27920 manat pul tələbinə dair mülki iddiası təmin olunmuş və həmin iddianın ödənilməsi “xxxx-K” MMC-nin işini davam etdirən Cavabdeh1 MMC-yə həvalə olunmuşdur. Bundan əlavə iş materiallarından müəyyən olunur ki, hazırki iddia üzrə məhkəmə mübahisəsi davam edən müddətdə iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1 MMC və “xxxx-K” MMC-yə, habelə üçüncü şəxs İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC və X8 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 47 saylı müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh3 iddia tələbi rədd edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Apelyasiya şikayətlərinə hüquqi qiymət verən Bakı Apelyasiya Məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, Cavabdeh3 və İddiaçı məxsus mənzillər ayrı-ayrı mənzillərdir və müxtəlif mərtəbələrdə yerləşirlər. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən müqavilə öhdəliyinin icra edilməsi, cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulması sübut edildiyindən birinci instansiyası məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə mövqeyi düzgündür. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, tərəflər üçün preyudisial əhəmiyyətə malik olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, ünvan 2ünvanda yerləşən binanın 1-ci blokunda Cavabdeh3 məxsus mənzil binanın 13-cü mərtəbəsində, X6 məxsus mənzil isə binanın 12-ci mərtəbəsində yerləşir və eyni deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 404-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edil ir. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinədair” Azərbaycan Respublikası Konstit usiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçıları nı intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx xx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Cavabdeh3 sahibliyinə verilmiş mənzillə, X2 verilmiş mənzilin fərqli olması qanuni qüvvəyə minmiş və həmin tərəflər üçün preyudisial əhəmiyyətə malik olan məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, “xxxx” MMC isə yuxarıda qeyd olunan dəlildən əlavə mübahisələndirilən qətnamənin onun hüquq və mənafelərinə zidd olmasına dair əsaslandırma aparmadığından məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərin kasasiya şikayətləri əsassızdır və təmin oluna bilməz. Kasasiya şikayətlərinin araşdırmanın tam aparılmaması və ekspertizanın keçirilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kasasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məc əllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kasasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir. Beləliklə də, məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə müəyyən olunan işin faktiki hallarına uyğun olaraq tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apelyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxslər Cavabdeh3 və “xxxx” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-4486/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar