Məhkəmə qərarları › İş №2(102)-464/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-464/2024

24.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-464/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «torpaq sahəsi üzərində inşa edilmiş tikililərin sökülməsi ilə torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2601/2023 nömrəli, 05 oktyabr 2023-ci il tarixli qətnamə sindən verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv 7k saylı sahədə yerləşən ümumi sahəsi 0,0218 ha olan torpaq sahəsi (bundan sonra mübahisəli torpaq sahəsi) xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı (bundan sonra iddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X3 cavabdeh lər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «torpaq sahəsi üzərində inşa edilmiş tikililərin sökülməsi ilə torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi» tələbinə dair mübahisəli torpaq sahəsinin zəbt edilməklə üzərində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülərək (həmin sahə boşaldılaraq) mübahisəli torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini işin hallarına istinad edərək əlavə olaraq qeyd etmişdir ki, aralarında torpaq sahəsinin alğı-satqısına dair müqavilə bağlanmamışdan öncə mübahisəli torpaq sahəsi üzərində yarımtikililər mövcud olmuşdur. Torpaq sahəsini aldıqdan sonra cavabdehlər onun razılığı olmadan yarım-tikililərin tikintisini başa çatdırmışlar. Qeyd edilən bu hallar ona məlum olduqdan sonra torpaq sah əsinə gedərək qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi ilə bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq etmişdir. Cavabdehlər tərəfindən hər dəfə müxtəlif təkliflər, o cümlədən torpaq sahəsinin haqqının ona ödənilməsi ilə bağlı yalan vədlər verilmişdir. Lakin bu günədək cavabdehlər tərəfindən torpaq sahəsinin haqqı ona ödənilməmiş, həmçinin qanunsuz və əsassız olaraq zəbt edilərək üzərində tikililər inşa edilmiş, mülkiyyət hüququ tam olaraq ona məxsus olan torpaq sahəsi boşaldılaraq təhvil verilməmişdir. Bununla da, onun Konstitusiyada, Mülki Məcəllədə və «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuşdur. Göründüyü kimi, cavabdehlər tərəfindən heç bir qanuni əsas olmadan qanunsuz olaraq ona məxsus torpaq sahəsi üzərində tikililər inşa edilmiş, o cümlədən, onun iradəsinə zidd olaraq mübahisəli əmlakdan istifadə və ona sahiblik etmələri, onun öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüquqlarını kobud şəkildə pozur, bu səbəbdən də, cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı, torpaq sahəsi boşaldılaraq ona təhvil verilməlidir. Zəbt edilmiş torpaq sahəsindən qanunsuz istifadə zamanı cavabdehlər tərəfindən çəkilmiş olan xərclərin əvəzi ödənilmədən, həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililər cavabdehlərin özləri tərəfindən sökülməli və torpaq sahəsi ona qaytarıl malıdır. Cavabdehlər tərəfindən istifadə edilən və onun mülkiyyətinə verilmiş mübahisəli torpaq sahəsinin üzərində inşa olunan tikililər sökülməklə torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilə bilər. Ona görə də, cavabdehlər tərəfindən inşa edilmiş tikililər onların hesabına sökülməli və torpaq sahəsi ona təhvil verilməlidir.

4. Cavabdeh1 iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini o, 2 il bundan öncə YYY adlı maklerdən almış və həmin torpaq sahəsinə görə qabaqcadan razılaşdırılmış 37.200 manat pulu göstərilən şəxsə ödəmişdir. Qonşuluqda yaşayan Bənövşə adlı qadını isə həmin torpaq sahəsinin sahibi kimi tanımışdır. Lakin 3-4 ay bundan öncə iddiaçı həmin əraziyə gəlib istifadəsində olan torpaq sahəsinin ona məxsus olmasını və həmin torpaq sahəsini tə rk etməsini bildirmişdir. O YYY adlı dəllal tərəfindən aldanıldığını başa düşərək bununla bağlı 10-cu PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir.

5. Cavabdeh3 iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini həmin torpaq sahəsinin üzərində tikilmiş 1 mərtəbəli yarımtikiliyə görə 35.000 manat pulu YYYyə ödəmişdir. Evin digər mərtəbələrini isə öz vəsaiti hesabına tikmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh2 iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 1 mərtəbəli yarımtikiliyə görə 27.000 manat pulu YYYyə vermişdir. Evin digər mərtəbələrini isə öz vəsaiti hesabına tikmişdir. O YYYdən evin çıxarışının ona nə vaxt veriləcəyini soruşduqda YYY ona “evin üstü” bağlandıqdan sonra çıxarışın hazır olaraq ona veriləcəyini bildirmişdir. Qonşuluqda yaşayan Bənövşə adlı qadını isə həmin torpaq sahəsinin sahibi kimi tanımışdır.

7. Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(002)-3219/2022 nömrəli iş üzrə 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia təmin olunmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə edilən torpaq sahəsi iddiaçı tərəfindən öncəki mülkiyyətçiyə dəyəri ödənilməklə notarial qaydada bağlanmış alğı-satqısına əsasən əldə olunmuşdur, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və iddiaçının Dövlət tərəfindən qorunan mülkiyyət hüqu qunun pozulması, buna yönələn hərəkət və ya hərəkətsizlik yolverilməzdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin üzərində inşa edilmiş tikililər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəsaiti hesabına sökülərək həmin sahə boşaldılmalı və torpaq sahəsi İddiaçı təhvil verilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.2,158.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2,77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər.

12. Apelly asiya şikayətləri onunla əsaslandırılmışdır ki, baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə cavabdehin tikilisinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi ki, iddiaçı tərəfindən belə bir sübut təqdim edilməmişdir. İddianı qaldırmağa iddiaçının subyektiv hüququ yoxdur. Bundan başqa iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən mübahisəli torpaq sahəsi xüsusi mülkiyyət kimi tam pay üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçıya məxsus torpaq sahəsinin ümumi sahəsi 0,0218 ha yəni, təxminən 2 sot təşkil edir. Məhkəmənin qənaətinə əsasən iddiaçının 2 sot torpaq sahəsində cavabdehlərə məxsus 3 ədəd yarımtikili tikilmişdir ki, bu da faktiki olaraq mümkün deyildir. Birinci instansiya məhkəməsi tam və hərtərəfli araşdırma aparmalı, iş üzrə tikinti-texniki eskpertizası keçirməli və iddiaçının torpaq sahəsinin cavabdehlərə məxsus tikililərlə üst-üstə düşüb-düşməməsini müəyyən etməli idi. Lakin məhkəmə heç bir araşdırma aparmadan 2 sot torpaq sahəsi üzərində 3 ədəd müxtəlif yarımtikililərin inşa edilməsinə dair qanunsuz və əsassız nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh1 və Cavabdeh2 mübahisəli torpaq sahələrini YYY adlı maklerdən aldıqlarını bildirmişlər ki, belə olan halda da həmin məlumatlar araşdırılmalı, 10-cu Polis Bölməsində şikayət əsasında açılmış materiallar tələb olunmalı, işin hansı mərhələdə qaldığı araşdırılmalı idi ki, bütün bunlar işə baxan məhkəmə tərəfindən araşdırılmamışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli, 2(103)-2601/2023 nömrəli qətnaməsi ilə (hakim Xumar Mərdanova sədrliyi və məruzəsi ilə, hakimlər Elnur Həsənov və Sabir Bəhramzadədən ibarət tərkibdə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti təmin edilməmiş, Qaradağ Rayon Məhkəməsinin 7 dekabr 2022-ci il tarixli, e-2(002)-3219/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq daxil olmuş sənədlərlə müəyyən edilmişdir ki, X2 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin 0,3 ha sahəsini xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmış və Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-c i massiv 7k saylı sahədə yerləşən ümumi sahəsi 0,0218 ha olan torpaq sahəsi xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

15. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İddiaçı hazırda Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv 7k saylı sahədə yerləşən ümumi sahəsi 0,0218 ha olan torpaq sahəsinin zəbt edilməklə üzərində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülərək (həmin sahə boşaldılaraq) qeyd edilən torpaq sahəsinin ona təhvil verilməsi barədə tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən heç bir qanuni əsas olmadan qanunsuz olaraq ona məxsus torpaq sahəsi üzərində tikililər inşa edilmiş, o cümlədən, onun iradəsi nə zidd olaraq mübahisəli əmlakdan istifadə və ona sahiblik etmələri, onun öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmışlar.

16. Cavabdehlər isə apellyasiya şikayətində iddiaçının belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə cavabdehin tikilisinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməməsi ilə hazırki iddianı qaldırmağa iddiaçının subyektiv hüququ olmamasını, eləcə də, iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlərə məxsus tikililərlə üst-üstə düşməməsini mübahisələndirmiş, apellyasiya instansiyası məhkəməsinin baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə vəsatət verərək göstərmişlər ki, iddiaçıya məxsu s torpaq sahəsinin ümumi sahəsi təxminən 2 sot təşkil edir ki, bu sahədə 3 tikilinin inşa edilməsi faktiki mümkün deyildir.

17. Apellyasiya baxışı zamanı cavabdehlərin dəlillərinə qiymət verilməsi üçün iddiaçıya məxsus torpaq sahəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus tikililərin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

18. Məhkəmə Ekspertiza Mərkəzinin 10/3389 nömrəli, 12 iyul 2023-cü il tarixli rəyinin tədqiqat və nəticə hissəsindən görünür ki: baxış zamanı aparılmış ölçü işləri nəticəsində, tədqiq olunan torpaq sahəsinin eninin 8.6 metr, uzunluğunun isə 25.3 metr olduğu müəyyən edilmişdir. Həmin torpaq sahəsində iki ədəd iki mərtəbəli, bir ədəd üçmərtəbəli yaşayış evini n yerləşdiyi müəyyən edilmişdir. Baxış zamanı, ikimərtəbəli evlərdən birinin Cavabdeh2 istifadəsində olduğu, o biri ikimərtəbəli evin Cavabdeh3 istifadəsində olduğu, üçmərtəbəli evin isə Cavabdeh1 istifadəsində olduğu müəyyən edilmişdir.

19. Rəydə daha sonra göstərilir ki, Cavabdeh2 istifadəsində olan ev ikimərtəbəli olmaqla, mişar daşından inşa edilmişdir. Həmin evin uzunluğunun 8.6 metr, eninin isə 6.2 metr olduğu müşahidə edilmişdir. Cavabdeh3 istifadəsində olan evin ikimərtəbəli olmaqla, mişar daşından inşa edildiyi, uzunluğunun və eninin 7.0 metr olduğu müşahidə edilmişdir. Cavabdeh1 istifadəsində olan evin üçmərtəbəli olmaqla, mişar daşından inşa edildiyi uzunluğunun və eninin 11.2 metr olduğu müşahidə edilmişdir.

20. Göstərilənləri, o cümlədən tədqiq olunan torpaq sahəsinin planlı y erləşməsini, texniki parametrlərini, eləcə də mübahisəli tikililərin faktiki vəziyyətini nəzərə alaraq, Cavabdeh3 və Cavabdeh2 istifadəsində olan iki ədəd ikimərtəbəli yaşayış evlərinin tam hissələrinin, Cavabdeh1 istifadəsində olan üçmərtəbəli yaşayış evinin isə 94 kv.m (5.7 x 7.0 + 5.3 x 10.2) hissəsinin tədqiq olunan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.

21. Rəyin nəticə hissəsində göstərilmişdir ki, tədqiqat hissəsində göstərilənləri, o cümlədən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv 7k saylı sahədə yerləşən ümumi sahəsi 0.0218 ha olan torpaq sahəsinin planlı yerləşməsini, texniki parametrlərini, eləcə də mübahisəli tikililərin faktiki vəziyyətini nəzərə alaraq, Cavabdeh3 və Cavabdeh2 istifadəsində olan iki ə dəd ikimərtəbəli yaşayış evlərinin tam hissələrinin, Cavabdeh1 istifadəsində olan üçmərtəbəli yaşayış evinin isə 94 kv.m hissəsinin İddiaçı mülkiyyətində olan 0.218 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.

22. Məhkəmə kollegiyası ekspert rəyinin məcburi olmamaqla rəyə digər sübutlar yanaşı hüquqi qiymət verilməsinə dair prosessual normalarının tələbləri baxımından hesab etmişdir ki, ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğundan onunla razılaşmamaq üçün əsas olmamışdır.

23. Cavabdehlər (apellyatorlar) apellyasiya şikayətində iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlərə məxsus tikililərlə üst-üstə düşməməsini bildirsələr də buna dair mötəbər sübutlar təqdim edə bilməmişlər.

24. Həmçinin, apellyatorlar tərəfdən araşd ırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar təqdim edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillərni kollegiya ehtimal xarakterli mülahizə kimi qiymətləndirir.

25. Məhkəmə kollegiyası bu qənaətə gələrkən iş üzrə 3-cü şəxs kimi cəlb edilmiş X1, eləcə də, iş üzrə rəy vermiş ekspertin izahatlarına və yerində müayinənin nəticələrinə əsaslanmışdır. Belə ki, Bənövşə Səfiyeva izahatında göstərmişdir ki, o, özünə məxsus 6 sot torpaq sahəsindən bir hissəsini makler YYY vasitəsilə V.V.Vyə satmış, amma onu şəxsən tanımır. Belə ki, notariat kontorunda o deyil, V.V.Vnin oğlu Təyyar iştirak etmiş, torpağın satış pulu da ona tam verilməmişdir. O torpağı satarkən satdığı yerdə 1 yarım tikili olmuşdur. Sonrakı dövrlə rdə onun V.V.Vyə satdığı torpaqda YYY tərəfindən 3 ev inşa edilərək cavabdehlərə satılmışdır. B.Səfiyeva əlavə olaraq bildirmişdir ki, satdığı torpaq sahəsi ilə bağlı V.V.Vnin oğlu ilə Notariat Kontorunda rəsmiləşdirmə aparsa da, o faktiki olaraq torpağı makler YYYyə satdığını zənn etmişdir. Ona görə də satdığı torpaqda YYYnin evlər tikməsi onu təəccübləndirməmişdir.

26. Məhkəmə kollegiyası tərəfindən ekspertin və tərəflərin iştirakı ilə yerli müayinə keçirilərkən müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan 0.218 ha torpaq sahəsi planlı yerləşməsinə, texniki parametrlərinə düzgün gəlir. Həmin torpaq sahəsi üzərində 3 bina tikili mövcuddur. Cavabdeh2 və Cavabdeh3 evləri ikimərtəbəli, Cavabdeh1 isə evi üçmərtəbəlidir. Sədrlik edənin sualına cavab olaraq ekspert bildirmişdir ki, Cavabde h2 və Cavabdeh3 evləri tam olaraq Mahmudova V.V.Vnin torpaq sahəsinə düşür, Cavabdeh1 istifadəsində olan üçmərtəbəli yaşayış evinin isə 94 kv.m hissəsi Mahmudova V.V.Vnin torpaq sahəsinin üzərinə düşür. Cavabdeh1 istifadəsində olan evin yan tərəfinə baxan hər mərtəbənin eyvanı, yəni 3 ədəd eyvan iddiaçının mülkiyyətində olan sahənin hüdudlarından kənarda yerləşir. Sədrlik edənin sualına cavab olaraq ekspert bildirmişdir ki, 2021-ci ildə Mahmudova V.V.V tərəfindən torpaq sahəsi alınarkən yarımtikililər olub-olmadığını yalnız peyk görüntülərindən müəyyən etmək mümkündür.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, göstərilən ziddiyət ekspert tərəfindən kollegiya təqdim etdiyi 2021, 2022 və 2023-cü illərdə çəkilmiş foto şəkillərinin məzmunu ilə aradan qaldırılmışdır. Belə ki, ekspertin də göst ərdiyi kimi, 2021-ci iln iyun ayında mübahisəli sahədə 3 yarıtikilinin, 2022-ci ilin aprel ayında həmin 3 tikilinin 2-nin dam örtüyünün olması, Cavabdeh1 tərəfindən tikilmiş evin isə 2023-cü ildə artıq dam örtüyünün olması müşahidə olunur.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 istifadəsində olan 2 mərtəbəli ev İddiaçı mülkiyyətində olan 0.218 ha torpaq sahəsinin hüdudları daxilində yerləşsə də, Cavabdeh1 istifadəsində olan üçmərtəbəli yaşayış evinin isə 94 kv.m hissəsindən əlavə olan hissəsi (3 ədəd eyvan) iddiaçının mülkiyyətində olan sahənin hüdudlarından kənarda olmasına baxmayaraq bu həmin evin sökülməməsi üçün əsas kimi sayıla bilməz.

29. Bundan da əlavə, müəyyən edilmişdir ki, mübahisə edilən torpaq sahəsində inşa edilən tikililər cavabdehlər (apellyatorlar) tərəfində n buna hüququ olmayan şəxslə öz aralarında gəlinmiş razılığı əsasən dəyəri ödənilməklə, yəni, notarial qaydada bağlanmamış alğı-satqısına əsasən əldə olunmuş, onların inşa etdikləri torpaq sahəsi üzərində tikililər mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

30. İşin bu halı həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunun məzmunu ilə də təsdiq olunur.

31. Həmin məktubda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv ərazisində adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməməsi göstərilmişdir.

32. Məhkəmə kollegiyas ı hesab etmişdir ki, cavabdehlər iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsində özbaşına olaraq tikililər inşa etməklə, iddiaçının Dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququnu pozumuşlar ki, buna yönələn hərəkət və ya hərəkətsizlik yolverilməz olmasına da birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət vermişdir.

33. Göründüyü kimi cavabdehlərin (apellyatorların)–iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması və iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlərə məxsus tikililərlə üst-üstə düşməməsi barədə dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamışdır.

34. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv 7k saylı sahədə yerləşən ümumi sahəsi 0,0218 ha olan torpaq sahəsinin üzərində inşa edilmiş tikililərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülərək həmin sahənin boşaldılması və torpaq sahəsinin İddiaçı təhvil verilməsi barədə düzgün nəticəyə gəlmişdir..

35. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 13.1,29.1 və 29.2-ci Mülki Məcəllənin 152.1, 152.5,MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh2(Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2601/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçının Cavabdeh2 qarşı «tor paq sahəsi üzərində inşa edilmiş tikililərin sökülməsi ilə torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi» tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

37. Şikayət onunla əsaslandırılmışdır ki, “Bənövşə Səfiyeva izahatında göstərmişdir ki, o, özünə məxsus 6 sot torpaq sahəsindən bir hissəsini makler YYY vasitəsilə iddiaçıya satmış, amma onu şəxsən tanımır. Belə ki, notariat kontorunda o deyil, iddiaçının oğlu Teyyar iştirak etmiş, torpağın satış pulu da ona tam verilməmişdir.O torpağı satarkən satdığı yerdə 1 yarım tikili olmuşdur. Sonrakı dövrlərdə onun iddiaçıya satdığı torpaqda YYY tərəfindən 3 ev inşa edilərək cavabdehlərə satılmışdır. B.Səfiyeva əlavə olaraq bildirmişdir ki, satdığı torpaq sahəsi ilə bağlı iddiaçının oğlu ilə Notariat Kontorunda rəsmiləşd irmə aparsa da, o faktiki olaraq torpağı makler YYYyə satdığını zənn etmişdir. Ona görə də satdığı torpaqda YYYnin evlər tikməsi onu təəcübləndirməmişdir. Üçüncü şəxs hazırki iş üzrə iddiaçını ümumiyyətlə tanımayıb, heç vaxt görməyib.Torpağı da YYY adlı maklerə satdığını düşünür. Hətta torpağın dəyəri belə üçüncü şəxsə tam ödənilməyib. Bütün bu hallar araşdırılmalı olduğu halda, məhkəmə tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. İddiaçının subyektiv hüquqa malik olub-olmaması müəyyən olunur.İddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə cavabdehin tikilisinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi ki, iddiaçı tərəfindən belə bir sübut təqdim edilməmişdir. Cavabdehl ər mübahisəli torpaq sahələrini YYY adlı maklerdən aldıqlarından, həmin məlumatlar araşdırılmalı, 10-cu Polis Bölməsində şikayət əsasında açılmış materiallar tələb olunmalı, işin hansı mərhələdə qaldığı araşdırılmalı idi ki, bütün bunlar işə baxan məhkəmələr tərəfindən araşdırılmamışdır. Bununla da, məhkəmənin hazırki iş üzrə mövqeyi tamamilə əsassızdır.

38. Əlavə olaraq kassator qeyd etmişdir ki, peyk görüntülərində olduğu kimi, 2021ci iln iyun ayında mübahisəli sahədə 3 yarı tikilinin, 2022-ci ilin aprel ayında həmin 3 tikilinin 2-nin dam örtüyünün olması, Cavabdeh1 tərəfindən tikilmiş evin isə 2023-cü ildə artıq dam örtüyünün olması müşahidə olunursa, deməli, torpaq sahəsi alınarkən torpaq sahəsi üzərində artıq 3 tikili mövcud idi.

39. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2601/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçının Cavabdeh1 qarşı «torpaq sahəsi üzərində inşa edilmiş tikililərin sökülməsi ilə torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi» tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. Şikayət onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin 10/3389 nömrəli, 12 iyul 2023-cü il tarixli rəyinə əsasən tədqiqat hissəsində göstərilənləri, o cümlədən iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsinin planlı yerləşməsini, texniki parametrlərini, eləcə də mübahisəli tikililərin faktiki vəziyyətini nəzərə alaraq, Cavabdeh3 və Cavabdeh2 istifadəsində olan iki ədəd ikimərtəbəli yaşayış evlərinin tam hissələrinin, Cavabdeh1 istif adəsində olan üçmərtəbəli yaşayış evinin isə 94 kv.m hissəsinin İddiaçı mülkiyyətində olan 0.218 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh2 istifadəsində olan 2 mərtəbəli ev iddiaçının mülkiyyətində olan 0.218 ha torpaq sahəsinin hüdudları daxilində yerləşsə də, Cavabdeh1 istifadəsində olan üçmərtəbəli yaşayış evinin isə 94 kv.m hissəsindən əlavə olan hissəsi (3 ədəd eyvan) iddiaçının mülkiyyətində olan sahənin hüdudlarından kənarda olmasına baxmayaraq bu həmin evin sökülməməsi üçün əsas kimi sayıla bilməz. Ekspert rəyini mötəbər sübut kimi qəbul etmir. Bundan əlavə, Cavabdeh1 istifadəsində olan üçmərtəbəli yaşayış evinin 94 kv.m hissəsindən əlavə olan hissəsi (3 ədəd eyvan) iddiaçının mülkiyyətində olan sahənin hüdudlarından kənarda olmasına baxmayara q apelyasiya məhkəməsi həmin hissənin sökülməsini də əsassız olaraq qət etmişdir. Halbuki, həmin hissənin iddiaçıya ümumiyyətlə hər hansı aidiyyatı yoxdur.

41. Hər iki kassasiya şikayətləri işin hallarına uyğun əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

43. Maddə 13.1-ci bəndi: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

44. Maddə 29.1-ci və 2-ci bəndi: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin olan mənsub əm laka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

46. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad ə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansi yası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

60. Cavabdehin kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

61. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

64. Məhkəmə kollegiyası kassasiya şikayətlərində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2(103)-2601/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar