Məhkəmə qərarları › İş №2(102)-4641/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4641/2019

28.06.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4641/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı vəkilləri Kərimov Fuad Sabir oğlu, Cavadov İlqar Cəbir oğlu, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin vəkili Məhərrəmov Əbdül Azər oğlu, nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “işə bərpa olunma, məcburi iş buraxmağa görə əmək haqının və ayrıseçkiliyə məruz qaldığına görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Mehdiyev, iş 2(006)-8982/2017) iddia qismən təmin edilərək, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c”bəndi ilə xitam verilməsi barədə 19.09.2017-ci il tarixli, K- 615 saylı əmrinin ləğv edilməsi, iddiaçının direktor müavini vəzifəsinə bərpa edilməsi və ona 19.09.2017-ci il tarixdən qətnamə icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əmək haqqının hesablanaraq ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və mər uzəçi), T.Səmədov və E.Kazımov, iş № 2(103)-3703/2018) İddiaçı və cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21 noyabr 2017-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Rüstəmov (sədrlik edən və məruzəçi), M.Əhmədova və Ə.Nurməmmədov, iş № 2(102)-6933/2018) cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(107)-709/2019) İddiaçı və cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi barədə 19.09.2017-ci il tarixli, K-615 saylı əmrinin ləğv edilməsi, İddiaçı Bakı şəhəri 162 nömrəli tam orta məktəbi n təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və ona 19.09.2017-ci il tarixdən qətnamə icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əmək haqqının hesablanaraq ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı şəhəri üzrə Təhsil İdarəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə ic lasında iştirak edənlərin izahatları: Bakı şəhəri üzrə Təhsil İdarəsinin vəkili Məhərrəmov Əbdül Azər oğlu, nümayəndəsi X2 izahatında göstərmişdilər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edirlər. İddiaçı vəkilləri Kərimov Fuad Sabir oğlu, Cavadov İlqar Cəbir oğlu izahatlarında göstərmişdir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də kassasiya şikayətinin təmin edilməməsini xahiş edirlər. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməs ini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 25 saylı Bakı şəhər Poliklinikasının 27 mart 2017-ci il tarixli, 555865 saylı əmək qabiliyyətinin olmaması barədə vərəqinə görə, İddiaçı 27.03.2017-ci il tarixdən 30.03.2017-ci il tarixə kimi xəstəl iyi ilə əlaqədar işə çıxmamışdır. Ə.D.Məlikov adına Bakı şəhər Xəstəxanasının 31 may 2017ci il tarixli, 692273 saylı əmək qabiliyyətinin olmaması barədə vərəqinə görə, İddiaçı 04.05.2017-ci il tarixdən 28.05.2017-ci il tarixə kimi xəstəliyi ilə əlaqədar işə çıxmamışdır. 25 saylı Bakı şəhər Poliklinikasının 30 may 2017-ci il tarixli, 694390 saylı əmək qabiliyyətinin olmaması barədə vərəqindən görünür ki, iddiaçı 30.05.2017-cü il tarixdən 25.06.2017-ci il tarixə kimi xəstəliyi ilə əlaqədar işə çıxmamışdır. Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbi üzrə tərtib edilmiş və məktəbin möhürü ilə təsdiq edilmiş 04.05.2016, 16.09.2016, 13.10.2016, 21.11.2016, 22.11.2016, 28.11.2016, 29.11.2016, 01.12.2016, 02.12.2016, 12.12.2016, 16.12.2016, 28.12.2016, 30.12.2016, 11.01.2017, 12.01.201 7, 13.01.2017, 30.01.2017, 31.01.2017, 03.02.2017, 22.02.2017, 07.03.2017-ci il tarixli aktlara görə, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini-İddiaçı həmin tarixlərdə işə gəlməmiş və ya vaxtından əvvəl işdən getmişdir. İddiaçı 30..06.2017-cı il tarixli akta görə 27.06.2017-ci il tarixdən 30.06.2017-ci il tarixədək cəmi 4 gün, 31.08.2017-ci il tarixli akta görə 25.08.2017, 28.08.2017-ci il tarixdən 30.08.2017 tarixədək cəmi 5 gün, 14.09.2017-ci il tarixli akta görə isə 06.09.2017ci il tarixədək 14.09.2017-ci il tarixədək cəmi 7 gün olmaqla heç bir əsası olmadan işə gəlməmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 19 sentyabr 2017-ci il tarixli, K-615 saylı əmrinə görə, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə iddiaçı ilə bağlanmış əmək müqaviləsi 19 sentyabr 2017-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Digər əsaslarla yanaşı qeyd olunan əmr həm də onunla əsaslandırılmışdır ki, İddiaçı 01.03.2017-ci il tarixdən 25.07.2017-ci il tarixədək xəstəlik vərəqəsi əsasında işdən azad olunmuşdur. Pedoqoji işçilərin yay məzuniyyəti dövrü ilə əlaqədar olaraq ərizəsi əsasında 01.07.2017-ci il tarixdən 08.08.2017-ci il tarixədək növbəti əmək məzuniyyətinə, 08.08.2017-ci il tarixdən 23.08.2017-ci il tarixədək öz hesabına məzuniyyətə getmiş, 24.08.2017-ci il tarixdə işə qayıtsa da sonrakı günlərdə işə gəlməmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakı ları qeyd etmişdir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı (Əmək münasibətlərində ayrıseçkiliyin yolverilməzliyi) maddəsinin 1-ci hissəsinə əsasən, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Azərbaycan Resp ublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: -hüquq bərabərliyinin təmin edilməsi; -mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; -maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; -əsasən əmək müqaviləsi (kontraktı) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı mün asibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. -16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. -560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol ver ilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrim də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mılki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunverici nin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar müvqe Avropa Birliyinin Ədalət Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs- og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan suiistifadə etmiş olur. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun şəxsiyyətini, əvvəllər rəhbər vəzifədə işləməsi, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini (YAP-m üzvü olmaqla, təşkilatıi məsələlərlə bağlı müəyyən üzürlü səbəblərdən işdən qalması) nəzərə almaqla, əvvəllər rəhbər vəzifələrdə işləməməsi müəyyən edilən məktəb direktorunun əsaslandırılmamış və əsasını subyektiv mülahizələr təşkil edən təqdimatı, eləcə də, bu təqdimat əsasında natamam və qeyri-obyektiv aparılmış yoxlamanın nəticəsində onunla «əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» kimi intizam tənbeh növünün tətbiqini zəruri hesab etməklə hüquqdan sui-istifadə yol verilmiş və bu ləğv edilmənin edilmənin zəruriliyi mütləq şəkildə əsaslandırılmamaqla onun hüquqları pozulmuşdur. Bakı şəhəri üzrə Təhsil İdarəsi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlar a düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxl anılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini ə saslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayəti nə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar