Məhkəmə qərarları › İş №2(102)-4641/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4641/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4641/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4641/21 (Açar sözlər: təbii qazdan istifadə qaydasının pozulmasına görə yaranmış borc) Bakı şəhəri, 07 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3613/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat B irliyi tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 07 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı «Azəriqaz» İstehsalat Birliyi Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3199,20 manat dəymiş ziyanın əvəzinin, 68,20 manat sayğac borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı «Azəriqaz» İstehsalat Birliyi iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 08.05.2017-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə” imzalanmış, həmin müqavilə əsasında “Azəriqaz” İB cavabdehə məxsus istixananı təbii qazla təchiz etmiş, onun ünvanına **********00000 №-li abonent kodu verilmiş və fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində “G-4” markalı 1102AQ**********6 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamış, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən bu faktlar aşkar olunmuş və rəsmiləşdirilmiş, foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla ba ğlı Birliyin işçiləri tərəfindən “Təbii X1n pozulması haqqında” aktlar tərtib edilmiş, “Azəriqaz” İB-yə 11.01.2019cu il tarixli ******* saylı akt əsasında 1087,20 manat, 02.03.2019-cu il tarixli ******* saylı akt əsasında 600 manat, 01.12.2019-cu il tarixli ******* saylı akt əsasında 892,80 manat, 13.01.2020-ci il tarixli ******* saylı akt əsasında 619,20 manat maddi zərərin dəydiyi müəyyən edilmişdir. Bundan əlavə cavabdehin, əvvəlki illərdən 68,20 manat borcu qalmışdır və onun hazırda saldo üzrə ümumi borcu 3267,40 manat təşkil etməkdədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 noyabr 2020-ci il tarixli, 2(008)-4848/2020 saylı qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qə naətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilə məişət abonenti ilə bağlanmış müqavilə olduğundan, həmin müqavilədə istixana nəzərdə tutulmadığından, iddiaçı tərəfindən istixanada qazdan istifadə edilməsi sübuta yetirilmədiyindən iddia rədd edilməlidir. Cavabdeh həyətində istixana olduğnu inkar etməmiş, lakin həmin istixanada yetişdirilən məhsulların əlavə istiyə ehtiyacı olmadığını bildirmişdir. İddiaçı tərəfindən bu halın əksini sübut edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 3.1, 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndləri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı “Azəriqaz” İstehsalat Birliyi apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elnur Həsənov- sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 2(103)-3613/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4848/2020 saylı iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qə bul edilməsi, Cavabdeh təbii qazdan 2020-ci ilin dekabr ayına qədər istifadəyə görə yaranmış borc qismində 97.10 manat, dövlət rüsumunun əvəzi qismində 45.80 manat olmaqla, cəmi 142.90 manatın “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə tutulması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatın təqdim etdiyi sənədlərdən, bilavasitə cavabdehin abonent saldosundan görünür ki, 2012ci ildən 2020-ci ilin dekabr ayına qədər ona məxsus yaşayış sahəsində sayğac göstəricisi “0” olmuş, sayğac üzrə 2011-ci ilin dekabr ayında 92,20 manat, 2020-ci ilin dekabr ayında isə 4,90 qəpik borcu yaranmışdır. Kollegiya hesab edir ki, iddiaçı təşkilat cavabdeh tərəfindən qaz xəttinə qanunsuz müdaxilə halının olması, kənar xəttin cavabdeh tərəfindən qur aşdırılması halını sübut edə bilməmiş, 2012-ci ildən etibarən qaz istehlakının olmadığı özünün təqdim etdiyi sənədlərlə müəyyən olunan şəxs barəsində, 2019-cu ilin əvvəllərindən başlayaraq eyni məzmunlu aktlar tərtib etməsinin məntiqli izahını verə bilməmişdir. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, aktlara görə hesablayıb tələb etdiyi məbləğlər baxımından iddiaçı bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. “Azəriqaz” İB-nin istinad etdiyi aktlar isə cavabdehin və hal şahidlərinin iştirakı olmadan tərtib olunmuşdur, buna görə də mötəbər sayıla və onlara əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz. Bununla belə kollegiyanın qənaətinə görə, iddiaçının tələb etdiyi borcun 97,10 manat hissəsi məhz sayğacın göstəriciləri əsasında hesablanmış borc olduğundan həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı “Azəriqaz” İstehsalat Birliyi (vəkili Vəkil İlyas qızı) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində (mübahisələndirilən hissədə) ləğv edilməsi, iddia tələbinin təmin olunmamış hissəsində yenidən b axılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnamədə göstərdiyi dəlillər işin faktiki və həqiqi hallarına uyğun olmadığından, apelyasiya instansiya məhkəməsi iddia tələbinin təmin olunmamış hissəsində tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Qətnam ədə tərəflər arasında yaranmış mübahisəni tənzimləyən Mülki Məcəllənin 443.1, 448.2, 1096, 1097.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 89.1, 217, 218, 392, Qaz təchizatı haqqında Qanunun 6.2, 20 və 22-ci maddələri pozulmuş və ümumiyyətlə tətbiq edilməmişdir. Məhkəmələr iddiaçı tərəfindən cavabdeh şəxs barəsində aktların tərtib edildiyi tarixlərdə təbii qazdan istifadəyə görə nə qədər pul ödənildiyini araşdırmamışdır. Məhkəmələr həmçinin mülki işə əlavə edilmiş fotoşəkillərə diqqət etməmişdir. Cavabdeh tərəfindən təbii qazdan uzun müddətə qanunsuz istifadə halı iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun gələn mötəbər sübutlarla (aktlar, fotoşəkillər, təbii qazdan istifadə üzrə ödəniş cədvəlləri abonent saldoları) təsdiq olunur. Apelyasiya kol legiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin vəkili Vəkil İlyas qızı və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik ol an şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. və 448.2. Əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntus u üçün məsuliyyət daşıyır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (b u Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilmədiyi hissədə mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı qeyd olunan hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, «Azəriqaz» İstehsalat Birliyi cavabdehdən tərtib edilmiş aktlar əsasında hesablanmış borc tələb etməsinə baxmayaraq, cavabdeh tərəfindən qaz xəttinə qanunsuz müdaxilə halının olması, kənar xəttin cavabdeh tərəfindən quraşdırılması halını, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübut edə bilməmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5 və 67-ci bəndlərinin tələblərinə əməl edilməmiş, qaz xəttinə qanunsuz qoşulma aşkar edilən kimi qaz paylayıcısı olaraq qanunsuz xətti dərhal qazpaylay ıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmamış və dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbir görməmiş, hüquqdan sui-istifadə halına yol verməyə çalışmışdır. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3613/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli q ətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar