Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4641/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması, tərəflər arasında yaranmış münasibətlərin müəyyən edilməsində yazılı və notariat qaydada bağlanmış əqdlərdə əksini tapmış şərtlərin prezumpsiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3697/2021 nömrəli, 1 avqust 2023-cü il tarixli qətn aməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 17.000 manat məbləğində borc pulu faizsiz olaraq xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh vermişdir. Müqavilə notarial qaydada təsdiq edilmişdir.
2. Sonradan həmin kredit müqaviləsinə bir neçə dəfə dəyişikliklər edilərək, borcun qaytarılma müddəti xx.xx.2020-ci il tarixədək, daha sonra xx.xx.2021-ci il tarixədək, sonuncu dəfə xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Kreditin qaytarılma müddətinin uzadılması haqqında müqavilələr notariat qaydada təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci inst ansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17.000 manat məbləğində pulun, hüquqi yardıma görə ödənilmiş 900 manat və həmçinin ödənilmiş 145 manat dövlət rüsumunun əvəzinin alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, borcun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh borcu bu günə kimi ödəməmiş, müxtəlif bəhanələrlə bundan imtina etmiş, müqavilənin tələblərini pozmuşdur.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh 17000 manat pul məbləğini aldığını etiraf etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndə si və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, tərəflər birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün "xxxx" MMC açmaq məqsədi ilə bir-birilərini tanımışlar. 17000 manat pulda məhz həmin tekstil şirkəti üçün parça alınması məqsədi ilə cavabdehə verilmişdir. Lakin sonradan iddiaçı işini qarantiyaya almaq məqsədi ilə hüquqi savadsız olan tərəfə belə bir kredit müqaviləsi imzalatmışdır. Bu pul məbləğinə tərəflər hər ikisi parçalar almış, lakin həmin parçalar keyfiyyətsiz olduğundan görəcəkləri iş alınmamış, hal-hazırda parçalar top şəklində anbarda saxlanılır. Həmin 17000 manat borc tərəflərin birgə işi üçün məhz parçanın alınması üçün verilmişdir. Lakin iş batdığından, yəni parça keyfiyyətsiz olduğundan onlar gəlir əldə etməmişlər. Tərəflərin bundan əvvəl də 13000 manat borc münasibəti olmuşdur. Cavabdeh həmin pul məbləğini iddiaçıya qaytarmışdır, qeyd edilən pulun qaytarılması ilə bağlı da ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Hazırki 17000 manat məbləğində iddiaçının itkisinin ödəmək vəzifəsi tək cavabdehin üzərinə qoyulması ədalətsizlikdir. Belə ki, pul ortaq iş görülməsi üçün verilmişdir.
7. Cavabdeh tərəfin dəlillərinin sübutu kimi təqdim olunan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsindən çıxarışa görə "xxxx" MMC xx.xx.2020-ci il tarixdə təsis edilmişdir və təsisçisi İddiaçıdur.
8. İcarəyə verən X1 ilə icarəçi "xxxx" MMC-nin direktoru İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 1 ünvanında o byektinin 70 kv.m sahəsini icarəçiyə öz fəaliyyətini sərbəst həyata keçirmək üçün 5 il müddətinə icarəyə vermişdir.
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehin dəlilləri ilə bağlı bildirmişdir ki, əvvəlki məhkəmə iclasında cavabdeh iştirak edərkən iddia tələbini etiraf etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsinin və vəkilinin izahatına cavab olaraq bildirmişdir ki, pul məbləği icarə müqaviləsi bağlanmamışdan 8 ay əvvəl cavabdehə verilmişdir. Tərəflər arasında hazırki müqavilədən başqa 13.000 manat məbləğində borc münasibətləri olumuşdur. Həmin müqavilə üzrə borc 13.000 manat ödənmişdir. Lakin hazırki mübahisə ilə bağlı olan 17.000 manat borcdan isə hər hansı bir pul məbləği ödənməmişdir. 10. 23.11.2020-ci il tarixli 7677 nömrəli qəbzə əsasən 498.5 manat, xx.xx.2021-ci il tarixli 1084 nömrəli qəbzə əsasən 996 manat və xx.xx.2021-ci il tarixli 56590 nömrəli qəbzə əsasən 996 manat məbləğində pul vəsaiti İddiaçı hesabına ödənilmişdir.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-442/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia tələbi qismən təmin edilərək, cavabdehdən 17.000 manat məbləğində pulun, 150 manat vəkil xərci və 141.45 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında borcun verilməsi ilə bağlı iki dəfə notariat qaydada müqavilə bağlanmışdır. İşin mübahisə olunmayan halı onda n ibarətdir ki, cavabdeh tərəfindən təqdim edilən ödəniş qəbzləri iddiaçı ilə cavabdeh arasında 13000 manat borcun verilməsi barədə bağlanmış xx.xx.2020-ci il tarixli borc müqaviləsi ilə əlaqədar olmuşdur. Hazırki mülki iş üzrə yaranmış mübahisə isə xx.xx.2020-ci il tarixdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrası ilə əlaqədardır.
13. Məhkəmə qeyd etmişdir ki, mülki iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən göründüyü kimi iddiaçı cavabdehə 17000 manat məbləğdə olan pul vəsaitini borca vermiş, cavabdeh isə tərəflərin arasında müəyyən edilmiş müddətdə pulu iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili qeyd edilən müqavilənin formal olduğunu, pul məbləğinin tərəflərin birgə iş fəaliyy ətinə əsasən götürülmüş pul vəsaiti olduğunu israr etsə də, bu halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh qeyd edilən pulun "xxxx" MMC-nin fəaliyyətinə xərclənmiş olduğunu bildirsə də, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC xx.xx.2020-ci il tarixdə, yəni sözügedən müqavilənin bağlandığı tarixdən 8 ay sonra dövlət qeydiyyatına alınmışdır.
14. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 17000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
15. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi yardıma görə 900 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, 150 manat hüquqi yardım üçün çəkilmiş xərc tutulmalıdır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 443, 445, 448, 529, 739, 740-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, birinci instansiya məhkəməsi tərəflərin arasında olan hüquq münasibətinə düzgün qiymət verməmiş və nəticədə onun mənafeyinə ciddi və əsassız şəkildə mənfi təsir göstərəcək qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə əsassız şəkildə tərəflərin birgə şəkildə yaratdıqları və daha sonradan işlədə bilmədikləri "xxxx" MMC-nin aralarında bağlana n kredit müqaviləsindən 8 ay sonra qeydiyyatdan keçirildiyini əsas gətirərək, iddiaçı tərəfindən cavabdehə verilən 17000 manat pul məbləğinin qeyri-iş münasibəti ilə bağlı verildiyini göstərmişdir. Lakin məhkəmə bu zaman nəzərdən qaçırmışdır ki, tərəflərin birgə yaratdıqları "xxxx" MMC-nin kredit müqaviləsindən 8 ay sonra yaradılması bu hüquqi şəxsin fəaliyyəti ilə bağlı 8 ay öncədən malların alınması və ya digər kommersiya fəaliyyətinin aparılmasına əsla əngəl törətməmişdir. Əqdin məzmunundan da göründüyü kimi cavabdeh sahibkarlıq fəaliyyəti həyata keçirtdiyi iddiaçı tərəfindən cavabdehin hüquqi savadsızlığından istifadə edərək aldadılmış və cavabdeh üçün ədalətsiz hüquqi nəticə yaranmışdır. Bu borc tamamilə kommersiya fəaliyyətinin nəticəsində meydana gəldiyindən onun ödənilməsi də tam şəkildə bərabər vəziyyətdə həyata keçirilməli idi. Aralarında olan sahibkarlıq fəaliyyəti bunu deməyə əsas verir ki, cavabdeh həmin pulu şəxsi məqsəd üçün deyil, sırf sahibkarlıq fəaliyyəti üçün almışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh bu halı sübut edə biləcək hər hansı dəlili təqdim etməmişdir. Lakin məsələnin digər tərəfində də iddiaçı tərəfindən həmin borcun mahiyyəti ilə bağlı məhkəməyə təqdim edilən yeganə sübut "xxxx" MMC-nin aralarındakı borc müqaviləsindən 8 ay sonra qeydiyyatdan keçməsi ilə bağlı olmuşdur. Buna baxmayaraq razılaşmaq olar ki, bu tip yüksək məbləğləri özündə ehtiva edən sahibkarlıq fəaliyyətləri tez bir zamanda formalaşmır və tərəflər hər bir halda 8 ay öncədən müəyyən malları ala və ya fəaliyyəti həyata keçirə bilərlər. Odur ki, məhkəmənin həmin sübutla və bu radan yola çıxaraq mübahisə ilə bağlı mövqeyi əsassız və ədalətsiz hesab olunmalıdır.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3697/2023 nömrəli, 1 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), E.Kazımov və N.Cəfərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
20. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin apellyasiya şikayətinin yeganə dəlili o olmuşdur ki, hazırkı borc əslində tərəflərin birgə kommersiya fəaliyyətinin həyata keçir ilməsi ilə bağlı olmuş, iddiaçı cavabdehin hüquqi savadsızlığından istifadə edərək, bunu borc müqaviləsi kimi rəsmiləşdirmişdir. Birinci instansiya məhkəməsi həmin dəlillə bağlı qeyd etmişdir ki, cavabdehin vəkili qeyd edilən müqavilənin formal olduğunu, pul məbləğinin tərəflərin birgə iş fəaliyyətinə əsasən götürülmüş pul vəsaiti olduğunu israr etsə də, bu halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh qeyd edilən pulun "xxxx" MMC-nin fəaliyyətinə xərclənmiş olduğunu bildirsə də, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünmüşdür ki, "xxxx" MMC xx.xx.2020-ci il tarixdə, yəni sözügedən müqavilənin bağlandığı tarixdən 8 ay sonra dövlət qeydiyyatına alınmışdır.
21. Kollegiya həmin dəlillə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən borcun şəx si səbəblərdən deyil, sırf birgə sahibkarlıq fəaliyyətinə görə alınması ilə bağlı biri digərini tamamlayan və təkzibedilməzliklə bağlı tələblərə cavab verən, eləcə də əsaslı şübhədənkənar sübutlar təqdim edilmədiyindən apellyasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 443, 445, 448, 739-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik t əşkil edir və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr borcun qeyri-iş məqsədi üçün alındığı qənaətinə gəlmiş, lakin borcun qeyri-iş məqsədinin nə olmasını izah etməmiş və bu barədə qətnamədə heç bir şəkildə hüquqi şərh verməmişdir. Məhkəmələr bu qənaətə subyektiv mülahizələr əsasında gəliblər. Əgər borc qeyri-iş məqsədilə alınmışdırsa, nə üçün həmin məqsədə hüquqi qiymət verilməmişdir.
25. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 24, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləs i
27. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
28. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər;...
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kr editorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
33. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
36. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləği ndən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normaların a uyğun çıxarılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, k assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərə findən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Belə ki, işin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyətli halları bu qərarın 1-2, 7-8 və 10-cu paraqraflarında əksini tapmışdır.
48. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit müqaviləsinə, habelə qanunvericiliyin borcla bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu əsaslar üzrə yoxlamış, iddia tələbinin həllinə haqlı olaraq maddi hüquq norması kimi Mülki Məcəllənin 739-cu maddəsini tətbiq etmişdir.
49. Cavabdehin etiraz dəlilləri iddiaçı ilə bağlanmış müqavilədə göstərilən məbləğin borc kimi deyil, birgə kommersiya fəaliyyəti ilə bağlı verilməsi barədədir. Həmin dəlil cavabdeh tərəfindən aşağı instansiya məhkəmələrində baxılarkən də irəli sürülmüşdü və bu dəlil məhkəmələr tərəfindən qəbul edilməyib.
50. Məhkəmə kollegiyası qeyd edilən dəlillə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada g östərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər. Notariat qaydada təsdiqlənmiş müqavilələrdə həm də notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanmış əqdin aldatma nəticəsində və ya həmin müqavilədə göstərilən məqsədlə deyil, başqa məqsədlə bağlandığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.
51. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Başqa sözlə, görünüşdə arzu edilən hüquqi nəticəni əmələ gətirən irad ə ifadəsi əqd sayılır. Əqdin təməlini şəxsin nail olmaq istədiyi məqsədə yönələn iradə ifadəsi təşkil edir. İradə ifadəsinin qarşılıqlı şəkildə mövcudluğunu tələb edən konstruksiya müqavilə adlanır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Yəni müqavilə, təkcə iradə ifadəsinin mövcudluğunda deyil, həm də qarşılıqlı bəyan edilən iradənin əks tərəflə razılaşdırılması halında yaranır. Müqavilə tərəflərin hüquq və vəzifələr müəyyən etmək, dəyişmək və ya xitam vermək barədə tərəflərin qarşılıqlı olaraq razılığa gəldikləri şərtlərin toplusudur. Yazılı müqavilə isə, həmin şərtlərin (tərəflərin arzu etdikləri nəticəyə yönəlik iradə ifadəsini əks etdirən) kağız daş ıyıcısıdır. Bu baxımdan, tərəflər arasında münasibətlərin tənzimlənməsində yazılı müqavilədə əksini tapmış şərtlərə etimad prinsipi gözlənilir. Etimad prinsipi birbaşa hüquqi müəyyənlik və son nəticədə ədalətlilik prinsipindən irəli gələn hüquqi zərurətdən yaranmışdır. Hazırki işdə cavabdeh yazılı müqavilənin şərtlərinə etimadı şübhə altına almağa imkan verən əsaslı sübut təqdim etməmişdir.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
53. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya in stansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3697/2023 nömrəli, 1 avqust 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.