Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4642/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1530/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə mürac iət edərək, Cavabdeh, ailə üzvlərinin və digər şəxslərin və digər şəxslərin ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, R.Məmmədov küçəsi 15 saylı binada yerləşən yerləşən 1-ci girişin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 129 kv.m olan 19 saylı mənzilindən çıxarılmaları, 01 iyul 2017-ci il tarixdən başlayaraq məhkəmə qətnaməsi icra olunan günə qədər hər ay 650 manat maddi zərərin (kirayə haqqının), 50 manat mənəvi zərərin, dövlət rüsumu olaraq 30 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşin mübahisəsiz hallarına görə, "xxxx" MMC-nin direktoru Nəbi Mansurov ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, R.Məmmədov küçəsi 15 saylı binada yerləşən 1-ci girişin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 129 kv.m olan 19 saylı ümumi dəyəri 116.100 manat olan mənzil İddiaçı satılmışdır. Qeyd olunan müqaviləyə əsasən, 12 ay müddətində qalıq tam ödənilməlidir. Əks halda, qalan dəyərin 0,1% gündəlik cərimə hesablanacaqdır. xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən, İddiaçı qeyd edilən mənzil ayrılmış və mənzilin ümumi dəyəri "xxxx" MTK-ya tam ödənilmişdir. 3. xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh 2017-ci ilin iyun ayından müqavilə bağlanan günədək 21 ay ərzində ailə üzvləri ilə sözügedən bu mənzildə yaşayır və yaşadığı hər ay üçün 650 (altı yüz əlli) manat, cəmi (21x650) 13650 (on üç min altı yüz əlli) manat kirayə pulu ödəməlidir. Cavabdeh müqavilə bağlanan günədək ödənilmə yən 13650 manat kirayə pulunun 79401 manat verilmiş materialların dəyərindən azaldılmasını xahiş etmiş, iddiaçı onun bu təklifini qəbul etmişdir. Verilmiş materialın dəyərinin xx.xx.2019-cu il tarixə qalığı (79401-13650) 65751 manat təşkil edir. Cavabdeh tam məsuliyyəti ilə söz verərək bu mənzilin dəyərinin qalıq borcunu, yəni (190000-65751) 124249 (bir yüz iyirmi dörd min iki yüz qırx doqquz) manat məbləği ən geci 2019-cu ilin aprel ayının 20-si tarixinədək mənzil sahibi İddiaçı ödəyə bilməyəcəyi təqdirdə mənzili tam boşaldaraq qəbul etdiyi formada hər bir avadanlıq işlək vəziyyətdə, səliqəli və bütün kommunal xərclər son haqq-hesab ödənilməklə təhvil verməyi öhdəsinə götürmüşdür.
4. İddiaçı bildirir ki, mənzili aldıqdan və təmir elətdirdikdən sonra həmin mənzili satmaq qərarına gəlmiş, c avabdeh isə onun mənzilini almaq istədiyini bildirmişdir. Mənzilin dəyəri 190.000 manat qiymətləndirilmişdir. 2017-ci ilin iyul ayında aralarında razılıq olmuşdur ki, cavabdeh 10 gün müddətində həmin mənzilin qiymətinin 90.000 manatını nağd qaydada, 100.000 manatının əvəzinə isə inşaat materialları verməklə ödəyəcəkdir. Cavabdehin yaşamaq üçün mənzili olmadığından ailə üzvləri ilə birlikdə yaşamaq üçün həmin mənzilə köçməyi xahiş etmiş, aralarında olan münasibətlərə görə mənzilin pulunu ödəmədiyi halda, onların orada yaşamasına razılıq vermişdir. Cavabdeh ailə üzvləri ilə birlikdə 2017-ci ilin iyul ayından yaşamaq üçün həmin mənzilə köçmüş və orada yaşamış, sonradan ona hissə-hissə inşaat materialları versə də, aralarında olan razılığa əməl etməmiş 10 gün müddətində mənzilin dəyərini ödəmə mişdir. Ona görə də, cavabdehin mənzili boşaltmasını tələb etsə də, cavabdeh hazırda yaşamağa yeri olmadığını deyib, müxtəlif bəhanələrlə mənzilin pulunu ödəyəcəyini, ona vaxt verməyini xahiş etmiş, xahişlərini nəzərə alaraq ona vaxt vermişdir. 2017-2018-ci illər ərzində cavabdeh 79.401 manat dəyərində inşaat materialları vermiş, qalan məbləği isə ödəməmiş, xx.xx.2019-cu il tarixdə aralarında müqavilə bağlanmışdır. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməmiş, mənzildən çıxmaqdan imtina etmişdir. Hazırda Cavabdeh, ailə üzvləri ilə birlikdə ona məxsus olan mənzildə qanunsuz olaraq yaşamaqda davam edir.
5. Cavabdeh birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Bir inci instansiya məhkəməsindəki icraat
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1314/2020 nömrəli, 28 fevral 2020-ci il tаrixli qətnаməsi ilə (hakim N.Tağıyeva) iddia qismən təmin edilmiş, Cavabdeh, ailə üzvləri və digər şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon R.Məmmədov küçəsi, 15 saylı binanın 1-ci girişinin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 129 kv.m olan 19 saylı mənzildən çıxarılması, Cavabdeh İddiaçı xeyrinə maddi zərərə görə (kirayə haqqı) 13.650 (on üç min altı yüz əlli) manatın və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə qe yd etmişdir ki, cavabdehin iddiaçının mülkiyyətində olan evdə qalması, iddiaçının öz əmlakından sərbəst surətdə istifadə etmək, əmlaka sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmış və bununla da onun mülkiyyət hüququnu «şərti və qeyri-sabit xarakterli» etmiş olur.
9. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq hesab etmişdir ki, iddiaçının mənəvi z ərərin ödənilməsi ilə bağlı tələbi rədd edilməlidir.
10. Məhkəmə öz mövqeyini əsaslandırarkən Konstitusiyanın 29, Mülki Məcəllənin 21, 23, 152, 157.4-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh tikinti materiallarının satışı ilə məşğuldur. 2017-ci ildə kirayəyə ev axtaran zaman Etibar Kərimova müraciət etmişdir. E.Kərimov Nərimanov rayonunda tikilən çoxmərtəbəli binanın tikilməsinə rəhbərlik edir. Mübahisə edilən mənzili ona Etibar Kərimov kirayəyə vermişdir. Etibar Kərimov ondan 85.000 manatlıq tikinti materialları almışdır. Mənzili kirayəyə verən zaman qeyd etmişdir ki, mənzilin mülkiyyətçisi qardaşı İddiaçı olsa da, mənzil ona məxsusdur. Hal-hazırda Etibar Kərimovun ona 85000 manat borcu var.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1530/2021 nömrəli, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və V.Sadıqov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
15. Məhkəmə kollegiya sı öz mövqeyini əsaslandırarkən MM-in 152, 157.4, 675, 684.1, 684.2, 697.1, 697.3, MPM-in 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, «yaşayış sahəsinin kirayə müqaviləsi» «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin 1ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli 18 aprel tarixli 391 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Ədliyyə Nazirliy i haqqında Əsasnamə»-nin 8.6 və 9.9-cu bəndlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il tarixli 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»-ın 2-ci bəndinə əsasən notarial qaydada təsdiq olunan müqavilələr kateqoriyasına aiddir. Həmçinin məhkəmənin diqqətinə onu da çatdırıram ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən əmlakın kirarəyə verilməsindən əldə edilən gəlirdən gəlir vergisi verilməlidir. Hazırda iddiaçı tərəfindən məhkəməyə «yaşayış sahəsinin kirayə müqaviləsinin» təqdim olunmaması ondan kirayə haqqı tələb etmək üçün subyektiv hüququ yaranmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
20. Maddə
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
21. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
22. Maddə 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır.
23. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini k irayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
30. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnam ə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
31. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
32. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – Cavabdeh İddiaçı xeyrinə maddi zərə rə görə (kirayə haqqı) 13.650 (on üç min altı yüz əlli) manatın tutulması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
36. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh İddiaçı xeyrinə maddi zərərə görə (kirayə haqqı) 13.650 (on üç min altı yüz əlli) manatın tutulması hissəsində qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
37. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərə lazımi qaydada və vaxtında icra etmədiyindən birinci instansiya məhkəməsi Cavabdeh, ailə üzvləri ilə və digər şəxslərin qeyd olunan mənzildən çıxarılmasını və hər ay üçün 650 manat olmaqla, 13650 manat kirayə haqqının tutulmasını qət etməkdə haqlı olmuşdur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi tərəflər arasında xx.xx.2019-cu il tarixli müqavilədən irəli gələn münasibətlərin pozulması ilə bağlıdır. Lakin işə mahiyyəti üzrə qiymət verən məhkəmələr həmin müqavilənin şərtlərini nəzərə almadan, iddia tələbini maddi zərər hissəsində təmin edərək iddiaçının xeyrinə 13650 manat kirayə haqqının cavabdehdən tutulması qənaətinə gəlmişdir.
39. Belə ki, işin mübahisəsiz hallarına əsasən, xx.xx.2019-cu il tarixli müqavilə ilə tərəflər cavabdehin mübahisəli mənzildə yaşadığı hər ay üçün 650 manat olmaqla, cəmi (21x650) 13650 manat kirayə pulunun 2017-2018-ci illərdə cavabdeh tərəfindən iddiaçıya verilən 79401 manat dəyərində qiymətləndirilmiş inşa at materiallarının dəyərindən azaldılması barədə razılaşmışdırlar. Həmçinin, iddiaçı iddia ərizəsində də iddia tələbinin əsası kimi bu hala istinad etmişdir.
40. Lakin, apellyasiya instansiyası məhkəməsi qeyd edilən müqavilə şərtlərini araşdırmamış, tərəflərin kirayə haqqının ödənilməsi və 13650 manat kirayə haqqının evin dəyərinə görə ödənilmiş məbləğdən tutulması barədə razılaşmasının mövcud olmasını nəzərə almamış, həmin hissədə iş üzrə sübutları MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməmiş, bununla da, iddia tələbinin maddi zərərin əvəzinin ödənilməsi hissəsində təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.
41. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh, ailə üzvləri və digər şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon R.Məmmədov küçəsi, 15 saylı binanın 1-ci girişinin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 129 kv.m olan 19 saylı mənzildən çıxarılması hissəsində gəlinən nəticəylə razılaşaraq qeyd edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməməsi nəticəsində iddiaçının mülkiyyət hüquqlarının pozulması işin müəyyən edilmiş halıdır. Mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Odur ki, mülki qanunvericiliyin təməl prinsiplərini rəhbər tutan məhkəmələr həmin hissədə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.
42. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya inst ansiyası məhkəməsi maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı işdəki sübutları düzgün qiymətləndirməmiş, qətnaməni həmin hissədə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bununla da, həmin hissədə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. 43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmən in iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
44. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
45. Beləliklə, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə yen idən baxılarkən kassasiya instansiyası məhkəməsinin hazırkı qərarında şərh edilən göstərişlərə uyğun olaraq irəli sürülən tələbə baxmalı, tərəflərin təqdim etdikləri sübutlara MPM-nin 88-ci maddəsinə uyğun qiymət verməklə mübahisəni həll etməlidir.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1530/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən – Cavabdeh İddiaçı xeyrinə maddi zərərə görə (kirayə haqqı) 13.650 (on üç min altı yüz əlli) manatın tutulması hissəsində ləğv olunsun, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən s