Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4644/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4644/21 (Açar sözlər: işə bərpa, məcburi işburaxma üçün əmək haqqı) Bakı şəhəri, 14 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2706/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin onun işdən azad edilməsi barədə 18.09.2020-ci il tarixli, 207K saylı əmrinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilməklə onun Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar X7 Mərkəzinin direktoru vəzifəsi üzrə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar X8 Mərkəzinin direktoru vəzifəsində işləyir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 18.09.2020-ci il tarixli 207K saylı əmri ilə onunla bağlanmaşı əmək müqaviləsinə xitam verilmişdir. Buna əsas kimi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və əmək vəzifələri kobud şəkildə pozması göstərilmişdir. O, indiyədək işində heç bir nöqsanlara yol verməmişdir, əmək vəzifələrini heç bir şəkildə pozmamışdır, barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. Kənd Təsərrüfatı Nazirliyinin hansı səbəbə görə belə bir qənaətə gəlməsi ona məlum deyildir. Bu barədə o, açıqlama verilməsini xahiş etsə də, onun mür aciəti cavabsız qalmışdır. Onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması üçün heç bir əsas yoxdur, o, işinə laqeyd münasibət göstərməmişdir, əksinə namusla və vicdanla yanaşmış, əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmiş, əmək vəzifələrini heç bir şəkildə pozmamışdır. Ona görə də onun həmin hərəkətinin əmək vəzifələrini kobud şəkildə pozması kimi qiymətləndirilməsi qanunsuz, əsassız və ədalətsizdir. Hesab edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyindən, həmin Nazirliyin onun işdən azad edilməsi barədə 18.09.2020-ci il tarixli 207K saylı əmri ləğv edilməli, o, tutduğu direktor vəzifəsinə bərpa olunmalıdır. Bundan başqa, məcburi işbu raxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 noyabr 2020-ci il tarixli, 2(006)-2312/2020 saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 20.05.2016-cı il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar Rayon Kənd Təsərrüfat İdarəsinin rəis vəzifəsinə təyin edilmişdir. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin 3.1-ci maddəsinin “a” bəndinə əsasən İddiaçı əmək funksiyası kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qusar rayon Kənd Təsərrüfatı İdarəsinin struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə ümumi nəzarəti həyata keçirmək olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyinin 18.09.2020-ci il tarixli 207 K saylı əmri ilə iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Qusar X7 Mərkəzinin direktoru vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Daxili nəzarət və audit şöbəsinin müdiri Fuad Mayılovun 17.08.2020-ci il tarixli 06/H0-19 hesabatı və A.M.Şalbuzovun razılıq ərizəsi göstərilmişdir. Məhkəmə ilk növbədə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdeh orqan tərəfindən qanu nda nəzərdə tutulmuş tələblərinə riayət edib-edilməməsinə hüquqi qiymət verərək qeyd edir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı həmkarlar ittifaqının üzvü olmuşdur və onunla əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqının qabaqcadan yazılı razılığı alınmamışdır. Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyinin 18.09.2020-ci il tarixli 207 K saylı əmrindən də göründüyü kimi həmin əmr qəbul edilərkən həmkarlar təşkilatının hər hansı qərarına (razılığına) istinad olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş 18.09.2020-ci il tarixli 207 K saylı əmr əmək qanunvericiliyinin tələblərini pozulmaqla qəbul edildiyi üçün qanuni hesab edilə bilməz və bu səbəbdən də ləğv edilməlidir. Məhkəmə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xi tam verilməsi üçün əsasların olubolmamasına hüquqi qiymət verərək qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətldəndirən halları dəqiq şəkildə müəyyən edir. Bu hallardan bir neçəsi işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və ya əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsidir. Yəni işçinin əmək vəzifələrinin kobud şəkildə pozulma maddi ziyanın vurulması ilə nəticələnməlidir. Mülki qanunveri ciliyə əsasən maddi ziyanın vurulması real olmalı və mötəbər sübutlarla təsdiq olunmalıdır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş 30.07.2020-ci il tarixli aktda, həmçinin həmin aktın tərtib edilməsi üçün əsas olmuş digər aklarda aparılmış monitoringin nəticələri sənədləşdirilmiş və həmin aktlarda nöqsanlar göstərilmişdir. Lakin bu nöqsanlar nəticəsində işəgötürənə real maddi ziyanın vurulması və ya mənafeyinin pozulması müəyyən olunmur. Cavabdehin nümayəndəsi izahatında monitoriq nəticəsində 247.185 manat məbləğində subsidiyanın artıq ödənilməsinin müəyyən edilməsini göstərmişdir. Cavabdehin bu izahatı ilə bağlı məhkəmə qeyd edir ki, fermerlərə verilən subsidiyalar Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilir. Monitorinq nəticəsində aşkar edilmiş kənarlaşmalar b arəsində fermerə SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Fermerə verilmiş və onun tərəfindən istifadə edilmiş subsidiyanın məbləği ilə monitorinq nəticəsində müəyyən edilmiş məbləğ arasındakı fərd sonradan fermer tərəfindən Agentliyə qaytarılır. Bu vəsait geri qaytarılmadınqda, növbəti illərdə ödəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır. Göründüyü kimi cavabdehin nümayəndəsinin maddi ziyan kimi göstərdiyi məbləğin ziyan kimi hesab edilməsi məsələsi özü mübahisəlidir. Digər tərəfdən bu ziyanı müəyyən edən qanuni qüvvəyə minmiş hər hansı məhkəmə qərarı da mövcud deyil. Bütün bu göstərilənlər iddiaçının hərəkətləri nəticəsində işəgötürənə hər hansı maddi ziyan vurulmaması barədə nəticəyə gəlməyə tam əsas verir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia çının öz əmək funksiyalarını və vəzifələrini kobud şəkildə pozulması faktı da məhkəmə araşdırması nətiəcsində öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsindən görünür ki, onun əmək funksiyaları müqavilənin 3.1-ci bəndində öz əksini tapmışdır. Cavabdehin nümayəndəsi etirazında göstərmişdir ki, iddiaçı əmək müqaviləsinin 3.1-ci bəndinin “a” yarımbəndi ilə müəyyən edilmiş əmək funksiyalarını icra etməmiş və “Azərbaycan Respublikasının Kənd TƏsərrüfatı Nazirliyi X7 mərkəzlərinin “Əsasnaməsi”nin tələblərindən irəli gələn vəzifələri düzgün yerinə yetirməmişdir. Əmək müqaviləsinin 3.1-ci bəndinin “a” yarımbəndinə əsasən iddiaçı Qusar rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi kimi Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi ilə İdarənin struktur bölmələrinin fəaliyy ətini əlaqələndirmək və onların fəaliyyətinə ümumi nəzarəti həyata keçirmək funksiyasını həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi göstərilsə də, iddiaçının konkret hansı əmək funksiyalarını və vəzifələrini lazımınca və düzgün icra etməməsi göstərilməmişdir. Digər tərəfdən monitorinqin nəticələri ilə bağlı tərtib edilmiş 30.07.2020-ci il tarixli aktda nöqsanların aşkar edilməsi göstərilsə də, bu nöqsanların birbaşa iddiaçının əmək funksiyaları və vəzifələri ilə bağlı olması ilə bağlı konkret sübutlar məhkəməyə təqdim olunmamışdır. Əmək qanunvericiliyin tələblərinə əsasən işçinin əmək funksiyalarının dairəsi əmək müqaviləsində dəqiq və birmənalı göstərilməlidir. Məhz bu səbəb dən də işçi ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən onun hansı əmək funksiyalırının pozulması konkret göstərilməli, pozuntu ilə baş vermiş hallarla əlaqə olmalıdır. Beləliklə yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, işçinin əmək funksiyalarını və ya vəzifələrinin pozulması o halda əsaslı hesab edilir ki, bu vəzifələr və ya funksiyalar əmək müqaviləsində konkret göstərilsin. Eyni zamanda əmək funksiyaların və vəzifələrin pozulması ilə baş vermiş nəticə arasında səbəbli əlaqə olmalı və bütün bunlar işəgötürənə maddi ziyanın vurulması, yaxud mənafeyinə ciddi xələl gətirilməsi ilə nəticələnməlidir. Lakin məhkəmə hesab edir ki, iddiaçının rəhbərlik etdiyi idarədə monitorinq nəticəsində nöqsanlar aşkar edilsə də, b u onun əmək funksiyalarının lazımınca yerinə yetirilməməsi və ya vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilə bilməz. Eyni zamanda hətta qəbul olunsa ki, aşkar edilmiş nöqsanlar iddiaçının öz əmək funksiyalarının lazımınca yerinə yetirilməməsi nəticəsində baş vermişdir, bu pozuntunun nəticəsində hər hansı maddi ziyanın vurulması faktı hər hansı mötəbər sübutla təsdiq olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsiin “ç” bəndi ilə xitam verilməsi barədə qəbul edilmiş əmr ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının işə bərpa tələbi əsaslı hesab edildiyi üçün, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələb də əsaslı hesab edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 57.1, 70ç, 71.2, 71.3, 76.1, 80.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmovasədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Rəşad Həsənov) 01 mart 2021-ci il tarixli, 2(103)2706/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Ba kı şəhəri Səbasil Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(006)-2312/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmədiyi qənaətinə gəlməkdə haqlı olmamışdr. Belə ki, işin müəyyən olunmuş hallarına görə iddiaçı 20.05.2016-cı il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar Rayon Kənd Təsərrüfat İdarəsinin rəis vəzifəsinə təyin edilmişdir. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin 3.1-ci maddəsinin “a” bəndinə əsasən İddiaçı əmək funksiyası kimi Azərb aycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qusar rayon Kənd Təsərrüfatı İdarəsinin struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə ümumi nəzarəti həyata keçirmək olmuşdur. Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyinin 18.09.2020-ci il tarixli 207 K saylı əmri ilə iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Qusar X7 Mərkəzinin direktoru vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Daxili nəzarət və audit şöbəsinin müdiri Fuad Mayılovun 17.08.2020-ci il tarixli 06/H0-19 hesabatı və A.M.Şalbuzovun razılıq ərizəsi göstərilmişdir. Yuxarıda göstərildiyi kimi, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş 30.07.2020-ci il tarixli aktda, həmçinin həmin aktın tərtib edilməsi üçün əsas olmuş digər aktlarda aparılmış monitoringin nəticələri sənədləşdirilmiş və həmin aktlarda nöqsanlar göstərilmişdir. Belə ki, 27.07.2020-ci il tarixindən 30.07.2020-ci il tarixinədək Nazirliyin Daxili nəzarət və audit şöbəsinin Audit sektorunun baş məsləhətçisi X4 və həmin şöbənin Daxili nəzarət sektorunun məsləhətçisi X1 iştirakı ilə Qusar X7 Mərkəzində (bundan sonra - DAİM) subsidiyanın verilməsinin monitorinqi aparılmışdır. Aparılmış monitorinq nəticəsində məlum olmuşdur ki, Qusar DAİM-də EKTİS-dən qeydiyyatdan keçərək 2020-ci ildə dövət büdcəsinin vəsaiti hesabına yardım almış fermerlərin seçmə üsulla sənədləri, bəyan edil miş əkin sahələri və DAİM tərəfindən aparılmış monitorinqlərin nəticələrinin yoxlanılması zamanı faktiki əkin sahələri ilə bəyan edilmiş sahələr arasında olan uyğunsuzluq nəticəsində 219985 manat, əkin təyinatı olmayan torpaq sahələrinə 27200 manat olmaqla ümumilikdə 247185 manat məbləğində subsidiyanın artıq ödənilməsi aşkar olunmuşdur. İşin müəyyən edilmiş hallarına əsasən, EKTlS-də 2019-cu ilin intensiv bağı kımı bəyan edilmiş sahələrində monitorinq zamanı bəzi bağların əkin ilinin düzgün göstərilmədiyi və daha öncəki illərdə salındığı, bəzi sahələrdə ümumiyyətlə bağ olmadığı, bəzi bağların isə faktiki əkin sahəsinin bəyan edilmiş əkin sahəsindən az olduğu müəyyən edilmişdir. Qeydiyyatdan keçirilmiş sənədlərin ƏMDK-dan inteqrasiya yolu ilə daxil olan məlumatlar əsasında təsdiq edildiyi qeyd olunmasına baxmayaraq, bır çox sənədin ƏMDK-dan inteqrasiya olunmadığı müəyyən edilmişdir. Bir çox torpaq sənədlərinin məqsədli istifadə növünün müəyyən edilməsində müvafiq arayış tələb olunsa da torpaq sənədləri DAİM-in əməkdaşları tərəfindən arayış alınmadan təsdiq edilmişdir. Bəzi torpaqların məqsədli istifadə növünün “Öruş”, “və sair əkinlər”, “Sahibkarlıq” və “digər” təyinatlı olmalarına baxmayaraq, sənədlər DAİM-in əməkdşları tərəfindən təsdiq edilmişdir. DAİM tərəfindən EKTİS-dən daxil olmuş adlı siyahıdan əlavə digər bəyan edilmiş əkin sahələrində monitorinqlərin keçirilmədiyi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, X3 bağlanmış 20 may 2016-cı il tarixli 1221 nömrəli əmək müqaviləsinin 3.1-ci maddəsinin “a” bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nin Qusar Rayon Kənd Təsərrüfatı İdarəsinin (hazırda Qusar DAİM) struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə ümumi nəzarəti həyata keçirmək Əlimuradovun əmək funksiyaları kimi müəyyən edilmişdir və həmin müqaviləni iddiaçı şəxsən imzalamışdır. Birinci instansiya məhkəməsinin əmək müqaviləsinə xitam verilərkən həmkarlar təşkilatının razılığının alınmaması ilə bağlı mövqeyinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı iddiaçının cavabdeh müəssisədə həmkarlar ittifaqına üzv olduğu və iddiaçıdan müvafiq üzvlük haqqının tutulmadığı müəyyən olunmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Həmkarlar ittifaqları haqqında’’ Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən həmkarlar ittifaqları istehsal və ya qeyriistehsal sahələrində çalışan işçil ərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Qanunun bu maddəsindən də aydın olur ki, həmkarlar ittifaqları işəgötürənə münasibətdə işçilər tərəfindən onların qanuni mənafelərinin müdafiəsi məqsədilə yaradılır, həmin ittifaqlarda birləşmək hüququ isə işçilərə aiddir. Eyni zamanda anlayışdan da aydın olduğu kimi işəgötürən həmin müəssisədə təşkil edilmiş həmkarlar ittifaqının üzvü ola bilməz. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikas ı Kənd Təsərrüfatı Nazirliyinin strukturu təsdiq edilmişdir. Həmin Sərəncama əsasən DAİM Nazirliyin strukturuna daxil olan qurumlardan biridir. Eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.5ci maddəsinə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin X7 mərkəzləri 4cü kateqoriya dövlət orqanı sayılır və həmin Qanunun 11.1 6.4-cı maddəsinə əsasən Mərkəzin direktoru vəzifəsi dövlət qulluğunda inzibati vəzifələrin beşinci təsnifatına aid olmaqla həmin dövlət orqanının rəhbəri hesab olunur. Qeyd olunanlardan aydın olur ki, Qusar DAİM Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan dövlət orqanı olmaqla yanaşı onun direktoru həmin dövlət orqanının rəhbəridir. Belə ki, həmin orqanın əsasnaməsində də direktora işəgötürənə aid olan bütün səlahiyyətlər verilmişdir. Y uxarıda qeyd olunanlara əsasən qanunvericilikdə şəxsin əmək müqaviləsinə xitam verilərkən razılıq alınması yalnız müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqını nəzərdə tutmuşdur. İddiaçı X5 isə həmin müəssisədə işəgötürən kimi çıxış etdiyindən qanunvericiliyə uyğun olaraq həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqının üzvü deyil. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, X2 əmək müqaviləsinə xitam verilməsi zamanı cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin d əlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin obyektiv araşdırılması üçün yenidən baxılmasına görə apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə kobud prosessual qanun pozuntusu ilə qəbul edildiyindən ləğv olunmalıdır. Belə ki, məhkəmə ilk məhkəmə baxışını 01.03.2021-ci il tarixə təyin etmişdir. Həmin tarixdə iddiaçı Bakıya gələrək vəkili ilə müqavilə bağlayıb məhkəmə iclasına getməli idi. 26 fevral 2021-ci il tarixdə iddiaçının səhhətində bel yırtığının kəskin ağrıları və hərəkət məhdudiyyəti başlamış, daha sonra Corona-19 əlamətinə dəlalət edən narahatçılıq yaranmış, nəfəs almada müəyyən çətinlik çəkməyə başlamışdı r. Məlum olmuşdur ki, nəfəs problemi nevroloji problemdən irəli gəlmişdir. Bu səbəbdən o, məhkəməyə teleqram vuraraq prosesə qatıla bilmədiyini və iclası təxirə salmağı xahiş etmişdir. Lakin məhkəmə buna əsassız olaraq əhəmiyyət verməmişdir. Nəzərə alınmalıdır və başa düşülməlidir ki, iddiaçı məhkəməni xəbərdar etmiş və yalnız növbəti iclasda xəstəliyinə dair hansısa sənəd təqdim edə bilərdi. Özünü məhkəməyə gətirə bilməyən şəxs sənədi qeyri-iş günlərində (27-28 fevral) necə çatdıra bilərdi? Tibbi arayışı teleqram qədər sürətlə məhkəməyə çatdırmaq mümkün deyil. O da var ki, arayış xəstəliyin birinci günü bilmir. O, məhkəməni xəbərdar etdi və bu 5-ci və ya neçənci iclas olmayıb ki, məhkəmə şansı verməsin, iddiaçının məhkəmədə iştirak haqqından məhrum etsin. Lakin məhkəmə iddiaçıya heç şans qoymamışdır. İddiaçı növbəti iclasa bildiriş gözlədiyi halda qəbul olunmuş qətnamə almışdır. Hesab edirlər ki, məhkəmə işi təxirə salmamaqda, iddiaçını iddiasını müdafiə etmək hüququndan məhrum etmişdir. Məhkəmə bərabərlik və çəkişmə prinsiplərinin pozulmasına yol vermişdir. Bundan başqa, AR Əmək Məcəlləsinin 80-ci maddəsi ilə bağlı məhkəmə sərbəst şərh vermiş, göstərmişdir ki, iddiaçı müdir olduğu üçün bu tələb ona aid tədbiq edilmir. Apelyasiya instansiyası məhkəməsi qətnamədə cavabdehin söylədiklərinə və təqdim etdiyi çoxsaylı yoxlama aktlarına istinad etmişdir. Burada ən vacib məqam ondan ibarətdir ki, İddiaçı ona irad tutulan nöqsanların buraxılmasına qiymət verərkən onun birincisi, nəzarət etmək imkanı və ikincisi, məsuliyyətinin olub-olmaması təhlil edilməlidir. Birinci instansiya məhkəməsində iddiaçı bu barədə müfəssəl izahat vermişdir. Subsidiya ayırmanın konkret mexanizmi var. Bu mexanizm rayonda operatorun və mərkəzdə Agentliyin yoxlayıcı qruplarının üzərində qurulub. Rayon DAİM rəhbərinin vəzifəsi (məsuliyyət dairəsi) rayon qurumunun işinin təşkilidir. Onun bilavasitə yoxlama aparmaq və subsidiya ayırmaq səlahiyyəti yoxdur. Rayonda oturan operatorun sahibkardan topladığı sənədlər əsasında subsidiya ayırmaq qərarını Agentlikdə oturan səlahiyyətlilər verir. Bu qaydalarda dəqiq nizamlanıb. İddiaçı bu işə nəyinki, qarışmaq, istəsəydi bunu fiziki olaraq edə bilməzdi. Yerində ilkin yoxlamanı müfəttiş aparır və heç bir şəkildə müdir qarşısında hesabatlı deyil. Məlumatı Agentliyə göndərir. Bu qurumun rayondakı işi bir növ ASAN xidmətin işi kimi qurulub. Hər bir qurum öz işini görür. ASAN-da isə iş şəraiti yaradılır. Burada da eyni ilə, direktor adətən olduğu kimi hər şeyə nəzarət etmir və razılıq vermir. Sadəcə rayon qurumunun işini təşkil edir. Subsidiya ayırmada heç bir səlahiyyəti yoxdur. Məhz bu baxımdan İddiaçı işinə qiymət verilə bilər. Ən maraqlısı da odur ki, cavabdehin nümayəndəsi rəqəmlər gətirir, iradlar bildirir, deyir ki, filan qədər vəsait düzgün xərclənməyib və s. Bu günədək subsidiya ayırmaya görə bir başa məsul olan şəxsin biri də nəyinki, məsuliyyət daşımayıb, barəsində heç bir intizam tədbiri görülməyib. Bu qədər vəsaitin (247.185 manat) düzgün ayrılmadığını (yəni talandığını) bildirən cavabdeh tərəf 8 aydır ki, bildirir ki, müvafiq orqanlara müraciət olacaq. Amma nədənsə bunu etmir. Bu azmış, heç mülki iddia belə qaldırmayıb ki, vəs ait qayıtsın. Hesab edirlər ki, tam və obyektiv məhkəmə araşdırılması aparılmalı və bütün bu xüsusatlar qiymətləndirilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kasasi ya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70.ç. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2 Bu məcəllənin 70-ci maddəsinin ”ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, isteh salçı, əmək və icra intizamının normal ahəngini pozmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvülərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hası formada ziyan dəymiş olsun. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (h akim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kasasiya şikayəti ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlkin olaraq iddiaçının kasasiya şikayətinin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri üzrə kasasiya kollegiyası qeyd edir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, tərəflərə işə baxmış apelyasiya məhkəməsi tərəfindən 18.01.2021-ci il tarixli məhkəmə bildirişi ilə yanaşı, 28.01.2021-ci il tarixdə SMS-bildiriş ünvanlanmış, SMS-bildiriş həmin tarixdə tərəflərə çatdırılmış (səh 99-100), 26.02.2021-ci il tarixdə isə iddiaçı məhkəməyə teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasının iki həftədən az olmayaraq tə xirə salınmasını xahiş etmiş (səh 105), lakin teleqramda hər hansı xəstəlikdən əziyyət çəkməsini, müalicə alıb-almamasını göstərməmiş, nə də teleqrama xəstəliyi ilə bağlı hər hansı sübut əlavə etməmişdir ki, bu səbəbdən apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxıb yekun məhkəmə qətnaməsi qəbul etməkdə haqlı olmuş və bu zaman hər hansı prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir. İddiaçı məhkəmə iclasının təxirə salınmamaqla onun iddiasını müdafiə etmək hüququnun pozulmasını göstərsə də, apelyasiya kollegiyası tərəfindən iddiaçıya göndərilmiş SMS-bildiriş 28.01.2021-ci il tarixdə iddiaçıya çatdırılmışdır ki, həmin zamandan işə mahiyyəti üzrə baxıldığı zamanadək 1 aydan çox müddət olmuşdur ki, iddiaçı da həmin müddət ərzində öz iddiasını müdafiə etmək üçün qanunvericiliklə o na verilən mümkün imkanlara malik olmuşdur ki, bu imkanların da hər hansı birindən qeyd edilən zaman kəsiyində istifadə etməmişdir. Odur ki, iddiaçının prosessual hüquq normalarının pozuntusuna yol verilməsi barədə dəlilləri formal dəlil olaraq nəzərə alınmalı və həmin dəlillər apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilməməlidir. İddiaçının apelyasiya kollegiyası tərəfindən maddi hüquq normalarının pozuntusu ilə qətnamə qəbul edilməsinə dair dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, şəxsin əmək müqaviləsinə xitam verilərkən razılıq alınması yalnız müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqını nəzərdə tutmuşdur. İddiaçı X5 isə həmin müəssisədə işəgötürən kimi çıxış etdiyindən qanunvericiliyə uyğun olaraq həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqının üzvü deyil. Ona görə də onunla əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqının razılığı gərəkli deyildir. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində müəyyən edilmiş əsaslarla xitam verilməsi isə iş materialları ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də apelyasiya kollegiyası iddianın təmin edilməməsi qənaətinə gələrkən düzgün hüquqi mövqedə olmuş, hər hansı maddi hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, iddiaçının maddi hüquq normalarının pozuntusu ilə bağlı dəlilləri də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2706/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.