Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4648/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxxxx” X2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-929/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxxxx” X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hallar: İddiaçı Bank ilə borc alan Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “Bank hesab, kredit və zaminlik müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh1 illik 20 faiz dərəcəsi ilə, 36 ay müddətinə 40.800 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin müqavilənin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, onunla cavabdeh A.Babayev arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1-/BİZ-1-0436-14 №-li “Bank hesab, kredit və zaminlik müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 26.467,46 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 11.026,69 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədilə 5.189,38 ABŞ dolları, cəmi isə 42.683,53 ABŞ dolları borcun, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, tələbin ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzinin – 30 manat məbləğində pulun tutulması; tələbin ipoteka predmetinə iş üzrə digər Cavabdeh2 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhəllə 4090/94-də yerləşən 2/6 №-li evin 7-ci mənzilə yönəldilməsi; ipot eka predmeti olan mənzilin açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi; satışından əldə oluna biləcək vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada cavabdehdən tutulması; mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi; Cavabdeh2 mənzildən çıxarılması; mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva, iş № 2(008)-362/2019) ilə iddianın qismən təmin edilməsini, əsas kredit borcu üzrə 24.835,63 ABŞ dolları, faiz borcu üzrə 6.704,40 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 31.640,03 ABŞ dolları (ödəni ş günü üçün müəyyən olunacaq rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun Cavabdeh1 tutularaq Banka ödənilməsini; tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsini; mənzilin açıq hərracdan satılmasını; mənzilin ilkin satış qiymətinin 63.000 manat məbləğində müəyyən edilməsini, mənzilin satışından əldə oluna biləcək vəsait hesabına borcun ödənilməsini; borc ödənildikdən sonra artıq qala biləcək pul vəsaitinin Cavabdeh2 ödənilməsini; qalan hissədə iddianın təmin edilməməsini; iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manatın cavabdehlərdən dövlət nəfinə tutulmasını qət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 18109 №-li ekspert rəyi alınmışdır. Həmin rəyə əsasən borcalanın xx.xx.2017-ci il tarixə Banka olan cəmi borcu 31.540,03 ABŞ dolları, o cümlədən əsas borcu 24.835,63 ABŞ dolları, faiz borcu 6.704,40 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 296.1, 269.4, 307.6, 309.1, 317.1, 319.1, 385.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 470.1, 472.1-472.2, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34.1, 39.1, 39.3.3, 59.3, 59.4, 59.1-ci maddələrini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev, iş № 2(103)929/2020) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, iddiaçı “xxxxxx” İKB Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə apelyasiya baxışının predmeti olan hissədə qismən, yəni dəbbə pulunun tutulması və ümumi borcun müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul ediərək, dəbbə pulu olaraq 2.646 (iki min altı yüz qırx altı) ABŞ dolları, cəmi isə 34.186 (otuz dörd min yüz səksən altı) ABŞ dolları 3 (üç) sent (qətnamə icra ediləcək tarix üçün müəyyən olunacaq rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) Cavabdeh1 tutularaq iddiaçı “xxxxxx” İKB ASCyə ödənilməsi, dəbbə pulu ilə bağlı iddianın qalan hissədə təmin edilməməsi, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan qalan hissədə, yəni iddianın qismən təmin edilməsi, əsas kredit borcunun ödənilməsi məqsədi ilə 24.835 (iyirmi dörd min yeddi yüz dörd) ABŞ dolları 63 (altmış üç) sent, faiz borcunun ödənilməsi məqsədi ilə 6.704 (altı min yeddi yüz dörd) ABŞ dolları 40 (qırx) sent (qətnamə icra ediləcək tarix üçün müəyyən olunacaq rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) Cavabdeh1 tutularaq iddiaçı “xxxxxx” İKB ASC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin dəbbə pulunun müəyyən edilməsi hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmamış və h esab etmişdir ki, Rayon Məhkəməsi müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Apelyasiya instansiya məhkəməsi, cərimə borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 46 2.3.). Mülki Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Bankın həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla dəbbə pulunun miqdarı əsas kredit borcunun məbləğinin 10%-i miqdarında, yəni 2.646 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bu nəticə artıq formalaşmış məhkəmə təcrübəsinə də uyğundur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştira kçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri İddiaçı “xxxxxx” X2 (vəkil X1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparm ır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri t ərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı “xxxxxx” X2 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sü butun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Kassasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, təkrar məhkəmə ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxxxx” X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bak ı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-929/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.