Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4649/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)186/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov, iş № 2(006)-4604/2018) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 88.811,74 manat, faiz borcu üzrə 6684,57 manat, cərimə borcu üzrə 2736,50 manat, habelə iddia qaldırılması üçün ödənilmiş 30 manat və bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 98.322,81 manat məbləğində pulun alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə tutma ipoteka qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 507-ci məhəllədə istifadədə olan 0,0755 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binada yerləşən 59,8 kv.m ümumi, 47 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 30 nömrəli mənzilə yönəldilmiş, həmin mənzilin ilkin satış qiyməti 110.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satıl ması, həmçinin ipoteka qoyulmuş Cavabdeh1 məxsus digər Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 142 ünvanında yerləşən 167,1 kv.m ümumi, 133 kv.m yaşayış, 34,1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 81B saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 220.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışlardan əldə olunmuş vəsait hesabına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsi, satışlardan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması qət edilmişdir. Qətnamə ilə həmçinin tutma yönəldilmiş mənzillər satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri ən geci bir ay ərzində həmin mənzilləri tərk etmədikdə və çıxmadıqda, həmin şə xslərin mənzillərdən məcburi qaydada çıxarılması və mənzillərin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmışxx.xx.2014-cü il tarixli “Baş kredit razılaşması”na əsasən bank tərəfindən Cavabdeh1 2.000.000 manat məbləğində kredit xətti açılmış, həmin tarixli “Bərpa olunmayan kredit xətti müqaviləsi” nə əsasən bank tərəfindən Cavabdeh1 illik 15,5 faiz dərəcəsi il ə 36 ay müddətinə 1-ci tranş üzrə 78.420 manat, 2-ci tranş üzrə 39.210 manat, 3-cü tranş üzrə isə 19.605 manat məbləğində kredit verilmişdir. “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli “Razılaşmaya” əsasən Cavabdeh1 banka olan borcu kapitallaşdırılaraq 99.666 manat məbləğində müəyyən edilmişdir. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi”nə əsasən bazar dəyəri müvafiq olaraq 120.000 manat və 180.000 manat olan və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 507-ci məhəllədə və Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsində yerləşən iki mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 2018-ci ilin iyun ayında b ank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən ondan və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada banka yaranmış cəmi 98.232,81 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipotekanın qeydə alınması üçün ödənilmiş 60 manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi və s. dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya insta nsiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaç ı ASC ilə Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh1 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kim i Cavabdeh1 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən olunduğu kimi Cavabdeh1 bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi mülkiy yət hüququ ilə ona məxsus mənzillər ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 307.7 və 309.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariatda təsdiq olunmalı və dövlət qeydiyyatına alınmalıdır. İşdən görünür ki, bankla bağlanmış ipoteka müqaviləsi qanunun yuxarıda göstərilən normalarının tələblərinə müvafiq olaraq notariatda təsdiq olunmuş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və mü əyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4649/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4649/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver