Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-465/2019 21.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-465/2019 şəhəri 21 yanvar 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X5, X1 ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə Rabiq oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.08.2018-ci il tarixli, 2(107)1789/2018 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hakim K.Süleymanov) 06 aprel 2018-ci il tarixli, 2(075)398/2018 nömrəli qətnаməsi ilə İddiaçı i ddiası qismən təmin edilmiş, Cavabdeh1 cəmi 13260 manatın alınaraq İddiaçı verilməsi, İddiaçı dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı qaytarılması, İddiaçı iddia tələbinin Cavabdeh2 qarşı olan hissəsinin təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) 01.08.2018-ci il tarixli, 2(107)-1789/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təminolunmamış, Şəki Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və onun vəkili X6 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.08.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, etibardan sui-istifadə etməklə aldatma yolu ilə əldə olunmuş pul vəsaitlərinin və qızıl-zinət əşyalarının alınması vəd dəymiş maddi zərərin ödənilməsi məqsədilə cavabdehlər X8 və Cavabdeh2 5050 (beş min əlli) AZN pulu və 103 (yüz üç) qram qızıl- zinət alınaraq iş üzrə İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, X2 etibarından sui-istifadə etməklə aldatma yolu ilə ondan aldığı, iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyalarını və pulu qaytarmaması ilə bağlı ona maddi zərər dəyməsini və həmin qızıl-zinət əşyaları və pulları sayəsində cavabdehlərin əsassız olaraq varlanmalarını nəzərə alaraq 13260 manat pulun müştərək şəkildə cavabde hlər X4 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iş üzrə aşağı instansiya məhkəmələrinin qətnamələrində göstərilən hallarla işin materialları arasında ziddiyət olmuş, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri izah edilməmişdir. Belə ki, aşağı instansiya məhkəmələri İddiaçı tərəfindən təqdim edilmiş, guya cavabdeh X2 yazdığı iltizamı sübut növü kimi qəbul etmişlər. Aşağı instansiya məhkəmələrinin gəldikləri bu nəticə ilə heç cürə razı laşmaq mümkün deyil. Belə ki, aşağı instansiya məhkəmələri gəldikləri nəticəni əsaslandırmaq üçün istinad etdikləri guya cavabdeh X4 tərəfindən yazılan və borcun etiraf edilməsini əks etdirən iltizam heç bir halda mötəbər sübüt kimi qəbul edilə bilməzdi. Çünki cavabdeh X2 iş materiallarında olan etiraz ərizəsində borcunun olmadığını qeyd etmişdir. Belə vəziyyətdə isə birmənalı olaraq məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməli və həmin iltizamdakı yazıların və imzanın cavabdeh X3 aid olduğunu dəqiqləşdirdikdən sonra bu iltizamlar mötəbər sübüt kimi qəbul edilməli idi. Bundan əlavə, iddiaçının məhkəməyə ünvanladığı iddia ərizəsində tələb olunan pul məbləği 5050 manat göstərildiyi halda iddiaçı sonradan 13260 manat pul tələb etmişdir və bu 13260 manatla bağlı iddiaçı hər hansı bir açıql ama verməmiş, bu tələb olunan məbləğin hansı rəqəmlərin cəmi nəticəsində yarandığını izah etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə Rabiq oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 01.08.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Şəki Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, cavabdeh X4 2016-cı ildə yazdığı iltizamda göstərmişdir ki, onun Rəsul dayıya 15000 (on beş) manat verəcəyi vardır. Noyabr ayında 500 manat, dekabr ayında 500 manat verdi. Maddi hüquq normalar yoxlanılarkən kassasi ya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi kassatora aid iddianın təmin edilmiş hissəsində iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci mad dəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qanunsuz əməlləri ilə bağlı ona dəymiş maddi ziyanın həmin cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsini tələb etsə də, məhkəmə araşdırması zamanı İddiaçı ilə Cavabdeh1 arasında yalnız 15000 manat pulun ödənilməsi barədə razılaşmanın olması öz təsdiqini tapmışdır. Cavabdeh1 iddiaya qarşı etiraz ərizəsinə əsasən iddiaçıya borcunun olmadığını bildirsə də, o, etirazının əsası kimi hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Əksinə, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, cavabdeh X4 2016-cı ildə yazdığı iltizamda göstərmişdir ki, onun Rəsul dayıya 15.000 (on beş) manat verəcəyi vardır. Noyabr ayında 500 manat, dekabr ayında 500 manat verdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci m addəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflər arasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin işdə olan iltizamın məhz kassator tərəfindən yazılmasının xətşünaslıq ekspertizası təyin etmədən müəyyən edilməsinin qanunsuzluğu ilə bağlı dəlilinə dair kollegiya aşağıdakıları qeyd edir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin cavabdehin həmin iltizamın məzmunu etiraf etməsinə dair izahatını rəhbər tutaraq ekspertiza keçirməkdən imtinası ilə razılaşır. Belə ki, həqiqətən də Şəki Apellyasiya Məhkəməsində işə baxılarkən 18 iyul 2018-ci i l tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının vəkilinin sualına verilmiş cavabda Cavabdeh1 qəbzdəki imzanın özünə aid olduğu etiraf edilmişdir. Belə olduğu halda ekspertizanın keçirilməsi üçün əsas olmamışdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.08.2018-ci il tarixli, 2(107)-1789/2018 nömrəli qətnaməsi iddianın kassatora aid təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi
Məhkəmə qərarları › İş №2(102)-465/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-465/2019
21.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver