Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-465/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı LPO “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-463/21 (Açar sözlər: prosessual müddətin bərpasından imtina, müddətin üzrsüz səbəbdən buraxılması) Bakı şəhəri, 01 mart 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun, cavabdeh X1, onun vəkili Mahmudov Müşfiq Ziyəddin oğlunun iştirakı ilə, İddiaçı LPO “xxxx” ASC-nin cavabdeh X2 qarşı “kredit muqaviləsinin ləğv edilməsi, əsas borcun, faiz borcunun tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-484/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə 01 mart 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quba Rayon Məhkəməsinin 2(027)-20/2015 nömrəli, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı LPO “xxxx” ASC-nin cavabdeh X2 qarşı “kredit muqaviləsinin ləğv edilməsi, əsas borcun, faiz borcunun tutulması” tələbi nə dair iddiası rədd edilmişdir. (hakim Füzuli Pənahov).
2. İddiaçı LPO “xxxx” ASC-nin apelyasiya şikayəti əsasında Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-484/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Мəhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(027)-20/2015 saylı dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Fuad Məmmədov)
3. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti xx xxxx 2020-ci il tarixdə iddiaçı banka rəsmi olaraq təqdim edilmişdir.
4. İddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermi şdir. Kasasiya şikayəti və müddətin bərpası barədə ərizə xx xxxx 2020-ci ildə apelyasiya məhkəməsinə daxil olmuşdur.
5. Müddətin bərpası barədə ərizə onunla əsаslаndırılıb ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-484/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin surəti bankın ünvanına xx xxxx 2020-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkə ərazisində, o cümlədən Bakı şəhərində xüsusi karantin rejimi tətbiq edilməsi barədə qərar qəbul edilmiş və Azərbaycan Respublikasının bütün məhkəmələrində məhkəmə icraatları təxirə salınmışdır.
6. Həmçinin xüsusi karantin rejimi müddətində Əmanətlərin Sığortalanması Fondunun iş fəal iyyəti məhdudlaşdırıldığından prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür.
7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-484/2020 nömrəli, 25 avqust 2020-ci il tarixli qərardadı ilə buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməmiş, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)484/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş iddiaçının verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə, Telman Quliyev)
8. Apelyasiya instansiyası müəyyən etmişdir ki, barəsində kassasiya şikayəti verilən qətnamənin surəti iddiaçı ləğv prosesində olan “xxxx ” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinə xx xxxx 2020-ci il tarixdə rəsmi təqdim оlunub. Kassasiya şikayəti isə xx xxxx 2020-ci il tariхdə verilməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddət buraхılıb.
9. Apellyasiya instansiyası müddətin bərpası barədə ərizədə göstərilən halları müddətinin üzrlü səbəbdən buraхılması kimi qiymətləndirməyib.
11. Apellyasiya instansiyası müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı iddiaçı təşkilatın dəlilinə qiymət verərək qeyd edib ki, Nazirlər Kabinetinin istinad olunan qərarlarına əsasən ölkən vətəndaşlarına SMS icazə ilə gün ərzində 2 saat olmaqla icazə verilməsi, eyni zamanda bank fəaliyyəti ilə məşğul olan təşkilatlara fəaliyyət göstərilməsi nəzərdə tutulmuşdur ki, bununla da iddiaçı təşkilatın kassasiya şikayətinin poçt vasitəsi ilə məhkəməyə göndərilməsinə hər hansı mane olmamış dır. Bu səbəbdən də qeyd edilən dəlil müddətin buraxılmasının üzrlü halı kimi qəbul edilə bilməz.
12. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 128, 129, 133.1, 405.0.1, 408.1.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 və vəkil Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və xx.xx.2020-ci il tarixli qətnamədən verilmiş kassasiya şikayətinə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti müddətin bərpası barədə ərizənin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən düzgün qiymət verilməməsinə, bununla da bankın hüquqlarının pozulmasına istinad edilib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında cavabdeh X4 və vəkili Mahmudov Müşfiq Ziyəddin oğlu kassasiya şikayətini qəbul e tməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə
128. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən b uraxılmış müddəti bərpa edir. Maddə 405.0.1 Apelyasiya instansiyası məhkəməsinin aktlarından qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 408.2 Bu Məcəllənin 40 8.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
19. Kassasiya şikayəti apellyasiya instansiyasının aktının ləğvinə yönəldiyindən məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
21. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, barəsində kassasiya şikayəti verilən qətnamənin surəti iddiaçı təşkilata xx xxxx 2020-ci il tarixdə rəsmi təqdim оlunub. Kassasiya şikayəti isə xx xxxx 2020-ci il tariхdə verilməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddət 1 ay 14 gün buraхılıb.
22. İddiaçının müddətin buraxılması ilə bağlı göstərdiyi səbəbləri apelyasiya məhkəməsi üzrlü saymamaqla düzgün nəticəyə gəlib.
23. Ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə poçt-rabitə sistemi işləmişdir. Həmçinin xx xxx 2020-ci il tarixdən etibarən Sumqayıt Apellyasiy a Məhkəməsində iş rejimi tam bərpa edilmiş, işlərə baxılmasına başlanmışdır.
24. Belə olan halda, iddiaçının xüsusi karantin rejimi ilə bağlı göstərdiyi halları üzrlü saymamaqla apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
25. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-484/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.