Məhkəmə qərarları › İş №2(102)-465/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-465/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-465/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “xxx "xxxx" MMC, Cavabdeh2 ASC və Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlu oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər “xxx "xxxx" MMC, Cavabdeh2 ASC və Cavabdeh3nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5534/23 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cəlilabad Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli, 2(073)-1608/2016 saylı qətnaməsinə əsasən cavabdehlər X2 və qeyrilərindən, cəmi 26159 ABŞ dolları məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulmuş və tutma ipoteka predmeti olan İddiaçı məxsus ünvan 1ndə yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,45 ha torpaq sahəsi ilə birlikdə yönəldilmiş, həmin fərdi yaşayış evi açıq hərracda satılmalı və ipoteka predmetinin qiyməti 25.000 manat müəyyən edilmişdir. Fərdi yaşayış evi satıldıqdan sonra cavabdehlər tərəfindən ən geci 1 ay ərzində boşaldılması və s. qət edilmişdir.

2. Şi rvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1519/2016 nömrəli, 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli, 2(073)- 1608/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)518/2017 nömrəli, 07 fevral 2017-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1519/2016 nömrəli, 22 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 4. 21 avqust 2017-ci il tarixli Hərracın yekunları barədə 48/04 saylı protokolun məzmununa əsasən, İddiaçı məxsus ünvan 1ndə yerləşən fərdi yaşayış evi mülkiyyətində olan 0,45 ha torpaq sahəsi ilə birlikdə Cəlilabad Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli, 2(073)-1608/2016 saylı icra vərəqəsinin, Cavabdeh3 118013/30-4 saylı, xx.xx.2017ci il tarixli sifarişli məktubuna əsasən Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: "xxxx" MMC tərəfindən Cavabdeh2 ASC-nin nümayəndəsi X1 15937,50 (on beş min doqquz yüz otuz yeddi manat əlli qəpik) manata satılmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışa əsasən ünvan 1ndə yerləşən fərdi yaşayış evi mülkiyyətində olan 0,45 ha torpaq sahəsi ilə birlikdə Bank Respublika” ASC-yə məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Bi rinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə) ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, hərraca çıxarılmış evin və 0.45 ha torpaq sahəsinə təyin edilmiş qiymətləndirmənin və 25 sentyabr 2014-cü il tarixli hərracın keçirilməsi barədə 48/04 saylı, 21 avqust 2017-ci il tarixli yekun protokolun və ondan doğan hüquqi nəticələrin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 03 may 2016-cı il tarixli qətnamə üzrə Cəlilabad Rayon Məhkəməsi iddia tələbinə baxarkən evin və evin yerləşdiyi torpaq sahəsi üçün nə qiymətləndirmə, nə də ki, ekspertiza təyin etməmişdir. Tərəflər arasında bağlanmış 25 sentyabr 2014-cü il tarixli, 14033-1/249786 sa ylı ipoteka müqaviləsi üzrə iddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən fərdi yaşayış evini mülkiyyətində olan 0,45 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətində ipotekaya qoymuş və tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin qiyməti 25.000 manat müəyyən edilmişdir. Halbuki, kredit müqaviləsinin məbləği 25.000 ABŞ dolları olmuşdur.

8. Məhkəmə iki ildən sonra iddia tələbi üzrə işə baxaraq ipoteka müqaviləsində qeyd edilən qiymətlə evin hərraca çıxarılması barədə qətnamə çıxarmışdır. 21 avqust 2017-ci il tarixində Cavabdeh3 icra məmuru Səbuhi Həmzəyev hərracın keçirilməsi sifarişinə əsasən hərracın yekunları barədə protokol tərtib edərək evin və 0,45 ha torpaq sahəsinin qiymətini 15937,50 manat qiymətləndirmişdir. Həmin qiymətə ev torpaq sahəsi ilə birlikd ə satılmamış, iddiaçının xüsusi mülkiyyətində olan ev torpaq sahəsi ilə birlikdə iddiaçı təşkilata verilmişdir. 9. 0,45 ha torpaq sahəsi olan, iki mərtəbəli evin dəyər-dəyməzinə 15937,50 manat qiymətləndirilməsi və hərracın mülkiyyətçidən gizlin keçirilməsi, sonda evlə birlikdə 0,45 ha torpaq sahəsinin iddiaçıya verilməsi və bununla bağlı iddiaçının borclu çıxarılması sadəcə mülkiyyət hüququnun kobud surətdə pozulmasından və hərracın qanuna zidd keçirilməsindən xəbər verir. İcra sənədi üzrə hərracın keçirilməsi 3 ildən sonra, köhnə qoyulan qiymətlə hərraca çıxarmış, əmlakın yenidən qiymətləndirilərək hərraca çıxarılması barədə heç bir hərəkət edilməmişdir.

10. İddiaçıya məxsus ünvan 1də yerləşən 0,45 ha torpaq sahəsi üzərində yerləşən evin qiymətlədirilməsinə dair ipoteka müqaviləsinin məz munundan görünür ki, müqavilə üzrə qiymətləndirmə formal, şablon və standart trafaret əsasında tərtib olunmuş, qiymətləndirici daşınmaz əmlakı qiymətləndirərkən səthi təhlillə kifayətlənmiş, həmin ərazidə cari dövrdə, əmlakın yerləşdiyi ərazidə daşınmaz əmlakların satışı üzrə aparılmış əməliyyatları, mülki dövriyyəni və daşınmaz əmlakla bağlı əqdlərin real qiymətini nəzərə almamış, statistik təhlil aparmamışdır. 11. ünvan 1ndə 0,45 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 196,5 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin (əslində ev iki mərtəbəlidir, fotoşəkillər iddia ərizəsinə əlavə edilib) 15937,50 manata qiymətləndirilərək hərraca çıxarılması evin mülkiyyətçisinin talan olunması deməkdir. Əmlak dəyərindən qat-qat aşağı qiymətləndirilməklə hərraca çıxarılmış və hərrac qanuna zidd olaraq ke çirilmişdir. Hərracda kimlərin iştirak etməsi barədə müraciətlərin olunması barədə məlumat yoxdur.

12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 415.1, 415.2, 416.1, 416.2, “İpoteka haqqında” qanunun 33 və 39.3.3-cü maddələrinə istinad etmişdir.

13. Cavabdeh2 ASC-nin nümayəndəsi iddiaya etiraz vermişdir. Etirazda göstərilmişdir ki, iddiaçı guya hərracın Mülki Məcəllənin və “İpoteka haqqında” Qanunun bir sıra normalarının tələblərini pozmaqla keçirildiyini qeyd etsə də, bu tələbi əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kim istinad elədiyi halları sübut etməlidir. Məhkəmə qətnamələri bunu deməyə əsas verir ki, iddiaçı ən azından 6 il öncə, yəni 2017-ci il tarixdə ünvan 1ndə yerləşən fərdi yaşayış evinin 21 avqust 2017-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolu və müqavilə əsasında satılmasından xəbərdar olmuşdur. Bununla belə, yalnız 2023-cü ildə həmin protokol və müqavilənin etibarsız hesab olunmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qanunvericiliyin bu tələbləri, yəni hazırki mülki iş üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddiaçının bu əsasla bil diyi və ya bilməli olduğu gündən yalnız bir il ərzində mübahisələndirmək hüququnun olması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir neçə plenum qərarlarında da öz əksini tapmışdır.

14. İddiaçı vəsatət verərək, ipoteka predmeti olmuş əmlakın 21 avqust 201-ci il tarixində real və likvid dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmişdir.

15. Birinci instansiya məhkəməsi 13 aprel 2023-cü il tarixli qərardadı ilə vəsatəti təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ipoteka predmeti olmuş əmlakın qiyməti qanuni qüvvəyə minmiş məhkəmə aktları müəyyən edilmişdir.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1656/2023 saylı, 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmi şdir. (hakim Aytən Novruzova)

17. Birinci instansiya məhkəməsi iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlmişdir ki, iddiaçını mülkiyyətində olan ünvan 1ndə yerləşən fərdi yaşayış evi və 0,45 ha torpaq sahəsi ilə bağlı keçirilən hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız hərracın onlardan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir.

18. Digər tərəfdən, hərraca çıxarılmış əmlakın bazar dəyərinin aşağı olması ilə bağlı məsələyə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə qiymət v erilmişdir.

19. Birinci instansiya məhkəməsi “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd etmişdir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdi rilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

20. Həmçinin birinci instansiya məhkəməsi vurğulamışdır ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.

21. Birinci instansiya məhkəməsinin mövqeyinə görə qanunvericiliyə əsasən həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Mülki Məcəllənin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərə findən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Bu baxımdan, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisələndirmək hüququnu da itirmişdir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 354.2, 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanununun 41.2, 41.3, 41.5, 42.1, 43.7, 43.8-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icra məmuru qətnamədə olan qiyməti ilkin satış qiyməti kimi göstərmişdir. Halbuki, mə nzil ipotekaya götürüldükdən 3 il sonra hərraca çıxarılmışdır. Yəni ev və onun yerləşdiyi torpaq sahəsi qiymətini daha da artırmışdır. Göründüyü kimi, ev və onun yerləşdiyi torpaq sahəsi dəyərindən qat-qat aşağı qiymətləndirilməklə hərraca çıxarılmış və hərrac keçirilmişdir. Məhkəmə işdə olan qətnamələrə istinad etmişdir. Lakin Hərracın qanuna uyğun keçirilib keçirilməməsi barədə heç bir məhkəmə araşdırması aparmamışdır. Hərracın keçirilməsi vaxtı müəyyən edilməli olan qiymətlər müəyyən edilməmiş, ev və onun daxil olduğu torpaq sahəsi aşağı qiymətlə satılmadığı üçün tələbkara aşağı olan qiymətə satılmışdır. Hərracın cavabdehlərin xəbəri olmadan məlumatlandırılmadan keçirilməsi bilavasitə iddiaçının mənafeyinə xidmət edilmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir. Lakin məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutları tam araşdırmamış və araşdırdığı sübutlara isə düzgün hüquqi qiymət verməmişdir. Ekspertiza təyin edilməsi barədə verilən vəsatət əsassız olaraq rədd edilmişdir. Ümumiyyətlə, cavabdeh ”Külək“ MMC-nin iddia tələbi barədə fikri alınmamış, hərracın keçirilməsi ilə bağlı sənədlər tələb edilib yoxlanılmamış, araşdırılmamışdır. İddiaçını vəkili 13 iyun 2023cü il tarixdə məhkəməyə elektron qaydada ərizə təqdim edərək bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə hazırlıq iclasında iştirakı ilə bağlı məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmir. Məhkəmə vəkilin məhkəmə baxışının təxirə salınması barədə ərizəsini müzakirə etməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi hərrac materialla rının təqdim edilməsi məqsədilə "xxxx" MMC-yə sorğu vermişdir.

26. Sorğuya əsasən hərrac materialları apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur.

27. İddiaçının nümayəndəsi apellyasiya instansiyası məhkəməsinə ərizə verərək göstərmişdir ki, təqdim edilən hərrac materiallarına hərracın keçirilməsi ilə bağlı bildirişlərin çatdırılmasını əks etdirən “FM Ekspress”in qəbzləri əlavə edilmişdir. Qəbzlərə diqqətlə fikir verdikdə görünür ki, qəbzləri qəbul edən şəxsin adından qoyulan imzalar eynidir, qəbzin talonunda qəbul edən şəxs var, amma çatdıran şəxs və çatdırılma saatı yoxdur, xidmətə görə haqq ödənilməyib, qəbul edilən qabın sayı göstərilməyib. Buna görə də qəbzlərin əslləri tələb edilməli, qəbzlərdə adları qeyd edilən şəxslərin imza nümunələri alınmalı, məhkəmə-xətşünaslıq ekspert izası təyin edilməli, həmin imzaların bildirişi qəbul edən şəxslərə aid olub-olmamasına aydınlıq gətirilməlidir.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5534/2023 nömrəli mülki iş üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Fərrux Qasımov)

29. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli, 2(073)-1608/2016 saylı qətnaməsinə əsasən cavabdehlər X2 və qeyrilərindən, cəmi 26159 ABŞ dolları məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulmuş və tutma ipoteka pred meti olan İddiaçı məxsus ünvan 1ndə yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,45 ha torpaq sahəsi ilə birlikdə yönəldilmiş, həmin fərdi yaşayış evi açıq hərracda satılmalı və ipoteka predmetinin qiyməti 25.000 manat müəyyən edilmişdir. Fərdi yaşayış evi satıldıqdan sonra cavabdehlər tərəfindən ən geci 1 ay ərzində boşaldılması və s. qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)- 1519/2016 nömrəli 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli, 2(073)-1608/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-518/2017 nömrəli, 07 fevral 2017-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayə ti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1519/2016 nömrəli, 22 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan sonra ipoteka predmeti olan fərdi yaşayış evi ilə bağlı müvafiq hərrac təşkil edilmiş, əmlakın ilkin satış qiyməti (qətnamə ilə müəyyən edilmiş qiymət) 25.000 manat müəyyən edilmiş, ilkin hərrac 27 iyun 2017-ci il tarixdə baş tutmadığından ipoteka predmetinin təkrar hərracdakı qiyməti (ilkin satış qiymətindən 15% aşağı) 21250 manat müəyyən edilmişdir. Lakin 31 iyul 2017-ci il tarixdə təkrar hərracda əmlakın alıcısı olmadığından baş tutmamışdır. 04 avqust 2017-ci il tarixdə “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətə –15937.50 m anata tələbkara təqdim edilmiş və hərracın yekunları barədə 48/04 №-li, 21 avqust 2017-ci il tarixli protokola əsasən ünvan 1ndə yerləşən fərdi yaşayış evi (yerləşdiyi 0.45 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 ASC tərəfindən alınmış və xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən bankın mülkiyyətinə keçirilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 416-cı və “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Mülki Məcəllə ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, “İpoteka haqqında” Qanunla borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına və qanunvericilik normalarına əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq göstərmişdir ki, ipoteka predmeti olmuş əmlaka tutmanın yönəldilməsi məqsədilə Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan Hərrac Mərkəzi "xxxx" MMC-nin qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görü ldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən ipoteka qoyan və ipoteka saxlayanın kifayət qədər məlumatı olmuşdur.

32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş ünvan 1ndə yerləşən fərdi yaşayış evi, yerləşdiyi 0,45 ha torpaq sahəsi ilə birlikdə “İcra haqqında” Qanunun, “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, hərracın keçirilməsi ilə bağlı iddiaçıya bildirişlər göndərilmiş, bundan əlavə qəzetdə el anlar verilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi həmçinin “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli Qərarına istinadən vurğulamışdır ki, Konstitusiya Məhkəməsinin mövqeyinə görə MM-in 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Bu maddənin məzmununda nəzərdə tutulan bildiriş, ümumiyyətlə, hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

35. Hazırki işdə də keçirilən hərracla bağlı həm bildiriş, həm də kütləvi kütləvi informasiya vasitələrində məlumat dərc edilməklə, tərəflər məlumatlı olmuşlar.

36. Apellyasiya instansiyası məhkəməsi hərraca çıxarılmış əmlakın bazar dəyərinin aşağı olması ilə bağlı dəlilə münasibətdə qeyd etmişdir ki, bu məsələyə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə qiymət verilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi apellyatorun məhkəmənin onun müraciəti olduğu halda, məhkəmə iclasının təxirə salınmaması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş, 08 iyun 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxışı ilə bağlı qəbzə imza etməklə məlumatlı olmuş, həmin iclasda iştirakının başqa məhkəmədə işə baxılması ilə bağlı təxirə salınmasını xahiş etmişdir. Buna görə də, məhkəmə 08 iyun 2023-cü il tarixdə keçirilən məhkəmə iclasını 16 iyun 2023-cü il tarixə, saat 16-00-a təxirə salmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil yenidən başqa məhkəmədə baxılan işlə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə 16 iyun 2023-cü il tarixdə işə baxaraq, qətnamə qəbul etmişdir. Göründüyü kimi, iddiaçının nümayəndəsi hazırlıq mərhələsində məhkəmə iclaslarında iştirak etmiş, bütün sübutlarını təqdim etmək üçün hər cür şərait yaradılmışdır. Buna görə də, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının nümayəndəsinin və vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nətiucəni Mülki Məcəllənin 337.1, 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 41., 42.1, 42.3, 42.8, 43.1, 43.4-43, 44-cü, “Poçt haqqında” Qanunun 1.0.10-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

40. Kassasiya şikayəti işin hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415, 416.1 və 416.2 maddələrinə istinad etsə də, qeyd edilən maddələrin tələblərini pozmuş, “İpoteka haqqında” Qanunun normalarına istinad etsə də həmin normaların tələblərinə əməl etməmiş, MPM-in 14.1, 14.2, 76.1, 76.2, 77.1, 78.1, 88, 106.1, 217.3, 218.1-ci maddələrinə istinad etsə də həmin maddələrin tələblərinə əməl etməmiş və qeyd edilən maddələrin tələblərini pozmuş, MPM-in 217.1 maddəsinə istinad etməmiş, məhkəmə MPM-in 89.1 maddəsinin göstərişini kobud surətdə pozmuş dur. Məhkəmə təqdim edilən sübutları tam araşdırmamış və araşdırdığı sübutlara isə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlər hüquqi baxımdan araşdırılmasına ehtiyac olduğu halda, məhkəmə bunu etməmiş, tələm tələsik qərar qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 415.2.Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərra cda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış q iyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 42.3.Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Maddə 42.8.Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 43.1.Hərracın təşki latçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim (əvvəlki redaksiyada 45 gün) günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisn a olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Maddə 43.8.İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmu ş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını t amamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

43. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Apellyasiya instansiyası məhkəməsi iddia tələbləri, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2937-ci bəndində əks edilən qiymətləndirməsi ilə razılaşır.

48. Belə ki, iddia tələbi hərracın nəticələri barədə yekun protokolun qanunsuz hesab edilməsi və həmin tələbdən doğan hüquqi nəticələrin ləğv edilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi Hərrac Mərkəzi tərəfindən ona hərrac barədə məlumat verilməməsinə, ipoteka predmetinin qiymətinin çox aşağı qiymətləndirilməsinə istinad etmişdir.

49. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə isə iddiaçının istinad etdiyi bu hallar təkzib edilmiş, ipoteka qoyan İddiaçı bildiriş göndərilməsi, üstəlik, hərrac barədə KİV-də elan verilməsi təsdiq edilmişdir. Həmçinin ipoteka predmetinin qiyməti qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir.

50. Göründüyü kimi, iddiaçı hərracın qanunvericiliyə uyğun qaydada keçirilməməsinə (ipoteka qoyana bildiriş göndərilməməsi) istinad etsə də, işin məhkəmlər tərəfindən müəyyən edilən halları bunun əksini, yəni hərracın “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları baxımından qanuni olmasını göstərir, bu da iddianın təmin edilməsini istisna edir.

51. Bu baxımdan, işin müəyyən edilmiş halları tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olmadığından iddia tələbinin təmin edilməsi istisna edildiyi üçün iddianın təmin edilməməsi barədə gəlinən nəticə də əsaslı və qanuni olmuşdur.

52. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, həmin dəlillər apellyasiya şikayətində də irəli sürülmüş və məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etməmiş, iddianı təmin etməyən birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirilmədən saxlamışdır.

53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə q ənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5534/23 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar