Məhkəmə qərarları › İş №2(102)-4650/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4650/2019

27.06.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4650/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X5 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(010)-6179/2018, hakim E.Z.Ağayev) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarının itirilməsi” tələbi barədə iddiası və Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddiası rədd edilmiş, qətnamənin Cavabdeh1 və Cavabdeh2, habelə sonuncunun azyaşlı uşaqları 07.12.2009-cu il təvəllüdlü X1, 21.09.2012-ci il təvəllüdlü X2 və 24.10.2015-ci il təvəllüdlü X3 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 7, 37 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-471/2019, hakimlər X.Ə.Sarıyev, E.Y.Şamayev, Ş.Ə.Məhərrəmova)Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən qarşılıqlı iddiaçılar verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilib ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: 17 may 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən X4 özünə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 7, 37 saylı mənzili oğlu İddiaçı bağışlamış, həmin əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində 05 iyun 2014-cü il tarixdə qeydiyyata alınmışdır. X4 22 mart 2015-ci il tarixdə vəfat etmişdir. 21 sentyabr 2018-ci il tarixdə Səfərov İddiaçı Leyla Yolçu qızına və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə sonun cunun azyaşlı uşaqları 07.12.2009-cu il təvəllüdlü X1, 21.09.2012-ci il təvəllüdlü X2 və 24.10.2015-ci il təvəllüdlü X3 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 7, 37 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 İddiaçı (üçüncü şəxs Bakı şəhəri 37 saylı notariat kontoru) qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ilə İddiaçı arasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 7, 37 saylı mənzilin bağışlanmasına dair bağlanmış 17 may 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, qarşılıqlı iddia üzrə iddiaçıların və onların ailə üzvlərini n həmin mənzildən istifadə etmələrinə mane olan hərəkətlərin cavabdeh İddiaçı qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Cavabdehlərin və onların ailə üzvlərinin mənzilə istifadə hüququ əvvəlki mülkiyyətçinin dövründə- 2013-cü ildə yaranmışdır. Əvvəlki mülkiyyətçi X10 Səfərovaya ailə üzvlərinin və qonşularının yanında həmin mənzili ona bağışlayacağını bildirmişdir. Hətta X10 Səfərovaya bütün əmlakı barədə 12.01.2013-cü il tarixli baş etibarnamə vermişdir. Bu ha l onu təsdiq edir ki, həmin əmlaka dair mülkiyyət hüququ 2014-cü ildə hazırki mülkiyyətçiyə keçərkən əmlak cavabdehlərin xeyrinə istifadə hüququ ilə yüklü vəziyyətdə olmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İlk iddia tələbinin əsasını iddiaçının müıkiyyətində olan mənzilə cavabdehlərin istifadə hüquqlarının itirilməsi təşkil edir. Qarşılıqlı iddia tələbinin əsasını mübahisəli mənzilin bağışlanması barədə əqdin etibarsız hesab edilməsi təşkil edir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, mübahisəli mənzil 17 may 2014-cü il tarixdə İddiaçı atası tərəfindənbağışlanmış, onun həmin mənzil üzərində xüsusi mülkiyyət hüququ 05 iyun 2014-cü ildə dövlət qeydiyyatına alınmışdır. İşin mübahisəsiz olan digər hallarına əsasən Cavabdeh1 və Cavabdeh2 2013-cü ildən mübahisəli mənzildə qeydiyyatdadırlar. İddiaçı bildirir ki, cavabdehlər müb ahisəli mənzildə qeydiyyatda olsalar da, Cavabdeh1 ümumiyyətlə həmin mənzildə yaşamamış, onun oğlu Samirin isə mənzildə müvəqqəti yaşamasına icazə vermişdir. Qarşılıqlı iddiaçılar isə bildirirlər ki, 2015-ci ilin mart ayında mənzilin əvvəlki mülkiyyətçisi Yolçu Səfərov vəfat etdikdən sonra onun arvadı Rubaya baxmaq üçün həmin mənzilə köçmüşlər, o vaxtdan daimi olaraq mübahisəli mənzildə yaşayırlar. İddiaçı tərəfindən təqdim edilmiş şahidlərin ifadələri ilə Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildə ümumiyyətlə yaşamadıqlarını, onların özlərinin təqdim etdiyi şahidlər isə yalnız Cavabdeh2 öz ailəsi ilə birlikdə 2015-ci ildən mübahisəli mənzildə yaşadığını bildirmişlər. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdehlərin həqiqətən də mübahisəli mənzildə heç vaxt yaşamadıqlarını kifayətedici aydınlıqla sübut edə bilməmiş, cavabdehlərin təqdim etdiyi sübutlar isə yalnız Cavabdeh2 2015-ci ilin oktyabr ayından həmin mənzildə yaşaması ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan görünür ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlarsayəsində əldə edilən hüquqla r deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Göründüyü ki mi, həmin norma mülkiyyətçinin onunla birlikdə yaşayış sahəsində yaşayan arvadını (ərini), uşaqlarını və valideynlərini onun ailə üzvləri sırasına birbaşa aid etmişdir. Əgər arvadla (ərlə), uşaqlarla və valideynlərlə yaşayış sahəsinin mülkiyyətçisi arasında başqa razılaşma yoxdursa, eyni Məcəllənin 30.2-ci maddəsinə əsasən onlar həmin yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər. Beləliklə, Cavabdeh1 və onun oğlu Cavabdeh2 ailə qanunvericiliyi əsasında mübahisəli mənzilin mülkiyyətçisi İddiaçıla birlikdə yaşamaq və ondan (yaşayış sahəsinin mülkiyyətçisindən) özlərinin saxlanılmalarını tələb etmək hüquqları yoxdur. Buna görə də, onların Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında mübahisəli mənzilinmülkiyyətçisi İddiaçı mənzilindən istifadə etmək hüquqları yaranmamışdır. Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə gəldikdə isə, işin müəyyən edilmiş hallarından göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 7, 37 saylı mənzil hədiyyə verən Yolçu Səfərovun tam payda xüsusi mülkiyyətində olmuş, arvadı Ruba Səfərova həmin mənzilin oğlu İddiaçı bağışlanmasına etiraz etməməsi barədə notarial qaydada təsdiq edilmiş ərizəsini təqdim etmiş, əmlak Mülki Məcəllənin 667.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yüklü olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmi n Məcəllənin 668.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama müqaviləsi etibarlıdır. Beləliklə, Yolçu Səfərovun mübahisəli mənzili İddiaçı bağışlaması barədə 4Ə-1/269 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi qanunun tələblərinə müvafiq olaraq notariat kontorunda 17 may 2014-cü il tarixdə bağlanmış və hədiyyə alan İddiaçı tərəfindən hədiyyə qəbul edilmişdir. Həmin müqavilə heç bir öhdəliklə şərtləndirilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, bağışlama müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanaraq, həmin müqavilənin etibarsız sayılması üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419 -cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar