Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4650/2021 19.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinin təsdiqlənmiş surətinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-643/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı 24.08.2005-ci il tarixindən müqavilə əsasında Azərbaycan Dövlət Pedoqoji Universitetinin X6 üzrə mütəxəssis vəzifəsinə təyin edilməsi barədə əmr imzalanmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı nümayəndəsi X1 müraciətinə əsasən Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialı tərəfindən İddiaçı aid əmək müqaviləsinin surəti təqdim edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə müraciət edərək, işəgötürən Azərbaycan Müəİİimlər İnstitutunun Quba filialının direktoru X3 ilə işçi İddiaçı arasında Azərbaycan Müəİİimlər İnstitutunun X6 üzrə mütəxəssis vəzifəsinə 24.08.2005-ci il tarixli müddətsiz bağlanmış, 24.08.2005-ci il tarixindən 01.09.2009-cu il tarixinə kimi mövcud əmək müqaviləsinin rəsmi təsdiqlənmiş surətini, Azərbaycan Müəİİimlər İnstitutunun Quba filiialı tərəfindən İddiaçı təqdim edilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktoru X3 ilə işçi İddiaçı arasında 24.08.2005-ci il tarixli müddətsiz bağlanmış əmək müqaviləsi əsasında Azərbaycan Müəllimlər İnstitutunun X8 qəbul olunmaq haqqında 24.08.2005-ci il tarixli, 97 nömrəli əmr ilə filialda Kadrlar üzrə Mütəxəssis vəzifəsinə təyin edilərək Kadrlar Şöbəsinə rəhbərlik etmiş, Azərbaycan Müəllimlər İ nstitutunun Quba Filialında 24.08.2005-ci il tarixli müddətsiz bağlanmış Əmək Müqaviləsinə əsasən 24.08.2005-ci il tarixindən 01.09.2009-cu il tarixinə kimi fasiləsiz Azərbaycan Müəllimlər İnstitutunun X6 üzrə mütəxəssis vəzifəsində əmək fəaliyyəti göstərmişdir. Azərbaycan Müəİİimlər İnistitutunun Quba filialında 24.08.2005-ci ildən 01.09.2009-cu ilə kimi filial kadrlar üzrə mütəxəssis vəzifəsində əmək fəaliyyəti göstərmiş İddiaçı atası və nümayəndəsi X2 tərəfindən 24.08.2005-ci il tarixindən 01.09.2009-cu il tarixinə kimi tərəflər arasında müddətsiz bağlanmış mövcud filial kadrlar üzrə mütəxəssisi vəzifəsində əmək müqaviləsinin təsdiqlənmiş surətinin təqdim edilməsi haqqında 11.05.2020-ci il tarixli yazılmış və rəsmi poçt xəbərnaməsi ilə ünvanlanmış 12.05.2020-ci il tarixli ərizəsi Azərba ycan Müəİİimlər İnstitutunun Quba filialı tərəfindən 14.05.2020-ci il tarixindən hal-hazıra kimi rəsmi təsdiqli müraciəti təmin olunmamışdır. Quba Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov, iş № 2(027)-1633/2020) iddia təmin edilmiş, işəgötürən Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktoru X3 ilə işçi İddiaçı arasında Azərbaycan Müəİİimlər İnstitutunun X6 üzrə mütəxəssis vəzifəsinə 24.08.2005-ci il tarixli müddətsiz bağlanmış, 24.08.2005-ci il tarixindən 01.09.2009-cu il tarixinə kimi mövcud əmək müqaviləsinin təsdiqlənmiş surətinin Azərbaycan Müəİİimlər İnstitutunun Quba filialı tərəfindən İddiaçı təqdim edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işəgötürən Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialı ilə işçi İddiaçı arasında əmək münasibətlərinin yaranmış və işçiyə əmək müqaviləsinin surəti təqdim edilmişdir. Hazırda iddiaçı əmək müqaviləsinin təsdiqlənmiş surətinin verilməsini tələb edir və tələbi əsaslıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev, iş № 2(105)-643/2021) cavabdeh Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-1633/2020 saylı, 18.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialına qarşı əmək müqaviləsinin təsdiqlənmiş surətinin verilməsi tələbinə dair iddiasının təmin edilməsi, işəgötürən Azərbaycan Müəİİimlər İnstitutunun Quba filialının direktoru X3 ilə işçi İddiaçı arasında Azərbaycan Müəİİimlər İnstitutunun X6 üzrə mütəxəssis vəzifəsinə təyin edilməsinə dair 24.08.2005-ci il tarixli müddətsiz bağlanmış, 24.08.2005-ci il tarixindən 01.09.2009-cu il tarixinə kimi mövcud əmək müqaviləsinin təsdiqlənmiş surətinin Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı tərəfindən İddiaçı təqdim edilməsi qət edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, apelyasiya şikayəti cavabdehin iştirakı olmadan mübahisəyə baxılmasına dair hissədə əsaslıdır. Cavabdehin apelyasiya şikayəti iddiaçının əmək kitabçasını aparması, müqavilənin iş materiallarında olmasına dair dəlili əsa ssızdır. Cavabdeh göstərdiyi dəlilləri təsdiq edəcək sübutlar təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-643/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, tələb edilən əmək müqaviləsi filialda mövcud deyil. Təqdim olunmuş 05.07.2010-cu il tarixli aktdan görünür ki, filialın kadrlar şöbəsinin müdiri İddiaçı əmək məzuniyyətinə çıxarkən, öz şəxsi işindən işdən çıxma barədə ərizəni, təhsil haqqında sənədi və əmək kitabçasını götürmüşdür. Apellyasiya şikayətində göstərildiyi kimi İddiaçı işdən azad edilməsinə dair 01.10.2010-cu il tarixli əmrdə həmin hallara istinad olunmuşdur. Lakin həmin aktın, əmrin və izahatın təsdiq edilmiş surətlərinin 1-ci instansiya məhkəməsinə təqdim edilməsi üçün prosessual imkan yaradılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmi ş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-643/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti vermiş və qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşki l edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edlmiş nümunəvi formaya uyğun tərtib edilir. 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublik asının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını ta mamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Cavabdehin dəlillərinə görə iddiaçının istinad etdiyi əmək müqaviləsi cavabdeh təşkilatda mövcud deyil, birinci instansiya məhkəməsinin zəruri sübutları təqdim edilməsi ilə bağlı imkan yaradılmadığı üçün dəlillərini apellyasiya şikayətində irəli sürülməsinə baxmayaraq məhkəmə tərəfindən qiymət verilməmi şdir. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçının iddia ərizəsində pozulmuş hüquqlarının bərpasına yönələn tələbi mövcud deyil. Birinci instansiya məhkəməsi isə müvafiq olaraq iddia ərizəsində iddiaçının tələbinin olmamasına baxmayaraq aşağıdakı məzmunda iddianın təmin olunması nəticəsinə gəlmişdir: «… işəgötürən Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktoru X3 ilə işçi İddiaçı arasında Azərbaycan Müəİİimlər İnstitutunun X6 üzrə mütəxəssis vəzifəsinə 24.08.2005-ci il tarixli müddətsiz bağlanmış, 24.08.2005-ci il tarixindən 01.09.2009-cu il tarixinə kimi mövcud əmək müqaviləsinin təsdiqlənmiş surətinin Azərbaycan Müəİİimlər İnstitutunun Quba filialı tərəfindən İddiaçı təqdim edilsin» Digər tərəfdən qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi 2005-2009-cu illərdə mövc ud olan müddətsiz əmək müqaviləsinin təsdiq olunmuş surətinin verilməli olması nəticəsinə gələrkən ümumiyyətlə həmin müddətlərdə iddiaçının həmin müəssisədə işləməsi, məhz hansı vəzifə üzrə funksiyalarını yerinə yetirməsi, ümumiyyətlə tərəflər arasında müddətsiz müqavilənin bağlanıb-bağlanmaması (mövcud olmasını) müəyyən etməmişdir. Məhkəmənin müddətsiz müqavilənin mövcudluğu müəyyən etmədən həmin müqavilənin iddiaçıya təqdim edilməli olmasına dair nəticəyə gələrkən isə hansı sübutlara istinad etməsi qeyri müəyyəndir. Əksinə cavabdeh tərəfin apellyasiya instansiya məhkəməsinə (apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək yeni qətnamə qəbul edərkən cavabdehin nümayəndəsinin iştirakının təmin edilməməsinə əsaslanmışdır) təqdim etdiyi dəlillərə v ə sübutlara heç bir hüquqi qiymət verilməmiş və sübutların qarşılıqlı qiymətləndirilməsi təmin olunmamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüq uq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli Azərbaycan Respublikası MPM-nin 88, 149,150, 217.4-cü -ci maddələrinin tələbləri baxımından düzgün qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-643/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4650/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4650/2021
19.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver