Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4651/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərinin icra edilməsi və əmlakın təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi və əml akın təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4547/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə predmeti olan əmlak ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.metr, yaşayış sahəsi 73.30 kv.metr olan izolə olunmuş iki otaqdan ibarət C01 nömrəli mənzildir. 2. 05 iyul 2018-ci il tarixdə "xxxx" MMC (sifarişçi) ilə Cavabdeh MTK (podratçı) arasında müqavilə bağlanmış, tərəflər, sifarişçinin tapşırığına uyğun olaraq ünvan 2 ünvanda yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilənin 2.3-cü bəndinə görə, sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra, yerinə yetirilmiş işlərin dəyəri podratçı tərəfindən müvafiq qaydada əvəzləşdirilir. Həmin müqavilənin 4.2.5-ci bəndinə görə, podratçı, obyekt sifarişçiyə təhvil verilənə qədər göstərilən əmlaka mülkiyyət hüququnu özündə saxlayır və əmlakın təsadüfi məhv olması riski onun üzərinə düşür. Sifariş hazır olduqda onu təhvil-təslim aktı ilə təhvil verir (bənd 4.2.18).
3. Mübahisəli mənzilə dair İddiaçı ilə Cavabdeh arasında 23 avqust 2019-cu il tarixdə müqavilə bağlanmış, müqavilənin ş ərtlərində sözügedən mənzilin payçıya verilməsi, payçının isə mənzilin dəyərini ödəməli olması göstərilmişdir.
4. N 0070 nömrəli, 23 avqust 2019-cu il tarixli kassa mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən mənzilin dəyəri qismində 77.500,00 AZN manat məbləğində pul vəsaiti cavabdeh MTK-ya ödənilmiş, bu barədə MTK tərəfindən kassa mədaxil qəbzi verilmiş və iddiaçının mənzilin dəyərini tam şəkildə ödəməsi barədə maliyyə arayışı tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliklərinin icra edilməsi və əmlakın təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 23 avqust 2019-cu il tarixli C-283/11 nömrəli müqavilə əsasında ünvan 3 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,24 kv.m. yaşayış sahəsi 73,30 kv.m. olan 2 otaqlı C01 saylı mənzilin Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırmışdır ki, 23 avqust 2019-cu il tarixdə iddiaçı ilə Cavabdeh MTK arasında C-283/11 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “Kooperativ” ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,24 m² yaşayış sahəsi 73,30 m² olan izolə olunmuş 2 otaqdan ibarət C01 saylı mənzilinin dəyəri 77500 manat tam ödənilməklə iddiaçıya verilmişdir. Qeyd olunan yaşayış binası tam tikildiyinə və hazırda bəzi mənzillərdə yaşayış olmasına baxmayaraq iddiaçı, həmin mənzildə təmir işlərini başlayıb köçə bilməmişdir. Bununla bağlı dəfələrlə Kooperativə müraciət etsə də aldığı mənzili iddiaçıya təhvil verilməsindən imtina etmişlər. İmtinanın səbəbi kimi, Cavabdeh MTK məxsus mənzillərin "xxxx" MMC-nin sərəncamına verilməsi göstərilmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.F.Əmirxanova) 2(005)4365/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 23 avqust 2019-cu il tarixli C -283/11 nömrəli müqavilə əsasında ünvan 3 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,24 kv.m. yaşayış sahəsi 73,30 kv.m. olan 2 otaqlı C01 saylı mənzilin Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı həmin müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.metr, yaşayış sahəsi 73.30 kv.metr olan izolə olunmuş dörd otaqdan ibarət C01 nömrəli mənzili İddiaçı sa hiblik və istifadəsinə verməmişdir. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı təhvil verməli olduğu mənzili təhvil verməyərək bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə, Mülki Məcəlləsinin 6.2, 139.1.6, 152.1, 152.5, 178.8, 182.1, 385.1, 386.1, 442, 445, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Maraqlarına toxunan şəxs Maraqlı şəxs və "xxxx" MMC qətnamədən apellyasiya şikayətləri verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsini ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsasandırılmışdır ki, Cavabdeh MTK qeyri-qanuni olaraq mənzillərin satışı hüququ olmadan ayrı-ayrı vətəndaşlara satmışdır. Həmin mənzilləri qeyri-qanuni satılmasına görə Konstra MTK-ya münasibətdə və onun vəzifəli şəxsləri barədə Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 308.2, 178.4-cü maddələri ilə cinayət işi başlanmış iş hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. İstintaq zamanı Cavabdeh MTK ilə "xxxx" MMC arasında bağlanmış yeni podrat müqaviləsinə uyğun olaraq zərərçəkmişlərə mənzillər verilib. Həmin mənzilə dair "xxxx" MTK-nın razılıq məktubu əsasında əsas mülkiyyətçi "xxxx" MMC ilə yeni müqavilə bağlayıb. Cavabdeh MTK-nın mənzil alğı-satqısına dair hər hansı müqavilə etibarsızdır. Mənzil hal-hazırda onun sahibliyindədir, təmir etdirib, halhazırda yaşayır. Məhkəmə cavabdehin həmin mənzilə dair alğı-satqı müqaviləsi bağlamaq səlahiyyətinin olub-olmamasını araşdırmamış və yalnış qətnamə çıxartmışdır.
12. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsasandırılmışdır k i, Cavabdeh MTK ilə Orxan-TİT MMC arasında göstərilən ünvanda yaşayış binasının tikilməsi üçün podrat müqaviləsi bağlanmışdır. Həmin podrat müqaviləsinə əsasən Cavabdeh MTK-nın həmin mənzilləri satmaq hüququ olmamışdır. Buna baxmayaraq Cavabdeh MTK-nın vəzifəli şəxsləri"xxxx" MMC-nin mülkiyyətidə olan mənzilləri qeyri-qanuni satışını həyata keçirmişlər. "xxxx" MMC-nin hüquq mühafizə orqanlarına rəsmi müraciətindən sonra Konstra MTK-ya münasibətdə və onun vəzifəli şəxsləri barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsini 308.2, 178.4-cü maddələri ilə cinayət işi başlanmış iş hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi "xxxx" MMC-nin mənafeyinə toxunur, çünki göstərilən mənzil onun mülkiyyətindədir. “Konstra-MTK-nın bağl adığı hər hansı mənzilə dair alğı-satqı müqaviləsi bağlandığı andan etibarsızdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – G.T.Axundova (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.F.Babayev) 2(103)-4547/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə marağına toxunan şəxs Maraqlı şəxs və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 23 avqust 2019-cu il tarixli C-283/11 nömrəli müqavilə əsasında ünvan 3 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,24 kv.m. yaşayış sahəsi 73,30 kv.m. olan 2 otaqlı C01 saylı mənzilin Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi barədə iddia tələbi təmin edilməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh MTK arasında imzalanmış 05 iyul 2018-ci il tarixli podrat müqaviləsinə əsasən Sifarişçiyə - "xxxx" MMC məxsus ünvan 4 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış evinin tikintisi podratçıya həvalə olunub. Göründüyü kimi podrat müqaviləsinə əsasən Cavabdeh MTK-ya 3 girişli, 21 mərtəbəli yaşayış evinin tikintisi tapşırılmış, sözügedən mənzillərin ayrı-ayrı şəxslərə satılması ilə bağlı Cavabdeh MTK-nın səlahiyyətinin olması ilə bağlı iş materiallarına hər hansı sübut təqdim edilməmişdir. Sözügedən mənzilin həmin dövrdə Cavabdeh MTK-ya məxsus olması da heç bir mötəbər sübutla təsdiq edilmir, belə olan halda MTK-nın öz adından həmin mənzili satmaq səlahiyyəti olmamışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh MTK-nın mənzil satmaq səlahiyyəti olmamışdır. Lakin buna baxmayaraq "xxxx" MMC bəzi müqavilələr üzrə mənzillərin təhvil verilməsinə razılıq vermişdir. Göründüyü kimi, "xxxx" MMC məhz Maraqlı şəxs ilə Cavabdeh MTK arasında bağlanmış müqaviləyə sonradan razılıq vermişdir, yəni əqdin bağlanmasını bəyənmişdir.
16. Apellyasiya instansi yası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış alğı-satqı müqaviləsini "xxxx" MMC bəyənməmişdir. Mənzillərin siyahısından da görünür ki, 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 84,24 m² olan C11-1 saylı mənzil, Maraqlı şəxs adı qeyd edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh MTK arasında müqavilə 23 avqust 2019-cu il tarixdə - podrat müqaviləsi bağlandıqdan sonra bağlanmışdır. Podrat müqaviləsinə MTK-nın yalnız tikinti işləri aparmaq səlahiyyəti olmuş, həmin mənzillərlə bağlı digər şəxslərlə müqavilə bağlamaq səlahiyyəti olmadığı üçün birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə düzgün olmayan qənaətə gəlmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 178.8, 182.1, 357, 385.1, 386.1, 44 2, 448.1, 567, 568.1, 568.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və CavabdehMənzil TikintiKooperativi ilə İddiaçı arasında bağlanmış 23 avqust 2019-cu il tarixli C-283/11 nömrəli müqavilə əsasında ünvan 5 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mrtəbəsində yerləşən, ümumi sahəsi 84,24 kv.m. yaşayış sahəsi 73,30 kv.m. olan 2 otaqlı C01 saylı mənzilin Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi barədə qərar qəbul edilməsin xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh MTK ilə "xxxx" MMC arasında 02 iyul 2021-ci il tarixli müqavilə imzalanmış və həmin müqaviləyə əsasən podratçının yəni Cavabdeh MTK-nın binanın inşası ilə bağlı çəkdiyi bütün xərclərə görə, 7.902.180 manat vəsaitin müqabilində sifarişçi, yəni "xxxx" MMC ona ümumi sahəsi 7588 kvadrat metr olan 74 yaşayış mənzilləri verir. Həmin mənzillərə podratçının barəsində alqı-satqı müqavilələri bağladığı, qeydiyyat üçün sifarişçiyə təqdim etdiyi və sifarişçinin qeydiyyata aldığı 62 mənzil daxildir. Qalan 12 mənzilin siyahısını podratçı qeydiyyata alınması üçün 5 iş günü ərzində sifarişçiyə təqdim edir. Qeyd olunan müqavilədən aydın olunur ki, təhvil verilmiş cəmi 74 mənzil Cavabdeh MTK-nın həmin mənzilləri satmaq səlahiyyəti olmuş və həmin mənzillər siyahısında ünvan 6 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.m. olan CO1, hal-hazırda C11- 1 nömrəli mənzil olmuşdur. Həmin mənzil tam əsassız olaraq "xxxx" MMC-nin məktubunda Maraqlı şəxs adı qeyd edilmiş, halbu ki, həmin şəxsin mənzili 12 fevral 2019-cu il tarixli müqavilə əsasında əldə edilmiş 98,43 kv.m. ümumi sahəsi olan C04 mənzil olmuşdur. (Qeyd olunan fakt sorğu əsasında əldə edilmiş cinayət işi materiallarında olan Maraqlı şəxs izahatında əks olunur) Bundan başqa, mübahisəli mənzilin Cavabdeh MTK-nın satmaq səlahiyyəti olmasını təsdiq edən növbəti sübut odur ki, həmin mənzillə yenidən 16 iyul 2021-ci il tarixdə Cavabdeh MTK ilə Maraqlı şəxs arasında müqavilə bağlanmışdır. MTK-nın balansında mənzillərin olmadığı, yaxud mənzil satmaq sə lahiyyəti olmadığı barədə dəlillər də işdə olan sübutlarla tam təkzib olunur. Belə ki, Cavabdeh MTK tərəfindən "xxxx" MMC-yə M-025 nömrəli xx.xx.2021-ci il tarixli müraciət ünvanlanmış və həmin müraciətdə C11-1 saylı mənzilin Maraqlı şəxs adına rəsmiləşdirilməsi xahiş edilmişdir və qeyd olunan faktı "xxxx" MMC təsdiq etmişdir. Bununla da, həmin mənzilin Cavabdeh MTK tərəfindən satılmasında səlahiyyətli olmasını təsdiq edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 178.8 Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gə lir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlər inin tətbiqini istisna etməməlidir.
23. Maddə 182.1 Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
24. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəy yən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Ma ddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
30. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
31. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası ki mi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fa ktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən ma ddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, dəlillərə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
45. İşə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh MTK arasında imzalanmış 05 iyul 2018-ci il tarixli podrat müqaviləsinə əsasən Sifarişçiyə - "xxxx" MMC-yə məxsus ünvan 4 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış evinin tikintisi podratçıya həvalə olunub. Podrat müqaviləsinə əsasən Cavabdeh MTK-ya 3 girişli, 21 mərtəbəli yaşayış evinin tikintisi tapşırılmış, sözügedən mənzillərin ayrı-ayrı şəxslərə satılması ilə bağlı Cavabdeh MTK-nın səlahiyyətinin olması ilə bağlı iş materiallarına hər hansı sübut təqdim edilməmişdir. Sözügedən mənzilin həmin dövrdə Cavabdeh MTK-ya məxsus olması da heç bir mötəbər sübutla təsdiq edilmir, belə olan halda MTK-nın öz adından həmin mənzili satmaq səlahiyyəti olmamışdır.
46. Baxılan iş üzrə irəli sürülən iddiada iddiaçı mənzilin ona təhvil veril məsini tələb edir. Lakin apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından aydın olur ki, mübahisəli mənzil artıq digər müqavilə ilə üçüncü şəxsin sahiblik və istifadəsinə verilmişdir. Belə olan halda baxılan işin icraatı daxilində mənzilin təhvil verilməsi ilə bağlı iddianın həlli mümkünsüzdür. İddiaçı müvafiq olaraq üçüncü şəxsin mənzilin əldə edilməsi ilə bağlı əqdin mübahisələndirilməsindən sonra müvafiq tələblə çıxış etmək imkanı ola bilər. Hazırda üçüncü şəxsin müqaviləsi qüvvədədir və məhkəmə qaydasında mübahisələndirilməmişdir. Nə qədərki baxılan işin icraatından sonra yeni hal yaranmışdır, təbii ki, iddiaçı üçüncü şəxslə bağlanmış müqavilə ilə bağlı müvafiq tələb irəli sürmək hüququna malik ola bilməzdi. Amma bundan sonra iddiaçının kassasiya şikayətində istina d olunan dəlillərə əsaslanmaqla müstəqil tələb irəli sürmək imkanına malikdir.
47. Kassasiya kollegiyası qeyd olunan xüsusatı və apellyasiya məhkəməsinin işin digər faktiki hallarına verdiyi hüquqi qiyməti nəzərə alaraq hesab edir ki, baxılan iş üzrə məhkəmələrin gəldiyi qənaət yuxarıda sadalanan maddi hüquq normalarına uyğun olmuşdur.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmə dən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4547/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.