Məhkəmə qərarları › İş №2(102)-4652/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4652/2022

20.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4652/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi, müddətli əmək müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı «xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin, Cavabdeh MMC-nin 2464 nömrəli, 13 oktyabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi» tələbinə dair mül ki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3805/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2006-cı il tarixdən Cavabdeh 6 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsinə 5-ci dərəcəli əməliyyatçı vəzifəsinə təyin edilmişdir. 2. 15.01.2007-ci il tarixdə 116 saylı Poçt şöbəsinə 5-ci dərəcə ilə əməliyyatçı vəzifəsinə, xx.xx.2007-ci il tarixdə 114 saylı Poçt şöbəsinə 5-ci dərəcə ilə əməliyyatçı vəzifəsinə keçirilmişdir. xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur. 3. 0 9.06.2009-cu il tarixli 151 saylı nömrəli Cavabdeh 3 saylı Poçt Filialının 129 saylı Poçt şöbəsində 4-cü dərəcəli əməliyyatçı vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu il tarixli 390 nömrəli əmrlə 3 saylı Poçt Filialının 2 saylı Poçt şöbəsində 4-cü dərəcəli əməliyyatçı vəzifəsinə keçirilmişdir. 4. 19.09.2011-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur. 5. xx.xx.2017-ci il tarixli 02-05/468 nömrəli əmrlə Cavabdeh 6 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsində 6-cı dərəcə ilə sosial məzuniyyət yerinə poçtalyon vəzifəsinə, xx.xx.2018-ci il tarixli, 02-11/119 nömrəli əmrlə həmin filialın 108 saylı Poçt şöbəsinə sosial məzuniyyət yerinə əməliyyatçı vəzifəsinə təyin olunmuşdur.

6. Əmək müqaviləsinə dəyişiklik e dilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bildirişə əsasən, Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 108 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsində çalışan İddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin müddəti 05 sentyabr 2019-cu il tarixdə qurtarır. 7. xx.xx.2019-cu il tarixli 1653 nömrəli əmrlə həmin filialın 8 saylı Poçt şöbəsinə əməliyyatçı vəzifəsinə, xx.xx.2020-ci il tarixli 1062 nömrəli əmrlə həmin filialın 52 saylı Poçt şöbəsinə əməliyyatçı vəzifəsinə keçirilmiş, əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir.

8. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 08 saylı Poçt şöbəsində əməliyyatçı vəzifə sində çalışan İddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin müddəti 11 yanvar 2020-ci il tarixdə qurtarır. 9. 16.07.2021-ci il tarixli 1592 nömrəli əmrlə 1 saylı Poçt filialının 52 nömrəli poçt şöbəsinə əməliyyatçı vəzifəsinə keçirilmişdir.

10. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsində çalışan İddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin müddəti 13 oktyabr 2021-ci il tarixdə qurtarır.

11. Cavabdehin 13 oktyabr 2021-ci il tarixli əmr ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurta rması) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 13 oktyabr 2021-ci il tarixli, 2464 nömrəli əmrinin, 01 iyul 2020-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 12 saylı Poçt Şöbəsinin əməliyyatçısı vəzifəsində 10 ildən artıq müddətdə qüsursuz işləmişdir. 13 iyul 2017-ci il tarixdə onunla Cavabdeh MMC arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Baş dir ektor Əfqan Cəlilov tərəfindən imzalanmış 01 oktyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixində bitir. Bu səbəbdən ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tərəflərindən xitam veriləcəkdir. Əmək müqaviləsinə xitam verilməsinin qanunsuz və əsassız olması səbəbindən X1 Xidmətinə şikayət ərizəsi ilə müraciət etmişdir. X1 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən göndərilmiş 01 dekabr 2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı Cəmiyyət rəhbərliyi tərəfindən X1 Xidmətinin Bakı şəhər idarəsinə təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, onunla Cəmiyyət arasında xx.xx.2017-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, lakin onunla müəssisə arasında xx.xx.2020-c i il tarixdə müqavilə tarixinin sonuncu günü xx.xx.2020-ci il tarix olmaqla yeni müddətli əmək müqaviləsi bağlanılmış və xx.xx.2021-ci il tarixdə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş və son haqq hesabı ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2021-ci il tarixli məktubla, X1 Xidmətinin Bakı şəhər idarəsinə təqdim etdiyi sənədlər arasında ziddiyyət mövcuddur. Belə ki, iddiaçı ilə 2017-ci ildə müddətsiz əmək müqaviləsi bağlanmasına baxmayaraq, xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz olunmasına səbəb olan hallar məlum deyil. İddiaçı qanunsuz olaraq işdən azad olunduqdan sonra ona təqdim olunmuş əmək müqaviləsindən görünür ki, müqavilə saxtalaşdırı lmışdır. Belə ki, həmin əmək müqaviləsini yalnız sonuncu səhifəsində iddiaçının imzası mövcuddur. Həmin imzanın çəkilməsinə səbəb əmək haqqının artırılması ilə bağlı razılıq tələb olunduğu bildirilmiş və bu səbəbdən də bəzi əməkdaşlar imzalamışdır. Mübahisəli xx.xx.2020-ci tarixli əmək müqaviləsi səhifələnib qaytanlanmamışdır. Bu da öz növbəsində cavabdeh tərəfindən sənədlərin saxtalaşdırılaraq iddiaçının əmək müqaviləsinə xitam verildiyini göstərir.

14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, İddiaçı ilə ilk dəfə xx.xx.2017-ci ildə Cavabdeh 6 saylı poçt filialının 52 saylı şöbəsinə sosial analıq yerinə poçtalyon vəzifəsinə təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş və 13 iy ul 2017-ci il tarixində həmin vəzifəyə təyin edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2018-ci il tarixdə 108 saylı poçt şöbəsinə sosial məzuniyyət yerinə əməliyyatçı vəzifəsinə keçirilməsi ilə bağlı ərizə təqdim etmiş və buna cavab olaraq onun əsas 13 iyul 2017-ci il tarixli əmək müqaviləsinə əlavə olaraq 19 mart 2018-ci il tarixində bağlanmış müddətli əmək müqaviləsi ilə həmin vəzifəyə keçirilmişdir. Daha sonra İddiaçı 12 sentyabr 2019-cu ildə həmin filialın 8 saylı poçt şöbəsinə əməliyyatçı vəzifəsinə keçirilməsi ilə bağlı yeni ərizə yazmış və bu ərizəyə əsasən 10 oktyabr 2019-cu ildə həmin vəzifəyə keçirilməsi ilə bağlı onun əsas əmək müqaviləsinə əlavə olaraq əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi və əmək bildirişindən məlum olduğu kimi iddiaçı ilk iş yerinə sosial analıq yerinə p oçtalyon təyin edilmişdir. Bu da onu deməyə əsas verir ki, onunla bağlanmış əmək müqaviləsi dolayısı ilə müddətlidir. Son olaraq iddiaçı 13 aprel 2020-ci il tarixində ərizə ilə 8 saylı poçt şöbəsindən 52 saylı poçt şöbəsinə əməliyyatçı vəzifəsinə keçməklə bağlı müraciət etmişdir. Buna əsasən iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixində yenə də əsas 13 iyul 2017-ci il tarixli əmək müqaviləsinə əlavə olaraq müddətli əmək müqaviləsi imzalanmış və son tarix kimi 13 oktyabr 2020-ci il tarixi qeyd olunmuşdur. Həmin əmək müqaviləsi eyni tarixdə həm işçi, həm işəgötürən tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Göründüyü kimi, işçi öz iradə ifadəsi ilə müddətli əmək müqaviləsinə razılıq vermişdir. Məhkəməyə təqdim olunmuş əsas və ona əlavə edilmiş müqavilələrdən, İddiaçı ərizələr indən, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən göründüyü kimi əsas 13 iyul 2017-ci il tarixli əmək müqaviləsindən başlayaraq iddiaçı ümumilikdə 4 il 3 ay əmək fəaliyyəti ilə məşğul olmuş və 13 oktyabr 2021-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmiş və son haqq hesabı ödənilmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-455/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-nin 2464 nömrəli, 13 oktyabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-nin 1 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsinin əməliyyatçısı vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona əmək haqqı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 13 iyul 2017-ci il tarixdən başlayaraq tərəflər arasında bir neçə dəfə əmək müqaviləsi bağlanmış bununla əlaqədar, tərəflər arasında əmək münasibətlərinin ümumi davamlılığı 4 il 3 ay təşkil etmişdir. Əmək funksiyalarının yerinə yetirilməsi xarakterinə görə iddiaçının tutduğu vəzifə daimi xarakter daşıyır, ona görə də, müddətli əmək müqavilələrinin bağlanması hüquqi əsaslarla şərtləndirilməmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun gəl məsi barədə cavabdehin dəlili əsassızdır. Qanunun yuxarıda göstərilən normasına uyğun olaraq müddətli əmək müqaviləsi bağlanmasının şərti hüquq bərabərliyi prinsipinə əməl olunmaqla tərəflərin qarşılıqlı razılığıdır. Öz növbəsində qarşılıqlı razılaşma özlüyündə işçinin iş almaq arzusu ilə şərtlənən məcburi razılaşması deyil, həqiqi razılaşma deməkdir. Bununla əlaqədar olaraq, hüquq bərabərliyi prinsipi müddətli əmək müqaviləsi bağlanarkən həm işçinin, həm də, işəgötürənin bərabər vəziyyətidir. İddiaçı ilə xx.xx.2019-cu il tarixdə bağlanılmış müddətsiz əmək müqaviləsindən sonra xx.xx.2020-ci il tarixdə yenidən müddətli əmək müqaviləsi bağlanan zaman bərabər şərtlər təmin edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMCnin 6 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsində çalışan İddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin müddəti 13 oktyabr 2021-ci il tarixdə qurtarır.

18. Bununla yanaşı, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə ilkin olaraq bağlanmış 13 iyul 2017-ci il tarixli əmək müqaviləsindən sonra da bir neçə əmək müqaviləsi bağlanmış, sonuncu dəfə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən olunmuşdur. Bundan sonra iddiaçı ilə hər hansı digər əmək müqaviləsi bağlanmamışdır. Cavabdeh əmək müqaviləsinə dəyişiklik edilməsi və əmək müqaviləsi müddətinin məhz 13 oktyabr 2021-ci il tarixdə bitməsi ilə bağlı hər hansı əsası məhkəməyə təqdim etməmişdir. İddiaçı isə məhkəmə iclasında əmək müqaviləsində sonuncu dəyişikliklər barədə, yəni müddətin nə vaxt bitməsindən məlumatlı olmadığını bildirmişdir.

19. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən ləğv edilməsi qanunsuzdur, ona görə də, iddia tələbi xx.xx.2021-ci il tarixli, 2464 saylı əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi hissəsində əsaslıdır.

20. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, iddia tələbi xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi hissəsində əsassızdır, belə ki, iddiaçı tələbinin həmin hissəsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.6, 45.1, 47-ci maddənin “f” bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək müqaviləsi bağlanarkən işçinin də iradə ifadəsi orada aydın şəkildə öz əksini tapmışdır. Bununla əlaqədar olaraq, hüquq bərabərliyi prinsipi muddətli əmək müqaviləsi bağlanarkən həm işçinin həm də işəgötürənin bərabər vəziyyətidir. 13 iyul 20 17-ci il tarixli əsas əmək müqaviləsinə edilən əlavədən göründüyü kimi, xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsinə əlavə bağlanan zaman bərabər şərtlər təmin edilmişdir. İddiaçı müstəqil şəkildə əmək müqaviləsinin şərtləri ilə razılaşmış və iradə ifadəsinin göstəricisi kimi, müqaviləni imzalamışdır. İş materiallarında iddiaçının iradəsi ziddinə onun aldadılaraq əmək müqaviləsini imzalaması ilə bağlı heç bir sübuta rast gəlinməmişdir. Buna baxmayaraq məhkəmə bu məsələyə heç bir mötabər sübutlara əsaslanmadan qeyrihuquqi münasibət bildirmişdir. İş materiallarında olan əmək müqaviləsindən və ona edilmiş dəyişikliklərlə bağlı elektron bildirişdən də aydın şəkildə göründüyü kimi, iddiaçı ilə olan əmək müqaviləsi 2017-ci il 13 iyul tarixində müddətli bağlanmış, ondan sonra isə digər müq avilələrdə onun vəzifəsinin dəyişilməsi ilə bağlı ərizələri nəzərə alınaraq əmək müqaviləsinə əlavələr bağlanmışdır. Sonuncu əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı elektron əmək bildirişinə əsasən onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitmə tarixi kimi, 13 oktyabr 2021-ci il qeyd olunmuşdur. Məhkəmə bu sübutu mötəbər hesab etməmiş və əsaslı olmasına baxmayaraq nəzərə almamışdır. Bunun nəticəsində də qətnamədə 13 oktyabr 2021-ci ildə işçinin əmək müqaviləsinə xitam verilməsinə dair əsasın olmadığını qeyd edərək yanlış nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə əmək muqaviləsinə dəyişiklik edilməsi ilə bağlı elektron əmək bildirişinə əsasən bütün muqavilələr müddətli olmasına baxmayaraq 19 mart 2019-cu il əmək müqaviləsini əsassız olaraq müddətsiz hesab etmiş və bu zaman işlə bağlı təqdim olunan dəlilləri lazımınca düzgün qiymətləndirməmişdir

24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3805/2022 nömrəli iş üzrə 18 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Rafael Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bu tipli mübahisələrdə nəzərə alınmalıdır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələb lərinə ciddi riayət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür.

26. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.

27. Qeyd olunanl ara əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi qənaəti əsaslı hesab edərək, həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması hallarını müəyyən etməmişdir.

28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.6, 45.1, 47-ci maddənin “f” bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) K assasiya şikayətinin dəlilləri

29. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b)

31. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

32. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflər in razılaşdığı müddətə bağlanılır.

33. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

34. Maddə 46.6 Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Mülki Prosessual Məcəllə

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 2 17.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 41 8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3805/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar