Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4655/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili Quliyeva Nurlanə Nazim qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14294/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli 2(008)5429/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim S.Ş.Talıbov) iddia təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 11.400 ABŞ dolları borcun ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14294/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.K.Xəlilov), Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli 2(008)- 5429/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşi n halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə imzaladıqları qəbz əsasında ondan almış olduğu 11.400 ABŞ dolları məbləğində pulu və 30 manat ödənilmiş dövlət rüsumunun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehi həyat yoldaşının vasitəsi ilə uzun müddətdir ki, tanıyır. Aralarında səmimi münasibət olduğundan bir neçə dəfə pul almış və vaxtında qaytarmışdır. Cavabdehə inandığına görə ona 11.400 ABŞ dolları pulu Quliyeva Nurlananın iştirakı ilə vermişdir. Cavabdeh həmin pulu 30.04.2019-cu il tarixdə qaytaracağına söz vermiş və aralarında qəbz tərtib edilərək hər ikisi həmin qəbzə imza etmişlər. Razılaşdıqları vaxtdan xeyli müddət keçsə də, cavabdeh bo rcu qaytarmaqdan yayınır. Cavabdeh götürdüyü pul ilə Qazaxıstan Respublikasından kolbasa və içkilər gətirərək qazanc əldə edəcəyini, eləcədə işlədiyi “**” estetik klinakasına avadanlıq gətirəcəyini bildirmişdir. Aralarında olan münasibətlər qarşılıqlı etibara əsaslanmışdır. Lakin Cavabdeh pulu geri qaytarmaqdan yayındığına görə yaranmış mübahisənin həlli üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh pulu qaytarmaqdan yayındığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətn aməsinin ləğv edilib iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Quliyeva Nurlanə Nazim qızı kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkili Quliyeva Nurlanə Nazim qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayə tin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh vəkili Quliyeva Nurlanə Nazim qızının izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, o, İddiaçı 19.03.2019-cu il tarixdə borc məqsədi ilə aldığı 11.400 ABŞ dolları pulu 30.04.2019-cu il tarixində qaytaracağı barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştira kçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -882-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqınd a mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Apelyasiyası instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur, borc bilavasitə 19 mart 2019-cu il tarixdə verilməsə də, 19 mart 2019-cu il tarixli yazılı qəbzlə cavabdeh iddiaçı qarşısında borc öh dəliyini etiraf etmişdir. Cavabdeh apelyasiya şikayətində iddiaçıdan aylıq 15 faiz dərəcəsi ilə 5.000 ABŞ dolları məbləğində borc alması, hər ay 750 ABŞ dolları olmaqla cəmi 11250 ABŞ dolları məbləğində pul qaytarmasını, yazılı qəbzi hədə-qorxu təsiri altında verməsini bildirsə də, bu barədə məhkəməyə tutarlı sübut təqdim etmədiyindən apelyasiyası instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbində haqlıdır. Apelyasiyası instansiyası məhkəməsi cavabdeh tərəfə apelyasiya şikayətində qeyd olunan xüsusatlarla bağlı sübut təqdim etməyi təklif etmiş, lakin buna dair məhkəməyə tutarlı sübut təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş vəsatətlə Sumqayıt şəhər 4 saylı Notariat Kontorunun inzibati binasında sözügedən pul məbləğinin iddiaçı tərəfində n verilməməsinin sübutu kimi videogörüntülərin tələb edilməsinə gəldikdə isə apelyasiyası instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı özü də etiraf etmişdir ki, notariat kontorunun inzibati binasında 11.400 ABŞ dollarını cavabdehə verməmişdir, pulu ondan əvvəl vermişdir, pulu verməsinin sübutu kimi də aralarında imzalanmış qəbz var. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14294/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4655/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4655/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver