Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4655/2021 21.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi hüquq normalarının düzgün tətbiq olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-194/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 21 oktyabr 2021-ci il tari xdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstərildiyindən az olması və buna görə ödənilmiş artıq pul məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC ilə onun arasında 04.10.2011-ci ildə bağlanmış müqavilə üzrə ona satılmış mənzilin sahəsinin düzgün göstərilməməsi və buna görə artıq ödədiyi 6880 manat pul məbləğinin və 30 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, satıcı "xxxx" MMC ilə İddiaçı arasında 04 oktyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MM C xxx küçəsində inşa etdiyi 12 nömrəli binanın 3 otaqdan ibarət, ümumi sahəsi 93 kv.metr göstərilən xxx saylı mənzilini 39990 manata alıcı İddiaçı satmışdır.
3. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 15640 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla xxxx küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş 12 nömrəli binanın xxx saylı mənzilininin ümumi sahəsi 77,4 kv.metr müəyyən edilmişdir.
4. AR Ədliyyə Nazirliyi M əhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2020-ci il tarixli ekspert rəyi ilə xxx küçəsində inşa edilmiş 12 saylı binanın 3 otaqdan ibarət, ümumi sahəsi 93 kv.metr göstərilən xxx saylı mənzilinin ölçülərinin tikinti altı ümumi sahəsinin 92,9 m2 (11,45x8,55) - 5,0) təşkil etdiyi müəyyən edilir.
5. İddiaçı bildirir ki, 04 oktyabr 2011-ci ildə cavabdeh "xxxx" MMC ilə onun arasında mənzilin alqı-satqısına dair bağlanmış müqaviləyə əsasən cavabdehin xxx saylı mənzilini 39990 manata, yəni mənzilin hər kv.metrini 430 manata almış və bu günədək "xxxx" MMCyə mənzilin müqavilə ilə şərtləndirilmiş dəyərini tam olaraq ödəmişdir. Lakin, mənzilin təmiri zamanı müəyyən etmişdir ki, mənzilin faktiki sahəsi 93 kv.metr yox, 77 kv.metr, yəni müqavilədə razılaşdırılmış sahədən 16 kv.metr azdır. Bununla əlaqədar "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC-də mənzilin sahəsinin təxminən 9 kv.metr az olduğunu təsdiqləyərək, bunu mənzilin sahəsi ölçülərkən divarların tutduğu sahənin nəzərə alınmaması ilə əlaqələndirmişlər. Cavabdehə dəfələrlə şifahi müraciət etsə də qeyd etdiyi problem həllini tapmamışdır. O, sözügedən evin proyektində heç bir dəyişiklik etməmişdir. Ona evə dair layihə verilməmişdir. Ev çöl hissədən ölçülsə belə mənzilin sahəsi müqavilədə qeyd olunduğundan kəskin fərqlənməməli idi.
6. Cavabdehin nümayəndəsi bildirir ki, iddia tələbi əsassızdır. İş materiallarından göründüyü kimi "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış 04 oktyabr 2011-ci il tarixli Müqavilə əsasında xxx saylı mənzil vahid əmlak dəyərini təşkil edən 39990 manat ödənilmək şərti ilə satılmışdır. Tərəflər arasında, yəni satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında 24 avqust 2016-cı il tarixdə Mənzilin təhvil verilməsi və digər münasibətlərlə bağlı Razılaşma Protokolu imzalanmış və bunun əsasında mənzil alıcıya təhvil verilmişdir. X2 ümumi müddəasında, xxx saylı mənzilini eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri, eyvanın qoruyusu konstruksiyaları daxil olmaqla eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla 93 kv.m. ümumi sahəsini yoxlayıb təhvil alanın istifadəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Abşeron Rayon Məhkəməsinin 2(012)-93/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "X” MMC tərəfindən xxx küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş 12 nömrəli binanın 3 o taqdan ibarət 60 saylı mənzilinin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 6708 (altı min yeddi yüz səkkiz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın "X” MMC-dən alınaraq İddiaçı verilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən ekspertizaya görə 100 (yüz) manat ekspertiza xərcinin "X” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi SAP (XİİS) hesabıDövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN- **********; müxbir hesabAZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE******************** qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışd ır ki, 04 oktyabr 2011-ci il tarixli müqavilədə "xxxx" MMC tərəfindən İddiaçı satılmış xxxx küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş 12 nömrəli binanın 3 otaqdan ibarət xxx saylı mənzilinin ümumi sahəsi 93 kv.metr olduğu göstərilsə də AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 15640 saylı ekspert rəyinə əsasən sözügedən mənzilin ümumi sahəsinin 77,4 kv.metr olduğu müəyyən edilmişdir. Belə olduğu halda hər kv.metr sahənin 430 manat (39990 AZN ÷ 93 m2) təşkil etdiyini nəzərə alaraq İddiaçı artıq alınmış 6708 manat pul vəsaiti (39990- (77,4 m2 × 430 AZN) ) "xxxx" MMC tərəfindən iddiaçıya geri qaytarılmalıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442, 445.2.1, 646.1, 646.2, 568.1, 649, Mülki Prosess ual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-194/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova - sədrlik edən və məruzəçi, T.Quliyev və G.Tağızadə) cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-93/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstərildiyindən az olması səbəbindən ödənilmiş artıq pul məbləğinin qaytarıl ması” tələbinə dair iddiasının təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri üçün 100 (yüz) manat pulun İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
12. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, müqavilənin mənzilin sahəsi ilə bağlı şərtlərini onun bağlanması zamanı tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq həqiqi iradə ifadəsinin nədən ibarət olması, habelə həmin dövrdə yaşayış sahələrinin podrat müqaviləsi üzrə tikintisi zamanı təhvil veriləcək sahənin hesablanması ilə bağlı (mənzilə daxil olan bütün sahələrin: divaraltı, sanitar qovşaq, balkon, şaxta daxil olmaqla) formalaşmış işgüzar adətləri nəzərə alın malıdır.
13. Belə ki, mübahisəli mənzilin ölçülərinin tikinti altı ümumi sahəsinin nə qədər olması, mənzilin otaqlarının mövcud olçülərinin layihə-plan sxeminə uyğun gəlibgəlməməsi, podrat müqaviləsi üzrə yaşayış sahəsinin tikintisi zamanı təhvil veriləcək sahə hesablanarkən mənzilə daxil olan bütün sahələr- divaraltı, sanitar qovşaq, balkon, şaxta daxil olmaqla-nəzərə alınıb-alınmamasının müəyyən edilıməsi üçün işə apelyasiya baxışında iş üzrə ekspertiza təyin edilmişdir.
14. İş materiallarına əlavə edilmiş 30 dekabr 2020-ci il tarixli, 10/2170 saylı ekspert rəyi ilə xxx saylı mənzilin ölçülərinin tikinti altı ümumi sahəsi 92,9m2 (11,45x8,55) - 5,0) təşkil etdiyi müəyyən edilir.
15. Göründüyü kimi, mübahisələndirilən mənzilin sahəsinin 92,9 m2 olması iş materiallarına əlavə edilmiş eksper t rəyi ilə təsdiq edilir.
16. Bununla da iddiaçının iddia etdiyi kimi, mənzilin sahəsinin 77 kv.metr olması və müqavilədə göstəriləndən 16 kv.metr az olması ekspert rəyi ilə təkzib edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 04 oktyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsində nəzərə tutulan mənzili tam sahəsi ilə, yəni 93 kv. m-dən ibarət olmaqla təhvil verməmişdir. Apelyasiya instansiyası məhkəməsi isə bu hala düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlil ləri
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Şəhərsalma və Tikinti Məcəlləsi
26. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (maddə 59.1)
27. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habe lə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. (maddə 59.2)
28. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. (maddə 59.3) “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydaları
29. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsal larına vurulmaqla hesablanır. (3.8-ci bənd) Mülki Prosessual Məcəllə
30. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
31. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
32. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
33. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
34. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olma larını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
36. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
38. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (33)
39. İş materiallarından görünür ki, hazırkı mübahisə mənzilin faktiki sahəsinin alqısatqı müqaviləsində nəzərdə tutulmuş sahədən az olması əsasına görə artıq ödənilmiş pulun qaytarılmasından ibarətdir.
40. Bununla bağlı iddiaçının dəlili ondan ibarətdir ki, cavabdeh 04 oktyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsində nəzərə tutulan mənzili tam sahəsi ilə, yəni 93 kv. m-dən ibarət olmaqla ona təhvil verməmişdir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitə si Kollegiyasının 04.12.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarına əsasən mənzilin sahəsi hesablanarkən mənzilin bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmamalıdır. Bundan başqa balkon və terras sahələri 0.3 əmsallarına vurulmaqla hesablanmalıdır. Belə olan halda mənzilin faktiki sahəsi 77 kv.m-dir. Ona görə də 16 kv.metrə görə artıq ödənilmiş 6880 manat cavabdehdən tutulmalıdır.
41. Beləliklə, hazırkı mübahisə mənzilin faktiki sahəsinin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş sahəsindən az olması ilə bağlı olduğundan və bu sahədə hüquqi tənzimləmə Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin müddəaları, o cümlədən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04.12.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydaları ilə tənzimləndiyindən iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən hazırkı mübahisəyə qeyd edilən normativ hüquqi aktların müddəalarını deyil, işgüzar adətləri tətbiq etmişdir.
42. Mülki Məcəllənin 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
43. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilə n işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
44. Göründüyü kimi işgüzar adətlər yalnız mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə tətbiq edilir.
45. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə mübahisəyə Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin müddəalarına, o cümlədən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04.12.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının müddəalarını tətbiq etməklə hüquqi qiymət verməli və müvafiq qətnamə qəbul etməlidir.
46. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
47. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
48. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-194/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.