Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4657/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4657/20 (Açar sözlər: mənzil uçotu, mənzillə təmin edilmə öhdəliyi ) Bakı şəhəri, 12 oktyabr 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı qızının nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil, Cavabdeh vəkili İsmayılov Eldəniz Nəsrəddin oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı «mənzillə təmin olunma» tələbinə dair mülk i iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020 il tarixli 2(103)-2374/2020 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 12 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının məhrum həyat yoldaşı X3 xx xxxx 2013-cü il tarixli ərizə ilə Cavabdehnə müraciət edərək, 1997-ci il tarixdən beş nəfər ailə tərkibi ilə mənzil uçotuna dayanmasını nəzərə alaraq, onun xxx inşa edəcəyi yaşayış binasından mənzil almaq üçün kooperativə üzv qəbul edilməsini xahiş etmişdir. 2.X3 xx xxxxxxxx 2013-cü il tarixli ərizə ilə Cavabdehnə müraciət edərək, 1997-ci ildən mənzil növbəsində olduğunu, ailə tərkibinin beş nəfərdən ibarət olması, mənzil bölgüsü zamanı xxx prospektində tikilən bir girişli yaş ayış binasının giriş xxx nömrəli mənzili seçdiyini, maaşının az olduğuna görə qeyd etdiyi mənzilə pul ödəməyə imkanı olmadığından həmin mənzildən imtina etdiyini bildirmiş və maaşına uyğun olan gələcəkdə xxx inşa edəcəyi yaşayış binasından mənzil bölgüsü olarsa ona köməklik göstərilməsini xahiş etmişdir.
3. X3 xx xxxxxx 2014-cü il tarixdə işemik insult səbəbi ilə Bakı şəhərində ölmüşdür.
4. X1 xx xxxxxx 1997-ci il tarixli mənzil uçotu bərpa edilmiş və xx xxxxxx 2018-ci il tarixli 14 nömrəli protokolla həmin tarixdən mənzil uçotunun həyat yoldaşı İddiaçı adına keçirilməsi qərara alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə onun mənzillə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələb i onunla əsaslandırılıb ki, mərhum əri X3 uzun müddət Azərbaycan Dövlət Neft Şirkətinin xxx-də işləmişdir. xx xxxxxx 1997-ci il tarixdə həmin müəssisədə mənzil növbəsinə dayanmışdır. İş yeri üzrə ümumi mənzil siyahısında 119-cu, güzəştlilər siyahısında isə 62-ci sırada olmuşdur.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və mənzil növbəsi onun adına rəsmilləşdirilmişdir. Mərhum əri uzun müddət Azərbaycan Dövlət Neft Şirkətində çalışmış və onun inkişafı üçün əlindən gələni etmişdir. Lakin onun ailəsi bu gün də yataqxana tipli mənzildə yaşamağa məcburdur.
8. Cavabdeh təşkilat onu mənzillə təmin etmir.
9. İddiaçı tələbinin hüquqi əsası kimi xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 28-ci maddəsinə istinad etmişdir.
10. Cavabdeh nümayəndəsi birinci instansiya məhkəmə sində iddia ərizəsinə yazılı etiraz vermişdir.
11. Etirazda ona istinad edilmişdir ki, SOCAR üzrə mənzil uçotunda olan şəxslər pay haqqının müəyyən hissəsini ödəmək şərtilə, xxx tərəfindən inşa olunan mənzillər ilə təmin olunurlar. SOCAR və ANQSİ Həmkarlar İttifaqı Respublikası Komitəsinin xx xxxx 2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-05-000006/3-1İƏ nömrəli əmr-qərarı ilə təsdiq edilmiş 20142016-cı illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.2-ci bəndində qeyd olunmuşdur ki, tərəflər şirkətin qurumlarında çalışan işçilərin sosial rifah halının gücləndirilməsi, onların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi məqsədilə, xxx mənzil-tikinti kooperativinə üzvlüyü barədə Qaydalar”a uyğun olaraq, şirkətin işçilərini mərkəzləşdirilmiş qaydada kooperativ mənzillə təmin olunmasını təşk il edir. SOCAR və ANQSİ Həmkarlar İttifaqı Respublikası Komitəsinin xx xxxx 2014-cü il tarixli ARDNŞ/141000/01/SM-05-000005/3-02ə nömrəli əmr-qərarı ilə təsdiq edilmiş “SOCAR-ın işçilərinin “Neftçi” mənzil-tikinti kooperativinə üzvlüyü barədə Qaydalar”ının 3.13-cü bəndinə əsasən, X3 vəfat etdikdən sonra, onun ailə üzvü İddiaçı eyni şərtlərlə xxx qəbul edilmişdir (hal-hazırda 178-ci növbədədir). Qaydaların 3.13-cü bəndinə əsasən, kooperativ üzvü vəfat etdikdə onunla birlikdə uçota götürülmüş ailə üzvlərindən biri digər ailə üzvlərinin razılığı ilə eyni şərtlərlə Koorperativin üzvlüyünə qəbul edilə bilər.
12. Qaydaların4.1-ci və 4.2 bəndlərinə əsasən, Kooperativə üzv qəbul edilmiş şəxs mənzillə təmin olunan zaman, pay haqqının müəyyən hissəsi, növbədə olduğu illərə proporsional olaraq, SOC AR tərəfindən ödənilir. Qaydaların 4.1-ci bəndinə əsasən, kooperativə üzv qəbul edilmiş şəxslər ödəməli olduqları, pay haqqını kooperativlə aralarında bağladıqları müqaviləyə müvafiq olaraq ödəyirlər. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, bu qaydaların 2.1.1., 2.1.3. və 2.1.5-ci bəndlərinə əsasən, Kooperativə üzv qəbul edilmiş şəxslərin pay haqlarının müəyyən hissəsi SOCAR tərəfindən ödənilir. Pay haqlarının üzvlər tərəfindən ödənilən hissələri SOCAR-ın Şurasının Qərarı ilə müəyyən edilir.
13. SOCAR-ın daxili normativ sənədlərinə əsasən, mənzil uçotunda olan şəxslər mənzillə təmin olunan zaman, pay haqqının müəyyən hissəsi SOCAR tərəfindən, qalan hissəsi işçi tərəfindən ödənilir. Qeyd olunan normalara əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqı ödəməklə mənzil əldə etmək hüququn u əldə edir.
14. Buna görə də İddiaçı tamamilə pulsuz olaraq mənzillə təmin olunması ilə əlaqədar iddiasının heç bir hüquqi əsası yoxdur.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)4770/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh üzərinə İddiaçı mənzil ilə təmin edilməsi məsələsinə baxılması öhdəliyi qoyulmuş, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Gültəkin Əsədova)
16. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, SOCAR-ın daxili normativ sənədlərinə əsasən, mənzil uçotunda olan şəxslər mənzillə təmin olunan zaman pay haqqının müəyyən hissəsi SOCAR tərəfindən, qalan hissəsi işçi tərəfindən ödənilir. Qeyd olunan normalara əsasən, mənzil-tikinti kooperativini n üzvü pay haqqı ödəməklə mənzil əldə etmək hüququnu əldə edir.
17. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, İddiaçı mənzillə təmin edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə iddia tələbi əsassızdır.
18. Bununla belə, məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh şirkətin qurumlarında çalışan işçilərin sosial rifah halının gücləndirilməsi, onların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi məqsədilə, “SOCAR-ın işçilərinin “Neftçi” mənzil-tikinti kooperativinə üzvlüyü barədə Qaydalar”a uyğun olaraq, şirkətin işçilərini mərkəzləşdirilmiş və növbəlilik qaydasında kooperativ mənzillə təmin olunmasını təşkil etmək kimi tədbirlərinin həyata keçirilməsinin zəruriliyi baxımından, Cavabdeh üzərinə İddiaçı mənzillə təmin edilməsi məsələsinə baxılması öhdəliyi qoyulmalıdır.
19. Məhkəm ə gəldiyi nəticəni belə əsaslandırıb ki, “Cavabdeh işçilərinin “Neftçi” mənzil-tikinti kooperativinə üzvlüyü barədə Qaydalar”ın təsdiq olunması barədə xx xxxx 2014-cü il tarixli əmr-qərarın 4.3-cü maddəsinə əsasən, Bu Qaydaların 2.1.4-cü bəndinə əsasən Kooperativə üzv qəbul edilmiş şəxslərin Pay haqqı və ya onun müəyyən hissəsi ARDNŞ tərəfindən ödənilə bilər. Üzvlər tərəfindən Pay haqqı və ya onun müəyyən hissəsinin ödənilməsi ARDNŞ-nin prezidentinin sərəncamı əsasında müəyyən edilir.
20. Məhkəmə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 218.3; Azərbaycan SSR Mənzil Məcəlləsinin 33, 34, 35; “Cavabdeh işçilərinin “Neftçi” mənziltikinti kooperativinə üzvlüyü barədə Qaydalar”ın təsdiq olunması barədə xx xxxx 2014-cü il tarixli əmr-qərarın 2.1.4, 3.13, 4.3-cü bəndinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı qətnamədən apelyasiya şikayəti verib.
22. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, “Əlillərin hüquqları haqqında” Konvensiyanın 6-cı maddəsi; “İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt”ın 3 və 11-ci maddələri; “Əlillərin sosial müdafiəsi haqqında”xxxx“Müəssisələr haqqında” Qanunun 37-ci maddəsi; Əmək Məcələsinin 12, 297-ci maddələri; Mənzil Məcəlləsinin 1.3, 38-ci maddələri; Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunu 16-cı maddəsinin tələbləri pozulub.
23. İddiaçı apelyasiya şikayətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli № 2(005)-4770/2019 saylı qətnaməsini ləğv edilib, iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılm asını xahiş etmişdir.
24. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti də qətnamədən apelyasiya şikayəti verib.
25. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılıb ki, SOCAR-ın daxili normativ sənədlərinə əsasən, mənzil uçotunda olan şəxslər mənzillə təmin olunan zaman pay haqqının müəyyən hissəsi SCCAR tərəfindən, qalan hissəsi işçi tərəfindən ödənilir. Qeyd olunan normalara əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqı ödəməklə mənzil əldə etmək hüququnu əldə edir. Məhz bu səbəbdən İddiaçı tərəfindən tamamilə pulsuz olaraq mənzil ilə təmin olunması ilə əlaqədar iddiasının heç bir hüquqi əsası yoxdur.
26. Birinci instansiya məhkəməsi iddiaçının mənzililə təmin edilməsi məsələsinə baxılması öhdəliyinin cavabdehin üzrəinə qoyulmasını qət etməklə iddia tələbindən kənar a çıxmışdır.
27. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
28. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020 il tarixli 2(103)2374/2020 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)4770/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdehnə qarşı iddiası təmin edilməmişdir.(hakimlər Fuad Talışınski(sədrlik edən və məruzəçi) Rəfael Eyvazov, Zaur Əliyev)
29. Apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri (qanunvericiliyin tətbiqi) üzrə səhv nəticəyə gəlmişdir.
30. Ape lyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mərhum əri kooperativ mənzil uçotunda olmuş, bu uçot iddiaçıya münasibətdə bərpa edilmişdir. Buna dair əlavə vəzifələrin müəyyən edilməsi və burada tənzimlənən şərtləri dəyişdirmək məhkəmə səlahiyyətlərinə aid olmayan, hüquqlardan sui-istifadəyə şərait yaradımasına xidmət edən hal kimi yolverilməzdir.
31. Apelyaisya məhkəməsi gəldiyi nəticəni Mənzil Məcəlləsinin (qüvvədən düşmüş) 109, 117, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı qətnamədən kassasiya şikayəti verib.
33. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyasının qətnaməsi əlillərin sosial müdafi əsi haqqında yerli və beynəlxalq qanunvericiliyə zidd olmuşdur. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
34. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmuşdur.
35. Etirazda kassasiya şikayətinin dəlilləri əsassız sayılaraq, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edilmişdir. c) Kassasiya icraatı iştirakçılarının izahatları
36. Məhkəmə iclasında İddiaçı qızının nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
37. Məhkəmə iclasında Cavabdeh vəkili İsmayılov xxx kassasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi (xx xxxxxxx 2009-cu ilədək qüvvədə olan) Maddə
109. Mənzil şəraitini yaxşılaşdırmağ a ehtiyacı olan vətəndaşlar mənzil-tikinti kooperativinə daxil olmaq və orada mənzil almaq ixtiyarına malikdirlər. Maddə
117. Mənzil-tikinti kooperativi üzvünün, habelə onun ailə üzvlərinin hüquq və vəzifələri, yaşayış sahəsindən istifadə şərtləri və istifadəyə xitam verilməsi əsasları kooperativin nizamnaməsi ilə müəyyən edilir. Mənzil-tikinti kooperativi nizamnaməsində aşağıdakılar nəzərdə tutulur: yaşayış sahəsinin kirayəyə verilməsi və yaşayış sahəsindən müvəqqəti sakinlər köçürülməsi qaydası; müvəqqəti başqa yerə getmiş kooperativ üzvünün və onun ailə üzvlərinin mənzil hüququnun saxlanması şərtləri; pay yığımı bölüşdürülərkən yaşayış sahəsindən istifadə qaydası və mənzil-tikinti kooperativi evində yaşayış sahəsindən istifadənin başqa şərtləri. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhk əmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1.Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmı r. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq müna sibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
42. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
43. Apelyasiya instansiyası işin faktiki hallarına əsasən iddiaçının mərhum ərinin kooperativin mənzil uçotunda olmasını, bu uçotun iddiaçıya münasibətdə bərpa edilməsini müəyyən etmişdir.
44. İddiaçı mənzillə pu lsuz təmin edilməsini xahiş etsə də, məhkəmələr cavabdehin iddiaçını pulsuz mənzillə təmin etmək öhdəliyi daşımamasını müəyyən edib.
45. Əksinə, məhkəmələr müəyyən edib ki, SOCAR-ın daxili normativ sənədlərinə əsasən, mənzil uçotunda olan şəxslər mənzillə təmin olunan zaman pay haqqının müəyyən hissəsi SOCAR tərəfindən, qalan hissəsi işçi tərəfindən ödənilir.
46. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X3 xx xxxxxxxx 2013-cü il tarixli ərizə ilə Cavabdehnə müraciət edərək, 1997-ci ildən mənzil növbəsində olduğunu, ailə tərkibinin beş nəfərdən ibarət olmasını, mənzil bölgüsü zamanı xxx prospektində tikilən bir girişli yaşayışbinasının xxx mənzili seçdiyini, maaşının az olduğuna görə qeyd etdiyi mənzilə pul ödəməyə imkanı olmadığından həmin mənzildən imtina etdiyini bildirmiş v ə maaşına uyğun olan gələcəkdə mənzil-tikinti kooperativinin inşa edəcəyi yaşayış binasından mənzil bölgüsü olarsa, ona köməklik göstərilməsini xahiş etmişdir.
47. Cavabdeh İşlərinin “Neftçi” mənzil-tikinti kooperativinə üzvlüyü barədə Qaydalarının 2-ci və 2.1.4-cü bəndlərinə əsasən, ARDNŞ-nin prezidenti tərəfindən müstəsna hal kimi fərdi qaydada müəyyən edilən şəxslər ilk növbədə Kooperativin üzvü ola bilərlər. Həmin Qaydaların 3.13-cü maddəsinə əsasən, kooperativ üzvü vəfat etdikdə onunla birlikdə uçota götürülmüş ailə üzvlərindən biri digər ailə üzvlərinin razılığı ilə eyni şərtlərlə Kooperativ üzvlüyünə qəbul edilə bilər. Razılıq olmadıqda isə məsələ qanunvericiliyə uyğun vərəsəlik qaydasında həll edilir. Həmin Qaydaların 4.3-cü maddəsinə əsasən, Bu Qaydaların 2.1.4-cü bəndinə əsasən K ooperativə üzv qəbul edilmiş şəxslərin Pay haqqı və ya onun müəyyən hissəsi ARDNŞ tərəfindən ödənilə bilər. Üzvlər tərəfindən Pay haqqı və ya onun müəyyən hissəsinin ödənilməsi ARDNŞ-nin prezidentinin sərəncamı əsasında müəyyən edilir.
48. Göründüyü kimi, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları iddiaçının pulsuz mənzillə təmin edilməsi barədə tələbinin təmin edilməsini istisna etmişdir.
49. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
50. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi, qətnamənin əlillərin sosial müdafiəsi haqqında yerli və beynəlxalq qanunvericiliyə zidd olması barədə şikayətin dəlilləri əsassızdır.
51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020 il tarixli 2(103)2374/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.