Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-466/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarədə olan torpaqdan çıxarma, tikilinin sökülməsi, ekspert rəyi, tələbin sübuta yetirlməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarma və tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-135/2023 saylı mülki iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 29 yanvar 2024-cü il tarixd ə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il, reyestr nömrəsi **********25 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №1329529 nömrəli Çıxarışa əsasən, ünvandə yerləşən Bərdə rayon Bəcirəvan Bələdiyyəsinin mülkiyyətində 0.70 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi icarə hüququ ilə İddiaçı məxsusdur.
2. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il, reyestr nömrəsi **********54 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bərdə rayon Bəcirəvan kəndində yerləşən Bərdə rayon Bəcirəvan Bələdiyyəsinin mülkiyyətində 0.28 ha kənd təsərrüfat təyinatlı torpa q sahəsi icarə hüququ ilə İddiaçı məxsusdur.
3. Həmçinin qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il, reyestr nömrəsi **********78 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bərdə rayon Bəcirəvan kəndində yerləşən Bərdə rayon Bəcirəvan Bələdiyyəsinin mülkiyyətində 0.0277 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində icarə hüququ ilə Cavabdeh məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Bərdə rayon Məhkəməsinə müraciət edərək, icarəsinə verilmiş 0.70 ha torpaq sahəsində Cavabdeh (bundan sonra “cavabdeh”) inşa etdiyi tikintinin sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul olunması nı xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon Bəcirəvan kəndi ərazisində 0.70 ha torpaq sahəsi iddiaçının icarəsindədir. Torpaq sahəsinin icarəsinə verilməsinə dair ******* saylı çıxarış verimişdir. Həmin torpaq sahəsi iddiaçıya kənd təsərrüfatının inkişafı üçün 45 il müddətinə icarəyə verilib. Mübahisəli torpaq sahəsində cavabdeh heç bir əsas olmadan qanunsuz olaraq tikinti işləri aparır. İddiaçı dəfələrlə cavabdehə həmin torpaq sahəsində qanunsuz tikinti işləri aparmasına etiraz etmiş və bu barədə aralarında mübahisələr olmuşdur. Buna baxmayaraq, kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulmuş torpaq sahəsində cavabdeh zorla tikinti işləri aparır, qanunsuz olaraq obyekt tikdirir.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1-ci, Torpaq Mə cəlləsinin 49 və 111-ci maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək, iddiaçının torpağını zəbt etmədiyini, tikinti işlərini özünə məxsus olan torpaq sahəsində apardığını bildirmişdir.
8. Birinci instansiya məhkəməsi Bərdə rayonu, Bǝcirəvan kəndində yerləşən iddiaçının icarəsində olan 0.70 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi məsələsinə aydınlıq gətirilməsi məqsədilə 19 iyul 2022-ci il tarixli qərardadla ekspertiza təyin etmiş, ekspertizanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssislərinə tapşırmışdır.
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin Rəyinə əsasən iddiaçı və cavabdehin iştirakı ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********25 reyestr nömrəli RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının icarəsinə verilmiş 0.70 ha torpaq sahəsinin koordinatları ilə müqayisələndirildi. İddiaçıya sənəd üzrə verilmiş 0.70 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Cavabdeh tərəfindən aparılan tikinti işləri Seriya RX ******* saylı çıxarışa əsasən Bərdə rayonu, Bǝcirəvan kəndində yerləşən iddiaçının icarəsində olan 0.70 ha torpaq sahəsində aparılmır.
10. İddiaçı tələbini artıraraq icarəsinə verilmiş 0.70 ha və 0.28 ha torpaq sa həsində cavabdehin qanunsuz inşa etdiyi tikintinin sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Həmçinin iddiaçı ekspertiza təyin edilməsi barədə vəsatət verərək, ekspertiza qarşısında ümumilikdə 0.98 ha torpaq sahəsinin nöqtələrinin müəyyən edilməsi və cavabdehin hansı hissədə həmin torpaqdan istifadə etməsi barədə sual qoyulmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsi Bərdə rayonu, Bǝcirəvan kəndində yerləşən iddiaçının icarəsində olan 0.70 ha və 0.28 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi məsələsinə aydınlıq gətirilməsi məqsədilə 12 oktyabr 2022-ci il tarixli qərardadla ekspertiza təyin etmiş, ekspertizanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarə sinin mütəxəssislərinə tapşırmışdır.
13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəyə əsasən cavabdehin iştirakı ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək Bərdə rayonu, Bǝcirəvan kəndində yerləşən iddiaçının icarəsində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.70 ha torpaq sahəsi və ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.28 ha torpaq sahələrinin koordinatları ilə müqayisələndirildi. İddiaçıya sənəd üzrə verilmiş 0.70 ha və 0.28 ha torpaq sahələri cavabdeh tərəfindən istifadə olunmur. İddiaçının icarəsində olan 0.70 ha və 0.28 ha torpaq sahələrində cav abdeh tərəfindən hər hansı tikinti işləri aparılmır.
14. Bərdə Rayon Məhkəməsinin 2(021)-176/2023 saylı 07 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməməişdir. (hakim-Q.Əbilov)
15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bərdə rayonu, Bəcirəvan Bələdiyyəsinin mülkiyyətində 0.70 ha və 0.28 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi icarə hüquqi ilə iddiaçının adına rəsmiləşib. Həmçinin Bərdə rayon, Bəcirəvan Bələdiyyəsinin mülkiyyətində 0.0277 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi icarə hüququ ilə cavabdehə məxsusdur.
16. Birinci instansiya məhkəməsi mütəxəssis rəyinə əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçıya sənəd üzrə verilmiş 0.70 ha və 0.28 ha torpaq sahələri cavabdeh tərəfindən istifadə olunmur. İddiaçıya məxsus həmin torpaq sahələrinə cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılmır.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsin 152.1, 241.2-ci, Torpaq Məcəlləsinin 84-cü (1-ci hissə) və 111-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayətinin dəlilləri belə olmuşdur ki, işə baxan məhkəmə iş üzrə torpaqşünaslıq ekspertizası təyin etməmiş, mütəxəssis rəyinə əsaslanaraq qərar qəbul etmişdir. Hakim mübahisəli əraziyə əyani baxış keçirməmişdir. Belə ki, cavabdeh 50 metr uzunu, 15 metr enində qaz turbasının üstündə magistral yola aid olan hissəni zəbt etmişdir. Həmçinin iddiaçıya məxsus 0.98 ha torpaq sahəsini də keçərək mişar daşdan barı çəkdirmişdir. İş üzrə torpaqşünaslıq ekspertizası təyin edilməklə qaz xəttinin üzərində və yolun qoruq zolağında obyektin tikilib-tikilməməsinə icazənin verilməsi aydınlaşdırılmalıdır.
20. İddiaçı apelyasiya baxışında ekspertiza keçirilməsi barədə ayrıca vəsatət də vermişdir.
21. Apellyasiya instansiyası məhkəməsi zamanı xx.xx.2023-cü il tarixli qərardadla mühəndis-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Məhkəmə Ekspertizası Mərkəzinə tapşırmışdır.
22. Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 10/4637 saylı rəyi ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.70 ha torpaq sahəsi və ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.28 ha torpaq sahələrinin koordinatları ilə müqayisələndirilmiş və iddiaçıya sənəd üzrə verilmiş 0.70 ha və 0.28 ha torpaq sahələrinin cavabdeh tərəfindən istifadə olunmadığı müəyyən olunmuşdur. İddiaçının 0.70 ha və 0.28 ha torpaq sahələrində cavabdeh tərəfindən hər hansı tikinti işlərinin aparılmadığı müəyyən edilmişdir.
23. Apellyasiya baxışında iddiaçı göstərmişdir ki, onun ərizəsi əsasında tikintitexniki ekspertizası təyin edilsə də, əldə edilmiş xx.xx.2023-cü il tarixli, 10/4637 saylı rəy kifayət qədər aydın deyildir. O, həmin rəylə də razılaşmır.
24. Apellyasiya baxışında cavabdeh apellyasiya şikayətinə etiraz edərək, göstərmişdir ki, o, iddiaçının torpaq sahəsini zəbt etməmiş və orada hər hansı tikinti işləri aparmamışdır. O, reyestr nömrəsi **********78 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla onun icarəsinə verilmiş torpaq sahəsindən verildiyi vaxtdan, yəni 2022-ci ildən istifadə edir.
25. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-135/2023 saylı 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov, Şamil Rzaquliyev)
26. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı icarəsində olan Bərdə rayonu, Bəcirəvan kəndi ərazisində yerləşən 0.70 ha və 0.28 ha torpaq torpaq sahələrinə müdaxilə edilməklə cavabdehin orada mişar daşından barı tikdirdiyini göstərsə də, iş materialları ilə həmin hal təkzib olunur. Belə ki, iddiaçının apellyasiya dəlillərinin araşdırılması və cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə edilməklə tikili inşa edilibedilməməsinin müəyyən edilməsi məqsədilə tikinti-texniki ekspertizası təyin edilmişdir.
27. Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 10/4637 saylı rəyi ilə iddiaçının icarəsində olan 0.70 ha və 0.28 ha torpaq sahələrinin cavabdeh tərəfindən istifadə olunmadığı və orada hər hansı tikinti işlərinin aparılmadığı müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (vəkil-Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qəbul edilmsini xahiş etmişdir.
29. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun eyni dəlillərlə əsaslandırılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə keçirilən məhkəmə-tikinti texniki ekspertizası mübahisəli torpaq sahələrinin yerləşdiyi yerin koordinatları dəqiq müəyyən edilmədən həyata keçirilmişdir. Bu baxımdan, ekspert rəyi əsaslı hesab edilə bilməz. Həmçinin məhkəmə cavabdeh tərəfindən tikilinin 50 metr uzunu, 15 metr enində qaz xəttinin mühafizə zonasında magistral yola aid olan hissənin zəbt edilməklə tikintisini nəzərə almamış, mütəxəssis və ekspert qarşısında bu istiqamətdə hər hansı sual qoymamışdır. Yenidən ekspertiza keçirilməsi barədə iddiaçı tərəfindən vəsatət verilsə də, təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 84. (2). Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri: qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpağın əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instans iyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsini n qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasi ya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
36. İddia tələbi icarədə olan torpaq sahəsinin boşaldılması barədədir. İddiaçı icarəsində olan 0.70 ha və 0.28 ha torpaq sahələrinin cavabdeh tərəfindən zəbt edilərək, sonuncunun orada hasar etməsinə (başqa sözlə, sahibliyin pozulmasına) istinad etmişdir.
37. İşin məhkəmələr tərəfindən ekspert rəyinə əsasən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının icarəsində olan 0.70 ha və 0.28 ha torpaq sahələrinə cavabdeh tərəfindən hansı bir formada müdaxilə yoxdur. İddiaçı cavabdehin icarə hüququ ilə ona məxsus torpaq sahəsinin bir hissəsini özbaşına zəbt etməsini göstərsə də, istinad etdiyi bu halları sübut edə bilməmişdir. Belə ki, mütəxəssis və ekspert rəyləri ilə 0.70 ha və 0.28 ha torpaq sahələrin in cavabdeh tərəfindən istifadə olunması və orada hər hansı tikinti işlərinin aparılması təkzib edilmişdir.
38. Bu baxımdan, iddianın rədd edilməsi barədə gəlinən nəticə düzgün olmuşdur. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
40. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilini – vəsasət versə də, apellyasiya məhkəməsinin iş üzrə təkrar ekspertiza təyin etməli olduğu halda bunu etməməsi – əsassız sayır. Belə ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkə mə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
41. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlərini müəyyən etmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzər də tutulan şərtlər mövcud olmalıdır.
43. Bundan əlavə, işdən görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən mütəxəssis rəyinə istinad etmiş, iddiaçı apellyasiya şikayətində bununla razılaşmayaraq, əslində, ekspert rəyinin alınmalı olmasını bildirmiş, apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin dəlili üzrə ekspertiza təyin edərək ekspert rəyi almış, gəldiyi nəticəni də həmin rəylə əsaslandrımışdır.
44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-135/2023 saylı mülki iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.