Məhkəmə qərarları › İş №2(102)-466/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-466/2025

05.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-466/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maneənin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-173/2024 nömrəli, 6 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İşin halları

1. Abşeron rayonu, Məmmədli kəndində yerləşən 468 kv.m torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış və bu barədə onun adına Reyestr Xidməti tərəfindən 08 dekabr 2009-cu il tarixli Çıxarış verilmişdir.

2. Abşeron rayonu, Məmmədli kəndi ərazisində ümumilikdə 5,15 hektar torpaq sahəsi Məmmədli Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli, 04 saylı qərarı ilə yarımstansiya tikilməsi məqsədilə "xxxx" ASC-yə satılmış, həmin qərar əsasında onun adına 21 oktyabr 2004-cü il tarixli JN-0716 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı” verilmiş və "xxxx" ASC-nin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Daha sonra həmin torpaq sahəsində 220 kv-luq Zabrat yarımstansiyasının tikintisinə başlanılmış və 2013-cü ildə tikinti başa çatdırılaraq yarımstansiya istismara qəbul olunmuş, 02 may 2015-ci il tarixdə isə ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən həmin yarımstansiya ilə bağlı "xxxx" ASC “X1 Şəbəkəsi” MMC-in adına Texniki Pasport verilmişdir. 3. "xxxx" ASC-nin Azərbaycan Respublikasının Baş Nazirinə ünvanladığı xx.xx.2018-ci il tarixli, xx/xx/1322 saylı məktuba əsasən, Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2005-ci il tarixli, 635 nömrəli Sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”na uyğun olaraq “Şimal elektrik stansiyasında istehsal ediləcək elektrik enerjisinin ötürülməsi üçün “Zabrat 220 kv-luq yarımstansiyasının tikintisi üçün Abşeron rayonu, Məmmədli bələdiyyəsinin 12 avqust 2004-cü il t arixli, 14 nömrəli qərarı ilə kəndin örüş sahəsindən 5.15 ha torpaq sahəsi ayrılmışdır və 21 oktyabr 2004-cü il tarixdə torpaq sahəsinə dair JN-716 nömrəli Dövlət Aktı alınmışdır. Yarımstansiyanın tikintisi üçün büdcədən vəsaitlərin ayrılması mərhələləri üzrə yarımstansiya tikilmiş və torpağın xx.xx.2015-ci il tarixdə yerdə vəziyyətinə görə 0.06 ha az torpaq sahəsi olmaqla, faktiki 5.0921.3 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-nin adına Texniki Pasport verilmişdir. "xxxx" ASC-yə torpaq sahəsinin örüş sahəsindən ayrılmasına baxmayaraq, sonradan həmin ərazidəki torpaq sahəsinin təyinatı perspektiv inkişaf üçün yararlı torpaq kateqoriyasına dəyişdirilmiş və Məmmədli bələdiyyəsi tərəfindən fərdi yaşayış evlərinin tikint isi üçün vətəndaşlara satılmışdır. "xxxx" ASC yarımstansiyanın perimetrində fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara torpaq sahələrinin ayrılmasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarına əsasən, qanunsuz olması barədə dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciətlər etmiş və ərazinin zəbt olunmasının qarşısını almaq üçün torpaq sahəsinin koordinatları dövlət aktı əsasında müəyyən edilərək yarımstansiyanın ərazisi hasara alınmışdır. Yarımstansiya tikilərək 30 mart 2013-cü il tarixdə istismara verilmişdir. Yarımstansiyanın perimetrində torpaq sahələri ayrılmış vətəndaşlara dövlət reyestri xidməti tərəfindən çıxarışlar verilmişdir. Bu vətəndaşlardan 12 nəfərinə ayrılmış torpaq sahələri çıxarış əsasında yarımstansiyanın torpaq sahəsi ilə üst-üstə d üşür və bir çox digər evlər də yarımstansiyaya daxil olan və çıxan yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasına düşür. Vətəndaşlar yarımstansiyanın torpaq sahəsi ilə üstüstə düşən torpaq sahələrinin boşaldılması, torpaq sahələrinin əvvəlki vəziyyətinə geri qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəmələrə müraciət edirlər.Məhkəmələrdə yarımstansiyanın tikintisi üçün torpaq sahəsinin "xxxx" ASC-yə 2004-cü ildə kəndin örüş sahəsindən ayrılması, vətəndaşlara isə sonradan istinad nöqtəsi düzgün seçilmədən torpaqların ayrılması bildirilərək hüquqi müdafiənin təşkili təmin edilir, lakin vətəndaşlarda mülkiyyət əsasında onlara ayrılmış torpaq sahələrinə dair reyestrdən çıxarışlar mövcuddur. Bu da məhkəmənin müxtəlif nəticəli qərarlar qəbul etməsi ilə nəticələ nir və hazırda, ərazinin boşaldılması barədə icraya yönəldilmiş məhkəmənin qanuni qüvvəyə minmiş qərarları mövcuddur. Yuxarıda göstərilənləri nəzərə çatdıraraq, 220 Kv-luq Zabrat yarımstansiyasının perimetrində torpaq sahələri yarımstansiyanın yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşən vətəndaşların torpaq sahələrinin Abşeron Rayon İcra Hakimiyyəti və Məmmədli bələdiyyəsi tərəfindən əvəzləşdirilməsinin aparılması, satın alınması və ya kompensasiyaların ödənilməsi məsələsinin həll edilməsi üçün tədbirlər görülməsi xahiş olunmuşdur.

4. Abşeron Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Baş Nazirinə ünvanladığı xx.xx.2018-ci il tarixli X/694 saylı məktuba əsasən, 220 Kv-İuq Zabrat yarımstansiyasının Məmmədli bələdiyyəsi tərəfindən əvəzləşdirilməsinin aparılması, satın alınması və ya k ompensasiyaların ödənilməsi məsələsinin həll edilməsi üçün tədbirlər görülməsi xahiş olunmuşdur.

5. Abşeron Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Baş Nazirinə ünvanladığı xx.xx.2018-ci il tarixli X/694 saylı məktuba əsasən, 220 Kv-İuq Zabrat yarımstansiyasının perimetrində torpaq sahələri yarımstansiyanın yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşən vətəndaşların həyətyanı torpaq sahələri Bələdiyyə mülkiyyətində olan digər torpaq sahələri ilə əvəz olunmuşdur.

6. Abşeron rayonu Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 127 saylı məktuba əsasən, Abşeron rayonu Məmmədli Bələdiyyəsi tərəfindən 2004-cü ildə Bələdiyyə qərarı ilə "xxxx" ASC-yə 5.15 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsi JN-716 saylı dövlət aktı ilə rəsmiləşdirilmişdir.

7. Abşeron r ayonu Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 226 saylı məktuba əsasən, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin ərazisində İddiaçı mülkiyyətində olan 468 kv.m torpaq sahəsi "xxxx" ASC-yə ayrılmış 5.15 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh "xxxx" ASC-nə (bundan sonra- cavabdeh) qarşı elektrik xətlərinin götürülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən çəkilmiş yüksək gərginlikli elektrik xətlərinin iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 468 kv.m torpaq sahəsindən cavabdehin hesabına götürülməsi, həmin yüksək gərginlikli elektrik xətlərin in mühafizə zonasından kənarda quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki,torpaq sahəsi iddiaçının mülkiyyətinə keçdikdən sonra iddiaçı oraya daş tökərək mərzləmə işləri aparmış, ev inşa etdirməkdən ötrü betondan yüksək səviyyədə evin özülü qoyulmuşdur. Sonradan həmin torpaq sahəsinə getdikdə iddiaçı torpaq sahəsi üzərindən cavabdeh tərəfindən yüksək gərginlikli elektrik xətlərinin çəkildiyini görmüşdür. Həmin elektrik xətlərinin orada olması tikinti və s. işlərin aparılması üçün çox təhlükəlidir. Bununla əlaqədar olaraq Abşeron rayon Məmmədli Bələdiyyəsinə sorğu ilə müraciət edilərək cavabdeh həmin ərazidə hər hansı bir torpaq sahəsinin ayrılıbayrılmaması, əgər ay rılıbsa hansı əsaslarla, hansı tarixdə ayrılması barədə məlumat verilməsi xahiş olunmuş, cavab olaraq təqdim edilmiş məktubla 2004-cü ildə Bələdiyyə qərarı ilə cavabdeh 5.15 ha torpaq sahəsinin ayrıldığı, ayrılmış torpaq sahəsinin JN-716 saylı dövlət aktı ilə rəsmiləşdirildiyi bildirilmişdir. Bundan sonra yenidən Abşeron rayon Məmmədli Bələdiyyəsinə sorğu ilə müraciət edilərək, iddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən Zabrat dairəsindən Məmmədli tərəfə getdikdə yolun sağ tərəfində olan 468 kv.m torpaq sahəsinin cavabdehə ayrılmış 5.15 ha torpaq sahəsinə aidiyyəti olub-olmaması, torpaq sahəsinin daxilində və ya hüdudlarından kənarda yerləşibyerləşməməsi barədə məlumat verilməsi xahiş olunmuş, sorğuya cavab olaraq iddiaçının mülkiyyətində olan 468 kv.m torpaq sah əsinin cavabdehə ayrılmış 5.15 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi bildirilmişdir. İddiaçı torpaq sahəsi aldıqda və orada işlər görülən zaman cavabdeh tərəfindən yüksək gərginlikli elektrik xətləri quraşdırılmamışdır.

10. Birinci instansiya məhkəməsində cavabdeh qeyd etmişdir ki, 2004-cü ildə Bələdiyyə qərarı ilə cavabdehə yarımstansiya tikilməsi üçün torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi dövlət aktı ilə rəsmiləşdirilmişdir. Bundan sonra, cavabdeh tərəfindən ona ayrılmış torpaq sahələrinin aidiyyəti qurumlar tərəfindən vətəndaşlara satılması aşkar olmuşdur. Bununla əlaqədar cavabdeh tərəfindən aidiyyəti qurumlara müraciət olunmuş, torpaq sahələrinin vətəndaşlara satılmasının qarşısının alınması xahiş olunmuş, həmçinin, tikiləcək yarımstansiya və ona daxil olan və çıxan elektrik xətlərinin müvafiq layihəsinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılması xahiş olunmuşdur. Lakin İcra Hakimiyyəti Nazirlər Kabinetinə məktub ünvanlayaraq bildirmişdir ki, cavabdehə ayrılmış torpaq sahələri ilə vətəndaşlara satılmış torpaq sahələri üst-üstə düşdükdə vətəndaşlara başqa torpaq sahələri verilmişdir. Lakin bununla bağlı hər hansı bir tədbir görülməmişdir. Bu səbəbdən də, hesab edir ki, cavabdehin hər hansı bir təqsiri yoxdur. Ərazidə ilk növbədə yarımstansiyalar tikilməklə sonradan xətlər çəkilmiş, 2005-ci ildə başlanmış, 2013-cü ildə isə istismara verilmişdir. Konkret olaraq hansı ərazilərin kimlərə məxsus olması barədə cavabdehin məlumatı olmamışdır. İlk məlumat ondan ibarət olmuşdur ki, bəzi torpaq sahələri hasara alınmışdır. Bir neçə vətəndaşa qarşı X1 Şəbəkəsi tərəfindən iddia qaldırılmışdır. Yarımstansiyanı istismara cavabdeh deyil, müvafiq dövlət qurumları istismara qəbul edirdi. İstismara qəbul edilən zaman Fövqəladə Hallar Nazirliyinin, daşınmaz əmlakın dövlət reyestr xidmətinin nümayəndələri də iştirak etmişdir. İstismara qəbul aktı məhkəməyə təqdim olunmasa da, texniki pasportdan göründüyü kimi, istismara qəbul olunmuşdur. Yarımstansiya kifayət qədər yüksək təhlükə mənbəyidir, onun cavabdeh tərəfindən istismara qəbul edilməsi mümkün olmamışdır. Həmçinin, iddiaçı mülkiyyət hüququ olan torpaq sahəsinə sahiblik etmiş olsaydı, aparılan tədbirlər barəsində məlumatlı olmuş olardı. Eyni zamanda, qeyd etmişdir ki, istismara qəbul aktı sənədi texniki pasportun alınma tarixinə təxminən, 2015-2016-cı illərə təsadüf etmişdir.

11. Azərbayca n Respublikası, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5403 nömrəli rəyinə əsasən, qərardadın birinci sualı üzrə: baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, iddiaçının adına daşınmaz əmlakın Dövlət Reyestrində xx.xx.2009- cu il tarixdə 55 nömrə ilə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0468 ha torpaq sahəsinin ölçüsünün yerində (naturada) üst-üstə düşdüyü müəyyən olunmuşdur. Rəydən daha sonra görünmüşdür ki, qərardadın ikinci sualı üzrə: baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, iddiaçıya məxsus 0.0468 ha torpaq sahəsinin bütövlükdə cavabdeh tərəfindən çəkilmiş 220 kv-luq elektrik xətlərinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur.

12. Abşeron Rayo n Məhkəməsinin 2(012)-32/2023 nömrəli iş üzrə 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia təmin edilmiş, cavabdeh tərəfindən çəkilmiş yüksək gərginlikli elektrik xətlərinin iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 468 kv.m torpaq sahəsindən cavabdehin hesabına götürülməklə həmin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasından kənarda quraşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xüsusi mülkiyyət hüququ 2009-cu ildə qeydə alınmış, cavabdehə isə torpaq sahəsinin 2004-cü ildə ayrılmasına baxmayaraq, mülkiyyət hüququ 2015-ci ildə qeydə alınmışdır. Başqa sözlə, cavabdeh 2015-ci ildə torpaq sahəsinə münasibətdə hüquqları qeydə alınarkən mübahisə ləndirilən torpaq sahəsinin xüsusi mülkiyyətdə olmasına diqqət yetirməmiş və yaxud diqqət yetirdiyi halda, iddiaçının xüsusi mülkiyyət hüquqlarının pozulmasına səbəb olan davranışlara yol vermişdir.

14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili istismara qəbul aktı sənədinin texniki pasportun alınma tarixinə təsadüf etdiyini qeyd etsə də, həmin sənədi məhkəməyə təqdim etməmiş, eyni zamanda, cavabdeh quruma ayrılmış torpaq sahəsinin naturada faktiki olaraq üst-üstə düşməsini sübuta yetirən sənədlər məhkəməyə təqdim edilməmişdir.

15. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Mülki Məcəllənin 146, 152, 152.5, 157.4-cü, Torpaq Məcəlləsinin 49, 56, 86-cı, “İpoteka haqqında” Qanunun 34-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 1 07, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aidiyyəti qurumlar cvabdehin razılığı olmadan mühafizə zonasında yerləşən torpaqları vətəndaşlara satmış, bununla da qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşlar. Lakin birinci instansiya məhkəməsi də işə baxan zamanpozuntuya yol vermişdir. Birinci instansiya məhkəməsi qeyd olunan normaların tələbini pozmuş, iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, cavabdehin etirazının əsasını təşkil edən hallarla (xüsus ilə də cavabdehə torpaq sahəsinin daha öncə satılmasını, inşa ediləcək yarımstansiyanın layihəsinin aidiyyəti qurumlara göndərilməsinə baxmayaraq yarımstansiya inşa edildikdən sonra ora daxil olacaq və çıxacaq elektrik xətlərin mühafizə zonasında yerləşən torpaq sahələrinin aidiyyəti qurumlar tərəfindən qanunsuz olaraq vətəndaşlara satılması) bağlı hər hansı bir araşdırma aparmamışdır. Hesab edir ki, bununla da məhkəmə prosessual pozuntuya yol vermişdir. Göründüyü kimi mübahisələndirilən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı hesab oluna bilməz. Məhkəmə yuxarıda qeyd etdiyi prosessual pozuntulara yol verməklə həmçinin iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları da (cavabdehə torpaq sahəsinin daha öncə satılmasını, inşa ediləcə k yarımstansiyanın layihəsinin aidiyyəti qurumlara göndərilməsinə baxmayaraq yarımstansiya inşa edildikdən sonra ora daxil olacaq və çıxacaq elektrik xətlərin mühafizə zonasında yerləşən torpaq sahələrinin aidiyyəti qurumlar tərəfindən qanunsuz olaraqvətəndaşlara satılmasını, aidiyyəti qurumların məhkəmə proseslərini iştirakının təmin edilməməsi) araşdırmamışdır ki, bu da pozuntu kimi qiymətləndirilməlidir. Bununla da birinci instansiya məhkəməsi qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Hesab edir ki, bununla da məhkəmə prosessual pozuntuya yol vermişdir. Göründüyü kimi mübahisələndirilən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı hesab oluna bilməz.

18. Apellyasiya inst ansiyası məhkəməsində məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Torpaq hərrac və müsabiqə komissiyasının xx.xx.2009-cu il tarixli 46 nömrə ilə qeydiyyata alınmış şəhadətnaməyə əsasən verilmiş və cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2009cu il tarixdə 55 nömrə ilə qeydiyyata alınmış Abşeron rayonu Məhəmmədi kəndində yerləşən 0,0468 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üstüstə düşməsi, həmin torpaq sahəsi ilə “Torpağa mülkiyyət hüququna dair” JN-0716 Dövlət Aktına əsasən cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi, yüksək gərginlikli elektrik xətləri Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2005-ci il tarixli, 635 nömrəli Sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasının yanacaq enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”na uyğun olaraq “Şimal elektrik stansiyasında istehsal ediləcək elektrik enerjisinin ötürülməsi üçün “Zabrat 220 Kvluq yarımstansiyasının tikintisi üçün Abşeron rayonu, Məmmədli bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli, 14 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsində tikilməsinin müəyyən edilməsi üçün ekspert qarşısında sual qoyulmuş, lakin Məhkəmə Ekspertiza Mərkəzinin 316-16/2-10/8962 nömrəli, 12 fevral 2024-cü il tarixli məktubuna əsasən mütəxəssis rəyinin mərkəzə təqdim olunmaması əsası ilə ekspertizanın aparılmasından imtina edilərək icrasız geri qaytarılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsində təkrar məhkəmə tikint i-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-10/3310 nömrəli, 20 iyun 2024cü il tarixli məktubuna əsasən, qərardadla ekspert qarşısına qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatların və mütəxəssis rəyinin mərkəzə təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə mərkəzə daxil olan məhkəmənin məktubunda tərəflərin iştirakının təmin edilməməsi səbəbindən baxış keçirilməsinin mümkün olmadığı bildirilmişdir. Bu baxımdan hazırkı ekspertizanın aparılmasından imtina edilərək yenidən icrasız geri qaytarılmışdır.

20. Sumq ayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-173/2024 nömrəli, 6 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi təmin edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsi torpaq sahəsinə hüquqların xronoloji ardıcıllığına əsasən iddiaçının xüsusi mülkiyyət hüququnun 2009-cu ildə, cavabdehin torpaq sahəsinin ona 2004-cü ildə ayrılmasına baxmayaraq həmin torpaq sahəsinə mülkiyyət hüququnun 2015-ci ildə qeydə alınmasına, onun bu hüququnun qeydə alınması zamanı mübahisələndirilən torpaq sahəsinin xüsusi mülkiyyətdə olmasını diqqət yetirilmədiyi, bununla da iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olması, eləcə də cavabdehə ayrılmış torpaq sahəsinin naturada faktiki olaraq üst-üstə düşməsini sübuta yetirən sənədlərin təqdim edilməməsi ilə əsaslandırmış, bu nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnaməni mübahisələndirmişdir.

22. Göründüyü kimi məhkəmə tərəfindən iddianın təmin edilməsinin əsası kimi mübahisəli torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun cavabdehdən daha əvvəl yaranmasını, cavabdehə ayrılmış torpaq sahəsinin naturada faktiki olaraq üst-üstə düşməsini sübuta yetirən sənədlərin təqdim edilməməsi, əksinə ekspert rəyinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin ölçüsünün yerində (naturada) üst-üstə düşdüyünə is tinad etmişdir. Lakin bu zaman birinci instansiya məhkəməsi istinad olunan ekspert rəyində məhz həmin torpaq sahəsinin bütövlükdə cavabdeh tərəfindən çəkilmiş 220 Kv-luq elektrik xətlərinin mühafizə zonasına düşdüyünü nəzərə almamışdır.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti təşkil edən Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 0,0468 ha torpaq sahəsinə baxış keçirilməsi 20 dekabr 2023-cü il, 06 fevral 2024-cü il, 06 iyun 2024-cü il tarixlərə təyin edilmiş və baxışın keçirilməsi barədə tərəflər lazımı qaydada məlumatlandırılmışlar. Lakin mübahisəli torpaq sahəsindən elektrik xətlərinin götürülməsini iddia edən iddiaçı lazımı qaydada məlumatlandırılmasına baxmayaraq mübahisəli əraziyə baxışda iştirak etməmiş, ekspertizanın keçirilməsinə təşəbbüs belə gö stərməmişdir.

24. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili ekspert qaşısında qoyulmuş sualların cavablandırılması üçün zəruri olan mütəxəssis rəyinin alınması məqsədilə təkrar ekspertizanın keçirilməsi barədə fikri bir daha öyrənilərkən, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspert rəyi ilə razı olduqlarını, təkrar ekspertiza keçirilməsini istəmədiklərini, cavabdehin nümayəndəsi isə əksinə etirazının olmadığını bildirmişdir.

25. Göründüyü kimi mübahisəli torpaq sahəsində elektrik xəttlərinin götürülməsini iddia edən iddiaçı ekspertizanın keçirilməsində maraqlı olmamışdır.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-716 saylı Dövlət Aktına əsasən cavabdehə x x.xx.2004-cü il tarixdə, iddiaçının hüquqları isə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ mövcud dövlət aktı əsasında iddiaçıdan daha əvvəl əldə edildiyindən, iddiaçının iddia etdiyi torpaq sahəsinin bütövlükdə cavabdeh tərəfindən çəkilmiş 220 kv-luq elektrik xətlərinin mühafizə zonasına düşdüyü ekspertin rəyi ilə öz təsdiqini tapdığından, eləcə də işin müəyyən edilmiş halları qaldırılan iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinə uyğun olmadığından, iddia tələbi təm in edilə bilməz.

28. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 139.1, 139-1.1.5, 148.2, 157.4-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1, 8-ci, habelə MPM-in 384.0.2, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstutisiyasının 13, 29-cu, Torpaq Məcəlləsinin 49, 56, 86.5-ci, Mülki Məcəllənin140, 146,1 52 və157-ci, MPM-in 88 və 217.1ci maddələrinə istinad edilməklə onunla əsaslandırlmışdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir. Lakin məhkəmə, iddiaçının torpaq sahəsini qanuni əsaslarla əldə etməsinə dair hüquqmüəyyənedici sənədlərə sübut kimi qiymət verməmiş, əsassızolaraqiddianı rəddetmişdir. CavabdehAbşeron rayonu Məmmədli kəndində yerləşən 468 kv.m torpaq sahəsininadına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatının məzmununun qeyridəqiqliyini sübuta yetirə bilməmiş, işəbaxmış apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsbedən bu xüsusatı araşdırmamışdır.Torpaq sahələrinəmünasibətdə hüquqların yaranmasının xronoloji ardıcıllığına diqqət yetirəndəaydın olmuşdur ki, iddiaçının xüsu si mülkiyyət hüququ 2009-cu ildə qeydə alınmış, cavabdehə isə torpaq sahəsinin 2004-cü ildə ayrılmasına baxmayaraq, mülkiyyət hüququ 2015-ci ildə qeydə alınmışdır. Başqa sözlə, cavabdeh 2015-ci ildə torpaq sahəsinə münasibətdə hüquqları qeydə alınarkən mübahisələndirilən torpaq sahəsinin xüsusi mülkiyyətdə olmasına diqqət yetirməmiş və yaxud diqqət yetirdiyi halda, iddiaçının xüsusi mülkiyyət hüquqlarının pozulmasınasəbəbolan davranışlarayol vermişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan xüsusatları nəzərə almadan iddianı rəddetməklə, iddiaçının mülkiyyət hüquqlarının kobudpozuntusunayol vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə obyektiv məhkəmə araşdırması aparmamış, sübutlara və tərəflərin izahatlarına obyektiv hüquqi qiymət verməmiş, b u isə qanunsuz qətnamənin çıxarılması ilə nəticələnmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvercilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

33. Maddə 139-1.1.5. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur.

34. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

35. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilir sə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən halla ra yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

48. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

49. Belə k i, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-716 saylı Dövlət Aktına əsasən, 5,15 ha torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ xx.xx.2004-cü il tarixdə, 468 kv.metr torpaq sahəsi üzərində isə iddiaçının mülkiyyət hüququ 08 dekabr 2009-cu il tarixdə əmələ gəlmiş və tərəflərin həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

50. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ mövcud dövlət aktı əsasında iddiaçıdan daha əvvəl əldə edildiyindən, iddiaçının iddia etdiyi torpaq sahəsinin bütövlükdə cavabdeh tərəfindən çəkilmiş 220 kv-luq elektrik xətlər inin mühafizə zonasına düşdüyü ekspertin rəyi ilə öz təsdiqini tapdığından, eləcə də işin müəyyən edilmiş halları qaldırılan iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinə uyğun olmadığından, iddia tələbi təmin edilə bilməz.

51. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəy ə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 avqust 2024-cü il tarixli, 2(105)-173/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar