Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4660/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Hacıqabul Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim H.Əzizov, 2(071)-138/2019 saylı mülki iş) iddia rədd edilmişdir. Şirvan Apelyasiya Məhkəmə sinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim T.Kərimov,T.Heydərov və M.Həsənov, iş No 2(106)-3504/19 saylı mülki iş) hazırkı iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-138/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı apelyasiya şikayətinə münasibətdə mübahisələndiriləh hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və X2-ə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, fərdi yaşayış evinin tikintisi və təmirinə çəkilmiş xərcin, satılmış torpaq sahəsində qalmış əlavə tikililərin, hasarların əvəzi olaraq 17000 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı idd iasının dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 17000 manat maddi zərərin haradan yaranmasını açıqlamışdır. Belə ki, 32 metr hasara 1332 ədəd mişar daşı-qiymətinin 732 manat, kisə sement qiyməti-110 manat, 1332 ədəd mişar daşının hörülməsi üçün usta pulu 399.60 manat, 1 maşın qırmızı qum 150 manat, fundamentə işlənən 40 kisə sement qiyməti-220 manat, 1 maşın qrəbil daş qiyməti-170 manat, 64 metr armatur qiyməti-76.80 manat, 5 ədəd tol qiyməti-67.50 manat, 1 maşın para daş qiyməti-350 manat, usta pulu 160 manat, bağa tökülən 40 maşın torpaq qiyməti-1000 manat, 2 maşın peyin qiyməti 260 manat, Darvaza 2 laylı 4 metr, qapısı və boruları ilə birgə 1550 manat, 10 metr uzunluğunda reşotka işlənən materialları və usta pulu ilə birgə 1052.50 manat, 3 tonluq su çəni 500 manat, çənin ayaqları 400 manat, işlənən boruların qiyməti 48 manat, su çəninin quraşdırılmasına işlənən digər materialların və usta pulunun qiyməti-168 manat, 7 metrlik naves üçün işlənən materialların və usta pulunun qiyməti-1350 manat, həyətin hamarlanması üçün tökülən 2 maşın qrabil qiyməti 340 manat, 2 maşın ağ qum qiyməti-200 manat, kanalizasiya üçün atılan boruların qiyməti-700 manat, damlara, hamama və tualetə işlənən tikinti materiallarının və usta pulunun qiyməti-1475.50 manat təşkil etmişdir. Bundan başqa X5 həmin evi onun hasarının üstündə tikmişdir, ona məxsus olan ərazinin 4 kv.metr sahəsini zəbt etmişdir, həmin evin altındakı fundamentə və 6 daş hündürlüyündəki hörgüyə 2500 manat xərc çəkmiş və bütün göstərilənlərə 17000 manat məbləğində pul xərcləmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə akt ları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə instansiyalarında şifahi olaraq vəsatət verərək xahiş etmişdim ki, iş üzrə ziyanın müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilsin. Vəsatəti şifahi olaraq vermiş, lakin hüquqi savadı çatmadığından onu yazılı şəkildə verə bilməmiş, məhkəmə əsassız olaraq vəsatətini nəzərə almamışdır. Prosessual məsələlər və tərəflərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin ma ddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunm amasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Apelyasiya instansiyası məh kəməsində cavabdeh X5 bildirmişdir ki, mübahisəli ev 2007-ci ilə kimi onun vəsaiti hesabına atasının razılığı ilə tikilib. İşdən çıxdığı üçün yarımçıq qalmışdır. Sonra anası rəhmətə getmişdir. Banklardan kredit götürərək 2014-cü ildə evin tikintisini tamamlamış, əlavə tikililər də onun öz vəsaitinə tikilib. Atası 1990-cı ildən xəstədir, atası 1961-ci il təvəllüdlüdür, 1978-ci ildə ev tikə bilməzdi. Apelyasiya məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti 13 saylı Ərazi İdarəsi tərəfindən verilimiş fərdi yaşayış evinin reyster nömrəsi **********37-10301 saylı tex niki pasportundan görünür ki, Hacıqabul şəhəri, X ünvanının hüquqi subyekti İddiaçıdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti Hüquqularının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysteri seriya RX ******* saylı çıxarışından görünür ki, Hacıqabul şəhəri, X-də yerləşən fərdi yaşayış evi, 0.06 ha torpaq sahəsinin Hüquq sahibi İddiaçıdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti 13 saylı Ərazi İdarəsi tərəfindən verilimiş fərdi yaşayış evinin reyster nömrəsi **********06-10301 saylı texniki pasportundan görünür ki, ünvan 1 ünvanının hüquqi subyekti Cavabdeh1dur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakı n Dövlət Reysteri Xidməti Hüquqularının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysteri seriya RX ******* saylı çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən, 0.036 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin hüquq sahibi Cavabdeh1dur. İş materiallarına əlavə edilmiş İddiaçı oğunun cavabdehlər X1, X2 və X3 qarşı alimentin tutulması tələbinə dair iddiası əsasında mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli 2(102)-5203/2016 saylı qərarından görünür ki, iddia tələbi ilə iddiaçı cavabdehlərin hər birindən 70 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, xx xxx 1979-cu ildə X4 ilə rəsmi nikaha daxil olmuş, h əmin nikahdan 4 övladı olmuşdur. Arvadı xx xxxxxx 2011-ci il tarixdə ölmüş və həmin vaxtdan sonra övladları Kəmalə, Kamran və Rahil onu yaşadığı evdən qovmuşlar. Yalnız böyük qızı Gözəl ona ata kimi qayğı göstərmiş, maddi və mənəvi cəhətdən köməklik etmişdir. Sağlamlığı pozulmuş, əməliyyat olunmuşdur və hazırda 2-ci qrup əlildir. Heç-bir yerdə işləmir, təqaüd alır və hər ay 150-200 manat dərmanlarına xərc çəkir. Məcbur olub kirayədə yaşayır, ayda 80-100 manat kirayə haqqı ödəyir. Bundan başqa, işdən görünür ki, tərəflər arasında çoxsaylı məhkəmə mübahisələri mövcuddur və iddiaçının mübahisələndirilən evlə bağlı fərqli iddiaları da əsaslı hesab olunmayaraq təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ na malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə instansiyaları baxışı zamanı iddiaçı tərəfindən tələbinin əsasını təşkil edə biləcək mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçının özünün vaxtı ilə övladlarına qarşı qaldırdığı aliment tələbinə dair iddiasından, iddiaçının fərdi yaşayış evinin tikintisin ə vəsait xərcləmək iqtidarında olması da inkar olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 4 17, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4660/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4660/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver