Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4660/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1957/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi ərazisində yerləşən ona məxsus olan torpaq sahəsindən cavabdehlərin çıxarılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına tikilmiş ti kililərin öz hesablarına sökülməsi və dövlət rüsumu kimi ödənilmiş 150 manat, hüquqların müdafiəsi üçün vəkilə xidmət haqqı olaraq ödənilmiş 200 manat məbləğində pulun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 noyabr 2022-ci il tarixli, 2(003)-2743/2022 saylı qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia təmin edilmiş, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi ərazisində yerləşən İddiaçı məxsus olan torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları və həmin torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına tikilmiş tikililərin cavabdehlərin öz hesablarına sökülməsi, İddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumu və hüquqların müdafiəsi üçün vəkilə xidmət haqqı olaraq ödənilmiş 200 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
3. Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 13 mart 2023-cü il tarixli, 2(103)-1957/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(003)-2743/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Qətnamədən Cavabdeh2 kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
6. Cavabdeh2 yenidən kassasiya şikayəti vermiş, həmçinin “kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə” ərizə ilə müraciət etmişdir.
7. Müddətin bərpa olunması barədə ərizə onunla əsaslandırılmışdır ki, qətnaməni qardaşı qəbul etsə də, ona təqdim etməmişdir. Qətnaməni yenidən rəsmi surətdə əldə etdikdən sonra kassasiya ş ikayəti göndərilsə də, bu müddət ərzində qanunvericiliklə müəyyən olunmuş prosessual müddət ötürülmüşdür.
8. Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(103)-1957/2023 nömrəli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(103)-1957/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpası barədə vəsatət (ərizə) təmin edilməmiş, kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər cavabdehə geri qaytarılmışdır.
9. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi, 27 mart 2023-cü il tarixli məktubla Cavabdeh2nun qeydiyyatda olduğu və tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən ünvan üzrə göndərilmiş və 0 6 aprel 2023-cü il tarixdə “poçt xəbərnaməsinə” imza edilməklə qəbul edilmişdir. Eyni zamanda qətnamə xx.xx.2023-cü il tarixdə Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə3 elektron kabinetinə yerləşdirilmişdir. Qətnamə cavabdehin ünvanı üzrə göndərilmiş və qardaşı tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Bu halda qanunvericiliyin tələbinə əsasən qətnamə rəsmi qaydada verilmiş hesab edilir. Həmçinin yuxarıda da qeyd edildiyi kimi qətnamə Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə3 (etibarnamə ilə xx.xx.2026-cı il tarixədək səlahiyyət verilmiş) elektron kabinetinə də yerləşdirilmişdir.
10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 10-1.3, 10-1.5, 135.1, 135.2, 135.5, 135.6, 405.0.1-ci maddələrinə istinadla əsaslandırmış dır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh2 (vəkil Nümayəndə4) apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin olunmasını və qətnamədən verilmiş kassasiya şikayətinin mümkün hesab edilərək, icraata qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qənaətinə görə qətnamə Cavabdeh2 nümayəndəsi - vəkil Nümayəndə3 elektron kabinetinə də yerləşdirilmiş və MPM-nin 405.1-ci maddəsində nəzərdə tutulmuş “rəsmi çatdırılma” qətnamənin elektron kabinetə yerləşdirildiyi tarix hesab olunur. Məhkəmənin bu yanaşması ədalət mühakiməsinin məqsədlərinə uyğun deyil. Etibarnam ə üzrə vəkilnümayəndənin elektron kabinetinə qətnamənin yerləşdirilməsi işdə iştirak edən şəxs üçün şikayət müddətinin axımının başlanması kimi qəbul edilməsi qeyri-qanuni mövqedir. Qanun tərəflə, onu təmsil edən nümayəndəni eyniləşdirmir. Belə olan halda məhkəmələrin elektron kabineti olmayan işdə iştirak edən tərəfi, iddiaçını, yaxud cavabdehi onun nümayəndəsi ilə eyniləşdirməsi, nümayəndənin elektron kabinetinə yerləşdirilmiş qətnamədən şikayət vermək vaxtını qətnamənin onun kabinetinə yerləşdirildiyi vaxtan hesablaması, tərəfin hüququnun pozulması deməkdir. Nümayəndə tərəfə qətnaməni verməyə bilər, yaxud, tərəf nümayəndənin hüquqi xidmətindən istifadə etməyə bilər, bu hal onun qətnaməni almaq və şikayət vermək imkanından məhrum etməməlidr. Hətta nümayəndə qətnaməni tərəfə verdiyi halda belə bu təqdim etmə qeyri-rəsmi olur, hüquqi yanaşma qeyri-rəsmiliyi qəbul etmir, bu hal MPM-nin müəyyən etdiyi rəsmi çatdırılma anlamına gəlmir. Ona görə də rəsmi çatdırılma dedikdə, sənədin işdə iştirak edən tərəfə iddiaçıya, yaxud cavabdehə rəsmi çatdırılması nəzərdə tutulur. Apellyasiya instansiyası məhkməsi MPM-nin 405-cimaddəsinin səhv tətbiq etməklə Cavabdeh2 hüquqlarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı İddiaçı tərəfindən etiraz daxil olmuşdur. Etirazda Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(103)-1957/2023 nömrəli qərardadından verilmiş kassasiya şikatətinin rədd edilməsi xahiş olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
15. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
16. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
17. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərində n birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
18. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
19. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan k eçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
20. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.
21. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər
22. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə ver ilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmaması və kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
28. Azərbaycan Respublikası Konstit usiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi h üququndan irəli gəlir.
29. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.
30. Bu normadan göründüyü kimi, kassasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və iki ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü mad dəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
31. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(103)-1957/2023 nömrəli qətnaməsi cavabdehin qeydiyyatda olduğu və tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən ünvan üzrə 27 mart 2023-cü il tarixli məktubla göndərilmiş və 06 aprel 2023-cü il tarixdə “poçt xəbərnaməsinə” imza edilməklə qəbul edilmişdir. Eyni zamanda qətnamə xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi olan vəkilin elektron kabinetinə yerləşdirilmişdir. Kassasiya şikayəti isə xx.xx.2023-cü ildə verilmişdir.
32. Apelyasiya instansiyası məhkəməsi cavabdehin qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etmədiyinə görə müddətin bərpasından imtina etmişdir.
33. Kassator müddətin ötürülməsinin səbəbi kimi, qətnamənin surətinin göndərilmədi barədə məktubu onun deyil, qardaşının aldığını bildirmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı bildirmişdir ki, vəkilin ərizəsində xahişini əsaslandırdığı özünə münasibətdə sadaladığı hallar məhkəmə aktından şikayət verməsinə maneə törədən hal kimi qiymətləndirilə və üzrlü hesab edilə bilməz.
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki bu dəlil ümumilikdə şikayət vermə müddətinin axımının başlanm ası ilə bağlıdır. Lakin nəzərə alınmalıdır ki, MPM-nin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
36. Baxılan işdə də cavabdehə qətnamənin surəti bu qay dada çatdırılmışdır. Bu hal isə, MPM-nin 135.5-ci maddəsinə əsasən məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir.
37. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı q anunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
38. Apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.
39. Bundan başqa, ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquq münasibətlərinin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz.
40. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsi ndə balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.
41. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər.
42. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin di gər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir.
43. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 133-cü maddəsinə istinad etməklə iddiaçının prosessual müddətin bərpasına dair vəsatətini təmin etməmiş, kassasiya şik ayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1957/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.