Məhkəmə qərarları › İş №2(102)-4661/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-4661/2020

20.10.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4661/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin Cavabdeh qarşı artıq ödənilmiş pensiyasının qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş kass asiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(061)-1196/2019 nömrəli (hakim E.Bayramov, İş № 2(061)-1196/2019) qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 3843,59 (üç min səkkiz yüz qırx üç manat əlli doqquz qəpik) manat alınıb Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov-sədrlik edən və məruzəçi, Ə.Məmmədov və F.Mehdiyev, iş № 2(104)-676/20) cavabdehə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsi Cavabdeh qarşı Tərtər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən artıq ödənilmiş 3843,59 manat pensiya məbləğinin tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Res publikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsi tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının müayinəyə dair aktı ilə Cavabdeh təyin olunmuş əlillik etibarsız hesab edilmişdir. Nəticədə cavabdehə 3843,59 manata artıq ödənilmiş pensiya məbləği müəyyən edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xə bərdar edilmiş olsalar da, onlar hər hansı səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Hazırki iş üzrə iddiaçı Cavabdeh əliliyə görə artıq ödənilmiş əmək pensiyasının 3843,59 manat məbləğinin geri qaytarılmasını iddia edir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh xx xxx 2018-ci il tarixdən əlilliyə görə pensiya təyin edilmiş və sonuncuya həmin tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsi tərəfindən hər ay 264,81 manat pensiya ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən Cavabdeh əliliyi verildiyi tarixdən etibarsız hesab olunmuşdur. Ona görə də Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsi hazırki iddia ilə məhkəmə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir. İddia ərizəsindən gö rünür ki, vətəndaş Cavabdeh əlillik dərəcəsi Tibbi Sosial Ekspert Komissiyasında etibarsız hesab edildiyi üçün əlilliyə görə əmək pensiyası almaq hüququ olmamışdır. Göründüyü kimi inzibati orqan cavabdehə ödənilən əmək pensiyası məbləğinin ödənilməsinə əsas olan əlilliyin etibarsız hesab olunduğunu və ödənilən pensiya məbləğinin əsassız olaraq verilməsini müəyyən edərək məbləğlərin ödənilməsinin dayandırılması və həmin məbləğlərin geri qaytarılmasına dair inzibati akt qəbul etmiş və eyni tələblə məhkəməyə iddia vermişdir. «İnzibati İcraat Haqqında» Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi icrası «İcra Haqqında» Azərbaycan Respublikası Qanununa əsasən icra məmurları tərəfindən icra olunur. Həmin Qanunun 82.2-c i maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, be lə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür. İnzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Bu isə inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı fəaliyyəti üzərində məhkəmə nəzarətinin müəyyən edilməsini tələb edir. «İnzibati icraat haqqında» Qanunun 72-ci maddəsində inzibati orqanların qəbul etdiyi inzibati aktlardan inzibati şikayətin inzibati qaydada və ya məhkəmə qaydasında verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməs i Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” qərarının 5.1 və 7.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 15.4-cü bəndinə göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, pul tələblərinin icra edilməsi digər növ inzibati aktların icra edilməsindən fərqlənir. Hazırkı icraat daxilində tələb yönəldilmiş borclu inzibati akt ilə üzərinə konkret hərəkəti həyata keçirmək vəzifəsi qoyulmuş şəxsdir. Pul tələblərinin icra edilməsi zamanı tələbin icraya yönəldilməsi haqqında qərar icra sənədi kimi çıxış edir. Bundan sonra məhkəmə qaydasında icra sənədinin əldə edilməsinə heç bir ehtiyac yoxdur. Tələbin icraya yönəldilməsi haqqında qərar birmənalı şəkildə hansı tələbin (məbləğ, forma, müddət) irəli sürüldüyünü əks etdirməlidir. Bu qərar özü müstəqil olaraq inzibati akt hesab edilir və ona qarşı müstəqil qaydada inzibati şikayət və inziba ti iddia (mübahisələndirmə) irəli sürülə bilər. Göstərilənlərə istinad edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının qəbul etdiyi inzibati akt faktiki olaraq müvafiq olaraq icraya yönəldilməli olan sənəddir. Həmin qərarda inzibati orqanın gəlmiş olduğu nəticəsi ilə bağlı yenidən məhkəmə qərarının əldə edilməsinə ehtiyac yoxdur. İzah olunmalıdır ki, inzibati orqan müvafiq olaraq artıq tutulması qərara alınmış pul məbləğinin yenidən məhkəmə qaydasında tutulmasına dair tələbi irəli sürməli deyil, müvafiq olaraq qəbul edilmiş və özlüyündə icra sənədi sayılan inzibati aktı icra edilməsi üçün müvafiq icra qurumuna göndərməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim işin icraatına xitam verir. H əmçinin qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 90.1-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2011-ci il tarixli qərarında da vurğulanmışdır ki, vergi orqanı məhkəməyə yalnız siyahıya alınmış əmlakın açıq hərracda satılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Digər hallarda, vergi borcunun alınması qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədən kənar qaydada həll olunur. Vergi ödəyicisinin zəruri və kifayət olan həcmdə siyahıya alınacaq əmlakının olmaması isə vergi orqanına vergi borcunun məhkəmə qaydasında tutulması ilə bağlı iddia qaldırmasına əsas ola bilməz.” Azərbaycan Respubli kası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(104)-676/20 saylı qətnaməsi ləğv olunsun. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi y anında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin Cavabdeh qarşı artıq ödənilmiş pensiyasının qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar