Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4661/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı, İddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı bir icraatda birləşdirilmiş işlər üzrə QƏRARİ Açar sözlər: Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin mübahisələndirilməsi. Etibarsız əqdin növləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbinə, iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-46/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsindən "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən verilmiş kassasiya şikayətinə 5 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli 0180/NF/14 №-li kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 76480 ABŞ dolları məbləğində kredit vermişdir.
2. Həmin kredit müqaviləsinin təminatı olaraq "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh1 Ələbbas qızı arasında xx.xx.2014-cü il tarixli 0180/NF/14 №-li İpoteka (Girov) müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 126, 145 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit müqaviləsinin təminatı olaraq həmin tərəflər arasında xx.xx.2014-cü il tarixli 0180/NF/14 №-li Daşınar Əmlakın Girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətindəki 4000 manat dəyərindəki ev əşyaları və Cavabdeh2 dövriyyəsində olan 20000 manat məbləğindəki mal qalığı girov hüququ ilə yüklü edilmişdir. 3. "xxxx" Bank Olma yan Kredit Təşkilatı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 0063/NF/15 № li kredit müqaviləsi imzalanmış və müqaviləyə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə, illik 21 faiz ödəmək şərti ilə 71313 ABŞ dolları məbləğində kredit verilməsi müəyyən edilmişdir.
4. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh1 Ələbbas qızı arasında xx.xx.2015-ci il tarixli 0063/NF/15 №-li İpoteka (Girov) müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 126, 145 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit müqaviləsinin təminatı olaraq həmin tərəflər arasında xx.xx.2015-ci il tarixli 0063/NF/15 №-li Daşınar Əmlakın Girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavab deh1 mülkiyyətindəki ev əşyaları 4000 manat dəyərindəki ev əşyaları girov hüququ ilə yüklü edilmişdir. 5. "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh2 arasında 04 fevral 2016cı il tarixli 0007/NF/16 №-li kredit müqaviləsi imzalanmış və müqaviləyə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə, illik 17 faiz ödəmək şərti ilə 67780 ABŞ dolları məbləğində kredit verilməsi müəyyən edilmişdir.
6. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh1 Ələbbas qızı arasında 26 dekabr 2014-cü il tarixli 0180/NF/14 saylı ipoteka müqaviləsinə 04 fevral 2016-cı il tarixli 02 № li əlavə bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 Ələbbas qızının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində ümumi sahəsi 48,05 kv.m olan 4 otaqlı 1 26 saylı evin 145 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı şəhər Nizami Rayon Məhkəməsində birinci iş üzrə icraat
7. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ASC-nin xeyrinə 04 fevral 2016-cı il tarixli 0007/NF/16 saylı kredit müqaviləsi üzrə 65281,33 ABŞ dolları əsas, 52961,23 ABŞ dolları faiz və 110963,92 ABŞ dolları dəbbə, cəmi 229206,48 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh2 ilə ASC arasında bağlanmış 04 fevral 2016-cı il tarixli kredit müqaviləsinə xitam verilməsi, tutmanın ilkin satış qiyməti 100000 manat müəyyən edilməklə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində Cavabdeh1 Ələbbas qızının mülkiyyətində olan 48,05 kv.m sahədən ibarət, 4 otaqlı, 126 saylı evin 145 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılaraq tələb edilən borcun tutulması, mənzildən orada yaşayan Cavabdeh1 Əliabbas qızının, Cavabdeh2, Cavabdeh3 çıxarılması, mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə onun borcu yaranmışdır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır.
9. İddiaçının təqdim etdiyi xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 "İddiaçı” ASC-yə 65281,33 ABŞ dolları əsas, 44145,07 ABŞ dolları faiz, 92032,34 ABŞ dolları hesablanmış dəbbə pu lu, cəmi 201458,74 ABŞ dolları borcu vardır. 10. "xxxx" MMC-nin 14 mart 2019-cu il tarixli 01/04 nömrəli rəyə əsasən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 126 saylı evin 145 nömrəli mənzilin bazar qiyməti 115800 manat təşkil edir.
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli 2(007)-46/2019 saylı qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia qismən təmin edilərək, Cavabdeh2 ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC arasında bağlanmış 04 fevral 2016-cı il tarixli 0007/NF/16 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh2 "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə 04 fevral 20116-cı il tarixli 0007/NF/16 saylı kredit müqaviləsi üzrə 65281,33 ABŞ dolları əsas, 52961,23 ABŞ dolları faiz və 11000 ABŞ dolları cərimə, cəmi 129242 ABŞ dolları (qət namənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində Cavabdeh1 Ələbbas qızının mülkiyyətində olan dəyəri 115800 manat təşkil edən 126 saylı evin 145 saylı 4 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait hesabına Cavabdeh2 “İddiaçı” ASC-yə olan borcunun ödənilməsi, mənzil hərracdan satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir.
13. Məhkəmə əsas və faiz bo rcunun iddiaçının tələb etdiyi məbləğdə tutulmasını qət etmiş, tələb edilən 10963,92 ABŞ dolları cərimə borcunu əsas borca tənasübsüz yüksək hesab edərək Mülki Məcəllənin 467-ci maddəsinə əsasən dəbbə pulunu 11000 ABŞ dollarına azaltmışdır.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385, 442, 443.1, 448.1, 462.1 və 467-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişlər. b) Bakı şəhər Nəsimi Rayon məhkəməsində ikinci iş üzrə icraat
16. İddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli 0063/NF/14 saylı və xx.xx.2016-cı il tarixli 0007/NF/16 saylı kredit müqavilələri ni etibarsız hesab edərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 0180/NF/14 saylı "xxxx" əsasında iddiaçı evin təmiri üçün ASC-dən kredit götürmüşdür. Həmin vaxt aralarında əldə olunmuş razılığa əsasən kredit məbləği 60000 manat olduğu halda, müqavilədə kreditin məbləği 76480 ABŞ dolları kimi qeyd olunmuşdur. Həmin vaxt 1 ABŞ dolları təxminən 0,78 Azərbaycan manatı dəyərində idi. Müqavilə bağlandıqdan təxminən 2 ay sonra ölkədə birinci devalvasiya baş vermiş, ABŞ dollarının Azərbaycan manatına dəyəri qalxmışdır. Bununla əlaqədar olaraq iddiaçı ilə ASC arasında xx.xx.2015-ci il tarixdə 0063/NF/14 saylı "xxxx" bağlanmışdır. Bunun üstündən təxminən 5 ay keçdikdən sonra isə ölkədə ikinci devalvasiya baş vermişdir. Bununla əlaqədar olaraq iddiaçı ilə ASC arasında xx.xx.2016-cı il tarixdə 0007/NF/16 saylı "xxxx" bağlanmışdır. Hər iki devalvasiya nəticəsində ABŞ dollarının Azərbaycan manatına dəyəri ümumilikdə 2 dəfədən çox qalxmışdır.
18. İddiaçı bildirir ki, sonradan bağlanmış müqavilələr formal xarakter daşımış, ASC həmin müqavilələri iddiaçıya guya kömək etmək məqsədi ilə bağlamış, lakin məbləğlər yenə də, ABŞ dolları ilə göstərilmiş, həmin müqavilələr üzrə ASC tərəfindən iddiaçıya faktiki olaraq hər hansı məbləğdə pul verilməmişdir. Həmin vaxt iddiaçı qeyd edilən müqavilələri ona görə mübahisələndirməmişdir ki, ASC-nin işçiləri ona, yeni müqavilələrin əvvəlki xx.xx.2014-cü il tarixli, 0180/NF/14 saylı "xxxx" üzrə yaranmış borcun restrukt urizasiya etmək məqsədi ilə bağlandığını bildirmişlər.
19. Göstərilənləri nəzərə alan iddiaçı hesab edir ki, qeyd edilən hər 2 "xxxx" formal olaraq bağlandığı üçün etibarsız hesab edilməli və bu zaman həmçinin nəzərə alınmalıdır ki, həmin etibarsız müqavilələrin mövcudluğu iddiaçını, devalvasiyaya görə dövlət tərəfindən verilmiş imtiyazlardan istifadə etmək hüququnu məhdudlaşdırmışdır. Mübahisə predmeti olan kredit müqavilələri etibarsız hesab olunacağı təqdirdə iddiaçının kredit məbləğinin ödənilməsi üzrə maddi yükü azalacaqdır. Həmçinin həmin müqavilələr etibarsız hesab olunacağı təqdirdə iddiaçının dövlət tərəfindən xarici valyutada devalvasiyadan öncə götürülmüş kreditlər üzrə ödənilməli olan kompensasiyanı almaq hüququ yaranacaqdır.
20. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (hakim Rami n Xəlilov) 18 iyun 2020-ci il tarixli qətnamə ilə iddia tələbi rədd edilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki halda tərəflər arasında bağlanmış əqd o zaman etibarsız sayıla bilər ki, iddiaçının ağır vəziyyətə düşməsi və digər tərəfin, yəni cavabdehin bundan istifadə etməsi nəticəsində iddiaçının özü üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur olduğu və yaxud da əqdi məcburetmə (zorakılıq və ya hədələmə) təsiri altında bağladığı sübuta yetirilsin.
22. İddiaçının istinad etdiyi etibarsızlıq şərtlərinin faktiki hallarını sübut etmək yükü onu iddia edən tərəfin üzərinə düşür. Bununla belə, istinad olunan etibarsızlıq halının hər hansı bir zəruri şərtinin aşkar edilməməsi bu xarakterli iddia tələbinin rədd edilməsi üçün əsasdır.
23. Hazırkı mülki işdə isə iddiaçı yuxarıda sadalanan etibarsızlıq şərtlərinə istinad etsə də, kredit müqaviləsinin bağlanılması ilə bağlı iradəsinin təşəkkül etməsinə təsir edən amillərdə cavabdehin məcburetmə hərəkətlərinin mövcud olduğunu, onunla cavabdeh arasında özünün zəifliyindən qaynaqlanan tənasübsüzlük olmasını, cavabdehin bu zəiflikdən istifadə edərək onu qəsdən istismar etməsini və müqavilənin də bunun nəticəsində bağlanıldığını (ağır şərtli əqd) bildirən, habelə sözügedən kredit müqaviləsi bağlanarkən tərəflərin hüquqi nəticə əmələ gətirməmək barədə razılığa gəldiklərini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı həm də mübahisə predmeti olan kredit müqavilələri üzrə kredit məbləğinin cavabdeh tərəfindən ödənilmədiyini də bildirmişdir ki, bu da əqdin etibarsız lığı şərti deyil, müqavilə tərəfinin öhdəliyini yerinə yetirməməsi halına istinaddır.
24. Məhkəmə qeyd etmişdir ki, müqavilə tərəfinin müqavilə öhdəliyini icra etməməsi digər tərəfin müqavilənin etibarsızlığını deyil, həmin öhdəliyin icra edilməsi (və ya icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi) tələbinin irəli sürməsi üçün əsasdır.
25. Hazırkı mülki işdə isə iddiaçı kredit müqaviləsi ilə bağlı açıqladığı iradə bəyanının onun düşündüyünə uyğun olmamasını, yaxud müqavilə ilə bağlı iradəsinin təşəkkül etməsinə təsir edən amillərdə yanılmasını göstərən mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir.
26. Məhkəmə həmçinin hesab etmişdir ki, hətta mübahisə predmeti olan kredit müqavilələri iddiaçının qeyd etdiyi əsaslarla etibarsız olsaydı belə, iddiaçı tərəfindən bu əq din etibarsızlığını mübahisələndirmə müddəti ötürüldüyündən, tələb rədd edilməlidir. İddiaçı, həm əqdin əhəmiyyətsiz əqd olduğuna, həm də MM-in 340.1-ci və 340.2-ci maddələrinə istinad etdiyindən, həmin tələbə MM-nin 354.1-ci və 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddət şamil edilir. Həmin müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır.
27. İddiaçı mübahisə predmeti olan kredit müqavilələri bağlanarkən öz hüquqlarının pozulduğunu bilməli idi.
28. İddiaçı Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. c) Apellyasiya instansiyası məhkəməsindəki birinci iş üzrə icraat
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(102)-476/2020 nömrəli iş üzrə 11 mart 2020-ci il tarixli qərardadı ilə (hakimlər – Raqib Qurbanov (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Aida Hüseyn) Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin icraatında olan (ikinci iş üzrə) iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə mülki işə baxılana kimi, iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbinə dair birinci iş üzrə icraatın dayandırılması qərara alınmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci iş üzrə icraat
30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər - Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) 30 oktyab r 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
31. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbinə görə onunla cavabdeh ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli "xxxx" üzrə ASC tərəfindən ona hər hansı məbləğdə pul verilməmiş, bank onu aldatmışdır. Həmin müqavilələri bağlayan Cavabdeh2 hesab etmişdir ki, əvvəlki kredit müqavilələri restrukturizasiya olunaraq yenilənir. Bu hallara istinad edən Cavabdeh2 müqavilələrin etibarsızlığını tələb edir.
32. Qanunvericiliyin tələbinə görə, əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəz ərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmasın. Bu səbəbdən, hazırda məhkəmənin qarşısında duran əsas vəzifə tərəflər arasında bağlanmış kredit müqavilələrinin qanunun tələblərini pozmaqla bağlanmış olub-olmamasını müəyyən etməkdir.
33. İşin faktiki hallarına əsasən məhkəmə müəyyən etmişdir ki, tam fəaliyyət qabiliyyətli olan Cavabdeh2 cavabdeh ASC ilə hər iki müqaviləni bağlayarkən sərbəst iradə ifadəsini nümayiş etdirib, aralarında olan borc münasibətlərinin rəsmiləşdirmək məqsədi ilə həmin müqavilələri bağlamış, onları imzalamışdır. Sözügedən müqavilələrinin şərtləri kifayət qədər aydın və səlis şəkildə ifadə olunmuşdur. Qeyd olunan halın əksi, yəni iddiaçının istinad etdiyi hallar sübuta yetirilmir. Belə ki, iddiaç ı cavabdeh ASC-nin onu aldatması nəticəsində müqavilələri imzaladığını iddia etsə də, bu halı təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, qanunvericiliklə bu xüsusatı sübuta yetirmək vəzifəsi hazırki halda iddiaçının üzərinə düşür. Çünki MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlmişidir ki, iddiaçı tərəfindən mübahisələndirilən hər 2 müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur.
35. Digər tərəfdən iddiaçı tərəfindən Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş kəsici müddət ötürülmüşdür və hə r 2 müqavilənin etibarsız hesab edilməsi bu baxımdan da qeyri-mümkündür.
36. İddiaçı Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. e) Kassasiya instansiyası məhkəməsində ikinci iş üzrə icraat
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Əhməd Nurməmmədov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, İsmayıl Xəlilov) 11 oktyabr 2021-ci il tarixli 2(102)-4507/2021 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)7408/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiy a instansiyası məhkəməsinə göndərilmişdir.
38. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının vəkilinin verdiyi izahata əsasən müəyyən edilmişdir ki, hazırki iş üzrə tərəflər arasında olan digər məhkəmə mübahisəsi üzrə ASC hazırki iş üzrə iddiaçıya qarşı kredit borcunun ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən həmin iş üzrə cavabdehlər Cavabdeh2 və qeyriləri tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılarkən iş üzrə icraat hazırki mübahisəyə baxılana kimi dayandırılmışdır. Həmin iş üzrə ASC Cavabdeh2 və qeyrilərinə qarşı iddia tələbini aralarında hazırda mübahisələndirilən kredit müqavilələri ilə əsaslandırmışdır. Hazırkı iş üzrə isə iddiaçı həmin müqavilələrin etibarsızlığını mübahisələndirir. Göründüyü kimi hər iki iş üzrə tərəflər, iddianın predmeti və əsasları qismən üst-üstə düşmüş, işdə iştirak edən şəxslərin təkrarlandığı hər iki iş eyni kredit müqavilələri üzrə yaranan öhdəliklərin icrası ilə bağlı olmuşdur. Həmin işin məhkəmənin icraatında olması ilə əlaqədar olaraq hazırkı iş üzrə iddianın əsasları faktiki olaraq digər iş üzrə verilməli olan etirazın əsaslarını, həmin iş üzrə iddianın əsası isə hazırkı iş üzrə ASCnin etirazının əsasını təşkil etmişdir.
39. Qeyd olunanlara baxmayaraq birinci instansiyası məhkəməsi MPM-in 259.0.4, 261.0.2, yaxud 169.3-cü maddələrinin mülki işə tətbiqi mümkünlüyünü tərəflərlə müzakirə etmədən, bununla bağlı heç bir araşdırma və hüquqi də yərləndirmə aparmadan işə mahiyyəti üzrə baxmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 385.1.1ci maddəsinin tələbləri pozularaq həmin məhkəmə aktı dəyişdirilmədən saxlanılmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
40. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2021-ci il tarixli 2(103)-11364/2021 saylı qərardadı ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov) hər iki mülki iş birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.
41. Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2020-ci il tarixli 26647 saylı ekspert rəyinə əsasən iddia ərizəsində borcun hesablandığı xx.xx.2017-ci il tarixə Cavabdeh2 “İddiaçı” ASC-yə olan borcu 70419,57 ABŞ dol ları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 65281,55 ABŞ dolları, faiz borcu 5138,02 ABŞ dolları. xx.xx.2018-ci il tarixə Cavabdeh2 “İddiaçı” ASC-yə olan borcu 89131,8 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 65281,55 ABŞ dolları, faiz borcu 23850,25 ABŞ dolları.
42. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-46/2022 nömrəli iş üzrə 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Raqib Qurbanov (sədrlik edən və məruzəçi), Vidadi Məmmədov və Vüsalə Baxışova) Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-46/2019 saylı mülki iş üzrə qəbul etdiyi 07 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edimiş, iddiaçı “İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi rədd edilmiş, iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2775/2020 nömrəli mülki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 0063/NF/14 saylı və xx.xx.2016-cı il tarixli 0007/NF/16 saylı kredit müqavilələri etibarsız hesab edilmişdir.
43. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 iddia ərizəsində göstərilən hallara əsasən belə nəticəyə gəlinir ki, o, yanıldığına istinad edir və iddia tələblərini “etibarsız hesab edilərək ləğv edilməsi” kimi göstərsə də, Mülki Məcəl lənin əqdlərin etibarsızlığı adlanan 14-cü fəslinin bir çox müddəalarına istinad etməklə kredit müqavilələrinin etibarsızlığı tələbini irəli sürür.
44. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi hallarda mübahisəli kredit müqavilələrinin etibarsız hesab edilməsi tələblərinin qanuni əsasını Mülki Məcəllənin 347-ci maddəsi təşkil edir. Hazırkı işdə də qeyd olunan maddələrin bütün dispozitiv şərtlərinin mövcudluğu tam təsdiq olunur.
45. Belə ki, iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 0180/NF/14 №-li kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən “İddiaçı” ASC-yə ümumilikdə 11935,97 ABŞ dolları məbləğində ödəniş edilmiş və həmin ödənişin çox hissəsi, yəni 6768,97 ABŞ dolları faiz borcuna, az h issəsi - 5167 ABŞ dolları hissəsi isə əsas borca silinmişdir. xx.xx.2015-ci il tarixli 0063/NF/15 №-li kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən “İddiaçı” ASC-yə ümumilikdə 11801,75 ABŞ dolları məbləğində ödəniş edilmiş və həmin ödənişin böyük hissəsi, yəni 8268,53 ABŞ dolları faiz borcuna, az hissəsi - 3533,22 ABŞ dolları hissəsi isə əsas borca silinmişdir. 04 fevral 2016-cı il tarixli 0007/NF/16 №-li kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən “İddiaçı” ASC-yə ümumilikdə 9198,65 ABŞ dolları məbləğində ödəniş edilmiş və həmin ödənişin böyük hissəsi, yəni 6700,20 ABŞ dolları faiz borcuna, az hissəsi - 2498,45 ABŞ dolları hissəsi isə əsas borca silinmişdir. Göründüyü kimi Cavabdeh2 tərəfindən “İddiaçı” ASC-yə ümumilikdə 32936,37 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Eyni zamanda, sonu ncu kredit müqaviləsi üzrə borcun müəyyən olunması məqsədi ilə hazırki apellyasiya baxışı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 04 fevral 2020-ci il tarixli rəyə əsasən iddia ərizəsində borcun hesablandığı xx.xx.2017-ci il tarixə Cavabdeh2 “İddiaçı” ASC-yə olan borcu 70419,57 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 65281,55 ABŞ dolları, faiz borcu 5138,02 ABŞ dolları. xx.xx.2018-ci il tarixə Cavabdeh2 “İddiaçı” ASC-yə olan borcu 89131,8 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 65281,55 ABŞ dolları, faiz borcu 23850,25 ABŞ dolları.
46. Göründüyü kimi Cavabdeh2 ümumilikdə 32936,37 ABŞ dolları ödəniş etsə də, birinci kredit müqaviləsi üzrə aldığı 76480 ABŞ dolları məbləğində ə sas borcdan cəmi 11198,45 ABŞ azalmışdır (76480-65281,55=11198,45). xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli kredit müqavilələri tərəflər arasında daha əvvəl bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən fərqli olaraq daha aşağı faizlərlə, yəni müvafiq olaraq 21 və 17 faiz ödəmək şərti ilə bağlansa da, birinci müqavilədən fərqli olaraq sonrakı kreditlər 36 ay müddətinə deyil, daha uzun müddətə, yəni 60 ay müddətinə verilmiş, habelə birinci müqavilə üzrə cəmi 29600 ABŞ dolları məbləğində faiz borcu ödəməli olduğu halda ikinci və üçüncü müqavilələr üzrə müvafiq olaraq 44411 və 33369,5 ABŞ dolları məbləğində faiz borcunun ödənilməsi müəyyən edilmişdir. Bütün bu hallar isə birmənalı olaraq təsdiq edir ki, mübahisələndirilən kredit müqavilələri Cavabdeh2 tərəfindən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmışdır. Çünki Cavabdeh2 bilsəydi ki, üzərindən 5 ildən çox müddət keçməsinə və 32936,37 ABŞ dolları ödəniş etməsinə baxmayaraq faktiki aldığı əsas kredit məbləğindən cəmi 11198,45 ABŞ dolları azalacaq, bununla bağlı kredit müqavilələrini ümumiyyətlə bağlamazdı.
47. Göründüyü kimi hazırki işdə Mülki Məcəllənin 347-ci maddəsində göstərilən zəruri şərt də mövcuddur.
48. Onun tərəfindən iddia müddətinin ötürülməsi barədə birinci instansiya məhkəməsinin dəlillərini isə apellyasiya instansiya məhkəməsi əsassız hesab edərək qeyd etmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən müddətlər iddia müddəti deyil, kəsici müddətdir. Həmin maddənin tələblərinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Bu baxımdan hazırkı iş üzrə Cavabdeh2 əqdləri mübahisələndirmək əsasını ona məlum olduğu andan bir ay ərzində iddia irəli sürə bilərdi. İşin hallarından da göründüyü kimi Cavabdeh2 məhz birinci iş üzrə ekspert rəyi rəsmi qaydada ona verildikdən (02 mart 2020-ci il) və rəylə tanış olduqdan sonra yanıldığını bilmiş və dərhal sonra, yəni 04 mart 2020-ci il tarixdə hazırki iddianı qaldırmışdır. Ona görə də, Cavabdeh2 tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsin də nəzərdə tutulmuş müddəti ötürülməmiş və bu əsasa görə iddia tələbləri rədd edilə bilməz.
49. Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, ki, Cavabdeh2 iddiası təmin edilməli və mübahisələndirilən kredit müqavilələri etibarsız hesab edilməlidir.
50. Eyni zamanda məhkəmə hesab etmişdir ki, hazırki işdə Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq edilərək əqd üzrə alınanların geri qaytarılması məsələsi həll oluna bilməz. Belə ki, işin mübahisəsiz hallarına görə ikinci və üçüncü kredit müqavilələri imzalanarkən Cavabdeh2 hər hansı məbləğdə kredit verilməmiş və əvvəlki müqavilə üzrə borc silinmişdir. Birinci kredit müqaviləsi üzrə ödənilməli olan borcun məbləği isə hazırki mübahisənin predmetinə daxil deyil. Çünki “İddiaçı” ASC-nin iddiasının əsasını sonu ncu kredit müqaviləsi təşkil edir və ona görə də, hazırki işdə birinci kredit müqaviləsi üzrə borcun məbləği müəyyən edilə bilməz.
51. Məhkəmə hesab etmişdir ki, “İddiaçı” ASC-nin iddiası əsassızdır. Belə ki, o, həmin iddianı Cavabdeh2 ilə arasında bağlanmış 04 fevral 2016-cı il tarixli 0007/NF/16 №-li kredit müqaviləsinə əsasən irəli sürmüşdür. Lakin yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, həmin kredit müqaviləsi vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlandığı üçün etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsində isə təsbit edilmişdir ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu baxımdan etibarsız hesab edilən müqavilə üzrə kredit borcunun tutulması üçün hər hansı ə sas yoxdur. Ona görə də həmin iddia tələbləri və bundan irəli gələn tutmanın ipoteka predmetinə yönəldilməsi barədə tələblər də rədd edilməlidir.
52. Məhkəmə həmçinin izah etmişdir ki, “İddiaçı” ASC tərəflər arasında bağlanmış birinci kredit müqaviləsi üzrə borcun tutulması tələbini irəli sürmək hüququna malikdir.
53. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 347, 354.2, 337.4 və 337.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 54. “İddiaçı” ASC (vəkil Nümayəndə5) kassasiya şikayəti verərək Cavabdeh2 iddiasının rədd edilməsi, “İddiaçı” ASC-nin iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsi, bu mümkün olmadıqda isə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş et mişdir.
55. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərin iradə ifadəsini əks etdirən, notariat orqanı tərəfindən təsdiq edilən, inzibati orqan tərəfindən qeydiyyata alınan bir müqavilənin etibarsız olması nəticəsinə gəlinməsi qanunsuzdur. Məhkəmə iddia müddətinin tətbiq edilməsi ilə bağlı təqdim edilmiş ərizəni belə öz fikirlərinə uyğunlaşdıraraq rədd edərək bildirmişdir ki, Cavabdeh2 ekspert rəyini aldıqdan sonra əsaslı yanıldığını bilmiş və bundan sonra məhkəmədə iddia qaldırmışdır. Lakin bu yanaşma düzgün deyil. Məhkəmə proseslərinə kimi cavabdeh borcunu ödəyə bilmədiyi üçün dəfələrlə ona sonuncu müqavilə üzrə öhdəliklərinin icra edilməsi bildirilmişdir. Tərəflər arasında razılaşdırılmış bütün şərtlər və tələblər həmin müqavilədə öz əksini tapmış və müqavilənin bağlandı ğı tarixdən iddianın məhkəməyə daxil olduğu dövrə kimi Əqd barəsind hər hansı bir tərəf mübahisə açmamışdır.
56. Mülki Məcəllə ilə müəyyən edilmiş heç bir şərt və ya tələb müqavilə tərəfləri tərəfindən pozulmamışdır. Məcəllə açıq şəkildə bildirir ki, “şərtlər pozmaqla” bağlana əqd etibarsızdır. Tərəflər arasında bağlanmış müqavilə üzrə hansı şərtlərin pozulduğu qətnamədə əksini tapmamışdır. Mülki qanunvericiliyin tələbinə uyğun olaraq tərəflər arasında mülki hüquqi müqavilə bağlanmış və sərbəst şəkildə müqavilə əsasında, qanunvericiliyə zidd olmayan hüquq və vəzifələrin müəyyənləşdirmişlər. Formal mülahizə əsasında qanuni şəkildə bağlanan müqavilənin etibarsız hesab edilməsi qanuna ziddir. Müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri ilə bağlanmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Yalnız cavabdehin şifahi izahatlarına istinad edilmişdir. Məhkəmə təqdim edilən hesabdan çıxarış və digər sənədləri nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
57. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə4 kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
58. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti əsassızdır, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətdiq olunmaması ümumi sözlərlə qeyd edilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
59. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
60. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
61. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
62. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
63. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.
64. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: - 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; - 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; - 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.
65. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmı ş əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Prosessual Məcəllə
66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
67. Maddə
386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmi r.
69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
73. Hazırkı kassasiya şikayətində qətnamə “İddiaçı” ASC tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
74. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayət inin və ona etirazın dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
75. Baxılan işin mübahisələndirilməyən hallarına görə iddiaçı ASC ilə Cavabdeh2 arasında 3 fərqli kredit müqaviləsi bağlanmışdır.
76. Birinci müqavilə xx.xx.2014-cü il tarixdə bağlanmış, həmin müqaviləyə görə borcalana 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 76480 ABŞ dolları kredit verilmişdir.
77. İkinci müqavilə xx.xx.2015-ci il tarixdə bağlanmış, həmin müqaviləyə görə, borcalana 60 ay müddətinə, illik 21 faiz ödəmək şərti ilə 71313 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur.
78. Üçüncü müqavilə 04 fevral 2016-cı il tarixdə bağlanmış, həmin müqaviləyə görə isə, borcalana 60 ay müddətinə, illik 17 faiz ödəmək şərti ilə 67780 ABŞ dolları kredit verilməsi nəzərdə tutulmuşdur.
79. İşin mübahisə edilməyən digər halı ondan ibarətdir ki, tərəflər arasında bağlanmış yalnız birinci kredit müqaviləsinə əsasən borcalana kredit verilmiş, digər iki kredit müqaviləsi əvvəl bağlanmış kredit müqaviləsi üzrə borcun restrukturizasiya edilməsi üçün bağlanmış və kredit müqaviləsinin faiz dərəcəsi azaldılmış və kreditin ödənilməsi müddətləri artırılmışdır.
80. Bu halı iddiaçı da inkar etmir və məhkəməyə verdiyi iddia ərizəsində yalnız üçüncü müqaviləyə istinad edərək borcalandan sonuncu müqavilə üzrə kredit borcunun ödənilməsini tələb edir.
81. Apellyasiya instansiya məhkəməsi ikinci və üçün kredit müq avilələrini etibarsız hesab edərkən qeyd etmişdir ki, Cavabdeh2 ümumilikdə 32936,37 ABŞ dolları ödəniş etsə də, birinci kredit müqaviləsi üzrə aldığı 76480 ABŞ dolları məbləğində əsas borcdan cəmi 11198,45 ABŞ azalmışdır (76480-65281,55=11198,45). xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli kredit müqavilələri tərəflər arasında daha əvvəl bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən fərqli olaraq daha aşağı faizlərlə, yəni müvafiq olaraq 21 və 17 faiz ödəmək şərti ilə bağlansa da, birinci müqavilədən fərqli olaraq sonrakı kreditlər 36 ay müddətinə deyil, daha uzun müddətə, yəni 60 ay müddətinə verilmiş, habelə birinci müqavilə üzrə cəmi 29600 ABŞ dolları məbləğində faiz borcu ödəməli olduğu halda ikinci və üçüncü müqavilələr üzrə müvafiq olaraq 44411 və 33369,5 ABŞ dol ları məbləğində faiz borcunun ödənilməsi müəyyən edilmişdir. Bütün bu hallar isə birmənalı olaraq təsdiq edir ki, mübahisələndirilən kredit müqavilələri Cavabdeh2 tərəfindən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmışdır. Çünki Cavabdeh2 bilsəydi ki, üzərindən 5 ildən çox müddət keçməsinə və 32936,37 ABŞ dolları ödəniş etməsinə baxmayaraq faktiki aldığı əsas kredit məbləğindən cəmi 11198,45 ABŞ dolları azalacaq, bununla bağlı kredit müqavilələrini ümumiyyətlə bağlamazdı.
82. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə aşağıda qeytd edilənlərə əsasən razılaşmır. Belə ki, Mülki Məcəlləyə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən əqdin etibarsızlığının 4 növü müəyyən edilmişdir; 83. 1) Əhəmiyyətsiz əqdlər, 2) Mübahisələndirilən əqdlər, 3) Müvafiq razılığın olmaması səbəbindən bağlanmış əqdin etibarsızlığı, 4) Yalnız məhkəmə qərarı əsasında əqdin etibarsız hesab edilməsi.
84. Baxılan işdə Cavabdeh2 iddia ərizəsində göstərmişdir ki, ikinci və üçüncü kredit müqavilələrini bağlayarkən o aldadılmışdır. Həmin müqavilələr üzrə ona hər hansı bir məbləğdə kredit verilməmiş, həmin müqavilələr əvvəlki kredit müqavilələri üzrə faiz və dəbbə pulunu pərdələmək üçün bağlanmış, müqavilələr uydurma olmaqla formal xarakter daşımış, həmin müqavilələr onun iradəsinə zidd olmuşdur.
85. Göründüyü kimi, iddiaçı iddia ərizəsində həm əhəmiyyətsiz əqd üçün, (uydurma, pərdələnmə), həm də mübahisələndirilən əqdlər üçün xarakterik olan hallara (aldadılma, iradə ifadəsinin zədələnməsi) istinad edilir.
86. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisənin həlli baxımından ilk növbədə iddiaçının istinad etdiyi halların etibarsız əqdin hansı halına aid olmasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.
87. Belə ki, ayrı-ayrı hallarda əqdi mübahisələndirmə müddətinin fərqli olması, əhəmiyyətsiz əqdin özü özlüyündə etibarsız olması, mübahisələndirilən əqdin yalnız iradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsindən asılı olması, maddi hüquq normasının düzgün tətbiq edilməsi və tətbiq edilən hüququn hazırki işin faktiki hallarına uyğun gəlib-gəlməməsi baxımından mübahisələndirilən müqavilələrin etibarsızlığının hansı növünə aid olması m üəyyən edilməlidir.
88. Apellyasiya instansiya məhkəməsi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 347-ci maddəsinə istinad etmiş, lakin iddiaçının istinad etdiyi digər hallara, yəni onun aldadılmasına, ikinci və üçüncü müqavilələrin uydurma olmasına və digər əqdləri pərdələmək üçün bağlanılması ilə bağlı dəlillərə hüquqi qiymət verməmişdir.
89. Məhkəmənin mübahisələndirilən kredit müqavilələrinin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması barədə də gəldiyi nəticə işin hallarına uyğun deyil. Belə ki, məhkəmənin qənaətinə görə, Cavabdeh2 bilsəydi ki, üzərindən 5 ildən çox müddət keçməsinə və 32936,37 ABŞ dolları ödəniş etməsinə baxmayaraq faktiki aldığı əsas kredit məbləğindən cəmi 11198,45 ABŞ dolları azalacaq, bununla bağlı kredit müqavilələrini ümumiyyətlə bağlamazdı.
90. Mülki Məcəllənin 347-ci maddəsinə görə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.
91. Normanın dispozitiv şərtlərinin mövcud olması üçün iradə ifadəsi zədələnmiş (yanılmış) şəxs müqavilə bağlanan ana qədər və ya bağlanan anda həmin yanılmanın təsiri altında hərəkət etməlidir. Sonradan yaranmış hər hansı bir əsasın, konkret olaraq baxılan işdə cavabdehin ödədiyi məbləğdn sonra onun borcundan azalm anın az olması vacib əhəmiyyətli əqdin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması qənaətinə gəlməyə əsas vermir.
92. Belə ki, Cavabdeh2 müqaviləni bağlayarkən müqavilənin valyutası, kredit müqaviləsinin müddəti və illik faiz dərəcəsi ona məlum olmuş, ikinci və üçüncü müqavilələrin ona yenidən kredit verilməsi üçün deyil, digər kredit müqaviləsinin restruktruzasiya edilməsi üçün bağlanması halları müqavilə bağlanarkən ona məlum idi.
93. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına g öndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir.
94. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
95. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
96. Yuxarı da göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-46/2022 nömrəli, 19 aprel 2022ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.