Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4663/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 14.10.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-299/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 14 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə i clasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, 02 mart 2019-cu il tarixli qəbzlə X1 X” adlanan Lazer aparatını 35.000 (otuz beş min) manata İddiaçı satmış, qeyd edilən aparat İddiaçı istifadəsinə keçmiş, İddiaçı 30.400 (otuz min dörd yüz) manat pulu cavabdehə vermiş və 4.600 (dörd min altı yüz) manat borclu qalmışdır. Qalıq borcdan 03.04.2019-cu il tarixdə 1600 manat, 12.04.2019-cu il tarixdə 2000 manat və 25.04.2019-cu il tarixdə 1000 manat verilmişdir.
2. Bundan sonra cavabdeh X1 tərəfindən İddiaçı “X” adlanan Lazer aparatınının satışından olan borcunu tamamilə ödəməsi barədə 25 aprel 2019-cu il tarixli qəbz verilmişdir. 3. 14.05.2019-cu il tarixli 5478 nömrəli Qaimə fakturasından görünür ki, "xxxx" Firması 3193 Glase/ X/ X 1 ədəd C-82/8050 -00-0010-Fokus GL, MGL linzanı 360 manata satmışdır. 4. 14.05.2019-cu il tarixli 5466 nömrəli Qaimə fakturasından görünür ki, "xxxx" Firması 3193 Glase/ X/ X 1 ədəd C-170/7121-00-9210/ Clase fiberi 3.200 manata və 1 ədəd C-82/8050-00-0010-Fokus GL, MGL linzanı 360 manata, cəmi 3.560 manata satmışdır. 5. 14.05.2019-cu il tarixli 5656 nömrəli Qaimə fakturasından görünür ki, "xxxx" Firması 3193 Glase/ X/ X 2 ədəd C-15/9908-1704-0408/ flash lampanı və 1 ədəd C17/1301-00-7150/ biok trubkası vkladışı 900 manata satmışdır. 6. 04.03.2019-cu il tarixli 2647 nömrəli Qaimə fakturasından görünür ki, "xxxx" Firması 3193 Glase/ X/ X 8 ədəd C-45/7122-00-3268-MGL süşə linzanı 120 manata və 1 ədəd C-146/7121-00/9100/MGL nasadka 18 mm-ni 40 manata, cəmi 160 manata satmışdır.
7. «X»-nin 27.07.2018-ci il tari xli Nasazlıq aktından görünür ki, Cavabdeh sifarişi əsasında GL plus-3193 avadanlığında fiber dəyişdirilmişdir.
8. «X»-nin zəmanət şərtlərindən görünür ki, C-170/7121-00- 9210/ Clase fiberi fokus linzadan doğurlanan problemlər əsasında 1 (bir) il zəmanət verilir. Əks halda slider linza və ya qırılma baş verərsə, ehtiyat hissəsinə zəmanət verilməyəcəkdir.
9. «X» tərəfindən tərtib edilmiş 27 iyul 2018-ci il tarixli Nasazlıq Aktından görünür ki, Cavabdeh sifarişi əsasında GL Plus-3193 adlı avadanlıqda Fiber dəyişdirildi. 10. 17 iyun 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, İddiaçı ərizəsi əsasından toplanmış material üzrə tərəflər arasında olan mübahisənin mülki xarakterli olması və vətəndaş Cavabdeh əməlində cinayət tərkibi olmadığından c inayət işinin başlanması rədd edilmiş və tələbin mülki xarakterli olması izah edilməklə şikayətçiyə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qərarda “X” firmasının servis və satış rəhbəri Şahid izahatında 2013-cü ildən qeyd olunan firmada işlədiyini, İddiaçı və Cavabdeh şirkətin müştəriləri kimi tanıdığını, sözü gedən lazer aparatının 05.02.2018-ci il tarixdə şirkət tərəfindən Cavabdeh satıldığını və şirkətin əməkdaşları tərəfindən xxx küçəsində yerləşən “X” gözəllik salonunda quraşdırıldığını, təxminən 7 aydan sonra X ona zəng edərək aparatı satmaq istəməsi barədə məlumat verdiyini, aparata satılmamışdan əvvəl sonuncu dəfə 16.01.2019-cu il tarixdə texniki qulluq olduğunu və satılarkən saz vəziyyətdə olduğunu, 2019-cu ilin mart ayının əvvəllərində “X” salonunda əvvəlcədən tanımadığ ı X adlı qadına aparat barədə ümumi məlumat verdiyini, həmin vaxtdan sonra isə X və X dəvəti ilə bir neçə dəfə salona gedib aparata texniki qulluq göstərdiyini, lakin aparatın alqı-satqısında iştirak etmədiyini və tərəflər arasında olan sövdələşmədən məlumatsız olduğunu, X isə hazırda da şirkətə 2300 manat borclu olduğunu bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh 5180 (beş min yüz səksən) AZN məbləğində pulun və ödədiyi 31 manat dövlət rüsumunun alınıb ona verilməsi və cavabdehin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətləri olduğundan MPM-in 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edib prokurorluq orqanlarına göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərində, xəstəxanaların birində həkim işləyir. Gəlirini artırmaq üçün öz əsas işindən sonra, həkimlik peşəsinə yaxın olan, insanların üzündə və görkəmində gözəllik yaratmaq məqsədilə LAZER adlanan CL3193 markalı bir aparat almaq istəmişdir. İnternet sayıtların birində həmin aparatın satıldığı elanı oxumuş və ***-***-**-** mobil telefon nömrəyə zəng edib cavabdehlə danışmış və aparata baxıb qiymətini dəqiqləşdirmək istəyini bildirmişdir. Cavabdeh həmin aparatın ünvan 1 ünvanda yerləşən və özünə məxsus olan “X gözəllik studiosunda” olduğunu bildirərək həmin ünvana gəlməyini istəmişdir. Daha sonra LAZER adlanan Clase aparatına həmin ünvanda baxmış və apa ratın nə dərəcədə işlək vəziyyətdə olması baradə cavabdehdən maraqlanmışdır. Cavab olaraq cavabdeh həmin aparatın serviz xidmətini “X” firması tərəfindən aparıldığı barədə məlumat vermiş və həmin firmadan usta çağırıb yoxlanmasını təklif etmişdir, eyni zamanda aparatın son qiymət 35000 (otuz beş min) manata satacağını bildirmişdir. Bir gün sonra cavabdeh “X” (Tel: xxxxx) firmasının ustası və həmin aparata xidmət edən X adlı (Tel: (xxxxxxx) ustanı dəvət etmişdir. X gəlib onun iştirakı ilə aparata baxış etdikdən sonra, aparatın saz və işlək olduğunu deyərək sözlə zəmanət olduğunu bildirmişdir. Cavabdeh də eyni sözləri vermişdir. O, da mütəxəssis qismində dəvət olunmuş ustanın və cavabdehin bu sözlərinə inanmış, həmin aparatı almaq istəyini qətiləşdirmişdir. 02.03.2019-cu il tarixində atası N ümayəndə ilə birlikdə ilk olaraq cavabdehə 31000 (otuz bir min) manat məbləğində pulu vermiş, bir ay ərzində isə cavabdehə qalan 4.000 min manat məbləğində pulu vermişdir. Daha sonra cavabdehə 303 (üç yüz) manat icarə haqqı ödəməklə, aparat cavabdehin obyektində qalmalı və onun hesabıma işləyəsi olmuşdur. 35.000 min manata aldığı aparat 2 ay 6 gün işlədikdən sonra, yəni may ayının səkkizində nasazlıq səbəbindən dayanmışdır. O, cavabdehə bu barədə dedikdə cavabdeh həmin servizdən X zəng edib çağırmışdır. X gəlib aparata baxış keçirdikdən sonra aparatın xeyli xərci olduğunu bildirmişdir. Belə ki, fiber ötürücüsü - 3200 manat, fiberin 2 ədəd linzası 360 manat olmaqla, cəmi 720 manat, bir milyon lazer atışı olan hissə 1600 manat, ümumilikdə 5500 (beş min beş yüz) min manat xərci olduğunu söylə mişdir. Belə olan halda o, cavabdehə ona vermiş olduğu zəmanətli sözlərini xatırlatmışdır. Cavabdeh isə texnikaya cavabdehlik edə bilməyəcəyini söyləmişdir. Sonradan apardığı araşdırmalar göstərmişdir ki, həmin dəyişiləcək hissələrin işlək müddətinin bitməsinə çox az müddət qaldığı halda, cavabdeh aparatı ona satarkən bunları ondan bilərəkdən gizlədərək aldatmışdır. Bununla da cavabden 5500 manat xərci onun üzərinə qoymuşdur. Belə olan halda məsələyə atası qarışmış və cavabdehlə olan söhbətlərində atası kompromisə gedərək yarı-yarı pul qoymaqla, aparatı düzəltdirib satmağa, yaxud cavabdehin aparatı geri götürməsi üç aya bitməli və aparatı geri alarkən verdiyi 35000 (otuz beş min) manat pulu, üstəgəl təmir üçün verilən 2500 (iki min beş yüz) manat, ümumilikdə 37500 (otuz yeddi min beş yüz ) manatın cavabdeh tərəfindən ona qaytaracağı haqqında razılaşmışlar. İşin icrası, təmiri, satılması, yaxud qaytarılması cavabdehin üzərində qalmışdır. Beləliklə 17.05.2019-cu ili tarixində aparat tam düzəldilib fəaliyyətə başlamışdır. Aparat işə düşdükdən sonra isə, cavabdeh atası ilə olan kompromis razılaşmadan tam imtina edərək, aparatın qüsurlarının aradan qaldırılması üçün, cəmi 5180 (beş min yüz səksən) manat məbləğində çəkdiyi xərcin onun üzərində qaldağını və tərəfindən ona verilmiş 35.000 man pulun qaytarmayacağını, aparatı da geri götürməyəcəyini bildirdirmişdir. Belə olan halda 25.05.2019-cu il tarixdə o, məcbur olub baş vermiş hadisə ilə əlaqədar olaraq Yasamal rayon polis idarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində 17.06.2019-cu il tarixdə Yasamal RPİ-nin İŞ t ərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərar qəbul edilmişdir. Beləliklə, o, cavabdeh tərəfindən ona lazımi keyfiyyətli olmayan aparatın satması nəticəsində aparatda olan qüsurlarının aradan qaldırılması üçün, cəmi 5180 (beş min yüz səksən) manat məbləğində çəkdiyi xərci bu günə kimi cavabdehdən ala bilməmişdir. O, cavabdehdən çəkdiyi xərcləri ala bilmədiyindən və yaranmış mübahisəni məhkəmədən kənar həlli istiqamətində gördüyü tədbirlər bir nəticə vermədiyindən hesab edir ki, yaranmış mübahisənin həlli yalnız qanunvericilikdə göstərilən qaydada məhkəmə vasitəsilə həyata keçirilə bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehin əməllərində həqiqətən də dələduzluq hərəkətləri olduğundan məhkəmə cavabdeh barəsində xüs usi qərardad çıxararaq prokurorluğa göndərməlidir.
13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3044/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim B.Qasımov) iddia tələbi təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf iddia tələbində cavabdehin satılan aparatla bağlı hər hansı problem yarandığı halda yaranmış problemi özünün aradan qaldıracağına dair öhdəlik götürdüyünü bildirsə də, iddiaçı və cavabdeh arasında hər hansi müqaviləsinin olması müəyyən edilməmiş və iddiaçı bu barədə məhkəməyə hər hansı bir tutarlı sübut təqdim etməmişdir.
15. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, aparat saz vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Aparat iddiaçıya məxsus olduğu üçün onu vaxtlı-vaxtında texn iki baxışdan keçirmək vəzifəsi də ona aiddir. Lakin iddiaçı məlumatlı olduğu halda, aparatı texniki baxışdan keçirməmiş və onu istifadə etməyə davam etmişdir. Nəticədə bir müddət sonra aparatda nazazlıq yaranmışdır.
16. Bundan başqa, məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətləri olduğundan MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edib prokurorluq orqanlarına göndərilməsinə dair tələbi iddia rədd olunduğuna görə təmin olunmamalıdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 386.1, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Qətnamədə n iddiaçı apellyasiya şikayəti vermişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-299/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3044/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi, Cavabdeh “Kondella” lazer aparatının təmir olunması üçün xərclənən 5180 (beş min yüz səksən) manat məbləğində pulun və ödədiyi 31 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırkı halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1.3-cü maddəsi təşkil edir. Həmin normada müəyyən edilmişdir ki, satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini satıcıdan tələb etsin.
21. Kollegiya qeyd etmişdir ki, Bakı Apellyasiya Məhəkəməsinin 20 may 2020-ci il tarixli qərardadı ilə lazer aparatının alğı-satqı zamanı texniki saz olub-olmaması və aparatdakı qüsurların hansı səbəbdən yaranmasının müəyyən edilməsi üçün ekspertiza təyin olunmasına baxmayaraq, müəyyən olunmuşdur ki, cavabdeh tərəf ekspertizanın keçirilməsinə maneçiliklər törətmiş, ekspertizanın keçirilməsi mümk ün olmamışdır. Həmin xüsusat məhkəmə iclasında iddiaçının nümayənədsinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatları, eləcə də, şahid qismində dindirilmiş ekspert X ifadələrində təsdiq olunmuşdur.
22. Azərbaycan Republikasının Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
23. Kollegiya hazırkı halda hesab etmişdir ki, cavabdeh tərəfin işin hərtərəfli araşdırılmasına – hazırkı işin həlli üçün mühüm sübuti əhəmiyyət kəsb edən ekspert rəyinin alınmasına (ekspertizanın keçirilməsinə) mane olması həmin normanın təsiri altına düşür, başqa sözlə, iddiaçı tərəfi lazer aparatının ona satılark ən qüsurlu olmasını sübut etmə vəzifəsindən azad edir.
24. Hazırkı iş üzrə iddiaçı cavabdehin ona qüsurları barədə məlumat vermədiyi aparatın təmirinə çəkdiyi 5180 (beş min yüz səksən) manat pulu ondan tələb edir. Cavabdeh tərəf tələb olunan məbləği, ümumiyyətlə, mübahisələndirməmişdir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.2-ci maddəsinə görə tərəflər arasında alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.
26. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyan ın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
27. Beləliklə Kollegiya qeyd etmişdir ki, “Kondella” lazer aparatının 1999-cu il buraxılışlı olması, Cavabdeh həmin aparatın təmirinə çəkilən xərcləri mübahisələnidirməməsi, cavabdeh tərəfin aparatdakı qüsurların nə vaxt və hansı səbəbdən yaranmasının müəyyən olunması üçün keçirilən ekspertizaya maneçilik törətməsi MPM-in 77.1 və 106.2-ci maddələrinin tələbləri baxmından İddiaçı iddia tələbinin təmin olunmasını tam əsaslı edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. İddiaçının nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
32. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzr ə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
33. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
34. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi mə sələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etd iyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
37. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. (maddə 587.1.3) Mülki Prossesual Məcəllə
38. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
39. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
40. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müva fiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
41. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik ed ilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
46. Məhkəmə k ollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-299/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.