Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4664/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Quliyev Samir Məhəbbət oğlu, cavabdehin vəkili X1 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(013)-1273/2019 nömrəli (hakim E. Bayramov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh X2 5882 (beş min səkkiz yüz səksən iki) manat, digər Cavabdeh2 1250 (bir min iki yüz əlli) manat və 200 (iki yüz) ABŞ dollarının alınan vaxtda Azərbaycan manatına olan məzənnəsi ilə alınıb İddiaçı verilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim R.Muradov, Ə.Məmmədov və F.Mehtiyev, iş No 2(104)-734/20 saylı mülki iş) hazırkı iş üzrə Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(013)-1273/2019 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X2 4190 manat, Cavabdeh2 isə 1250 manat alınıb iddiaçı X5 verilməsi, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İşin halları: İ ddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Xdan 5882 manat, Cavabdeh2 isə 1250 manat və 200 ABŞ dolları alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 3200 manat iddiçı almasını etiraf edirdisə bu məbləğ ümumi məbləğdən çıxılmalı idi. Məhkəmə sübutları müqayisəli şəkildə təhlil etməyib. İddiaçı müxtəlif orqanlara şikayət yazanda müxtəlif məbləğlər göstərmişdi. Məhkəmə bunları araşdırmadan qərar qəbul edib. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclası nda cavabdehin vəkili X6 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Quliyev Samir Məhəbbət oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gə lməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşd ırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdeh X7 avtomobil alqı-satqısı ilə məşqul olmuşlar. İddiaçı iddia tələbində cavabdehlərdən Xa ümumilikdə 9082 man t verməsini və sonuncunun həmin məbləğdən 3200 manat qaytardığını, 5882 manat isə qaytarmadığını, eləcədə digər cavabdehə 1250 manat və 200 ABŞ dolları vermişdir. Cavabdeh X isə iddiaçı tərəfin maşın alveri üçün 2900, 800, 138, 122 və 230 manat xərclədiyini və həmin məbləğində onun tərəfindən iddiaçıya qaytarıldığını, 2100 manat isə iddiaçı tərəfindən ona verilmədiyini bildirmişdir. Digər Cavabdeh2 isə iddiaçı XXun ona 200 ABŞ dolları vermədiyini, sonuncudan almış olduğu 1250 manatın isə atası Xa aid olduğunu bildirmişdir. Göründüyü kimi cavabdeh X 2100 manat, Cavabdeh2 isə 200 ABŞ dolları hssədə iddianı etiraf etməmişlər. İddiaçı tərəf isə buna dair məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmişdir. Avtomobil alqı-satqısı məqsədilə (ehtiyat hissələri alınması, təmir xərci və sair) İddiaçı cavabdeh Xa 4190 manat, Cavabdeh2 isə 1250 manat verməsi sübut olunur. Cavabdeh X avtomobil satıldıqdan sonra iddiaçının pulunu qaytardığını, digər cavabdeh isə iddiaçıdan aldığı 1250 manatın atası Xa aid olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişlər. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə prosesində X7 ümumilikdə avtomobilə 9000 manat xərc çəkilməsini etiraf etmiş (mülki iş səhifə 122) və həmin pulu iddiaçıya qaytardığını israr etmişdir. İddiaçı isə cavabdehin həmin məbləğdən ona cəmi 3200 manat qaytardığını etiraf etmişdir. Digər cavabdeh isə 1250 manat almasını və həmin məbləğin ona aid olmadığı və pulu atasına verdiyini etiraf etmişdir. Həmin etirafların düzgün olmaması barədə məhkəmə iclas protokollarına qeydlər verilməmişdir. İşə baxan məhkəmə sübutemtə vəzif əsinin bölüşdürülməsindən çıxış edərək etiraf olunan hissələri sübut olunan hallar kimi dəyərləndirmiş və cavabdeh tərəfin sübuta yetirə bilmədiyi məbləğlərin isə tutulmasını qət etmişdir. Ona görə etiraf olunan 3200 manat pulun ümumi məbləğdən çıxılmaması barədə kassasiya şikayətinin dəlili işin hallarına uyğun gəlmir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatla rın həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin ic ra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1. maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlə rə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh X3 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4664/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4664/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver