Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4665/2021 19.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1902/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə i clasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 09.06.2005-ci il tarixli, 447 nömrəli Sərəncamından görünür ki, ünvan mənzilə İddiaçı adına göstərilən ailə tərkibinə order yazılmasına dair sərəncam verilmişdir. Ailə tərkibi: İddiaçı, X2, X4, X9 və X5. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 252204 №-li “Qeydiyyat Vəsiqəsi”nin surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan İddiaçı adına keçirilmişdir və bu barədə 20.12.2005-ci il tarixdə 1419 nömrəli reyestr kitabında 213129 səhifə, qeydəalma 30/213129 nömrəli qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Ə mlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 08.11.2012-ci il tarixdə 1765 nömrəli reyestr kitabının 162304 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 azyaşlı uşaqları Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə özlərinə məxsus əşyaları ilə birlikdə onun mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması və mülkiyyətində olan mənzilin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 və himayəsində olan azyaşlı uşaqları Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə ünvan 1 ünvanına dair istifadə hüquqlarının olmaması müəyyən edilməklə sonuncuların göstərilən ünvandan əşyaları ilə birlikdə çıxarılaraq mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən evi 1988-ci ildə almış və həmin tarixdən də orada qeydiyyatdadır və ailəsi ilə birlikdə 2012ci ilə kimi həmin evdə yaşamışdır. X1 Cavabdeh1 ilə 29 oktyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nik ahlarından Cavabdeh2 və Cavabdeh3 adlı uşaqları anadan olmuşdur. Cavabdehin iddiaçının oğlu ilə münasibətləri əvvəllər yaxşı olsa da, sonralar kəskinləşmiş, xasiyyətlərində uyğunsuzluq yaranmış, bu da ailənin dağılmasına səbəb olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 25.09.2019-cu il tarixli qətnaməsi ilə X6 Cavabdeh1 rəsmi qaydada boşanmışdır. Yetkinlik yaşına çatmamış uşaqlar Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 himayəsindədir. İddiaçı ünvan 2 ünvanında yerləşən evinə aid ünvan 3ə 252204 saylı Qeydiyyat Vəsiqəsini 2005-ci ildə əldə etmişdir. İddiaçı evə aid Qeydiyyat Vəsiqəsinin əslini 2012-ci il tarixdə DƏDRX-ə təqdim edərək 08.11.2012-ci il tarixdə evinə aid ******* nömrəli Çıxarışı almışdır. Göstərilən ev 2005-ci ildən etibarən onun mülkiyyətindədir və bu evə dair sənədlərlə öz təsdiqini t apır. İddiaçının X1 cavabdeh X3 ilə 29 oktyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurduqdan sonra həmin evdə o, ailəsi ilə birlikdə yaşamağa başlamışdır. 2008-ci il tarixdə iddiaçı keçmiş gəlini Cavabdeh1 və nəvəsi Cavabdeh2, 2010-cu ildə isə nəvəsi Cavabdeh3 mülkiyyətində olan ünvan ünvanına oğlu özünə ev alana kimi müvəqqəti qeydiyyata salmış, qeydiyyata saldığı zamanda oğlu və keçmiş yoldaşı, Cavabdeh1 bildirmişdir ki, özlərinə ev aldıqları zaman oğlu və ailəsi qeydiyyatdan çıxaracaqlar. İddiaçının kiçik oğlu X5 2012-ci il tarixində ailə həyatı qurmuşdur. Ailələri böyüdüyündən ünvan 1 ünvanında yerləşən evinin 46.73 kv.m olduğundan və göstərilən evə sığmadıqları üçün həyat yoldaşı XXX, oğlu XXX və XXX həyat yoldaşı XXX 2012-ci ildə oğlu XXX ünvan adlandırılan ərazi də tikdiyi sənədsiz yeni tikili evə köçmüşlər. O, həyat yoldaşı XXX ilə birlikdə 2012-ci il tarixdə oğlu XXX evinə köçdüyü zamanda oğlu XXX və keçmiş gəlini, Cavabdeh1 bildirmişdir ki, özlərinə ev alsınlar. ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan evi onlara müvəqqəti yaşamağa vermiş və özlərinə ev aldıqları zaman onları göstərilən ünvandan qeydiyyatdan çıxartmaqla həyat yoldaşı XXX ilə özünə məxsus ünvan 1 ünvanına köçəcəklər. X14 Cavabdeh1 rəsmi olaraq boşanmış olmağına baxmayaraq Cavabdeh1 qızı Cavabdeh2 və oğlu Cavabdeh3 ilə birlikdə həmin evdə yaşayır. X14 isə onun ilə birlikdə oğlu XXX ünvan adlandırılan yerdəki yeni tikili evində yaşayır. Həmin evdə oğlunun ailəsi, özü, həyat yoldaşı XXX və oğlu XXX yaşadığı üçün evə sığmırlar və iddiaçı artıq yaşlı vaxtında həyat yoldaşı ilə b irlikdə rahat ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan evində yaşamaq istəyir. İddiaçı dəfələrlə cavabdehə ona məxsus mənzili boşaldıb təhvil verməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh mənzildən çıxmamış və mənzildə yaşamağa davam etmişdir. Bu isə onun mənzildən sərbəst istifadə hüquqlarını kobud şəkildə pozur. Mübahisəli mənzilin iddiaçının mülkiyyətində olması və cavabdehin sahibliyində olması işin mübahisəsiz hallarıdır. Cavabdehin həmin mənzil üzərində sahibliyi isə qanunsuzdur, çünki cavabdehin mübahisəli mənzildən istifadə hüququ yoxdur. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim T.M ahmudova, iş № 2(010)-1122/2020) iddianın qismən təmin edilməsi, Cavabdeh1 azyaşlı uşaqları Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə özlərinə məxsus əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin Cavabdeh1 azyaşlı uşaqları Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə ünvan 1 ünvanından daimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh iddiaçının birinci dərəcəli ailə üzvü deyil, digər qohumudur. Cavabdehlə mülkiyyətçi arasında mübahisəli mənzildən istifadə ilə bağlı hər hansı razılaşma da mövcud deyildir. Belə olan halda, cavabdeh heç bir qanuni əsas olmadan ünvan 1də məskunlaşıb, iddiaçının t ələbinə əhəmiyyət verməyərək, həmin mənzili boşaltmır. Cavabdeh mübahisəli mənzili tərk edərkən eyni zamanda, özünə məxsus əşyaları da özü ilə aparmalıdır. Bu tələb, mülkiyyətçinin hüquqlarının müdafiəsi baxımından əhəmiyyətlidir. Əks halda, iddiaçının mülkiyyətindən öz mülahizəsinə uyğun istifadə imkanları məhdudlaşmış olar. İddiaçı eyni zamanda cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olmaması halının müəyyən edilməsini məhkəmədən tələb edib. Halbuki, cavabdehin mübahisəli mənzildən çıxarılması tələbinə qiymət verilərkən, yuxarıda da qeyd edildiyi kimi, məhkəmə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olub-olmadığını araşdırıb. Cavabdehin mübahisəli mənzildən istifadə hüququnun yaranmadığını müəyyən etdiyi üçün, məhkəmə iddianı təmin edib. Beləliklə də, istifadə hüq uqunun olmaması məhkəmənin bu tip iddiaları həll edərkən qiymət verməli olduğu haldır. Buna görə də, istifadə hüququnun olmaması halının müəyyən edilməsi müstəqil iddia tələbi təmin edilə bilməz. Bununla belə, qətnamədə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olmaması ilə bağlı gəlinən nəticə onun mübahisəli mənzildə daimi yaşayış yeri üzrə qeydiyyatının ləğvi üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev, iş № 2(103)-1902/2021) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1122/2020 saylı, 06 mart 2020-ci il tarixli qətnaməsi onun apell yasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya M əhkəməsi Mülki Kollegiyasının 2(103)1902/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə iş üzrə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil1 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1902/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxs məhkəmə iclasının vax tı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istif adə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdi rlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27.05.2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən Qərarına əsasən MM-in 228.1 və 228.2-ci maddələrinin mə nasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün qeyd olunanların mütləq yerinə yetirilməsi tələb olunur: -mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab o lunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələbl ər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...cavabdeh iddiaçının birinci dərəcəli ailə üzvü deyil, digər qohumudur. Cavabdehlə mülkiyyətçi arasında mübahisəli mənzildən istifadə ilə bağlı hər hansı razılaşma da mövcud deyildir. Belə olan halda, cavabdeh heç bir qanuni əsas olmadan ünvan 1də məskunlaşıb.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1902/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4665/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4665/2021
19.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver