Məhkəmə qərarları › İş №2(102)-4667/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4667/2020

23.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4667/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(104)-844/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Ş.Qocayev, iş № 2(043)-2192/2019) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh 2 qarşı evdən çıxarılma tələbinə dair iddiaları qismən təmin edilərək Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, Cavabdeh1 münasibətdə iddianın rədd olunması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Ə.Mehtiyev, R.Ş.Muradov və L.S.Süleymanov) iddiaçıların apelyasiya şikayəti təmin edilərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddianın Cavabdeh1 münasibətdə rədd olunmasına dair hissədə ləğv edilərək iddia tələbinin Cavabdeh1 münasibətdə də təmin edilib onun yuxarıda göstərilən fərdi yaşayış evindən çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: N-ci döngədə 0,04 ha torpaq sahəsində yerləşən 8 say lı fərdi yaşayış evi xx xxxxxx 2014-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında İddiaçı2 və İddiaçı1 məxsusdur. Reyestrdən Çıxarışa əsasən evin “A” tikilisinin sahəsi 31,4 kv.metr olan 1 yaşayış otağı və 0,02 ha torpaq sahəsi İddiaçı2, evin “A” tikilisinin sahəsi 50,1 kv.metr olan 2 yaşayış otağı, 39,0 kv.metr olan köməkçi sahəsi və 0,02 ha torpaq sahəsi İddiaçı1 məxsusdur. 2019-cu ilin may ayında Vahidə və İddiaçı2lar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan yaşayış otaqlarını 2017-ci ildə qohumluq münasibətində olduqları cavabdehlərə müvəqqəti yaşamaq üçün vermələrini, lakin onların yaşayış otaqlarını könüllü boşaldıb onlara təhvil verməkdən imtina etmələrini əsas gö stərməklə cavabdehlərin onlara məxsus yaşayış otaqlarından çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək mübahisəli fərdi yaşayış evində 1987-ci ildən yaşadığından mübahisənin həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbinə müvafiq həll edilməli olmasına baxmayaraq, apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət vermədən, qanunun normasını düzgün tətbiq etmədən nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçıların vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Müəyyən olunduğu kim i mübahisəli yaşayış sahələri mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur və Cavabdeh1 heç bir hüquqi əsas olmadan orada yaşayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1 mübahisəli yaşayış sahəsində uzun illər ərzində yaşamamış, hələ anasının sağlığında oradan gedərək bir müddət Rusiya Federasiyasında, ondan sonra Goranboy rayonuna qayıdaraq yaşayış yeri olduğu Baxçakürd kəndində yaşamış, torpaq islahatı aparılarkən ona torpaq sahəsi verilmiş, yalnız 2017-ci ildə iddiaçıların razılığı ilə müvəqqəti olaraq həmin evdə yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermə k üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçılar mübahisəli yaşayış sahəsinin mülkiyyətçiləri kimi cavabdehin oradan çıxarılmasını tələb e tməkdə haqlı olduqlarından, kassasiya kollegiyası Cavabdeh1 mübahisəli yaşayış sahəsindən çıxarılmasını qanuni və əsaslı sayır, hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar