Məhkəmə qərarları › İş №2(102)-4667/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4667/2021

28.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4667/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:evdən çıxarma) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 və tərcüməçi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-559/2021 nömrəli, 14.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə icl asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəli mənzildə yalnız İddiaçı qeydiyyatdadır, ondan başqa qeydiyyatda olan şəxs yoxdur. Cavabdeh və onun ailə üzvləri mübahisəli mənzildə 1993-cü ildən məcburi köçkün kimi məskunlaşmışlar və dövlət tərəfindən hələ ki, yaşayış sahəsi ilə təmin olunmamışlar. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 09.12.2019-cu il tarixli 291 saylı Sərəncamına əsasən İddiaçı adına kirayə müqaviləsinin bağlanması 131 saylı Mənzil-Kommunal İstismar Sahəsinə həvalə edilmiş və 17 dekabr 2019-cu il tarixdə müqavilə bağlanmaqla mənzil onun müddətsiz istifadəsinə verilmişdir. Məhkəmə habelə təqdim olunmuş arayış və qəbzlərə əsasən Cavabdeh adına başqa ünvanlarda - ünvan 1 Binə qəsəbəsi, Təzə sahə ev 5, mənzil 53 və ünvan 2 ünvanlarına dai r kommunal xidmətlər üzrə abonent kodunun (saldosunun) olduğunu müəyyən etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin yetkinlik yaşına çatmayan övladları X7 və X4 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2148, ev 5, mənzil 60-dan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2148, ev 5, mənzil 60 1988-ci ildə onun istifadəsinə verilmişdir. Cavabdehlər Qubadlı rayon məcburi köçkünlərdir və məlum hadisələrdən sonra 1993-cü ildən ona məxsus mənzili zəbt etmişlər. Həmin ildə cavabdehin qardaşı X5 da mənzi lində məcburi köçkün kimi məskunlaşmış, lakin Yusifov Tahir hazırda mənzilindən çıxmışdır. Onun özünün başqa yaşayış sahəsi yoxdur, kirayədə qalır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə X2 1.4. bəndinə görə başqa vətəndaşlara məxsus olan mənzillər və evlərin boşaldılması, orada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 2012-2014 illərdə Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə ço xmərtəbəli yaşayış binaların tikilməsi nəzərdə tutulmuşdur. X8 əsasən hazırda məcburi köçkünlər üçün yeni binalar, evlər tikilir. Lakin cavabdehlər ona məxsus mənzildə yaşamaqda davam edirlər. Bununla da bir mülkiyyətçi kimi hüquqları pozulur.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəzri, iş № 2(003)-1011/20) iddia ərizəsi təmin edilmiş; Cavabdeh yetkinlik yaşına çatmayan övladları X7 və X4 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2148, ev 5, 60 saylı mənzildən çıxarılması; Hazırkı qətnamə Qubadlı rayonundan məcburi köçkün olan Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsi üçün əsas olması qət edilmişdir.

5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Re spublikası Konstitusiyasının 33, 43, 60; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1, 158.1.2, 158.4-cü maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh oğlu apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 14.04.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- A.İskəndərov (sərlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 03 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh oğlu kassas iya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh oğlu kasasiya şikayəti verərək qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instasniya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdehin nümayəndəsi və və kili Vəkil3 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

15. Maddə.

60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

16. Maddə.

33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.

17. Maddə.

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ.

19. Maddə. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

25. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil yaşamaq üçün iddiaçıya verilmiş, məlum hadisələrdən sonra məcburi köçkün olan cavabdehlər 1993-cü ildən məcburi köçkün kimi orada məskunlaşmışlar. Dövlət tərəfindən başqa yaşayış sahəsi ilə təmin olunmamışlar. Bakı şəhər i Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 09.12.2019-cu il tarixli 291 saylı Sərəncamına əsasən İddiaçı adına kirayə müqaviləsinin bağlanması 131 saylı Mənzil-Kommunal İstismar Sahəsinə həvalə edilmiş və 17 dekabr 2019-cu il tarixdə müqavilə bağlanmaqla mənzil onun müddətsiz istifadəsinə verilmişdir. Məhkəmə habelə təqdim olunmuş arayış və qəbzlərə əsasən Cavabdeh adına başqa ünvanlarda - ünvan 1 Binə qəsəbəsi, Təzə sahə ev 5, mənzil 53 və ünvan 2 ünvanlarına dair kommunal xidmətlər üzrə abonent kodunun (saldosunun) olduğunu müəyyən etmişdir.

26. Apellyasiya instasniya məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Məcburi köçkünlərin məskunlaşdırılması müva fiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X3 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyət i orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir.

27. Həmçinin əlavə olaraq qeyd edilmişdir ki, Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna m üdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.

28. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-559/2021 nömrəli, 14.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar