Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4669/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4669/20 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X3, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3328/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali M əhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hallar: xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə görə, alıcı Cavabdeh1 sifarişi əsasında satıcı İddiaçı1 MMC-dən aldığı şirniyyat məmulatlarının pulunu 30 təqvim günü müddətində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı və xx.xx.2018-ci il tarixli üzləşdirmə aktına görə, Cavabdeh1 mühasibat qalığı 12.207,35 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 12.207,35 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq «İddiaçı2»-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsasl andırmışdır ki, cavabdeh X7 xx.xx.2017-ci il tarixdə İddiaçı1 ilə alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtərinə görə alıcının sifarişi əsasında təhvil aldığı şirniyyat məmulatlarının pulunu 30 təqvim günü müddətində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, cavabdehin ticarət nümayəndəsi X2 verdiyi sifariş əsasında şirniyyat və qənnadı məhsullarını Cavabdeh1 qəbul etmişdir. Bu qayda ilə müəyyən müddət işlədikdən sonra Cavabdeh1 hesabında qalan 12.207,35 manat məbləğində pulu ödəməmişdir. Cavabdeh1 həmin məbləğin ödəyəcəyini bildirsə də bu günə kimi ödəməkdən yayınır. Beləliklə də, Cavabdeh1 MMC-yə 12.207,35 manat məbləgində ziyan vurmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Y.Həşimov, iş № 2(043)-4654/2018) iddia tələ bi təmin edilərək, Cavabdeh1 İddiaçı1 MMC-nin xeyrinə 12.207,35 (on iki min iki yüz yeddi manat otuz beş qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat pulun tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla, o cümlədən üzləşdirmə və təhvil-təslim aktı ilə müəyyən olunmuşdur ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə onun 12.207,35 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 448.1, 567, 600.1, 600.2, 600.4-cü maddələrini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Bayramov, iş № 2(104)3328/2019) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(043)-4654/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materialları və işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, satıcı İddiaçı1 MMC ilə alıcı Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixində alqı-satqı müqaviləsi bağlanmışd ır. Həmin müqavilənin 1.1-ci bəndində göstərilir ki, satıcı bütün çeşidlərdə özünə məxsus olan şirniyyat məmulatlarını lazımi çeşiddə, çəkidə, keyfiyyətdə, qiymətdə və qablaşdırılmış vəziyyətdə sifariş əsasında alıcıya verməyi, alıcı isə həmin malları qəbul edib müqavilənin şərtlərinə uyğun olaraq aldığı malların pulunu ödəməyi öhdəsinə götürmüşdür. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.1, 448.1, 567, 600.1, 600.2, 600.2, 600.4-cü maddələrinin tətbiqi ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkil X5) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apely asiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X6 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3328/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanıl masını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
24. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyy ən edilir. Maddə 25. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 26.1. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır Maddə 30. bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddə 31. 1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 417.1.3. kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv ed ib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 418.4.9. işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya istansiya məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. La kin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3328/2019 nömr əli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Hazırkı işin hallarından görünür ki, iş üzrə İddiaçı1 MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir, cavabdeh isə 12 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmış (VÖEN **********) fiziki şəxsCavabdeh1dur. Tərəflər arasında xx xxxx 2017-ci ildə bağlanmış alıq–satqı müqaviləsindən görünür ki, satıcı bütün çeşidlərdə özünə məxsus olan şirniyyat məmulatlarını lazımi çeşiddə, çəkidə, keyfiyyətdə, qiymətdə və qablaşdırılmış vəziyyətdə sifariş əsasında alıcıya verməyi, alıcı isə həmin malları qəbul edib müqavilənin şərtlərinə uyğun olaraq aldığı mallarını pulunu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəfləri İddiaçı1 MM C ilə vergi uçotuna alınmış (**********) Cavabdeh1 olmuşdur. İşə baxan məhkəmələr isə iddianın predmetini, hüquq münasibətlərinin xarakterini və müqaviləni bağlamış şəxslərin subyektiv tərkibini nəzərə almamış, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olmasını araşdırmamış, işə həmin məhkəmədə mahiyyəti üzrə baxılmasını davam etdirmiş, həmin məhkəmədə işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qəbul etmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3328/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansi yası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.