Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-467/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Cavabdeh MTK vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)8527/2019 saylı qətnaməsindən Cavabdeh MTK kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)1861/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.Ə.Rzayev) İd diaçı və üçüncü şəxs X3 Cavabdeh MTK qarşı “sökülmüş mənzilin əvəzinə yeni mənzil verilməsi və mənzil təhvil verilənədək aylıq kirayə haqqının ödənilməsi” barədə hər iki iddia tələbləri qismən təmin edilərək, Cavabdeh MTK hərəkətləri qanunsuz hesab edilməklə, İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, 1 saylı binada yerləşən 212 saylı 1 otaqlı mənzilin əvəzinə Cavabdeh MTK tərəfindən həmin binanın sökülərək yerində tikiləcək hündür mərtəbəli yaşayış binasında eyni ölçüdə, yəni sahəsi 14 kv.metr olan yaşayış sahəsinin İddiaçı, həmçinin xxx un mülkiyyətində olmuş həmin binada yerləşən 212 saylı 1 otaqlı mənzilin əvəzinə Cavabdeh MTK tərəfindən həmin binanın sökülərək yerində tikiləcək hündür mərtəbəli yaşayış binasında eyni ölçüdə, yəni sahəsi 14 kv.metr o lan yaşayış sahəsinin təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK həvalə edilməsi, qalan hissədə hər iki iddia tələblərinin rədd edilməsi qət olunub. İddiaçı və üçüncü şəxs xxx qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)8527/2019 saylı qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və E.C.Kazımov)apellyasiya şikayətləri təmin edilərək, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2018-ci iltarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı və xxx a Cavabdeh MTK tərəfindən hər birinə ayrı-ayrılıqda sökülmüş mənzillərin sahəsinə əlavə 25 faizdən az olmayan ölçüdə, həm də təmirli olmaqla hər birinə 1 otaqlı mənzil verilməsi, eyni zamanda İddiaçı və xxx a xx xxxxxx 2017-ci il tarixdən hesablanmaqla yeni tikilən binada mənzillə təmin olunduqları günədək hər ay 250 manat kirayə haqqının ödənilməsi qət edilib. Cavabdeh MTK qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı “Cavabdeh" MTK qarşı “sökülmüş mənzilin əvəzinə yeni mənzil verilməsi və kirayə haqqının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xxx la aralarında bağlanmış xx xxxxxx 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncu mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlığ küçəsi, 1 saylı binada yerləşən 2 otaqlı 212 saylı mənzilin, sahəsi 14.0 kv.metr olan 1 otağını 9.000 manata satın alıb. Alqı-satqı müqaviləsindən sonra əmlak hüquqları qeydiyyata alınmaqla adına hüquql arın dövlət qeydiyyatı haqqında xx xxxx 2010-cu il tarixli Çıxarış verilib. Mənzilin yerləşdiyi bina tələbə yataqxanası üçün inşa edilib, yəni mənzillərin hər biri 1 otaqlı olub. Son 7 il müddət ərzində mülkiyyətində olan 1 otaqlı mənzildə ailə üzvləri ilə birlikdə yaşayıb. 2017-ci ilin sentyabr ayında Cavabdeh MTK tərəfindən yaşayış binası “pilot layihə”əsasında sökülüb. Bina sökülməmişdən əvvəl Cavabdeh MTK binada yaşayan sakinlərə vəd vermişdir ki, binada yaşayan bütün ailələrə ayrıca mənzillər verəcək. Bu səbəbdən o, da mənzilin sökülməsinə razılıq verib. Cavabdeh MTK tərəfindən yaşayış binası söküldükdən sonra sonuncu verdiyi vədinə əməl etməyib. Belə ki, Cavabdeh MTK səlahiyyətli nümayəndəsi ona və xxx a ikisinə bir yerdə 2 otaqlı bir mənzil verəcəyəni deyib. Ona görə də iddia ərizəs inin təmin edilməsini xahiş edir. Eyni zamanda xxx da Cavabdeh MTK qarşı “sökülmüş mənzilin əvəzinə yeni mənzil verilməsi və mənzil təhvil verilənədək aylıq kirayə haqqının ödənilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olmuş və Cavabdeh MTK tərəfindən sökülmüş Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, 1 saylı evin 212 saylı mənzilinin əvəzinə yeni inşa ediləcək binadan 1 otaqlı mənzil verilməsi və mənzil təhvil verilənədək hər ay 250 manat kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verilməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- İddiaçı və xxx a Cavabdeh MTK tərəfindən hər birinə ayrı-ayrılıqda sökülmüş mənzillərin sahəsinə əlavə 25 faizdən az olmayan ölçüdə mənzillərin verilməsi hissəsində, həmçinin onlara kirayə haqqının verilməsi hissəsində ləğv olunması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh MTK vəkili Kamran Ələkbərov kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı, üçüncü şəxs xxx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh MTK vəkili xx izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməs i apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, hər iki iddia tələblərinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edərkən, iddia tələblərinin əsaslı olmasına, iddia tələblərini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. İşdən görünür ki, üçüncü şəxs xxx iddia tələblərindən imtina etməsinə dair yazılı ərizə ilə Ali Məhkəməyə müraciət etsə də, həmin ərizə notarial qaydada təsdiq edilməmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 52.1, 52.5, 191.4-cü maddələrinin tələblərini əsas tutub hesab edir ki, üçüncü şəxs xxx un iddia tələblərindən imtina etməsinə dair ərizəsi sadalanan maddələrin tələblərinə cavab vermədiyi üçün onun iddia tələblərindən imtina etməsinə dair ərizəsi qəbul edilməmiş və belə qənaətə gəlinmişdir ki, üçüncü şəxs xxx icra mərhələsində də qətnamənin icrasından imtina edə bilər. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxx 2010-cu il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, 1-saylı evin, 212 saylı 1 otağının sahəsi 14 kv.metr olan mənzili İddiaçı mülkiyyətində olmuş, həmin mənzil Cavabdeh MTK tərəfindən sökülmüşdür. Eləcə də işdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, 1-saylı evin, 212 saylı 1 otağının sahəsi 14 kv.metr olan mənzili xxx un mülkiyyətində olmuş və həmin mənzil Cavabdeh MTK tərəfindən sökülmüşdür. Göründüyü kimi sözügedən binada yerləşən hər iki yaşayış sahəsi təcrid mənzillər şəklində mövcud olmuş və həmin mənzillər Cavabdeh MTK tərəfindən sökülmüşdür və bu faktlar işin mübahisə olunmayan hallarıdır. Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən m əhkəməyə göndərilmiş Binəqədi rayon İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında bağlanmış xx xxxx 2017-ci il tarixli müqavilənin surətindən məlum olur ki, həmin müqavilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 08 saylı qərarının icra edilməsi üçün bağlanmışdır. Həmin Qərarın əsas məqsədi Bakı şəhəri, Binəqədi və Qaradağ rayonlarının ərazilərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan və ətraf mühitə harmoniyasını itirmiş binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəratinin yaxşılaşdırılmasından ibarət olmuşdur. Həmin Müqavilədə qeyd edilmişdir ki, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, 1 sayl ı küçədə yerləşən binaların tikintisi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında və bu müqavilədə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi... müqavilənin predmetini təşkil edir. Həmin Müqavilədə Cavabdeh MTK öhdəlikləri kimi aşağıdakılar nəzərdə tutulmuşdur: binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinləri ilə müqavilənin tarixindən 3 ay müddətindən gec olmayaraq tam razılıq əldə edərək müqavilə imzalamaq; yeni binanın tikintisi başa çatıb istismara verilənədək həmin sakinlərə yaxın ərazilərdə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kirayə haqqını ödəmək; müvafiq ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15-25 faiz artıq sahəsi olan, orta təmirli və razılaşdırılmış mərtəbələr də mənzil sahəsi ilə təmin etmək. İşə əlavə edilmiş Bakı şəhəri, Binəqədi rayon Su İdarəsinin məktubundan görünür ki, üçüncü şəxs xxx un mənzilinə su və çirkab su təchizatı xx xxxxxx 2017-ci il tarixdə binanın sökülməsi ilə dayandırılmışdır. Eləcə də Bakı şəhəri, Binəqədi rayon Enerji Təchizatının məktubundan görünür ki, İddiaçı və xxx a məxsus olan mənzillərdən sayğaclar xx xxxxxx 2017-ci il tarixdə təhvil verilmişdir. İddiaçı və xxx tərəfindən məhkəməyə təqdim olunmuş xx xxxxxx 2017-ci il tarixli müqavilənin surətindən məlum olur ki, qeyd edilən müqavilə Cavabdeh MTK ilə Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində yerləşən 1 saylı evin 314 saylı mənzilinin mülkiyyətçisi R.Xalxali arasında bağlanmışdır. Həmin Müqaviləyə əsasən Cavabdeh MTK həmin şəxsin mülkiyyətinə 14 kv.metr ə vəzinə 41 kv.metr təşkil edən 1 otaqdan ibarət mənzili təmirli qaydada verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda ona müvəqqəti yaşayacağı yer üzrə aylıq 250 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də xx xxxxxx 2017-ci il tarixli müqavilənin surətindən məlum olur ki, qeyd edilən müqavilə Cavabdeh MTK ilə Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində yerləşən 1 saylı evin 308 saylı mənzilinin mülkiyyətçisi T.Tahirov arasında bağlanmışdır. Həmin Müqaviləyə əsasən Cavabdeh MTK həmin şəxsin mülkiyyətinə 14 kv.metr əvəzinə 41 kv.metr təşkil edən 1 otaqdan ibarət mənzili təmirli qaydada verməyi öhdəsinə götürmüşdür. Habelə ona müvəqqəti yaşayacağı yer üzrə aylıq 250 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəm əsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, hər iki iddia tələblərini qismən təmin etməklə birinci instansiya məhkəməsi səhvə yol vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edib qeyd etmişdir ki, xx xxxxxx 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, xxx Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi 1 saylı binada yerləşən 212 saylı 2 otaqlı mənzilin sahəsi 14 kv.metr olan 1 otağını İddiaçı satmış və sonuncu da 212 saylı təcrid mənzilin payçısı olmuşdur. Bundan sonra 212 saylı mənzilin sahəsi 14 kv.metr olan otağı təcrid mənzil şəkilində daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdı r. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, kassasiya şikayətinin dəlilləri aşağıdakılara görə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 say lı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 146.2.-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi haq lı olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində yerləşən 1 saylı bina əvvəllər yataqxana tipli olsa da, sonradan mənzillər özəlləşdirilərək orada yaşayan sakinlərin xüsusi mülkiyyətlərinə verilmişdir. Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə göndərilmiş Binəqədi rayon İcra Hakimiyyəti ilə “xxxx” MTK arasında bağlanmış xx xxxx 2017-ci il tarixli müqavilənin surətindən məlum olur ki, həmin müqavilənin bağlanmasında əsas məqsəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 08 saylı Qərarının icra edilməsidir. Həmin Qərarın əsas məqsədi Binəqədi və Qaradağ rayonlarının ərazilərində abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan və ətraf mühitə harmoniyasını itirmiş binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəratinin yaxşılaşdırılmasından ibarət olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 08 saylı Qərarının icra edilməsi məqsədilə Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti ilə “xxxx” MTK arasında müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində yerləşən, 1 saylı binanın sökülməsi, həmin binanın yerində müasir tələblərə cavab verən binanın inşa edilməsi və həmin binada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Cavabdeh MTK həvalə edilmişdir. Həmin Müqaviləyə əsasən, “xxxx” MTK s özügedən binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinləri ilə müqavilənin tarixindən 3 ay müddətindən gec olmayaraq tam razılıq əldə edərək müqavilə imzalamalı, yeni binanın tikintisini başa çatdırıb istismara verilənədək həmin sakinlərə yaxın ərazilərdə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kirayə haqqını ödəmək, müvafiq ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15-25 faiz artıq sahəsi olan, orta təmirli və razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin etmək kimi öhdəlikləri yerinə yetirməli idi. Apellyasiya baxışı zamanı araşdırılmış müqavilələrlə müəyyən olunmuşdur ki, “xxxx” MTK binanın başqa sakinləri ilə müvafiq müqavilələr bağlasa da, mənzilləri sökülmüş İddiaçı və xxx la hazırki vax tadək belə müqavilələr bağlanmamışdır. Halbuki, işə əlavə edilmiş sübutlarla təsdiq olunur ki, xxx un mənzilinə su və çirkab su təchizatı xx xxxxxx 2017-ci il tarixdə binanın sökülməsi ilə dayandırılmışdır, eləcə də onun və İddiaçı mənzillərindən sayğaclar xx xxxxxx 2017-ci il tarixdə təhvil verilmişdir. Beləliklə də, mülki iş materialları və həmin binanın digər sakinləri ilə bağlanan müqavilələrlə müəyyən olunmuşdur ki, sözügedən binanın söküntüsünə xx xxxxxx 2017-ci il tarixdən başlanmışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi hər iki iddia tələblərini qismən təmin etsə də, İddiaçı və xxx a konkret olaraq sahəsi 14 kv.metr olan mənzilin verilməsi hissəsində düzgün qənaətə gəlməmişdir. Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti ilə “xxxx” MTK arasında bağlanmış xx xxxx 2017-ci il tarixli müqaviləyə əsasən, “xxxx” MTK yeni binanın tikintisi başa çatıb istismara verilənədək həmin sakinlərə yaxın ərazilərdə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kirayə haqqını ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, eləcə də digər sakinlərə münasibətdə həmin kirayə haqqını ödədiyi halda, birinci instansiya məhkəməsi mübahisənin bu hissəsinə münasibətdə həm İddiaçı, həm də xxx a münasibətdə yeni mənzillə təmin olunanadək kirayə haqqının verilməsini təmin etməməkdə aşkar səhvə yol vermiş və düzgün olmayan qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda düzgün olaraq qeyd etmişdir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı olması ilə yanaşı, həm də on un ədələtli olması tələb olunur. Avropa Məhkəməsi özünün bir sıra Qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və sair) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Yuxarıda göstərilənlərə əsasən, hər iki iddia tələblərinin qismən təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsi, bir tərəfdən İddiaçı və xxx a ayrılıqda mənzil verilməsi qənaətinə gəlmiş, digər tərəfdən onlara sahəsi 14 kv.metr olan mənzilin verilməsini qərara almışdır. Halbuki, həm Nazirlər Kabinetinin sözügedən Qərarından, həm də Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti ilə “xxxx” MTK arasında bağlanmış müqavilənin mahiyyətindən görünür ki, bütün bu tədbirlərin məqsədi sözügedən binada yaşayan sakinlərin mənzil-məişət şəratinin yaxşılaşdırılmasına yönəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı və xxx a sahəsi 14 kv.metr mənzilin verilməsi halında onların mənzil- məişət şəraitlərinin yaxşılaşması qətiyyən təmin olunmur. Birinci instansiya məhkəməsi yazılı və aydın şəkildə tələbin olmasına baxmayaraq xxx a münasibətdə kirayə haqqının ödənilməsinə dair iddia tələbini təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi “xxxx” MTK arqumentləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, İddiaçı iddia tələbində kirayə haqqının verilməsini formal olaraq göstərməsə də, Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti ilə “xxx x” MTK arasında bağlanmış müqavilədə mənzil sahibləri ilə müqavilə bağlanarkən, yeni tikilən bina hazır olanadək onlara müvəqqəti yaşayacağı yerdə kirayə haqqının verilməsi imperativ şərt kimi nəzərdə tutulduğundan, İddiaçı də müvəqqəti qalacağı müddət üçün kirayə haqqı ödənilməlidir. “xxxx” MTK kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini və işin hansı həqiqi halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir.Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin iş ə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri də əsassız hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh MTK kassasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-8527/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-467/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-467/2020
04.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver