Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-467/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: deliktdən əmələ gələn öhdəliklər, maddi ziyanın əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3216/2023 nömrəli, 11 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2013-cü il buraxılışlı, “Nissan Sunny” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı məxsus olmuşdur.
2. İddiaçı Cavabdeh ilə eyni hərbi hissədə xidmət etmişlər. N avqust 2020-ci il tarixdə Cavabdeh iddiaçının icazəsi olmadan iddiaçının mülkiyyətində olan “Nissan Sunny” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qaçıraraq avtoqəza törətmiş və avtomobilə maddi ziyan vurmuşdur. Həmin əməlinə görə X1 Hərbi Məhkəməsinin 1(098)-157/2021 saylı, 22.7.2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinib 1800 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə iddiaçının avtomobilinə 1405 manat ziyan də ydiyi və ziyanın cavabdeh tərəfindən ödənildiyi müəyyən olunmuşdur. 3. “Nissan Sunny” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil hazırda özgəninkiləşdirilb və X2 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən maddi ziyanın əvəzi qismində 5000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla 5030 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə eyni hərbi hissədə xidmət etmişlər. N avqust 2020-ci il tarixdə saat 20:40 radələrində xidmət yoldaşları və başqa bir neçə şəxslə birlikdə Ağdam rayonunun “Sultanbud meşəsi” adlanan ərazidə yerlə şən restoranda yemək yeyərkən Cavabdeh icazəsi olmadan mülkiyyətində olan “Nissan Sunny” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qaçıraraq avtoqəza törətmiş və avtomobilinə 6500 manat maddi ziyan vurmuşdur. Cavabdeh onun avtomobilinə dəyən ziyanı qarşılayacağı vədini vermiş və avtomobilin bəzi hissələrini bərpa etsə də, avtomobili tam bərpa etməkdən imtina etmiş, onu aldadaraq avtomobili bərpa etməkdən boyun qaçırmışdır. Ziya hətta öz avtomobilini sataraq ziyanı ödəmək üçün onun atasına etibarnamə əsasında avtomobilini satmaq üçün versə də, daha sonra etibarnaməni ləğv etdirərək öz avtomobilini onun atasından polis vasitəsi ilə almışdır. Cavabdeh avtomobilini bərpa etmədiyini görüb avtomobili bərpa etməyə imkanı olmadığı üçün avtomobilini aldığı qiymətd ən 5000 manat aşağı başqa şəxsə satmağa məcbur olmuşdur. Belə ki, avtomobil nasaz vəziyyətdə olub, texniki qulluğa, üzərində rəngləmə və s. bərpa işləri aparılmasına ehtiyac olmuşdur. Cavabdeh törətdiyi əmələ görə CM-nin 185.1-ci maddəsi İlə cinayət məsuliyyətinə cəlb edilərək Tərtər Hərbi Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü ilə məhkum edilmiş, həmin hökmdən zərərçəkmiş kimi apellyasiya şikayəti vermişdir. Belə ki, cavabdehə yüngül cəza verilmişdir. Zia Abdulladan 5000 manat maddi ziyanı tələb etməyinin səbəbi ondan ibarətdir ki, Cavabdeh avtomobilini qaçırıb qəza törətdikdən sonra avtomobilinə dəymiş ziyanı ödəməmiş, avtomobilin cüzi ziyan dəyən hissəsini bərpa etməyə çalışmış, nəticədə daha sonra avtomobilinə dəymiş ziyanı ödəməkdən yayındığı üçün avtomobilini 5000 manat ziyana qəzalı vəziyyətdə başqa şəxsə satmağa məcbur olmuşdur. Cavabdeh avtomobilin 5000 (beş min) manat ziyana başqa şəxsə satıldığını bildiyini Tərtər Hərbi Məhkəməsində məhkəmə prosesi zamanı da bildirmiş, buna baxmayaraq ziyanı ödəməkdən yayınmışdır.
6. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş, məhkəməyə ünvanladığı teleqramda hərbi hissənin pul təminatını həyata keçirə bilmədiyini bildirməklə prosesin təxirə salınmasını xahiş etmişdir.
7. Məhkəmənin 28 aprel 2022-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 aprel 2023-cü il tarixli 2(008)-425/2023 saylı qətnaməsi ilə (hakim Əşir Səmədov) iddia təmin edilmişdir.
9. Məhkəmə gəldiyi n əticəni əsaslandırmamış, bununla belə Mülki Məcəllənin 21-ci maddəsinə istinadla “Nissan Sunny” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinin yararsız hala düşdüyünü, ilkin qiymətləndirmə aktına görə avtomobilə dəymiş zərərin ümumi dəyərinin 1770 manat müəyyən edildiyini vurğulayaraq hesab etmişdir ki, Cavabdeh ziyanın əvəzi qismində 5000 manat, dövlət rüsumunun əvəzi qismində 30 manat alınıb İddiaçı ödənilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2ci, Mülki Prosessual Məcəllənin 119.1, 82.4, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının avtomobilinə dəymiş ziyanı tam şəkildə ödədiyi qanuni qüvvəsini almış hökmlə müəyyən olunduğu halda, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan, həmin avtomilə dəymiş ziyanın məbləğinin ekspert rəyi ilə müəyyən edildiyini, iddiaçının avtomobili 14 000 manata alıb 9000 manata satdığı barədə sübut təqdim edilmədiyini, eləcə də avtomobilin dəyərinin 5000 manat azalmasının onun təqsirindən ortaya çıxmasının sübuta yetirilmədiyini nəzərə almadan qanunsuz qərar çıxarmışdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3216/2023 nömrəli, 11 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir.
14. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə ziyan dəymiş, bundan sonra avtomobilin əmtəə dəyərində azalma olmuş, bu səbəblə 14 000 manata aldığı avtomobilini 9000 manata satmaq məcburiyyətində qalmış, beləliklə də 5000 manat zərər çəkmişdir.
15. Kollegiya qeyd edib ki, iddiaçının tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları (MM 1096, 1097) nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 2 1-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbləri üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir.
16. Hazırkı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin törətdiyi əməl nəticəsində iddiaçıya məxsus avtomobilin əmtəə dəyərini 5000 manat itirmiş olması - iş üzrə sübutetmənin predmetidir və kollegiyanın qənaətinə görə iddiaçı bu halı biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, o, avtomobili məhz 14000 manata aldığına və yol-nəqliyyat hadisəsindən sonra onu 9000 manata satdığına dair hər hansı sübut təqdim etməmişdir.
17. Yuxarıda qeyd olunduğu kimi, qanuni qüvvədə olan hökmlə iddiaçının avtomobilinə 1405 manat ziyan dəydiyi və həmin ziyanın cavabdeh tərəfindən ödənildiyi müəyyən olunmuşdur.
18. Yol-nəqliyyat hadisəsinə məruz qalan avtomobilin əmtəə dəyərində azalma olduğu hamıya bəlli olan hal olsa da, hazırkı iddia tələbi üzrə iddiaçının iddia etdiyi 5000 manatlıq dəyər itkisinin məhz cavabdehin əməli ilə səbəbli əlaqə nəticəsində yarandığı müəyyən edilməmişdir.
19. Mə hkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 88, 217.3, 385-ci maddələrinə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası 1096.11097.1-ci maddələrini mübahisənin həllinə tətbiq etməyərək kassatorun avtomaşınını başqasına 5000 manat aşağı qiymətə satmasını, cavabdehin avtomaşını qəzaya uğratmasını, onun istismara tam yararlı vəziyyətə gətirməməsini, təmir-bərpa işlərini axıra çatdırmamasını, iddiaçının tələb etdiyi mə bləğdə zərərə düşməyinə şərait yaratmasını nəzərə almamış, bu hallara əhəmiyyət verməmişdir.
22. Məhkəmə kollegiyası iddianı rədd edərkən məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olmasını vurğulayaraq önə çəksə də özü də kassatorun dəlillərini araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
25. Maddə 14.2. Mülki hüquqların və vəzif ələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.6. Başqa şəxsə zərər vurulması....
26. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gət irib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. B elə ki, cavabdeh N avqust 2020-ci il tarixdə iddiaçıya məxsus avtomobili talama məqsədi olmadan qaçıraraq avtoqəza törətmiş, nəticədə avtomobilə ziyan vurulmuşdur. Bu əməlinə görə cavabdeh Tərtər Hərbi Məhkəməsinin 1(098)-157/2021 saylı, 22.7.2021ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinib cərimə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə iddiaçının avtomobilinə 1405 manat ziyan dəydiyi və ziyanın cavabdeh tərəfindən ödənildiyi müəyyən olunmuşdur.
40. İddiaçı hazırda cavabdehin törətdiyi qəza səbəbindən avtomobilin bazar dəyərinin azaldığını, həmin avtomobili 14000 manata aldığı halda, qəzadan sonra dəyəri azaldığına görə 9000 manata satdığını, bununla da 5000 manat məbləğdə zərərə düşdüyünü bildirir və həmin məbləğin cavabdeh dən tutulmasını tələb edir.
41. İddia tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir (bu qərarın 26-28-ci paraqrafları). Apelyasiya instansiyası məhkəməsi də işin hallarına bu normalar əsasında qiymət verərək iddianın rədd olunması barədə nəticəyə gəlmişdir.
42. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və əsaslandırması ilə razılaşır.
43. Belə ki, iddia tələbinin təmin olunması üçün iddiaçı avtomobili 14000 manata aldığını, 9000 manata satdığını, avtomobilin dəyərinin azalması ilə cavabdehun törətdiyi əməlin səbəb -nəticə əlaqəsini sübut etməlidir. Lakin iddiaçı bu cür sübutları təqdim etməmişdir.
44. Kollegiya bildirir ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
45. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
46. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
47. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
49. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3216/2023 nömrəli, 11 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.