Məhkəmə qərarları › İş №2(102)-4671/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4671/2021

19.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4671/2021 19.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi və işə bərpa olunma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1830/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiy a şikayəti üzrə işə 19 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30.12.2019-cu il tarixli 912 nömrəli Fərmanından müəyyən olunmuşdur ki, Fərmanın 1.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaradılmışdır. Fərmanın 2.1-ci bəndinə əsasən nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi, idarəetmə orqanlarının yaradılması, yenidən təşkili və ləğv edilməsi üzrə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyə tlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında» 30.06.2020-ci il tarixli 1077 nömrəli Fərmanından müəyyən olunur ki, Fərmanın 7.5-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondunda işləyən işçilərin bu Fərmanın 1-4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görüb və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermələri tapşırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Xətai Rayon Şöbəsinin əməkdaşları tə rəfindən tərtib olunmuş 22.07.2020-ci il tarixli aktın məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli, 1076 və 1077 nömrəli Fərmanlarının icrasını təmin etmək məqsədi ilə Nazirlikdə aparılacaq struktur dəyişiklikləri ilə bağlı şöbənin mühasibatlıq sektorunun böyük məsləhətçisi, analıq məzuniyyətində olan İddiaçı ilə telefon əlaqəsi saxlanılaraq şöbəyə dəvət edilməsinə, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, İddiaçı şöbəyə gəlməkdən, işlədiyi qurumun ləğvi ilə bağlı işdən azad olunma və yaradılmış yeni quruma işə qəbul haqqında ərizələr yazmaqdan imtina etmişdir. Bu hal iş materiallarında olan İddiaçı tərəfindən 23.07.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış məktubla da təsdiq olunur. Cavabdeh 28.07.2020-c i il tarixli **********4 saylı əmrindən görünür ki, Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin Mühasibat uçotu sektorunda böyük məsləhətçi vəzifəsində müddətli müqavilə əsasında çalışan İddiaçı müəssisənin ləğvi ilə əlaqadar olaraq Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla 17.11.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə 28.07.2020-ci il tarixdə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 28 iyul 2020-ci il tarixli **********4 nömrəli əmrinin lə ğv edilməsi və işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 17.11.2016-cı ildən Cavabdeh yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai Rayon Şöbəsinin mühasibat uçotu sektorunun böyük məsləhətçisi vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi müddətdə vəzifə öhdəliklərini nümunəvi şəkildə yerinə yetirmiş, barəsində heç bir tənbeh tədbiri görülməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 30.06.2020-ci il tarixli 1077 saylı Fərmanına əsasən Dövlət Sosial Müdafiə Fondunun, X1, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bazasında publik hüquqi şəxslər yaradılmışdır. Fərmanda qeyd olunmuşdur ki, bu Fərmanın 1-3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafıə Fondu, X2, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafıq olaraq, Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. Göründüyü kimi, ləğvetmə prosesi baş vermədiyi halda, ƏƏSMN-nin **********4 nömrəli əmrinə əsasən 28.07.2020-ci il tarixində əmək müqaviləsinə "xxxx" əsası ilə xitam verilmişdir. Müəssisənin ləğvi o halda mümkündür ki, həmin orqanın (və ya müəssisənin) vəzifə və hüquqları hüquq vari sliyi qaydasında başqa quruma (orqan və ya müəssisəyə) keçməsin. Hazırki vəziyyətdə isə publik hüquqi şəxs bütün əmlakı, vəzifə və səlahiyyətləri ilə öz fəaliyyətini dəyişilməz qaydada davam etdirir. Dövlət orqanının hüquqi statusunun dəyişməsi və ya hər hansı formada yenidən təşkil edilməsi ləğvetmə kimi qiymətləndirilə bilməz. Əks halda “yenidən təşkil (çevrilmə)” və “ləğvetmə” arasında nə terminoloji, nə də hüquqi fərq olardı. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Mövcud vəziyyətdə ləğvetmə deyil, çevrilmə baş verdiyindən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə istinad edilməsi qanuni deyil, yolverilməz və absurddur. Belə ki, mövcud qanunvericiliyə görə çevrilmə şəkli ndə yenidən təşkilin ləğvetmə ilə heç bir hüquqi bağlılığı yoxdur. Hazırda fəaliyyət göstərən publik hüquqi şəxs dövlət orqanı statusunu itirdiyindən orada çalışan dövlət qulluqçuları da yalnız “dövlət qulluqçusu” statusunu itirmiş olur. Belə ki, bir qurumun (orqan və ya müəssisənin) təşkilati hüquqi forması və ya statusunun dəyişməsi orada çalışan işçinin statusuna təsir göstərə bilər, lakin əmək müqaviləsinə xitam verilməsi üçün heç bir birbaşa və ya dolayı əsas yoxdur. Dövlət orqanının ləğv edilməsi ilə əlaqədar heç bir hüquqi akt mövcud deyildir və təbii olaraq heç bir ləğvetmə prosesi həyata keçirilməmiş, ləğvetmə komissiyası yaradılmamışdır. DSMF çevrilmə şəklində qeydiyyatdan keçmişdir. Əmək Məcəlləsinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərin haqq-ədalətlə və qanunun alili yinin təmin olunması ilə qorunması prinsipləri pozulmuşdur. Görünən budur ki, Fond yalnız ona və bir neçə işçiyə münasibətdə ləğv olunub. Belə ki, qurum öz fəaliyyətini olduğu kimi, elə əvvəlki işçi heyəti ilə davam etdirir. Əgər hüquqi anlamda “ləğvetmə” həqiqətən mövcud olsaydı, bu, təbii olaraq bütün işçi heyətinə aid olardı, yalnız “seçilmişlər”ə deyil. Onu da qeyd etmək istəyir ki, əmək müqaviləsinə xitam verilməmişdən əvvəl, Nazirliyin kadrlar şöbəsindən mobil telefon vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunda struktur dəyişikliyinin olmasını səbəb gətirərək, işə öz arzusu ilə geri çağrılması barədə ərizə yazması və işdən azad olunması ilə bağlı ikinci ərizəni yazmaqla işdən çıxması tələb edilmiş, əks təqdirdə ixtisar olunmaqla işdən azad ediləcəyi bidirilmişdir. Sosial məzuniyyət də olduğu və az yaşlı övladına baxdığı üçün işə çıxmasının mümkunsuz olduğunu bildirmiş, buna baxmayaraq Nazirliyin kadrlar şöbəsinin bir neçə əməkdaşı ona yuxarıda qeyd etdiyi formada ərizə yazması üçün təzyiq göstərmişdirlər. Nəhayət Cavabdeh 28.07.2020-ci il tarixli **********4 saylı əmri ilə Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Halbuki, 12.02.2019-cu il tarixdə qeydiyyata alınmış ərizəsinə əsasən ona övladının üç yaşına çatanadək sosial məzuniyyət verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov, iş № 2(004)-4414/2020) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 iyul 2020-ci il tarixli **********4 nömrəli əmrinin ləğv edilməsi və işə bərpa barədə İddiaçı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli, 1076 və 1077 nömrəli Fərmanlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılacaq struktur dəyişiklikləri ilə bağlı şöbənin mühasibatlıq sektorunun böyük məsləhətçisi, analıq məzuniyyətində olan İddiaçı ilə telefon əlaqəsi saxlanılaraq şöbəyə dəvət edilməsinə, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o, şöbəyə gəlməkdən, işlədiyi qurumun ləğvi ilə bağlı işdən azad olunma və yaradılmış yeni quruma işə qəbul haqqında ərizələr yazmaqdan imtina etmişdir. Belə olan halda cavabdeh iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin «a» bəndi ilə ləğv etməklə bağlı əmr verməkdə haqlı olmuşdur. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim X.Sarıyev sədrliyi və məruzəsi ilə, hakimlər E.Mehdiyev və Ş.Məmmədovadan ibarət tərkibdə, iş № 2(103)-1830/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(004)-4414/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli, 1076 və 1077 nömrəli Fərmanlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyində aparılacaq struktur dəyişiklikləri ilə bağlı şöbənin mühasibatlıq sektorunun böyük məsləhətçisi, analıq məzuniyyətində olan İddiaçı ilə telefon əlaqəsi saxlanılaraq şöbəyə dəvət edilməsinə, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o, şöbəyə gəlməkdən, işlədiyi qurumun ləğvi ilə bağlı işdən azad olunma və yaradılmış yeni quruma işə qəbul haqqında ərizələr yazmaqdan imtina etmişdir. Belə olan halda cavabdeh iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin “a” bəndi ilə ləğv etməklə bağlı əmr verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun işçilərinə münasibətdə özünün işə götürən səlahiyyətlərini itirdiyindən, işə bərpa ilə bağlı iddiaçın ın tələbi əsaslı hesab oluna bilməz. Əmək Məcəllənin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən üç yaşınadək uşağı olan qadınların məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Göründüyü kimi, Əmək Məcəlləsinin 70-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müddəalar Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam verilən hallara şamil edilmir. Azərbaycan Respublika sı Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1076 saylı Fərmanının 2-ci hissəsi ləğv edilmiş “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin 1.1-ci bəndində qeyd olunurdu ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirlər i həyata keçirən icra hakimiyyəti orqanıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu icra hakimiyyəti orqanı olmuş, sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli, 1076 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Nazirliyin strukturuna daxil olan orqanların siyahısından Dövlət Sosial Müdafiə Fondunun adı çıxarılmışdır. Beləliklə, yuxarıda qeyd olunanlar müəssisənin ləğv olunması kimi qiymətləndirilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli 2(103)-1830/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Digər tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasi ya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya ş ikayəti vermiş, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. 42-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqavi ləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. 70-ci maddəsinin “a” bəndinə əsasən, müəssisə ləğv edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən üç yaşınadək uşağı olan qadınların məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.. 79-cu maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməl idir.

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçının kassasiya şikayətinin dəlilləri analıq məzuniyyətində olduğu müddət də əmrin verilməsi, onun işlədiyi müəssisənin ləğv prosesində olmadığı, yalnız Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında yeni hüquqi şəxsin yaradılması ilə bağlı çevrilmə yolu ilə yeni müəssisənin yaradılması, bu halın isə ləğvetmə ilə bağlılığın olmamasını göstərir və apellyasiya instansiya məhkəməsinin onun dəlillərinə formal yanaşaraq dəlillərinin maddi hüquq normalarının tələbləri baxımından qiymətləndirilməməsini qeyd edir. İş materiallarında olan 28 iyul 2020-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin mühasibat uçotu sektorunda böyük məsləhətçi vəzifəsində müddətli müqavilə əsasında çalışan İddiaçı müəssisənin ləğvi ilə əlaqəda r olaraq tutduğu vəzifədən azad edilmiş və onunla 2016-cı il 17 noyabr tarixində bağlanmış əmək müqaviləsinə 2020-ci il 28 iyul tarixdə xitam verilmiş, müəssisənin ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdən çıxma müavinəti ödənilsin. İlkin olaraq qeyd edilir ki, əmrin 2-ci bəndində iddiaçının dövlət qulluğuna xitam verilməsi qeyd edilir. Lakin məhkəmələr işə mahiyyəti üzrə baxılmazdan əvvəl iddiaçı ilə işəgötürən arasında xidməti hüquq münasibətlərinin olub-olmaması aydınlaşdırmalı, belə münasibətlərin yaranması halında isə işin məhkəmə aidiyyəti ilə bağlı məsələni müzak irə etməli və məhz bundan sonra iddiaçının və cavabdehin etirazının dəlillərinin qiymətləndirilməsi təmin edilməli olduğu halda apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə hər hansı müzakirə aparmamışdır. Halbuki MPM-in 32.3-cü maddəsinin tələbi baxımında hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Baxılan iş üzrə iddiaçının inzibati vəzifə tutması mübahisəsizdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüqu q münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Göstərilən prosessual məsələnin aydınlaşdırılmasından sonra isə apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad olunan dəlillərə (analıq məzuniyyətində olduğu müddətdə əmrin verilməsi, onun işlədiyi müəssisənin ləğv prosesində olmadığı, yalnız Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında yeni hüquqi şəxsin yaradılması ilə bağlı çevrilmə yolu ilə yeni müəssisənin yaradılması, bu halın isə ləğvetmə ilə bağlılığının olmaması) və digər formal əsaslarla deyil, işdə olan sübutlar və maddi hüquq normalarının tələbləri baxımından qiymətləndirilməsini təmin etməlidir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkə mə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tə dqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1830/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün geri qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar