Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4672/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X6, X1, X2, X3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması) 20.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X6, X1, X2, X3 və Cavabdeh2 qarşı miras əmlakın qəbul edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1462/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qətnaməsind ən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər bacı-qardaşlardır. Onların atası xx.xx.1986-cı il tarixdə, anası isə xx.xx.2019-cu il tarixdə vəfat etmişlər. İddiaçı atasından miras qalmış ünvan 1 ünvanında yerləşən ev və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən mirasın qəbul edilməsi və vərəsəlik hüququnun tanınması üçün notariat ofisinə müraciət etsə də, vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddət buraxıldığı, vərəsələr arasında mübahisə mövcud olduğu və bəzi hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığı üçün notarius tərəfindən notariat hərəkətinin aparılmasından imtina olunması barədə qərar qəbul edilmiş, məhkəməyə müraciət etmək tövsiyə olunmuş dur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən miras əmlakın torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən evin onun və digər bacı qardaşları olan X11, X4, X5, X17Ağa qızı və Cavabdeh2 arasında bölünməsi və vərəsəliyinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mübahisəli əmlaklar hazırda qardaşı X7 faktiki istifadəsindədir və daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənədlər də ondadır. Qardaşından vərəsəlik payını istədikdə imtina edir və onu MTN-ə müraciət edəcəyi ilə hədələyir, barəsində nalayiq sözlər deyir. Qardaşı bütün bunları edərkən səbəbini onun xristian dinini qəbul et məsində görür.
4. Məhkəmə iclasında cavabdeh X11 iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, miras əmlak əvvəllər yararsız vəziyyətdə olmuşdur. O, əmlakı söküb yenidən inşa etdirmişdir. Belə ki, atalarından miras qalmış əmlak 1 mərtəbəli olmuşdur. O, isə həmin evin yerində 2 mərtəbəli ev tikdirmişdir. İddiaçı həmin evdə 30 ildir ki, yaşamamışdır. O, 1991-ci ildə ailə qurmaqla ata evini tərk etmişdir.
5. Məhkəmə iclasında izahat verən digər cavabdehlər də iddia tələbinin təmin edilməməsini xahiş etmişlər.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20 sentyabr 2021-ci il tarixli məktubuna əsasən, ünvan 2 ünvanının qeydiyyatdan keçməsi, torpaq sahəsinin ayrılması haqqında məlumat və X8 adına həmin ünvana dair texniki pasport aşkar edilməmişdir.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3489/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Bəhramzadə) iddia rədd edilmişdir.
8. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, mərhum X8 öldüyü günədək hər hansı bir daşınmaz əmlakın onun mülkiyyətində olmasına dair hər hansı bir sənəd mövcud olmamışdır. Hətta, sözügedən ev miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları ilə qeydiyyata alınmış olsaydı belə, iddiaçı miras qoyanın vərəsəsi kimi mirasın açıldığı onlara bəlli olduğu andan yenə qanunla müəyyən olunmuş müddətlər ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etməli idilər. Mirasın qəbuluna dair hərəkətlər isə iki formada ola bilər - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək, yaxud əmlaka sahiblik et məyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. Bu hallar da işin tərəflərin izahatları və işin faktiki halları ilə də təsdiqini tapmır.
9. Məhkəmə Mülki Məcəllənin 1243, 1246, 1248.1, 1255 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun olaraq əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, evin sənədləri qardaşı tərəfindən gizlədilmişdir. Məhkəmə işə birtərəfli yanaşmış, iş üçün əhəmiyyətli olan bütün halları araşdırmamışdır. Sənədlər qardaşında olduğu üçün, o, vaxtında notariusa müraciət etməmişdir. Məhkəmə, sənədləri cavabdehdən almalı olduğu halda, reyestr xidmətini n məktubuna istinad etməklə qərara qəbul etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1462/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev – sədrlik edən və məruzəçi, N.Cəfərov və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri b) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, atasının sağlığında iddiaçı, anası, hazırkı iş üzrə cavabdehlər mübahisəli ünvan 4 ünvanında olan əmlakda qeydiyyatda olmuşlar və yaşamışlar. Atası vəfat etdikdən sonra iddiaçı həmin ünvanda yaşamış, faktiki olaraq əmlaka sahiblik etmiş, əmlakı idarə etmiş, miras əmlakı vərəsə kimi qəbul etdiyini nümayiş etdirmişdir. Ailə qurması ilə əlaqədar 1991-ci ildə həmin ünvandan gəlin kimi getmiş, 2001-ci ildə boşandıqdan sonra yenidən həmin evə qayıdaraq 2 il 6 ay həmin evdə yaşamış, 2004-cü ildən isə müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Miras əmlakın qəbul edilməsi üçün hər hansı bir ötürülmüş müddət yoxdur. İ ddianın təmin edilməməsi əsası kimi müddətin ötürülməsinə istinad edilməsi qanunsuzdur. Apellyasiya kollegiyasının qətnaməsi iddiaçını mülkiyyət hüquqlarından məhrum edir. Məhkəmə DƏDRX-in məktubuna əsaslanmaqla, yanlışlığa yol veriblər. Həmin daşınmaz əmlaka ünvan verildiyindən və atasına məxsus olduğundan oranın hüquqmüəyyənedici sənədləri də mövcuddur. Həmin sənədlər cavabdeh Cavad Əsgərovdadır. Məhkəmə sənədləri ondan tələb etməli idi. Məhkəmə DƏDRX-ə, İcra Hakimiyyətinə, Milli Arxiv İdarəsinə sorğu verməmiş, heç bir sənəd tələb etməmişdir. Bununla da, prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə işin hallarına və iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmişdir.
14. Bundan başqa məhkəmə iddiaçının dediyinə görə iddiaçı və onun qardaşı X11 arasında olan konfliktin əsas səbəbini iddiaçının dini inancının cavabdehlərdən fərqli olmasını, yəni onun xristian dininə mənsub olması səbəbindən tərəflər arasında yaranmış konflikti nəzərə almamış, tərəflərin qarşılıqlı münasibətlərini düzgün qiymətləndirməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 25, bənd İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlar ını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İnsan Hüquqlarının və X10 X9
17. Maddə
9. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
19. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymu r, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
20. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
21. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
22. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
23. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
24. Maddə 1255. Qə bul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara ob yektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 3
3. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilm ədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmə araşdırması ilə mübahisəli əmlakın dövlət reyestrində qeydə alınmadığı, buna görə də, iddiaçının mərhum atasından miras qalmış əmlakın olmadığı müəyyən olunmuşdur. İddiaçı mübahisəli əmlaka dair hüquqmüəyyənedici sənədlərin cavabdeh Cavad Əsgərovda olduğunu bildirsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, mübahisəli evə dair hüquqmüəyyənedici sənədlərin olmadığı məhkəmə sorğusu əsasında təsdiqini tapmışdır.
40. Digər tərəfdən, məhkəmə araşdırması ilə iddiaçının miras qoyanın vərəsəsi kimi mirasın açıldığı onlara bəlli olduğu andan qanunla müəyyən olunmuş müddətlər ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etmədiyi müəyyən olunmuşdur. Belə ki, iddiaçı vərəsəliyin qəbuluna dair qanunla m üəyyən edilmiş müddəti buraxmaqla notariusa müraciət etmiş və əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir.
41. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Məhkəmə kollegiyası, həmçinin kassatorun onun dini inancının cavabdehlərdən fərqli olması səbəbindən tərəflər arasında mübahisənin yaranmasını məhkəmənin nəzərə almadığı barədə dəlilinə münasibətd ə qeyd edir ki, hazırki mübahisənin mahiyyətini tərəflərin ailə daxili münasibətləri zəminində atalarından qalmış miras qalmış əmlakın qəbul edilməsi təşkil edir.
43. Məhkəmələrin də araşdırması məhz bu münasibətlərin həll edilməsi istiqamətində olmuş, işin materiallarından və faktiki hallarından iddiaçıya onun dini mənsubiyyətinə görə hər hansısa qərəzli mövqenin nümayiş etdirilməsi halı təsbit edilməmişdir.
44. Odur ki, kassasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla, apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. 45. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normaların a dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1462/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.