Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4675/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4675/21 (Açar sözlər: abonent müqaviləsinin bağlanılması və s, maddi və mənəvi zərər) Bakı şəhəri, 14 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh "xxxx" ASC-nin vəkili Vnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2761/2021 nömrəli iş üzrə 14 a prel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "abonent müqaviləsinin bağlanılması, elektrik enerjisinin bərpa edilməsi və zərərin əvəzinin ödənilməsi" tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin üzərinə İddiaçı ilə elektrik enerjisinin alqı-satqısı abonent müqaviləsinin bağlanılması vəzifəsinin qoyulması və ünvan 1 ünvanında yerləşən yaşayış evinə elektrik enerjisinin verilməsinin bərpa edilməsini, cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 6000 manat pulun maddi zərərin əvəzi kimi, 1000 manat isə mənəvi zərərin əvəzi kimi tutularaq ödənilməsi, vəkilin göstərdiyi yar dıma görə ödədiyi 200 manat pulun və dövlət büdcəsinə ödədiyi 30 manat pulun cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi, cavabdeh "xxxx" ASC ilə X14 arasında 23.09.2000-ci ildə bağlanılmış abonent müqaviləsinə görə A26113019M335990 saylı AMPY(5219A) tipli sayğac üzrə 03.08.2001-ci ildən 02.08.2018-ci il tarixinə kimi yaranmış 8.850 manat borcun adı çəkilən tərəflərin özlərinə aid edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evi 08.11.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Adı çəkilən ev 18 iyun 2008-ci il tarxində alqı-s atqı müqaviləsi ilə X2 Valeh Vəlhət oğlu və X13 və X6 almış və mülkiyyət hüququna dair DƏDRX-dən 23.07.2008-ci ildə müvafiq çıxarış almışdır. Satıcılar evi könüllü boşaltmadığı səbəbindən X1 rayon Məhkəməsinə müraciət edərək adı çəkilən şəxslərin ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehlərin qeyd edilən ünvan üzrə qeydiyyatlarının ləğv edilməsi, həmin evdən və torpaq sahəsindən şıxarılması xahiş etmiş, məhkəmənin 2(003)- 1933/2009 saylı 22 dekabr 2009-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6456/2014 saylı 22 dekabr 2014cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış və Ali Məhkəmənin Mülki Kollegiyasın 2(102)-2462/2015 saylı 09 iyun 2015-ci il tarixli qərarı ilə cavabdehlərin kassasiya şakayəti təmin olunmamış və məhkəmənin qətnaməsi hüquqi qüvvəyə minmiş və icraya yönəldilmişdir. (Qərarların surəti əlavə edilir). Həmin qətnamə icra olunmaq üçün Xəzər rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, ən nəhayət bu qətnamə 26 fevral 2018-ci il tarixində icra edilmiş, cavabdehlər əşyaları ilə birlikdə evdən çıxarılmış və ev təhvil verilmişdir. 26 fevral 2018-ci ildə ev təhvil verildikdən sonra orada yaşayış olmamış və onlar kommunal xidmətlərin bərpa olunması və abonent müqavilələri bağlanılması üçün “Azəriqaz” və "xxxx" ASC-yə müraciətlər etməyə başlamış, "xxxx" ASC-nin nümayəndələri ilə görüş vaxtı onlar şifahi bildirmişlər ki, həmin mənzilin borcu vardı r, borc bağlandıqdan sonra onunla abonent müqaviləsi bağlanıla bilər. Cavabdeh "xxxx" ASC-dən həmin borcla bağlı müvafiq açıqlama (arayış) götürülmüş və məlum olmuşdur ki, həmin abonent müqaviləsi X14 ilə 23.09.2000-ci ildə bağlanılmış, 1988-ci ildən 2011-ci ilədək 4 dəfə sayğac dəyişdirilmiş, sonuncu dəfə 15.12.2011-ci ildə A26113019M335990 saylı sayğac quraşdırılmış və 03.08.2001-ci ildən 02.08.2018-ci il tarixinə kimi 8.850 borc yaranmışdır. Tərəflərindən 28.01.2020-ci il tarixində yazılı şəkildə cavabdeh "xxxx" ASC-yə ərizə ilə müraciət olunaraq elektrik enerjisinin bərpası və yeni abonent müqaviləsinin bağlanılmasını xahiş etmiş, cavabdeh bu yazılı ərizəyə heç bir cavab verməmiş, nə müqavilə bağlamış, nə də elektrik enerjisini bərpa etməmişdir (Arayış və ərizənin surəti əlavə edilir). Cavabdehin nümayəndələri ilə danışıqlar zaman izah olunmuşdur ki, “mənzilin və ya evin borcu” ola bilməz, çünki ev və ya mənzil müqavilə tərəfi-istehlakçı deyildir, müqavilə tərəfi - istehlakçı konkret olaraq hər hansı fiziki və ya hüquqi şəxslərdir ki, onlardan borcu vaxtında-iddia müddəti ərzində tələb etməli idi və ya qanunvericiliyə uyğun olaraq enerji təchizatını dayandırmalı idi. Əgər həmin abonent-fiziki şəxs X7 03.08.2001-ci ildən 02.08.2018-ci il tarixinə kimi 8.850 borc yaranmışdırsa, belə halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq etdiyi “Elektrik enerjisindən istifadə Qaydaları’na uyğun olaraq tədbir görməli idi. Onunla müqavilə bağlamamışdır, eyni zamanda mənzilin ona təhvil verildiyi vaxtdan da o, elktrik enerj isindən istifadə etməmişdir. Onun üzərinə digər şəxsin istifadə etdiyi elektrik enerjisindən istifadə haqqını ödəmək vəzifəsi qoyula bilməz. Cavabdeh "xxxx" ASC, elektrik enerjisinin ötürülməsi və paylanması xidmətləri üzrə təbii inhisar subyektidir, ondan başqa digər alternativ subyekt yoxdur, ona görə də onun onunla abonent müqaviləsi bağlamaqdan imtina etmək hüququ yoxdur. Cavabdeh "xxxx" ASC 26 fevral 2018-ci ildən, yəni ev ona təhvil verildikdən sonra dəfələrlə ona müqavilə bağlamaq və elktirk enerjisinin verilməsini bərpa etmək barədə müraciətlərini təmin etmədiyindən, keçən 2 il yarım müddət ərzində dəfələrlə Mərdəkan qəsəbəsində yerləşən "xxxx" ASC-nin Xəzər rayon RETSİ-nə gedib-gəlmişdir. Cavabdeh elektrik enejisini vermədiyindən, 2 il yarım müddətində onu bu evdən istifadə etmə k, bu müddət ərzində onu kirayəyə vermək imkanından da məhrum etmişdir, əgər o, evi ayda minimum 200 manat olmaqla kirayəyə versəydi, 2 il yarım müddətində, yəni 30 ay müddətində bu (30 ay X 200 manat )=6000 manat pul vəsaiti əldə edə bilərdi. Cavabdehin belə qanuna uyğun olmayan hərəkətləri nəticəsində ona həm maddi ziyan (əldən çıxmış fayda) şəklində, həm də təxminən 1000 manat həcmində mənəvi ziyan vurmuşdur. Belə ki, keçən müddət ərzində cavabdeh qanunla üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədiyi, haqsız olaraq işi süründürməçiliyə saldığı səbəbindən onu mənəvi iztirablara məruz qoymuşdur. Ona görə də o, həm maddi, həm də mənəvi zərərin əvəzini ödəməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 oktyabr 2020-ci il tarixli 2(006)-3830/2 020 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia tələbi qismən təmin edilərək, **********30025 saylı abunə koduna hesablanmış 8.850 manat məbləğində borcun İddiaçı tələb edilməməsi, İddiaçı ilə elektrik enerjisinin alqı-satqısına dair abonent müqaviləsinin bağlanılması və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə elektrik enerjisinin verilməsi vəzifəsinin Cavabdeh ASC-yə həvalə edilməsi, məhkəmə xərci olaraq iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatının və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 200 manatın 100 manatının, cəmi 115 manat məbləğində pulun cavabdeh “Azərişiq" ASC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmiş dir ki, Esaylı evin əvvəlki mülkiyyətçisi X9 8850,08 manat əlavə ödəniş hesablanmışdır. Esaylı evin İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının 6818 nömrəli vərəqində 08.11.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmasına bxmayaraq evin keçmiş sakinləri 21.02.2018-ci il tarixə qədər evi əsl mülkiyyətçisinə təhvil verməkdən imtina etmişlər. 28.01.2020-ci il tarixdə İddiaçı cavabdehə müraciət edərək ona məxsus Enömrəli evin elektrik enerji təcizatını təmin edilməsini və onun ilə abonent müqaviləsi bağlanılmasını xahiş etmişdir. Beləliklə iş materiallarından göründüyü kimi 8850,08 manat əlavə ödəniş İddiaçı Esaylı evinə sahiblik etdiyi dövr üçün yox, əvvəlki mülkiyyətçisi X7 həmin evdə yaşadığı dövr üçün hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, **********0025 saylı abunə koduna hesablanmış 8.850 manat məbləğində borc İddiaçı tələb edilə bilməz. Məhkəmə iddianın “elektrik enerjisinin alqı-satqısına dair abonent müqaviləsinin bağlanması vəzifəsinin "xxxx" ASC-nin üzərinə qoyulması” tələbi ilə bağlı qeyd edir ki, iddia bu hissədə təmin olunmalı, İddiaçı Esaylı evin mülkiyyətçisi olduğundan, adına elektrik enerjisinin alqı-satqısına dair müvafiq müqavilənin bağlanması və həmin qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təchiz edilməsi vəzifəsi "xxxx" ASC-nin üzərinə öhdəlik kimi qoyulmalıdır. Məhkəmə iddianın “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının evə dair ic arə haqqının minimum 200 manat təşkil etdiyi barədə mülahizələri ehtimal xarakteri daşıdığı üçün, iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Belə ki, məhkəmənin qənaətinə görə sözügedən icarə haqqının 200 manat məbləğində olması faktı məhz icarə müqaviləsinin müvafiq bəndinə əsasən təsdiq edilməli olduğu halda iddiaçının ehtimallara istinad etməsi yolverilməzdir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəmə, iddiaçının onun mənəvi sarsıntı keçirməsini qəbul edir. Lakin əsas tələb təmin olunduğundan, iddiaçının pozulmuş hüququnun bərpa edilməsi mənəvi zərərin ödənilməsi kimi də qəbul edilməlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı iddia qaldırması üçün hüquqi xidmət göstərməsi məqsədi ilə B akı şəhəri 4 saylı Vəkil Bürosuna 200 manat və dövlət rüsumu kimi 30 manat ödəmişdir. Ona görə iddia tələbi bu hissədə də təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4, 10.4.8-ci, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13.8, 17-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81, 218.1, 115.0.6, 119.1, 121.1, -cü maddələri, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6, 7.9, 8.2, 8.4, 9.1, 9.10-cu bəndləri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İkram Şirinov- sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Anar Tanrıverdiyev) 2(103)-2761/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3830/2020 saylı, 15.10.2020-ci il tarixli qətnaməsinin qismən, “**********30025 saylı abunə koduna hesablanmış 8.850 manat məbləğində borc İddiaçı tələb edilməsin” hi ssəsində ləğv edilməsi, qətnamənin cavabdehin apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, elektrik enerjisinin alqı-satqısı "xxxx" ASC-nin inhisarında olduğundan, hazırkı məsələ, yəni müqavilə bağlamağa məcburetmə Mülki Məcəllənin 390.3-cü maddəsinin təsiri altına düşür. Ona görə kollegiya belə qənaətə gəlir ki, rayon məhkəməsi, iddiaçı Esaylı evin mülkiyyətçisi olduğundan, adına elektrik enerjisinin alqı-satqısına dair müvafiq müqavilənin bağlanması və həmin qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təchiz edilməsi vəzifəsinin "xxxx" ASC-nin üzərinə öhdəlik kimi qoyulması ilə bağlı hisədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə birinci instansiya məhkəməsinin **********30025 saylı abunə kodunun iddiaçıya deyil, X10 adına olmasını nəzərə almaması ilə bağlı olmuşdur. Kollegiya bununla bağlı qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı “cavabdeh "xxxx" ASC ilə X14 arasında 23.09.2000-ci ildə bağlanılmış abonent müqaviləsinə görə A26113019M335990 saylı AMPY(5219A) tipli sayğac üzrə 03.08.2001- ci ildən 02.08.2018-ci il tarixinə kimi yaranmış 8.850 manat borcun adı çəkilən tərəflərin özlərinə aid edilməsini məhkəmədən xahiş etmişdir”. Rayon məhkəməsi isə həmin tələblə bağlı, qətnamənin nəticə hissəsində “**********30025 saylı abunə koduna hesablanmış 8.850 manat məbləğində borc İddiaçı tələb edilməsin” qeyd etmişdir. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, qətnamə qismən, “**********30025 saylı a bunə koduna hesablanmış 8.850 manat məbləğində borc İddiaçı tələb edilməsin” hissəsində Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərinə uyğun olmadığından həmin hissə ləğv edilməli, qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı X11 (Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş faktlar və sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini və ya işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya kollegiyası ləğv etdiyi hissədə düzgün hüquqi nəticəyə gəlməmişdir, belə ki, iddia ərizəsində 03.08.2001-ci ildən 02.08.2018cil il tarixinə kimi yaranmış 8.850 manat borcun adı çəkilən tərəflərin özlərinə aid edilməsini məhkəmədən xahiş etmişlər və birinci instansiya məhkəməsi bunu “**********30025 saylı abunə koduna hesablanmış 8.850 manat məbləğində borc İddiaçı tələb edilməsin” kimi qətnamədə qeyd etmişdir. Bu borcun müqavilə tərəflərinin, özlərinə aidedilməsi, elə bu borcun ondan tutulmaması anlamına gəlmirmi? Elə bunlar mahiyyətcə eyni şeylərdir, yəni hər iki halda borc ona aid edilmir! Məsələni qəlizləşdirmək, söz oyunu düzəltməyə nə ehtiyac var? Bu hissədə Kollegiyanın birinci instansiya məhkəməsinin MPM-nin 218.3-cü maddəsinin tələblərini pozması barədə arqumentləri əs assızdır. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə işə baxırsa, şikayət qərarın ləğv edilməsinə yönəldikdə onu tam yoxlayırsa, belə halda apelyasiya məhkəməsi əgər hesab edirsə ki, iddiaçının iddia tələbində göstərilən məzmunda iddia tələbi təmin edilməlidir, belə halda apelyasiya məhkəməsi həmin hissəni dəyişdirmək hüququna malikdir. Apelyasiya Məhkəməsinin Kollegiyası bu hüquqdan istifadə edərək, yəni birinci instansiya məhkəməsinin həmin hissədə qətnaməsini dəyişərək, iddia tələbinin qətnamənin nəticə hissəsində "**********30025 saylı abunə koduna hesablanmış 8.850 manat məbləğində borc İddiaçı tələb edilməsin” ifadəsinin ’’cavabdeh "Azərişıq” ASC ilə X14 arasında 23.09.2000-ci ildə bağlanılmış abonent müqaviləsinə görə A26113019M335990 saylı AMPY (5219A ) tipli sayğac üzrə 03.08.2001-ci ildən 02.08.2018-cil il tarixinə kimi yaranmış 8.850 manat borcun adı çəkilən tərəflərin özlərinə aid edilsin” iddia tələbi ifadəsinə dəyişdirilməsini qət etməli idi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil kasasiya şika yətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin vəkili V kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. «Elektrik enerjisindən istifadə qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 2 fevral 2005-ci il tarixli Qərarının 7.9-cu bəndinə və «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən fiziki şəxs o lan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qeyd olunan Qərarın 7.6-cı bəndinə əsasən, enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlər ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Azərbaycan Respublik asının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına is tinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instan siyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən apelyasiya kollegiyası tərəfindən ləğv edilmiş hissədə mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı qeyd edilən hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, apelyasiya kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edildiyi hissəsi üzrə birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmaqla mübahisələndirilən hissə üzrə qətnamə qəbul etmiş, apelyasiya kollegiyası da prosessual qanunvericiliyin tələblərinə riayət edərək, göstərmiş olduğu əsasla iddia tələbini hazırda mübahisələndirdiyi hissə üzrə ləğv etməklə düzgün hüquqi mövqedə olmuşdur. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsa s ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2761/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.