Məhkəmə qərarları › İş №2(102)-4677/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4677/2022

20.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4677/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil sahəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmasına, cavabdehə həmin mənzil sahəsinə müdaxiləsinin qadağan olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər "xxxx" MTK və "xxxx" MMC) “mənzil sahəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmasına, cavabdehə həmin mənzil sahəsinə müdaxiləsinin qadağan olunması” tələbinə dair Bakı A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1807/2022 nömrəli mülki iş üzrə 06 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MTK ilə payçı X6 arasında bağlanmış xx.xx.2004-cü il tarixli 173 saylı kooperativ mənzil tikintisi haqqında müqavilənin surətinə əsasən kooperativ tərəfindən Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr, 1300-cü məhəllə ünvanında payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 4-cü girişinin 2-ci mərtəbəsində 3 otaqdan 114,4 m2 ümumi sahədən ibarət 177 saylı mənzilini payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. 2. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tari xli 001/013 saylı qarşılıqlı razılaşmanın surətinə əsasən "xxxx" MTK-ya ayrılmış ünvan 2 ünvanında inşa ediləcək yaşayış binasının 5-ci girişinin 10-cu mərtəbəsində, ümumi sahəsi 90 m2 olan 2 otaqlı mənzili kooperativ payçıya təhvil verməyi öhdəsinə götürmüşdür.

3. Razılaşmanın 1.2-ci bəndinə əsasən müqavilə imzalanan kimi kooperativ tərəfi kooperativə ortaq üzvlüyə qəbul edir və mənzil tikintisi haqqında müqavilə bağlayır. 4. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 013 saylı müqavilənin surətinə əsasən tərəflər arasında bağlanan müqavilənin əsasını kooperativə ayrılmış ünvan 3 ünvanında inşa ediləcək yaşayış binasında 2 otaqlı mənzil təklif edilir.

5. Müqavilənin 2.1-ci bəndinə əsasən payçını kooperativə üzvlüyə daxil etməyi, yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi, inşa ediləcək binanın 5-ci girişinin 10-cu mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 90 m2 olan N saylı mənzilini payçıya təhvil veməyi "xxxx" MTK öhdəsinə götürmüşdür.

6. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər arasında mövcud xx.xx.2014-cü il tarixli 001(003)saylı müqaviləyə əsasən mənzilin ilkin dəyəri 27000 manata razılaşdırılmış və həmin müqavilənin şərtlərinə uyğun olaraq, tam şəkildə ödənilmiş hesab edilir.

7. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 288 saylı sərəncamına əsasən Binəqədi rayonu Binəqədi şossesi 9-cu mkr, 3169-cu məhəllə A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yaşayış binasının tikintisinə dair Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2016-cı il tarixli 18/03-8/2210 saylı məktubu ilə razılaşdırılmış şəhə rsalma əsaslandırılması təsdiq edilmiş, "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli 20 saylı müraciəti nəzərə alınaraq Binəqədi rayonu 9-cu mkr, 3169cu məhəllə A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir. 8. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017- ci il tarixli alğı-satqı müqaviləsinin surətinə əsasən MMC Binəqədi rayonu A.Məmmədov küçəsi 10-da tikilən yaşayış binasının 9-cu mərtəbəsində 60 saylı 2 otaqlı ümumi sahəsi 97,5 m2 olan mənzili R.Ş. Ələkbərova satmışdır. 9. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli maliyyə arayışının surətinə əsasən Cavabdeh tərəfindən Binəqədi rayonu A.Məmmədov küçəsi 10-da tikilən yaşayış binasının 9-cu mərtəbəsində 60 saylı 2 o taqlı ümumi sahəsi 97,5 m2 olan mənzilin dəyəri olan 97500 manat tam ödənilmişdir.

10. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-747/2018 saylı qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək ünvan 2 ünvanında inşa olunan yaşayış binasının 5-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 90 m2 olan 2 otaqlı mənzilin İddiaçı verilməsi vəzifəsi Yayala MTK-ya həvalə edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-5608\2020 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-747/2018 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qeyrimümkün hesab edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-5608\2020 saylı qərardadına əsasən apellyasiya baxışı zamanı mübahis əli binaların yerləşdiyi əraziyə və binalara baxış keçirilərkən baxış keçirilən sahədə 4 bloklu yaşayış binası və ayrıca 1 bloklu yaşayış binasının olduğu və həmin yaşayış binalarının arasında təxminən 20 metr məsafənin olduğu, 1 bloklu yaşayış binasının müstəqil bina olması, 4 bloklu yaşayış binası ilə əlaqəsinin olmadığı, bu iki yaşayış binasının layihə, dizayn və görünüşünə görə tam fərqli olması, 1 bloklu yaşayış binasının müstəqil giriş-çıxışının və özünün yeraltı qarajının olması müşahidə edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən inşa edilmiş 1 bloklu yaşayış binası müstəqil sərəncam və layihə əsasında, fərqli görünüşdə tikilmiş, müstəqil infrastrukturu və özünün ayrıca giriş-çıxışı (o cümlədən yeraltı qarajı) olan müstəqil yaşayış binasıdır. Həmin binanın " xxxx" MTK tərəfindən inşa edilmiş 4 bloklu yaşayış binası ilə hər hansı bir bağlılığı müəyyən edilməmişdir. Hər iki binanın bir-biri ilə bağlı olmaması və müstəqil layihə əsasında inşa edilməsi həm də "xxxx" MTK-nın iddiaçıya verilməsini öhdəsinə götürdüyü 2 otaqlı mənzilin sahəsi ilə (90 m2) "xxxx" MMC tərəfindən inşa edilmiş və Cavabdeh satılmış 2 otaqlı mənzilin sahəsi (97,5 m2) arasında fərqlədə müəyyən olunur. "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasının, "xxxx" MTK tərəfindən köhnə layihə əsasında tikilməsi planlaşdırılan yaşayış binası ilə əlaqəsinin olmadığı müəyyən edildiyindən, MMC tərəfindən inşa edilmiş həmin binanın MTK-nın tikmək niyyətində olduğu yarımçıq qalmış beş bloklu yaşayış binasının (4 bloku əvvəlcədən inşa edilmişdir) 5-ci bloku kimi qiymətləndirilməsi mümkü n deyildir.

13. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(101)-585/2014 saylı hökmünə əsasən X7 Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi təbiq edilməklə təyin olunmuş cəza 2 il müddəti ilə şərti hesab edilmişdir.

14. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(101)-585/2014 saylı hökmünə əsasən X3 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70ci maddəsi təbiq edilməklə təyin olunmuş cəza 2 il müddəti ilə şərti hesab edilmişdir.

15. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-c ü il tarixli 1(101)-585/2014 saylı hökmünə əsasən "xxxx" MTK-da sədr vəzifəsində işləyən X7, həmin kooperativin təsisçisi olan və hal-hazırda MTK-da baş mühəndis vəzifəsində çalışan X3 ilə razılaşıb özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək vətəndaş X4 etibarından sui-istifadə edib, ona məxsus olan həmin MTK tərəfindən inşa edilmiş, ünvan 2 ünvanındakı 4 girişli ümumi sahəsi 114,4 m2 olan üç otaqlı mənzili xx.xx.2006-ci il tarixdə vətəndaş X1 aldığı pulu verməyi vəd edərək M.V.Paşayevin həyat yoldaşı vətəndaş İddiaçı çatmalı olan 51500 manatı ələ keçirib zərərçəkmiş şəxs N.V. Allahverdiyevaya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı Cavabdeh qarşı ünvan 4 ünvanında inşa edilmiş yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ona məxsus 90 m2 (ümumi sahəsi 97 m2) yaşayış sahəsindən ibarət iki otaqlı mənzil sahəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmasına, cavabdehin həmin mənzil sahəsinə müdaxiləsinin qadağan olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona məxsus ünvan 5 ünvanda inşa edilmiş yaşayış binasının 10cu yaşayış mərtəbəsində yerləşən ümimi sahəsi 90 m2 (ümumi sahəsi 97 m2) olan 2 otaqlı mənzil sahəsini zəbt etmiş və qanunsuz hərəkətinin əsası kimi həmin mənzilə adına "xxxx" MMC tərəfindən verilmiş müqavilə əldə etdiyinə istinad edir. Cavabdeh tərəfindən zəbt olunan mənzili o, "xxxx" MTK ilə xx.xx.2014-cü il tarixdə bağladığı kooperativ mənzil tikintisi haqqında 013 saylı müqavilə əsasında əldə etmişdir. xx.xx.2018-ci il tarixdə mənzil ona təhvil verilmiş, həmin vaxtdan da mənzil onun qanuni sahibliyindədir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994cü il tarixli, 1119 saylı sərəncamı əsasında Bakı şəhəri, ünvan 6 ünvanda 5 bloklu 18 mərtəbəli çoxmənzilli yaşayış bina kompleksinin tikintisinə dair "xxxx" MTK-ya icazə verilmişdir. Qeyd olunan sərəncam əsasında binaların tikintisinə həmin MTK tərəfindən başlanmış, 4 bloku tikilib başa çatdırılmış, 5-ci blok hissəsinin tikintisi isə "xxxx" MMC ilə bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə əsasında sonuncu ilə davam etdirilmişdir. "xxxx" MTK ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış hündür mərtəbəli yaşayış binasının tikintisinə dair müqav iləyə əsasən tikilən binadan 1400 m2 "xxxx" MTK-ya aid edilmişdir. Adı çəkilən əməkdaşlıq müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanılan zaman ona aid olan müqavilə ilə yanaşı, "xxxx" MTK ilə başqa şəxslər arasında artıq bağlanmış daha 5 müqavilə mövcud idi. Əməkdaşlıq müqaviləsi bağlanılan ərəfədə də həmin müqavilələr "xxxx" MMC-yə təqdim edilmiş və "xxxx" MTK-ya ayrılmış 1400 m2 aid edilməklə, iradsız qəbul edilmişdir. Bu razılaşma gizli deyil, şəxsən onun, tərəflərin, hüquqşünasların iştirakı ilə olmuşdur. Mübahisəli mənzilin ona ayrılması "xxxx" MTK ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə əməkdaşlıq müqaviləsinin bağlanmasından əvvəl baş vermiş, sonuncuya da detalları ilə məlum olmuş və buna irad bildirilməmiş, qəbulundan imtina edilməmiş, məhz həmin sahənin verilməsinə etiraz olmamışdır. Belə ki, "xxxx" MTK ilə bağladığı xx.xx.2004cü il tarixli müqaviləyə əsasən, sonuncu tərəfindən tikilən 5 bloklu bina kompleksinin 4-cü blokunda sahəsi 117 m2 olan 3 otaqlı mənzil ona verilməli idi. Lakin icraçı tərəfin günahı üzündən həmin mənzil başqasına satıldığından, qarşılıqlı razılaşma əsasında həmin bina kompleksinin davamı olan 5-ci blokdan, sahəsi 90 m2 olan 2 otaqlı mənzilin ona verilməsi barədə xx.xx.2014-cü il tarixdə 001(013) saylı qarşılıqlı razılaşma müqaviləsi, daha sonra da razılaşmanın tələbinə uyğun olaraq xx.xx.2014-cü il tarixdə aralarında 013 saylı kooperativ mənzil tikintisi haqqında müqavilə imzalanmışdır. Az sahəsi olan məzilə razılaşmasına səbəb də həmin blokun yola yaxın və ayrı tikiləcəyi baxımından olmuşdur. Müqavilə bağlanılan vaxtı da 5-ci bloku n özülü qazılmış, inşaasına artıq başlanmışdır. Həmin müqavilənin onunla bağlanıldığı vaxtı "xxxx" MMC məsələsi olmasa da bütün məsələlərdə onun rəhbəri olan Xanlar Cəfərov və onunla birgə işləyən şəriki və yaxını Elxan Babayevin iştirakı ilə olmuşdur. Müslət Nəcəfovdan şikayət etməməsi ondan xahiş edilmiş, əvəzində onunla şəxsən Elxan Babayevin iştirakı ilə Pravo-az hüquq şirkətinin ofisində müqavilə tərtib edilmişdir. Qeyd edilən ünvanda bina tikintisinə "xxxx" MMCyə icazə verilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin 288 saylı sərəncamı xx.xx.2016cı il tarixdə əldə edilmişdir. Məhz bu sərəncamdan sui-istifadə edən sonuncu həmin binanın "xxxx" MTK-ya aid deyil, ayrı bina kompleksi olduğunu göstərməklə əsasız varlanmaq məqsədindədir. Halbu ki, 2016-cı ilin iyun ayında həmin binada tikin ti işləri son iki mərtəbədə davam etməklə, binanın inşaası tamamlanmaq üzrə idi. Müslət Nəcəfovun ölümündən sonra "xxxx" MMC-nin adından rəhbəri olaraq Xanlar Cəfərov "xxxx" MTK-ya çatan 1400 m2 yaşayış sahəsini ələ keçirmək üçün arxa tarixlərə ayrı-ayrı şəxslərin adına müqavilələr təsdiqləmişdir ki, bunlardan biri də Cavabdeh adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli müqavilədir. Cavabdeh da bunu bilərəkdən, sonuncu ilə birgə hərəkət edir. Həmin müqavilənin özü heç də 2017-ci ildə deyil, sonrakı illərdə tərtib edilmişdir. Belə ki, əməkdaşlıq müqaviləsi əsasında "xxxx" MTK-nı təmsil edən Müslət Nəcəfovun vəfatından sonra "xxxx" MMC tərəfindən çıxış edən rəhbəri Xanlar Cəfərov ona məxsus adı keçən mənzili ona təhvil verməkdən boyun qaçırdığından, o, məhkəməyə müraciət etmiş və Binəqəd i Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiası təmin edilmişdir. Qətnamə icra edilərək, mənzil ona xx.xx.2018-ci il tarixdə təhvil verilmişdir. Həmin vaxta qədər də mübahisəli mənzillə bağlı ikinci müqavilənin olması deyilməmiş və bu kimi fakt müəyyən edilməmişdir. Cavabdehla bağlı və onun adına müqavilə olduğu məsələsi, bundan bir il sonra meydana çıxmışdır. Cavabdeh R.Ş. Ələkbərovun adına məqsədli tərtib edilmiş müqavilədən irəli gələn mübahisəni "xxxx" MMC ilə qanuni yolla həll etmək istəmir. Çünki, bu məsələyə bilərəkdən sonuncu ilə əlbirliklə getmişdir. Cavabdehə məsələni sivil qaydada yoluna qoyulması, qanuna riayyət edilməsi ilə bağlı dəfələrlə təklif edilmiş, lakin o, özbaşnalıqda davam etməklə, danışıqların müsbət nəticəsi olmadığından, məsələnin məhkəmə qaydasında həll edilməsi məcburiyyəti yaranmışdır. Mənzil sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, həmin mənzil sahəsi qanuni əsaslarla ona verilmiş, 2018-ci ilin may ayından qanuni sahibliyindədir.

18. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10\2977 saylı rəyinə əsasən faktiki vəziyyətdə mövcud olan bina ilə "xxxx" MTK-nın eskiz layihəsi arasında mövcud olan uyğunsuzluq səbəbindən, eləcə də, eskiz layihəsi faktiki mövcud olan binaya uyğun gələn "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsində ona satılan mənzilin mərtəbəliliyinin hansı qaydada müəyyən olunması (0 nöqtəsindən yuxarıda yerləşən qeyri-yaşayış sahəsinin mərtəbə olaraq nəzərə alınıb-alınmaması) ilə bağlı dəqiq məlumat olmadığına gərə İddiaçı ilə "xxxx" MTK arasında bağlanmı ş 013 saylı xx.xx.2014-cü il tarixli kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı satılmış ünvan 8 ünvanında inşa edilən yaşayış binasının 10-cu mərtəbəsində yerləşən sahəsi 90 m2 olan 2 otaqlı mənzil ilə Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli mənzil alğı-satqısı haqqında müqavilə ilə R.Ş. Ələkbərova satılmış ünvan 9 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində yerləşən sahəsi 97,5 m2 olan 2 otaqlı 60 saylı mənzilin eyni mənzillər olub-olmamasını müəyyən etmək mümkün deyildir. Baxış zamanı tədqiq olunan mənzil 0 nöqtəsindən yuxarıda yerləşən qeyriyaşayış mərtəbəsi nəzərə alındıqda 10-cu mərtəbədə, nəzərə alınmadıqda 9-cu mərtəbədə (yaşayışın 9-cu mərtəbəsi) yerləşir. Həmin mənzilin yerləşdiyi mərtəbənin dəqiq yeri, qonşu mənzillər in və yaxud müxtəlif mərtəbələrdə yerləşən mənzillərin mülkiyyət sənədlərinə əsasən müqayisə yolu ilə müəyyən edilə bilər. Ekspert tədqiqatına təqdim olunan eskiz layihələri ilə faktiki vəziyyətdə mövcud olan binanın müqayisəli tədqiqatı aparılan zaman faktiki olaraq mövcud olan çoxmərtəbəli yaşayış binasının "xxxx" MMC-yə məxsus eskiz layihəsinə uyğun inşa edildiyi müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunmuşdur ki, ünvan 10 ünvanında inşa edilən yaşayış binasının mübahisəli mənzilində görülmüş təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 10765 manat olması müəyyən olunmuşdur.

19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2094/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia təmin edilməmişdir.

20. Məhkəmə tədqi q olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, məhkəmə araşdırması zamanı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(001)-747/2018 saylı qətnaməsinə əsasən İddiaçı təhvil verilməsi vəzifəsi "xxxx" MTK-ya həvalə edilmiş mənzilin Cavabdeh "xxxx" MMC tərəfindən satılan Binəqədi rayonu A.Məmmədov küçəsi 10-da tikilən yaşayış binasının 9cu mərtəbəsində yerləşən 60 saylı 2 otaqlı ümumi sahəsi 97,5 m2 olan mənzil olmadığı müəyyən olunduğundan iddiaçının cavabdehə qarşı “ünvan 8 ünvanında inşa edilmiş yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ona məxsus 90 m2 (ümumi sahəsi 97 m2) yaşayış sahəsindən ibarət iki otaqlı mənzil sahəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmasına, cavabdehin həmin mənzil sahəsinə müdaxiləsinin qadağa n olunmasına dair” iddia tələblərini irəli sürmək üçün subyektiv hüququ yoxdur, ona görə də iddia tələbləri təmin edilə bilməz.

21. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 390.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15, 77, 119-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

23. Şikayət iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş və düzgün nəticəyə gəlməmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Binəqədi R ayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli 2(001)747/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Binəqədi Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən, ünvan 11 ünvanında inşa olunan yaşayış binasının 5-ci girişində, 10-cu mərtəbəsində, ümumi sahəsi 90 kv. metr olan 2 otaqlı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi cavabdeh «"xxxx"» MTK-nin üzərinə qoyulmuşdur. Qeyd olunan 15 yanvar 2018-ci il tarixli 2(001)-747/2018 saylı qətnamə qanuni qüvvəyə minmiş və Binəqədi Rayon icra və probasiya şöbəsi tərəfindən icra məmuru Ələddin Hüseynov tərəfindən xx.xx.2018-ci il tarixli qərarı ilə icra edilmişdir. Bu barədə Binəqədi Rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş sənəd də mövcuddur. Lakin, Binəqədi Rayon Məhkəməsi İddiaçı Cavabdeh qarşı ünvan 8 ünvan ında inşa edilmiş yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ona məxsus 90 m2 (ümumi sahəsi 97 m2 yaşayış sahəsindən ibarət iki otaqlı mənzil sahəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmasına, cavabdehin həmin mənzil sahəsinə müdaxiləsinin qadağan olunmasına dair iddia ərizəsi təmin edilməməsi barədə 2(001)-2094/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamə qəbul etmişdir. Binəqədi Rayon Məhkəməsi subyektiv hüququn olmaması əsaslanır. Halbuki hüquq məhkəmə qətnaməsi əsasında tanınmır. Eyni zamanda məhkəmə "xxxx" MMC tərəfindən inşa edilən ayrıca müstəqil binanın "xxxx" MTK-nın inşa etdiyi binaya aidiyyəti olmamasına əsaslanır. Lakin, materiallar arasında "xxxx" MMC ilə "xxxx" MTK arasında xx.xx.2015-ci il tarixli bağlanmış müqavilə mövcuddur. Məhkəmə tərəfindən aydınlaşd ırılmayıb ki, "xxxx" MMC ilə həmin ünvanda bina inşa edilməsi üçün sərəncam nəyin əsasında verilmişdir. Sərəncam onun əsasında verilmişdir ki, "xxxx" MMC ilə "xxxx" MTK arasında müqavilə mövcuddur.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 06 aprel 2022-ci il tarixli, 2(103)-1807/2022 nömrəli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova, R.Eyvazov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Belə ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ünvan 12 ünvanında inşa olunan yaşayış binasının 5-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 90 m2 olan 2 otaqlı mənzilin İddia çı verilməsi vəzifəsi "xxxx" MTK-ya həvalə edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)747/2018 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-5608/2020 saylı qərardadına əsasən qeyrimümkün hesab edilmişdir.

26. İddiaçı Cavabdeh xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən satılan Binəqədi rayonu A.Məmmədov küçəsi 10-da tikilən yaşayış binasının 9-cu mərtəbəsində 60 saylı 2 otaqlı ümumi sahəsi 97,5 m2 olan mənzilin ona "xxxx" MTK-nın vəzifəli şəxsləri tətərfindən törədilən cinayət əməli nəticəsində vurulan ziyanın əvəzi olaraq verilməsini, bu mənzilə dair onunla müqavilə bağlanmasını iddia etsə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olu nmuşdur ki, "xxxx" MMC tərəfindən inşa edilmiş 1 bloklu yaşayış binası MMC-yə verilən müstəqil sərəncam və layihə əsasında inşa olunan müstəqil yaşayış binasıdır. Həmin binanın "xxxx" MTK tərəfindən inşa edilmiş 4 bloklu yaşayış binasına aidiyyəti yoxdur. Bu faktlar qanuni qüvvəsini alan, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-5608\2020 saylı qərardadı ilə də öz təsdiqini tapmışdır.

27. Apellyasiya instansiya məhkəməsində araşdırma zamanı üçüncü şəxs "xxxx" MTKnın nümayəndəsi verdiyi izahatında "xxxx" MMC tərəfindən Binəqədi rayonu, A.Məmmədov küçəsi 10-da tikilən yaşayış binasının 5-ci bloku ayrıca sərəncam əsasında inşa edildiyini bildirmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

29. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, Azərbaycan Respublikası Konstitusiya 13.1, 43.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 15, 77-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı kassasiya şika yəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi və iş üzrə yeni qərar qəbul edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən aydınlaşdırılmamışdır ki, "xxxx" MMC ilə həmin ünvanda bina inşa edilməsi üçün sərəncam nəyin əsasında verilmişdir. Sərəncam onun əsasında verilmişdir ki, "xxxx" MMC ilə "xxxx" MTK arasında müqavilə mövcüddur. Həmin müqavilə əsasında sazişçi olaraq, "xxxx" MTK-dır. "xxxx" MTK həmin binanın tikintisini "xxxx" MMC-yə həvalə etmişdir. Belə olan hallarda həmin torpaq sahəsinin ayrılması "xxxx" MTK-ya aiddir və eyni zamanda, "xxxx" MMC-nin də mənzili satmaq hüququ yoxdur. Mənzil satmaq hüququ yalnız "xxxx" MTK-ya məxsusdur. Dəqiqləşdiril məlidir ki, hər iki binanın ünvanı ünvan 13durmu və əgər həmin ev 10 deyilsə, X2 verilən ev 10 hansıdır. Həmçinin, "xxxx" MTK və "xxxx" MMC arasında bağlanılan 27 may 2015-ci il tarixli müqavilə ilə Avro Qran MMC-nin inşa etdiyi binanın arasında bağlılıq araşdırılmalıdır.

32. İddiaçı, hazırda cavabdeh tərəfindən zəbt olunan sözü gedən yaşayış sahəsini "xxxx" MTK ilə xx.xx.2014-cü il tarixdə bağlanmış “kooperativ mənzil tikintisi haqqında” 013 saylı müqavilə əsasında əldə etmişdir. xx.xx.2018-ci ildə iddiaçıya təhvil verilmişdir və həmin vaxtdan qanuni sahibliyindədir.

33. Cavabdeh adına məqsədli tərtib edilmiş müqavilədən irəli gələn mübahisəni "xxxx" MMC ilə qanuni yolla həll etmək istəmir. Çünki, bu məsələyə bilərəkdən sonuncu ilə əlbirliklə getmişdir. Ona görə də mənzili zəbt etməklə öz başınalığa, mübahisəni qanun çərçivəsində, hüquq əsasında həll edilməməsi üçün İddiaçı təhdid etmişdir.

34. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 164, 165, 425, Azərbaycan Respublikası Konstitusiya 13, 29, Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 77, 76, 81, 82.3, 88, 106, 217-ci bəndinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

36. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

37. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub ə mlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin y arandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

49. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

50. Maddə 41 8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

51. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilm iş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

55. Belə ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılm aması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır.

56. İşdən görünür ki, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 001(003)saylı müqavilə və xx.xx.2014-cü il tarixli 013 saylı müqaviləyə əsasən MTK, İddiaçı ünvan 14 ünvanında inşa ediləcək yaşayış binasının 5-ci girişinin 10-cu mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 90 kv.metr olan mənzili (mənzil nömrəsi qeyd edilməmiş) payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. 57. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli alğısatqı müqaviləsinə əsasən MMC, Cavabdeh Binəqədi rayonu A.M əmmədov küçəsi 10-da tikilən yaşayış binasının (giriş göstərilməmiş) 9-cu mərtəbəsində 60 saylı 2 otaqlı ümumi sahəsi 97,5 kv.metr olan mənzili satmışdır.

58. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə Binəqədi rayonu 9-cu mkr, 3169-cu məhəllə A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazənin verilməsi və X10 (1-ci tərəf), "xxxx" MTK (2-ci tərəf) və "xxxx" MMC (3cü tərəf) arasında “hündür mərtəbəli yaşayış binasının tikilməsinə dair əməkdaşlıq” müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır.

59. Hazırki mübahisənin yaranmasına səbəb isə yuxarıda qeyd edilən mənzil alğı-satqısı müqavilələrində əks olunmuş mənzillərin eyni mənzil olması ilə bağlıdır.

60. Məhkəmələr tərəf indən mübahisə mahiyyəti üzrə həll edilərkən tərəflərin təqdim etdikləri sübutlar, ekspertiza tədqiqatının nəticəsinə dair rəy və qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-5608/2020 saylı qərardadı əsas götürülmüşdür.

61. Lakin, birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya qaydasında yoxlayan apellyasiya kollegiyası təqdim edilmiş bütün sübutları dəqiq və ətraflı qiymətləndirməmişdir.

62. Belə ki, "xxxx" MTK ilə İddiaçı müqaviləsində ona veriləcək mənzilin binanın 5-ci girişinin 10-cu mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 90 kv.metr (şərti olaraq 1-ci mənzil) olduğu qeyd edilmiş, "xxxx" MMC ilə Cavabdeh müqaviləsində isə sonuncuya veriləcək mənzilin binanın 9-cu mərtəbəsində 60 saylı 2 otaqlı ümumi sahəsi 97,5 kv.metr (şərti olaraq 2-ci m ənzil) olduğu qeyd edilmişdir.

63. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/2977 saylı rəyində qeyd olunmuşdur ki, faktiki vəziyyətdə mövcud olan bina ilə "xxxx" MTK-nın eskiz layihəsi arasında uyğunsuzluğun mövcud olduğu, həmçinin çoxmərtəbəli yaşayış binasının "xxxx" MMC-yə məxsus eskiz layihəsinə uyğun inşa edildiyi müəyyən olunmuşdur. Eləcə də, eskiz layihəsi faktiki mövcud olan binaya uyğun gələn "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsində ona satılan mənzilin mərtəbəliliyinin hansı qaydada müəyyən olunması (0 nöqtəsindən yuxarıda yerləşən qeyriyaşayış sahəsinin mərtəbə olaraq nəzərə alınıb-alınmaması) barədə məlumat təqdim edilmədiyinə bu barədə də tədqiqat mümkün olmamışdır. Həmçinin, ekspert 1-ci mənzillə 2-ci mənzilin eyni olm asını da tədqiq edə bilməmişdir.

64. Həmin rəyin tədqiqat hissəsində qeyd olunmuşdur ki, ekspert tədqiqatına təqdim edilən "xxxx" MTK-nın və “Avro-Qrand" MMC-nin eskiz layihələri müqayisə olunan zaman hər iki eskiz layihənin “Baş plan” bölməsində binanın yerləşmə vəziyyətinin, eyni zamanda “Təkrarlanan mərtəbənin planı” bölməsində mənzillərin və mənzillərin otaqlarının yerləşmə vəziyyətinin eynilik təşkil etdiyi müəyyən olundu. Lakin layihələrin “kəsik hissəsinə baxılan zaman "xxxx" MTK-nın eskiz layihəsində ilk 4 mərtəbənin qeyri-yaşayış sahəsi, növbəti 15 mərtəbənin yaşayış mərtəbəsi olduğu, "xxxx" MMC-nin eskiz layihəsində isə ilk 3 mərtəbənin qeyri-yaşayış sahəsi, növbəti 17 mərtəbənin yaşayış mərtəbəsi müəyyən olundu.

65. Kassasiya yoxlaması zamanı iş materiallarında olan Fövqəladə Ha llar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2020, 1080 nömrəli rəy tədqiq edilərkən müəyyən edilmişdir ki, binanın 4 girişi inşa edilmişdir. Lakin, binanın 5-ci girişi yeni normativlərə uyğun işlənərək baxılması üçün ekspertizaya təqdim olunmuşdur. Təqdim olunan baş plana əsasən bina 18 mərtəbəlidir. Binanın planında yeraltı avtodayanacaqlar, texniki otaqlar, panduslar, 1-ci və 2-ci mərtəbələrində ticarət sahələri, giriş meydançaları, 3-17-ci mərtəbələrdə 1,2 və 3 otaqlı mənzillər, eyvanlar, texniki mərtəbəs isə liftin maşın şöbəsi, texniki sahə və eyvan nəzərdə tutulmuşdur. Binanın 1-ci mərtəbəsi qeyri-yaşayış, 2-18+mansard mərtəbələri isə yaşayış mənzilləri kimi inşa edilmişdir.

66. Məhkəmə kollegiyası qeyd edilən sübutları müqayisəli şəkildə tədqiq edərək q eyd edir ki, bu qərarın 58-ci bəndində qeyd olunmuş Əməkdaşlıq müqaviləsinin 2.1-ci maddəsində "xxxx" MTK-ya 1400 kv.m yaşayış sahəsi, "xxxx" MMC-yə isə 7000 kv.m yaşayış, 2000 kv.m qeyri yaşayış və 700 kv.m mansard sahəsinin bölünməsi təsbit edilmişdir.

67. Göründüyü kimi, hazırki vəziyyətdə iddiaçıya verilməsi nəzərdə tutulan mənzil binanın 5-ci girişində, 10-cu mərtəbədə yerləşən, nömrəsiz, 90 kv.metr ümumi sahəsi olan mənzildir. Bu mənzilin konkret hansı mənzil olması qeyri-müəyyəndir. İddiaçı cavabdehin həmin mənzili zəbt etdiyini qeyd etsə də, məhkəmələr bu qeyri-müəyyənliyi aydınlaşdıra bilməmişdir.

68. Cavabdehə verilməsi nəzərdə tutulan mənzilin isə bina girişi göstərilməsə də, Avroqrand MMC 5-ci binanın tikilməsini öhdəlik kimi götürdüyündən mənzilin bina girişinin 5 olması qəbul edilə bilər, həmin mənzil isə 9-cu mərtəbədə yerləşən, 60 nömrəli, ümumi sahəsi 97.5 kv.metr olan mənzildir. Bu mənzilin faktiki vəziyyətdə yerləşməsi müəyyəndir və cavabdehin istifadəsindədir.

69. Cavabdeh tərəf iddiaçıya verilən mənzilin "xxxx" MTK-nın layihəsinə əsasən 5-ci girişdə olduğunu, Avroqrand MMC tərəfindən tikilmiş 5-ci binada onun evinin olmadığını, binada 126 mənzilin olduğunu, hamısının Avroqrand MMC-yə aid olduğunu bildirsə də, “Əməkdaşlıq müqaviləsi”ndə "xxxx" MTK-ya 1400 kv.m yaşayış sahəsinin ayrılması təsbit edilmişdir.

70. Məhkəmələr tərəfindən isə "xxxx" MTK-ya ayrılmış 1400 kv.m yaşayış sahəsinə hansı sahələrin, mənzillərin daxil olduğu, ayrılmış sahədə iddiaçının mənzilin mövcud olub-olmaması barədə ümumiyyətlə, araşdırılma aparılmamışdır.

71. Həmçinin, mübahisəni n əsas mahiyyətini təşkil edən “binanın mərtəbəliliyinin müəyyən edilməsi” məsələsində həlledici ola biləcək sübutlara, o cümlədən bu qərarın 65ci bəndində qeyd edilən sübuta da hüquqi qiymət verilməmişdir.

72. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan sübutlardakı təzadlı hallar məhkəmələr tərəfindən aydınlaşdırılmamış, natamam ekspertiza rəyi üzrə əlavə ekspertiza təyin edilməmiş, mübahisəli əmlakın yerində yoxlanılması üçün müvafiq yerli baxış araşdırılması mümkün olsa da, buna cəhd edilməmiş, işdə olan sübutları hansı səbəbdən mötəbər hesab etməməsini qətnamədə əsaslandırmamışdır.

73. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

74. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına, apelyasiya şikayətinin dəlillərinə, iddiaçının apelyasiya baxışı zamanı məhkəməyə təqdim etdiyi apelyasiya şikayətinə etirazın əsaslarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur.

75. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

76. Kassasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir.

77. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kassasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, yuxarıda və kassasiya şikayətində göstərilmiş və iş materialları üzrə tərəflər arasında mövcud olmuş münasibətlərin hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1807/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

78. Azərbaycan Respublik ası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

79. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1807/2022 nömrəli iş üzrə 06 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar