Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4678/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xidməti yaşayış sahəsindən çıxarılma, mülkiyyət hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin ailə üzvləri ilə birlikdə xidməti yaşayış sahəsindən çıxarılmaları” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 2(105)-259/2022 nömrəli, 14 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh2 Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X3 05 yanvar 2010-cu il tarixdə müddətli, yəni 05 yanvar 2015-ci il tarixə kimi böyük elmi işçisi vəzifəsinə işə götürülmüşdür.
2. Əmək müqaviləsinin müddəti 05 yanvar 2015-ci ildən sonra hər il uzadılmış, sonuncu dəfə 09 yanvar 2017-ci il tarixli əmək müqaviləsi ilə müddət 05 iyul 2018-ci il tarixə kimi uzadılmışdır.
3. Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 05 yanvar 2017-ci il tarixli 17 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, ki rayə verən Şamaxı rayonu, Yusif Məmmədəliyev adına qəsəbədə yerləşən 5 mərtəbəli 40 mənzilli evdə 15 nömrəli mənzildə yerləşən, Rəsədxananın mənzil fonduna aid, ümumi sahəsi 86 kv metrdən ibarət 3 otaqlı yaşayış sahəsinin haqqı ödənilməməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və kirayə müqaviləsi ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Əgər kirayəçi Rəsədxanada işləyirsə və onun əmək müqaviləsinin müddəti bitdikdən sonra uzadılarsa, onda mənzil kirayə müqaviləsinin də vaxtı avtomatik olaraq həmin vaxta qədər uzadılmış hesab olunur. Müqavilədə kirayəçinin ailə üzvləri kimi özü, arvadı Cavabdeh1 və uşaqları X9 və X10 göstərilmişdir. 4. 05 yanvar 2017-ci il tarixli əmək müqaviləsi ilə işəgötürən X2 direkt oru X8 işçi Cavabdeh2 arasında 05 yanvar 2017-ci il tarixdən 01 iyul 2018-ci il tarixədək 1 il 6 ay müddətində əmək müqaviləsi bağlanmışdır.
5. Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 direktorunun 05 iyul 2018-ci il tarixli, 125-k saylı əmri ilə X2 “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin aparıcı elmi işçi f.ü.f.d, dosent Cavabdeh2la bağlanmış xx.xx.2017-xx.xx.2018-ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilmişdir.
6. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1333/2018 nömrəli, 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1rşı işə bərpa olunması və məcburi boşdayanmaya görə kompensasiya ödənilməsi tələbinə dair iddiası və ona verilmiş 29 iyun 2018-ci il tarixli, 113 saylı sonuncu xəbərdarlıqla şiddə tli töhmət intizam tənbehinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.
7. Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 28 iyun 2019-cu il tarixli əmək müqaviləsi ilə işəgötürən X2 direktoru X8 işçi Cavabdeh1 arasında 28 iyun 2019-cu il tarixdən 30 dekabr 2019-cu il tarixədək 6 ay müddətində əmək müqaviləsi bağlanmışdır. Müddətin bitməsi ilə Cavabdeh1 ilə olan əmək müqaviləsinə 07 yanvar 2020-ci il tarixli 01k saylı əmrlə xitam verilmşidir.
8. Şamaxı Rayon Məhkəməsinin 2(074)-637/2020 nömrəli, 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1rşı işə bərpa tələbinə dair iddiası rədd edilmiş, qətnamə 19 may 2021-ci il tarixdən (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2673/2021 nömrəli qərarı ilə) qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X5 iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların ailə üzvləri olan yetkinlik yaşına çatmayan 2007-ci il təvəllüdlü X6 və 2011-ci il təvəllüdlü X7 Şamaxı rayonu, Yusif Məmmədəliyev adına qəsəbədə yerləşən 5 mərtəbəli yaşayış binasının sahəsi 86 kv metr olan 3 otaqlı 15 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmalarına və iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırı lmışdır ki, Şamaxı rayonu, Y.Məmmədəliyev adına qəsəbədə yerləşən xüsusi təyinatlı yaşayış sahələri xüsusi mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası Milli Elmlər Akademiyası N.Tusi adına X3 məxsusdur və həmin xidməti yaşayış sahələri Rəsədxananın əməkdaşlarına kirayə müqaviləsi əsasında əmək müqaviləsinin qüvvədə olduğu müddətə əvəzsiz istifadə üçün verilir. Cavabdeh2 əmək müqaviləsinin müddəti 01 iyul 2018-ci il tarixdə bitdiyindən, onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmayaraq, 05 iyul 2018-ci il tarixli 125-k saylı əmrlə o, işdən azad edilmişdir. Rəsədxana ilə cavabdeh arasındakı əmək münasibətlərinə xitam verildiyindən cavabdehlə bağlanmış kirayə müqaviləsinə də xitam verilməli olsa da, Rəsədxana rəhbərliyi cavabdehin arvadı olan iş üzrə digər Cavabdeh1 hələ də Rəsə dxanada işləməsini nəzərə alaraq, cavabdehlərin mənzildən çıxarılmaları tələbində olmamışdır. Lakin, 30 dekabr 2019-ci il tarixdə Cavabdeh1 da əmək müqaviləsi bitdiyindən, onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmayaraq, 07 yanvar 2020-ci il tarixli 01-k saylı əmrlə o işdən azad edilmişdir. Hər iki cavabdehin əmək müqavilələrinə xitam verildiyindən və onlar artıq Rəsədxananın işçiləri olmadıqlarından, Cavabdeh2la kirayə müqaviləsinin bağlanması üçün əsas olmuş hal aradan qalxmışdır. Kirayəçi olan Cavabdeh2 xidməti yaşayış sahəsinin boşaldılması ilə bağlı yazılı bildiriş göndərilməsinə baxmayaraq, o və onun ailə üzvləri mənzili könüllü boşaltmaqdan imtina edirlər. Nə cavabdehlər, nə də ki, onların ailə üzvləri Mənzil Məcəlləsinin 102.2-ci maddəsində nəzərdə tutulmuş kateqoriyalara aid olmadıqlarından onlar başqa yaşayış sahəsi ilə təmin edilmədən xidməti yaşayış sahəsindən məhkəmə qaydasında çıxarılmalıdırlar.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2698/2020 nömrəli, 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə cavabdehlərin Şamaxı Rayon Məhkəməsinin hakimi X4 verdiyi etiraz təmin olunmuş və iş mahiyyəti üzrə baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir.
12. Qobustan Rayon Məhkəməsinin 2(026)-43/2021 nömrəli, 23 fevral 2021-ci il tarixli qərardadı ilə cavabdehlərin məhkəmənin hakiminə və tərkibinə etdiyi etiraz qəbul edilərək baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, apellyasiya instansiyası məhkəməsinin 2(105)-1405/2021 nömrəli, 19 mart 2021-ci il tarixli qərardadı ilə etiraz təmin olunmamış və mülki iş mahiyyəti üzrə baxılması üçün Qobustan Rayon Məhkəməsinə qaytarılmışdır.
13. Qobustan Rayon Məhkəməsinin 2(026)-43/2021 nömrəli, 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Quliyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların ailə üzvü olan yetkinlik yaşına çatmayan 2007-ci il təvəllüdlü X9 və 2011-ci il təvəllüdlü X7 Şamaxı rayonu, Yusif Məmmədəliyev adına qəsəbədə yerləşən Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 mülkiyyətində olan 5 mərtəbəli yaşayış binasının sahəsi 86 kv metr olan 3 otaqlı 15 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, hər iki cavabdehin əmək müqavilələrinə xitam verildiyindən və onlar artıq Rəsədxananın işçiləri olmadıqlarından, Cavabdeh2la kirayə müqaviləsinin bağlanması üçün əsas olmuş hal aradan qalxmışdır. Kirayəçi olan Cavabdeh2 xidməti yaşayış sahəsinin boşaldılması ilə bağlı yazılı bildiriş göndərilməsinə baxmayaraq, o və onun ailə üzvləri mənzili könüllü boşaltmaqdan imtina etdiklərindən, onlar ailə üzvləri ilə birlikdə xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsindən çıxarılmalıdırlar.
15. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mənzil Məcəlləsinin 91.1.1, 92, 93.1, 98.1, 100.3, 102.1 və 103.3-cü, Mülki Məcəllənin 146.1, 146.2, 152.1 və 157.2-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1 və 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 may 2010-cu il tarixli, 86 saylı Qərarı ilə təsdiq edilmiş "Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası"nın 1.5, 2.2-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə icraatın dayandırılmasını (və ya baxılmamış saxlanılmasını), yaxud da iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, qətnamədə həm onların məhkəmə iclasında iştirak etmədikləri, həm də məhkəmə iclasında izahat vermələri göstərilmişdir. Bundan başqa, Cavabdeh2 izahatı təhrif olunmuşdur. Mübahisəli yaşayış sahəsinin yataqxana tipli olması və bu barədə normalar istinad edilməsi əsassızdır, çünki mübahisəli otağın yerləşdiyi bina yataqxana deyil. Digər tərəfdən, sahənin kirayəçisi, yəni iddiaçı onunla bağlanan kirayə müqaviləsinin ləğvi barədə məhkəmədə id dia qaldırmamışdır. Kirayə müqaviləsi ləğv edilməmişsə, kirayəçi və onun ailə üzvlərinin mənzildən çıxarılması qanunsuzdur. Mübahisəyə Mülki Məcəllənin 228.5-ci və ya Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin tətbiq edilməsi də yanlışdır, çünki bu normalarda tərəflər ailə münasibətlərində olmalıdırlar. Cavabdeh2 iddiaçı qurumda 15 ilə yaxın, Cavabdeh1 isə 13 il müddət ərzində işlədiklərindən onların mübahisəli yaşayış sahəsindən çıxarılmaları əsassızdır.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2(105)-259/2022 nömrəli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məh kəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, şikayətdə göstərilən dəlillərin bir çoxu mübahisəyə aidiyyatı olmayan formal mülahizələrdir və apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmşidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri b) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdehlər kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmiş, kassasiya şikayətini belə əsaslandırmışdır: 1) iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüq uq yoxdur. Belə ki, xx.xx.2021-ci il tarixdən etibarən Rəsədxananın əksər maddi texniki bazası təhvil-təslim aktları ilə AMEA-nın Rəyasət Heyəti və AMEA-nın Sosial Xidmətlər Şöbəsinin tabeçiliyinə verilmişdir. Belə olan halda, iddia tələbini həmin qurumlar irəli sürə bilərdi. Buna görə də, icraata xitam verilməli idi. 2) Kirayə müqaviləsinə xitam verilməmişdir. İddiaçı kirayə müqaviləsinə xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etməmişdir. Kirayə müqaviləsinə xitam verilmədən, onların mənzildən çıxarılması əsassızdır, 3) Onların hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqların geriyə qüvvəsi olmamalıdır. Belə ki, Rəsədxanaya aid 2017-ci ildən sonra qüvvəyə minmiş normativ hüquqi aktlar (xidməti yaşayış sahəsinə dair sosial kirayə müqaviləsinin və yeni Mənzil Məcəlləsinin müddəalar ı) onların vəziyyətini ağırlaşdırdığı halda, geriyə tətbiq oluna bilməz. 4) Onun və arvadının işdən çıxarılması qanunsuz olmuşdur. Əslində, onların əmək müqaviləsi müddətsiz olmuşdur. Bu müstəvidə onun hüquqi mübarizəsi hələ də davam etməkdədir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, AMEA X14 İşlər idarəsinin 20 aprel 2022-ci il tarixli, 88 nömrəli Əmrinə əsasən İdarənin 23 dekabr 2021-ci il tarixli, 391 nömrəli əmri (Komissiyanın yaradılması haqqında) ləğv edilmişdir. Bu isə öz növbəsində X5 ilə İşlər idarəsi arasında 28 dekabr 2021-31 yanvar 2022-ci il tarixləri arasında bağlanmış 01, 02, 03, 04, 05, 06, 07, 08, 09, 10 nömrəli təhvil - təslim aktlarının qüvvədən düşmüş hesab edilməs inə səbəb olmuşdur. AMEA Rəyasət Heyətinin 07 iyul 2022-ci il tarixli №13/1 Qərarı (AMEA X14nın bir sıra struktur vahidlərinin ləğv edilməsi haqqında) ilə AMEA X14 və onun tərkibində olan Sosial xidmətlər şöbəsi ləğv edilmişdir. X5 öz balansında olan bütün tikili və xidməti yaşayış evlərinin qanuni mülkiyyətçisidir və bu haqda bütün zəruri hüquqi sənədlərə malikdir. Keçmiş əməkdaşlar Cavabdeh2 və Cavabdeh1 onlarla bağlanmış müvəqqəti yaşayış haqqındakı müqaviləyə görə əmək müqaviləsinə xitam verildikdən 15 gün ərzində xidməti mənzili təhvil verməli idilər. Lakin 2018-ci ildən bu vaxta qədər müxtəlif bəhanələrlə onlar bundan boyun qaçırırlar. İddiaçıların həmin mənzilə mülkiyyət hüququ yaradan heç bir əsasları mövcud deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qoruna n hüququdur.
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
26. Maddə 91.1.1. Xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir.
27. Maddə
92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.
28. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaş ların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir
29. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər
30. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqa vilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır
31. Maddə 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikasınin Nazirlər Kabinetinin 06 may 2010-cu il tarixli, 86 saylı Q ərarı ilə təsdiq edilmiş "Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası" 32. 1.5-ci bənd. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 33. 2.2-ci bənd. Kirayə müqaviləsi bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. 34. 3.5.1-ci bənd. Bu Qaydanın 1.5-ci bəndində göstər ilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydın laşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olm aqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
46. Cavabdehlərin kassasiya şikayətinin dəlilləri, yəni iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olmaması, iddiaçı Rəsədxananın maddi texniki bazasının, o cümlədən mübahisənin predmeti o lan mənzilin yerləşdiyi yaşayış binasının AMEA-nın Sosial Xidmətlər Şöbəsinin balansında olması, kirayə müqaviləsi ləğv olunmadan hazırkı iddia tələblərinə baxılmasının istisna edilməsi, maddi hüquq normaları tətbiq olunarkən vəziyyəti ağırlaşdıran normativ aktların geriyə qüvvəsinin olmamasının nəzərə alınmaması, cavabdehlərin işdən çıxarılması qanunsuz olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlilləri cavabdehlər işə aşağı instansiya məhkəmələrində baxılan zaman da irəli sürmüş, işə baxan apellyasiya instansiyası məhkəməsi bu dəlilləri tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmaqla hüquqi qiymət vermişdir. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mübahisənin predmeti olan mənizil iddiaçı X5 yerləşdiyi binanın balansındadır, mənzil kirayə müqaviləsi xidmə ti mənzil sahəsi ilə bağlı, cavabdehlərin əmək vəzifələrini yerinə yetirmələri ilə əlaqədar müddətli bağlandığına görə əmək müqaviləsinə xitam verildiyi andan cavabdehlərlə bağlanmış mənzil kirayə müqaviləsi də qüvvədən düşməklə xitam verilir, bunun üçün ayrıca icraata zərurət yoxdur, cavabdehlərlə əmək müqaviləsinə xitam verilməsinin qanuni və əsaslı olması isə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Odur ki, kass asiya şikayəti dəlilləri apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-259/2022 nömrəli, 14 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.