Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4679/2022 10.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə, Goranboy Rayon Notariat Kontoruna və X1 qarşı “torpaq sahələrinin bələdiyyə ehtiyat fonduna qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2(104)554/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Goranboy Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(045)-59/2018 nömrəli qətnaməsi ilə (hakim İ.X.Abdurəhmanlı) İddiaçı Cavabdeh qarşı “torpaq sahələrinin bələdiyyə ehtiyat fonduna qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2021-ci il tarixli, 2(104)-82/2021 nömrəli qətnaməsi il ə (hakim A.V.Bayramovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Z.Mamedovdan və Ə.G.Abdullayevdən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(045)-59/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2021-ci il tarixli, 2(102)-5362/2021 nömrəli qərarı ilə (hakim M.T.Əhmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Ə.Əliyevdən və İ.K.Xəlilovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2021-ci il tarixli, 2(104)-82/2021 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə g öndərilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2(104)-554/2022 nömrəli qətnaməsi ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər A.H.Hüseynzadədən və İ.T.Həsənovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(045)-59/2018 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməsi, Goranboy rayon Qızılhacılı bələdiyyə şurasının 04 oktyabr 2001-ci il tarixli, 13 No-li qərarı ilə Qızılhacılı qəsəbə sakini Cavabdeh bələdiyyə ehtiyat fondundan 15 il müddətinə müvəqqəti istifadə üçün verilmiş 62,0 hektar örüş sahəsi və 07 may 2004cü il tarixli, 05-1 saylı qərarla icarəyə verilmiş 22 ha örüş torpaq sahəsi üzəri ndə istifadə və icarə hüquqlarına xitam verilməsi və həmin torpaq sahələrinin Cavabdeh geri alınaraq bələdiyyə ehtiyat fonduna qaytarılması qət edilmişdir.
5. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2(104)-554/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 may 2022-ci il tarixli, 2(104)-554/2022 nömrəli qərardadı ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər A.H.Hüseynzadədən və İ.T.Həsənovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti, MPM-in yeni qüvvəyə minmiş normalarının tələblərinə uyğun olmadığına görə geri qaytarılmışdır.
7. Cavabdeh 13 i yun 2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2(104)-554/2022 nömrəli qətnaməsindən yenidən kassasiya şikayəti vermişdir.
8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2(104)-554/2022 nömrəli qərardadı ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər A.H.Hüseynzadədən və İ.T.Həsənovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
9. Həmin qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən 05 mart 2022-ci il tarixdə poçt vasitəsi ilə qəbzə imzalamaqla qəbul edilmişdir. Kassasiya şikayətinin 2 səhifəsində qətnamənin alınma tarixi kassator tərəfindən 04 mart 2022-ci il tarixi göstərilmişdi r. Kassasiya şikayəti cavabdehin nümayəndəsi olan Vəkil2 tərəfindən 05 iyun 2022-ci il tarixdə müvafiq çatdırılma məntəqəsinə təhvil verilmiş və məhkəmənin dəftərxanasına 13 iyun 2022-ci il tarixdə təqdim edilmişdir. Bununla da, qətnamədən kassasiya şikayəti verilmə müddəti ötürülmüş və buraxılmış müddətin bərpasına dair vəsatət verilməmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1, 408.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
11. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2(104)-554/2022 nömrəli qərardadının ləğv edilməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı Mülki Prosessual Məcəllənin 405.0.1 və 408.1.4-cü maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vaxtında, yəni prosessual müddət ötürülmədən, 04 may 2022-ci il tarixdə poçt vasitəsi ilə verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 19 may 2022-ci il tarixli qərardadı 05 iyun 2022ci il tarixdə poçt vasitəsi ilə cavabdehə verilmiş, 13 iyun 2022-ci il tarixdə isə Vəkil2 kassasiya şikayətini apellyasiya məhkəməsinin dəftərxanasına şəxsən təqdim etmişdir. Kassasiya şikayəti 04 may 2022-ci il tarixdə poçt vasitəsi ilə apellyasiya instansiyası mə hkəməsinə göndərildiyi üçün kassasiya şikayəti verilmə müddətinin ötürülməsi olmamış və müddətin bərpasına dair vəsatətə də ehtiyac olmamışdır.
13. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan ə mlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
16. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının kassasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir.
18. Belə ki, iş materiallarından müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2022-ci il tarixli qətnaməsinin əsaslandırılmış surəti xəbərnaməli məktubla cavabdehin ünvanına göndərilmiş və 05 mart 2022-ci il tarixdə (cavabdehin bildirilməsinə görə 04 mart 2022-ci il tarixdə) həmin ünvanda rəsmi olaraq təqdim edilmişdir.
19. İş materiallarından həmçinin müəyyən olunur ki, cavabdeh qətnaməsindən kassasiya şikayətini ilk dəfə 04 may 2022-ci il tarixdə, yəni poçt qəbzinə əsa sən kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş prosessual müddətin sonuna 1 gün qalmış, cavabdehin bildirdiyi məlumata əsasən isə - həmin müddətin sonuncu günü poçt orqanına təqdim edilmişdir.
20. Həmin kassasiya şikayəti apellyasiya məhkəməsinin 19 may 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmış, qərardad 01 iyun 2022-ci il tarixdə cavabdehə, 05 iyun 2022-ci il tarixdə isə onun vəkilinə rəsmi qaydada təqdim edilmişdir.
21. Qətnamədən cavabdehin təkrar kassasiya şikayəti 13 iyun 2022-ci il tarixdə apellyasiya məhkəməsinin dəftərxanasına təqdim edilmişdir.
22. Bununla da, müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehə 04-05 mart 2022-ci il tarixdə təqdim edildiyi halda, kassasiya şikayəti 13 iyun 2022-ci il tarixdə, yəni qətnamənin alındığı tari xdən azı 3 ay 8 gün sonra verilmişdir.
23. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 may 2022-ci il tarixli qərardadı mübahisələndirilməmişdir. Həmin qərardadla birinci kassasiya şikayətinin prosessual normalara uyğun tərtib edilmədiyi müəyyən edildiyindən və geri qaytarıldığından onun verilməsi müddətin kəsilməsi və yenidən hesablanması üçün əsas deyildir.
24. Həmçinin birinci kassasiya şikayəti bunun üçün müəyyən olunmuş prosessual müddətinin sonuna çoxu 1 gün qalmış, ikinci kassasiya şikayəti isə onun qaytarılması barədə qərardad tərəfə rəsmi verildikdən 12 gün sonra məhkəməyə təqdim edilmişdir.
25. Odur ki, birinci kassasiya şikayəti verilərkən prosessual müddətin dayandırılmasını qəbul etsək belə, müəyyən olunur ki, ikinci kassasiya şikayəti 11 gün ötürülməklə verilmiş və buraxılmış prosessual müddətin bərpasına dair ərizə apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilən hallar qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edi lməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2(104)-554/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.