Məhkəmə qərarları › İş №2(102)-468/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-468/2020

28.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-468/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh2 və vəkili X1 iştirakıilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu tarixli qətnaməsi ilə (hakim R.Mustafayev) İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh1 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, 1 V saylı evin 19 saylı mənzilindən istifadə hüququna xitam verilməsi, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi barədə iddia tələbinin əsassız olduğundan rədd edilməsi, qətnamənin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, 1 V saylı evin 19 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrli k edən T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin xx xxxxx 2019-cu tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüququnun itirilməsi barədə iddia tələblərinin rədd edilməsiqət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırma mışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qət naməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, 1 V saylı evin 19 saylı mənzili İddiaçı mülkiyyətindədir. Həmçinin iş materiallarında olan 153 saylı MKİS tərəfindən verilmiş xx xxxxxx 2019cu il tarixli arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 və İddiaçı Oktay qızı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40cı məhəllə, 1 V saylı evin 19 saylı mənzildə qeydiyyatdadırlar. Həmin arayışdan həmçinin müəyyən olunur ki, İddiaçı, Cavabdeh1, X3 və Cavabdeh2 1986-ci ildə, Cavabdeh3 isə 1994-cü ildə mübahisəli mənzildə qeydiyyata götürülmüşlər. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil 1980-ci ildə mərhum X2 adına olmaq la, onun və arvadı İddiaçı və digər ailə üzvlərinin istifadəsində olmuşdur. Cavabdehlər Cavabdeh2 1970-ci il təvəllüdlü, Cavabdeh1 isə 1973-cü il təvəllüdlü olmaqla, 1980-ci ildə birinin 10 yaşı, digərinin 7 yaşı olmuş və onlar azyaşlı olmaqla valideynlərinin himayəsində onlarla birlikdə mübahisəli mənzildə yaşamışlar. İş materiallarından göründüyü kimi, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında mübahisəli mənzillə bağlı hazırda mübahisəli olan münasibətlər 2000-ci ilədək yaranmışdır. “Azərbaycan Resbulikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşay ış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürm ək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üz vləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə get məsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İzah edilsin ki, icarədar və ya onun ailə üzvlərindən hər hansı birinin məhkum olunması həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli mənzil 1980ci ildən iddiaçının əri X2 adına olmaqla, onun özü, ailə üvləri olan (oğlu və qızı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə yaşamışlar. Cavabdeh2 ərə getdikdən sonra 1994-cü ildə Sahib, 1998-ci ildə isə Hüseynbala adlı uşaqları anadan olmuş, lakin ərinin evi olmadığı üçün Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə daimi yaşamağa evi olmamış və onun mübahisəli mənzillə münasibətləri davam edərək azyaşlı uşaqları ilə birlikdə orada yaşamış, daimi yaşamaq üçün başqa yaşayış məntəq əsinə getməmişlər, hətta azyaşlı uşaqları Elvin 1994-cü ildə, Hüseynbala isə 2007-ci ildə mübahisəli mənzil üzrə qeydiyyata götürülmüşlər. Cavabdeh1 isə həbs olunanadək, eləcə də müəyyən müddət azadlıqdan məhrumetmə növündə cəza çəkdikdən sonra mübahisəli mənzildə yaşamış və daimi və ya müvəqqəti yaşamaq üçün heç vaxt başqa ünvana getməmişdir. İşin qeyd edilən faktiki hallarını təsdiq edən mötəbər sübutlardan biri də odur ki, mübahisəli mənzil yüklü qaydada 2013-cü ildə İddiaçı adına məhz cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və digər ailə üzvlərinin razılıqları ilə özəlləşdirilmişdir, bu hal iş materiallarına əsasən işin mübahisəsiz halıdır. Mənzil fondu İddiaçı adına özəlləşdirlərkən cavabdehlərin də razılığının tələb olunması və alınması onların həmin mənzilə istifadə hüquqlarının olmasını bir daha təsdiq edir. Belə olan halda isə, Cavabdeh1, Cavabdeh2 və sonuncunun həmin vaxtlar azyaşlı olmuş uşaqları Elvin və Cavabdeh4ların İddiaçı ailə üzvləri kimi mübahisəli mənzildən istifadə hüquqları saxlanıldığından, iddiaçının tələbinə əsasən onların istifadə hüququ itirilə bilməz və ya pasport qeydiyyatından çıxarılması üçün əsaslar müəyyən edilə bilməz. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülk iyyətinə verilə bilər. Həmin Qanununun 9-cu maddəsinə əsasən yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları olduğundan və onların istifadə hüququna xitam verilməsi məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən müvafiq kompensasiya verilməsi yolu ilə mümkün olduğundan, hazırkı halda isə belə bir məzmunlu tələb olmadığından, eləcə də iddiaçı cavabdehlərə qarşı hər hansı kompensasiya təklif etmədiyindən, iddia təmin edilə bilməz. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyi ni əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar